Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   2   3   4   5   6   7   8   9   ...   102

  B i b l i o q r a f i y a     
 
5
tərəfindən həbs edilib. Bakı, Rostov, Voronej və Moskvadakı 
Lefortovo zindanında 8 ay 13 gün saxlanılıb.  
22 iyun 1994-cü ildə vəfat edib. Qəbri Fəxri xiyabandadır. 
1995-ci ildə  “İstiqlal ordeni” ilə  təltif edilib. 1995-ci ildə 
anadan olmasının 60 illiyi, 2004-cü ildə 70 illiyi, 2012-ci ildə 80 
illiyi dövlət səviyyəsində qeyd olunub. 
X.Rzanın Prezident sərəncamları  əsasında 1, 2 və 5 cildlik 
seçilmiş əsərləri nəşr edilib. O, 36 bədii, 15 tərcümə, 13 elmi, 7 
memuar kitabın müəllifidir. Haqqında 9 elmi kitab çap olunub. 
X.Rzanın babaları 20-30-cu illərdə bolşeviklər tərəfindən 
güllələnib, torpaq sahələri əllərindən alınıb. Atası Rza kişi İkinci 
Dünya müharibəsində Moskvaaltı döyüşlərdə  ağır yaralanıb, 
1947-ci ildə vəfat edib.  
Xəlil Rza Salyan rayonundakı “Sosializm yolu” qəzeti 
redaksiyası  nəzdindəki poeziya dərnəyi, M.İbrahimovun 1948-ci 
ildə  təşkil etdiyi “Gənclər günündə” dərnəyi, C.Xəndanın və 
B.Vahabzadənin təşkil etdiyi dərnəklərdə  iştirak edib. N.Xəzri, 
M.Araz, Qabil, S.Tahir, Ə.Kürçaylı, F.Qoca kimi M.Qorki adına 
Ali  Ədəbiyyat kurslarında oxuyub. Atası yeniyetmə  oğluna 
Füzuli, Raci, Dəxil, Dilsuz, Sabir, Tofiq Fikrət, Nəvai, Rustaveli, 
Əlibəy Hüseynzadə, Ziya Göyalp, Qumru, Yunus İmrədən söh-
bətlər edib, bütün bunlar onun mənliyinə, psixologiyasına təsir 
göstərib. Bakıdakı, Moskvadakı təhsil illəri Xəlil Rzanın şüur və 
məfkurəsini oyandırıb.  
Şair Moskvada, Rusiyanın dissident gənclər nəsli  ətrafında 
oxuyub, Lev Ozerov, Pavel Antokolski onun müəllimləri olub. 
K.Simonovun “Novıy mir” jurnalından qovulması, B.Tvardovski-
nin təqib olunması, B.Pasternakın “Doktor Jivaqo” əsərinə görə 
SSRİ  Ədəbiyyat Fondu üzvlüyündən çıxarılması, Soljenitsının 
dissidentliyi... onun “gözləri qarşısında” baş verib.  
Xarici ölkələrin görkəmli yazıçıları Pablo Neruda, Romen 
Rollan, Mixail Şoloxov, Nazim Hikmət və başqaları ilə görüşlər, 
Moskva ədəbi mühiti, Ç.Aytmatov, R.Həmzətov, Y.Yevtuşenko, 
D.Kuqultinov kimi tələbə dostların  əhatəsi, bütün bunlar 
X.Rzanın dünyagörüşünə ciddi təsir göstərib.  
X ə l i l   R za   U l u t ü r k  
 

Sənətkar ali məktəbdə Nizami, Nəsimi, Füzuli, Sabir, Səməd 
Vurğun və başqalarından mühazirələr oxuyanda, gəncləri ayağa 
qaldıranda, “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, 
oyadar xəlqi  əfğanım o sahildə, bu sahildə” deyib, iki yerə 
parçalanmış torpağın, insanların dərdini ifadə edəndə izlənilməyə 
başlayıb. X.Rza 1961-ci ildən 1975-ci ilədək Azərbaycan KP 
MK, DTK və Yazıçılar  İttifaqı  səviyyəsində təqib olunub. “Ana 
dili”, “Dəlidağ”, “Məftillə sarınmış yaralar”, “İki qardaşın 
söhbəti”, “Gələcəksən baharda”, “Adımız, soyadımız”, “Qalx 
ayağa, Vətənim” poema və şeirlərini vaxtında çap etdirə bilməyib.  
X.Rza APİ-dən qovulub (1969), uzun müddət işsiz qalıb, 
Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova, şöbə 
müdiri Cəfər Cəfərova, Teymur Elçinə (Əliyevə) ərizələrlə müra-
ciət edib. İctimai-ədəbi mühitdən mümkün qədər təcrid edilən 
sənətkar dissident həddinə  gəlib.  Şair 2 mart 1962-ci il tarixli 
müraciətində yazırdı: “Məni hər addım başı  təhlükə gözləyir – 
dərrakəsi, vətən eşqi, partiya əqidəsi olmayan miskin adamlar 
tərəfindən olan təhlükə... Mən Naxçıvan, Ordubad, Şahbuz görüş-
lərimdəki çıxışlarımda ehkamçılara, dargözlərə, partiya deyə-
deyə partiyaya zərbə vurmağa hazır olanlara qarşı nifrətimi gur 
səslə elan etmişəm. Mən hələ  də o yerlərdən məktub almaqda-
yam. O məktublar belə bəd ayaqda mənə qüvvət verir. Tutduğum 
yolun doğruluğuna məni inandırır. Bəzən belə bir axmaq fikrə 
düşürəm ki, bir halda ki, Azərbaycanda qüdrətli adamların sayı 
bu qədər azdır, baş götürüb Özbəkistana, yaxud qeyri yerə getmə-
liyəm. Məni bundan sonra da sıxışdırsalar, çap imkanı verməsə-
lər, başqa çarəm qalmayacaqdır.  
H.Ə.Əliyev demişdir: “O illər, 60-70-ci illərdə Azərbaycanda 
dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar 
Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik 
Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyul-
muşdu. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. 
Çünki onun əsərləri, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri 
həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologi-


  B i b l i o q r a f i y a     
 
7
yasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz 
Xəlil Rzanı da qoruduq, saxladıq.” 
“...Xəlil Rzanı da həbs etmək məsələsini qoymuşdular. Onu 
da mən qoymadım, xilas etdim, neçə-neçə belələrini xilas etdim.” 
Şair KP MK-nın birinci katibi H.Əliyevə ünvanladığı 1969-
cu il 9 oktyabr tarixli məktubunda yazırdı: “Azərbaycan dilinin 
təsir dairəsini genişləndirmək, milli simasını itirmişlərə qarşı 
amansız olmaq, qənimətçilərə, rüşvətxorlara qarşı mübarizədə 
əsla güzəştə getmədən döyüşmək sizinlə birlikdə mənim də məra-
mımdır”. X.Rzanın milli şüur və  məfkurəsinin ilk təzahürü ana 
dilinə münasibətilə bağlıdır. Zəngin folklordan, klassik poeziya-
dan (ədəbiyyatdan), “Əkinçi”, “Kəşkül”, “Molla Nəsrəddin”dən 
üzü bəri dil məsələsi həmişə vacib problemlərdən olub. 
Milli mənlik şüurunun təzahürü vətəndaşlıqdır. X.R.Ulutürkdə 
vətəndaş ideyasının mənbəyi Vətən və xalqdır. Bu ideya milli ideal 
(azadlıq) və xalq taleyinin daşıyıcısıdır. Şairin yaradıcılığında milli 
azadlıq hərəkatının doğuşunda həmin ideyanın tarixi rolu olub. 
Milli ruh 1930-cu illərdə S.Vurğunun “Azərbaycan” (1935), 
40-cı illərdə O.Sarıvəllinin “Gətir, oğlum, gətir” (1943), 50-60-cı 
illərdə B.Vahabzadənin “Gülüstan” (1958), “Ana dili” (1960), 
M.Şəhriyarın “Heydər baba” (1954), S.Tahirin “Ana dili” (1959), 
H.Savalanın “Türkcə  təranələr” (1962), B.Səhəndin “Sazımın 
sözü” (1965), X.Rzanın “Ana dili” (1959), “Dilim mənim, nərəm 
mənim” (1962) şeirlərində təzahür edib. 
İstiqlal məfkurəsi B.Vahabzadə, M.Araz, X.R.Ulutürk və 
S.Tahir özünüdərkinin mənbələrindən olub. X.Rzanın yaradıcılı-
ğında 1950-80-ci illər boyunca bu məfkurənin doğuşunu və 
inkişafını aydın müşahidə edirik. 
X.Rzanın 1950-60-cı illərdən başlayan istiqlal məfkurəsində 
(“Afrikanın səsi” (1960), “Gözün aydın, Azərbaycan” (1968), 
“Yetkinləş, Xəlil” (1968), “Gedər”) milli və  bəşəri səviyyədə 
azadlıq düşüncələri ilə bərabər, Quzeylə Güneyin birləşdirilməsi 
– bütöv Azərbaycan ideyası ifadə olunub. 
Şairin azadlıq məfkurəsi 1950-60-cı illərdə mücərrəd məna, 
ideya daşıyıb, əsasən, romantika, təxəyyül məhsulu olub. Sənətkar 
X ə l i l   R za   U l u t ü r k  
 

1970-ci illərdə beynəlxalq mövzuda yazdığı  şeirlərində  də milli 
ruhunu canlandırıb, bəşəridə milli, millidə bəşəri ideya axtarıb.  
1960-70-ci illərin  şeirlərində X.Rzanın istiqlal düşüncələri 
“sızmalar”  şəklindədir. 1970-ci illərin axırları, 1980-ci illərin 
şeirlərində isə güclü olub, şairin milli məramını aydın nişan verir. 
X.Rzanın 1980-ci illərdəki əsərləri imperiyanın kəskin ifşası, 
yəni mübarizə pafosu, Azərbaycan xalqının müstəqilliyi, suveren-
liyi, yəni milli istiqlaliyyəti ilə bağlı olub. Bu illərin  şeirlərində 
qüdrətli çağırış ruhu şairin qayə və məramını aydın göstərib.  
Şairin millilik uğrunda mübarizəsi ilk əvvəl özü ilə mübari-
zəsindən başlayıb (“Əyilmək qorxusu” (1973), “Gücüm, gücsüz-
lüyüm” (1978), “Çılğınlıqdan dözümə keçid” (1984), “Dözümlü 
ol, dəli könül” (1984)). 
“Məndən başlanır Vətən” (1983), “Heç bir ehtiyat” (1986), 
“Heç olmasa bircə nəfər” (1986) şeirlərində X.Rzanın tərəddüdlə-
ri yox olub, şair qətiyyətli hökmü, andı ilə məqamlaşıb. Sənətka-
rın həyat mövqeyində  səbatın, qətiyyətin rəhni xalqın sarsılmaz 
gücü olub (“Xalq qüdrəti” (1986)).  
Х.Rza yaradıcılığının qida mənbələrindən biri də türkçülük 
məfkurəsidir. Türkçülük şüuruna qayıdış imperiya siyasətçilərini, 
xristianlığı həmişə narahat edib. Onlar “pantürkist”, “panislamist” 
istilahları uydurub, türkləşmək ideologiyasını, dövlət və millət 
varlığını inkar etməyə çalışıb.  
Ötən  əsrin 1980-ci illərində Azərbaycanda milli-demokratik 
hərəkatın başlanması, müstəqil dövlətçiliyin bərpasından sonra 
(1991) türkçülük məfkurəsi ideoloji-mədəni əhəmiyyət kəsb edib 
və  Xəlil Rza Ulutürkün yaradıcılığında daha poetik qüvvətlə 
səslənib.  Şairin “Qalx ayağa, Azərbaycan”, “Yalnız pasportun-
da”, “Boz qurda öygü”, “Mən günəş ürəkli Xəlil Rzayam” və baş-
qa şeirlərində türkçülük milli müəyyənlik kimi dəyərləndirilib. 
X.R.Ulutürk turançılıq idealında Türkiyəni (“Yaşasın od yur-
du, qardaş Türkiyə”, “Nə yaxşı ki...”, “Xəlil, bir az səbr elə”) 
“köksümüzə  səngər” bilib. Onun nəzərində türkçülük, turançılıq 
fatehlik, mənəmlik olmayıb. Xəlil Rza türk birliyini ona görə tə-
rənnüm edib ki, türk zəif olanların xilaskarıdır. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə