Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə9/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

  B i b l i o q r a f i y a     
 
35
  
İşdir özün üçün bir gül istəsən
Oğlum, ellər üçün güldəstə istə. 
  
Eşqi böyüklərin dərdi də böyük... 
  
Borc ödəmək uğrunda  
Mən bir can məşəliyəm, 
Borclu ölsəm, 
Dünyaya təzədən gəlməliyəm. 
  
Poeziya dünyasının  
Mənəm bircə hökmdarı. 
Cüt gözümdür nurlandıran, 
Neçə milyard ulduzları. 
  
Mən onsuz da əbədiyəm,  
Cahangirlər gəldi-gedər,  
Bir gün edam meydanında  
Başım getsə, verərsəm can, 
Sən yadların qarşısında 
Heç bir zaman qara geymə, 
Ey ağ donlu anam mənim- 
Ağ çələngli Azərbaycan! 
  
Bu gün Prometeyəm mən,  
Qəlbimi məşəl kimi 
Vermişəm insanlara 
X ə l i l   R za   U l u t ü r k  
 
36 
  
Addımlayır neçə milyard  
ulduzların arasında. 
Kəhkəşana işıq verən 
Hərarətdi, Xəli Rza! 
  
Məni söz qayasında sətirlər 
Çəkir dara,  
Xoşbəxtəm bu əzabla 
  
Dərya nüfuzunun 
Hər damlasını 
Dağ boyda zəhmətlə 
Qazanan insan. 
Mərdlik ucbatından yandın 
Kül oldun, 
Yaxşı ki, mərdlikdən 
Usanmamısan. 
  
Bəlkə qardaş deyim sənə? 
Sən qardaşdan daha yaxın,  
Biz rəmziyik cüt sinədə 
Qardaş kimi yaşamağın. 
  
Mən öləndən sonra 
Mənim ömrümün 
Yüksək mərhələsi 
Başlanmalıdır. 


  B i b l i o q r a f i y a     
 
37
 
 
Xəlil Rza Ulutürk qələm dostları haqqında
 
 
B.Vahabzadənin  şeir və poemalarının  ən yaxşı nümunələri 
öz xalqının tarixi mövqeyini dərindən dərk etmiş ayıq gözlü, 
cəsarətli,vətəndaş şair qələmindən çıxmışdır. B.Vahabzadə sənə-
tin yoxuşları ilə irəliləyən bir sənətkardır. Bu yolda onun hər bir 
qələbəsi həm dəAzərbaycan şeirinin qələbələrindəndir. 
 
 
 
Azərbaycanın layiqli oğlu  Teymur Elçin  nəcib, mərd, ata 
ürəkli  şair qardaşımızdır. Biz onun qayğısını  həmişə hiss etmi-
şik.O, görkəmli partiya və dövlət xadimi olmaqla bərabər xəzinə 
bir İnsandır! 
 
 
Möcüzə  məqalələrdən biri Elçinin “Sübh şəfəqinin işığı” 
əsəridir. “Ədəbiyyat və incəsənət” qəzetinin 17 sentyabr 1982-ci 
il tarixli sayında basılmış bu gözəl məqaləni iki dəfə oxumuşam. 
Yenidən oxumağa və tam mənimsəməyə ehtiyac duyuram. 
Elçinimizin burada kələfin ucunu Şərq ilə Qərb renesansı arasın-
dakı minlərcə bağlardan birini aşkarlaya bilmişdir. Hüseyn 
Cavid ilə  İtaliya renesansının nümayəndəsi Cambatista Ciraldi 
Çinto (1504-1573) arasındakı tipoloji ədəbi oxşarlıq bir sənətka-
rın digərinətəsirinin daha çox, universal dünya renesansının 
hərəkət dalğaları kimi aşkarlanır. 
...Sənin oxucun olmaq çətindir,  əziz Elçinimiz! Çünki əsl 
qəhrəman hökmü ilə saçdığın inciləri yığıb-yığışdırmaq olmur... 
 
 
Biz  Rəsul Rzanı sadə, həssas, qayğıkeş yoldaş, xalq işi uğ-
runda özünü oda-közə vurmağa hazır olan mərd və yorulmaz bir 
vətəndaş,yer üzündə bütün yaxşı insanları qucaqlayıb bağrına 
X ə l i l   R za   U l u t ü r k  
 
38 
basmağa hazır olan humanist bir sənətkar kimi tanıyırıq. Azər-
baycan poeziyasında Rəsul Rza lüğət tərkibinin genişliyi və zən-
ginliyi cəhətdən müstəsna  şairdir. Bu sahədə onun Səməd Vur-
ğundan başqa müqabili yoxdur. Rəsul Rzanın çox nadir hallarda 
elə  şeшrinə rast gəlmək olar ki, yeni söz, yeni söz birləşməsi
yaxud yeni ifadə olmasın. 
 
 
Mehdi Hüseynin yaratdığı müsbət insan surətini səciyyələn-
dirən birinci əlamət mənəvi ləyaqətdir.  İnsanın bütün həyatına 
şölə salan, ən çətin günlərdə belə uca və  hərarətli könüllərdən 
səməndər quşu kimi ayrılmayan, böyük hərflər ilə yazılmış Ləya-
qət!Mehdi Hüseyn Azərbaycan torpağına dərin kök atmış  sənət-
kardır.İctimai-bədii fikir axarının ön cərgəsində addımlayan 
sənətkardır. 
 
 
İsmayıl  Şıxlı gözəllik kəşfiyyatçısıdır. Gözəllik və  təbiət 
şairidir. 
Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatında “Dəli Kür” ilə 
yanaşı qoyula biləcək əsərlərin sayı çox azdır, bəlkə də heç bədii 
yetkinlik dərəcəsinə görə belə  əsərimiz yoxdur. Mən hər hansı 
yazıçını oxuyanda, birinci növbədə buna fikir verirəm ki, görüm 
həmin sənətkar öz doğulduğu torpağı tanıyırmı, öz xalqının adət-
ənənələrini bilirmi? Əgər mən desəm ki, dünyada mənim üçün 
Azərbaycan torpağından müqəddəs heç nə yoxdur, siz buna ina-
nın. Məni məhdud hesab etməyin. Mən başqa xalqları da sevirəm. 
Ancaq bu torpaq və bu torpağın surətini yaradan yazıçı  mənim 
üçün hər şeydən yüksəkdir, ucadır. İsmayıl Şıxlı ona görə mənim 
üçün bu qədər  əzizdir ki, o, bu torpağın ürəyindən qopmuş 
sənətkardır. 
 
 
Xalqın maddi və  mənəvi mədəniyyətinin böyüklüyü, sənətin 
sirləri, bilməcələri, Azərbaycanın şimalı ilə cənubunun ruh birli-


  B i b l i o q r a f i y a     
 
39
yi, qovuşmaq  əzmi, kamilləşmək yollarında insani uğurları  və 
qüsurları – şeirlərində Nəbi Xəzrini düşündürən başlıca mətləb-
lər bunlardır. 
 
 
Hüseyn Arif poeziyasında sözün yaxşı  mənasında sintetik 
polifonik zənginlik var. Buna görə də onun yaradıcılığında folk-
lordan, aşıq  ədəbiyyatından gələn işıq müasir insan idrakının 
müxtəlif qaynaqları ilə birləşir və tamamilə yeni biçimdə meyda-
na çıxır. Bədii dilin heç bir müqavimətə rast gəlməyən təbii axarı, 
hissi bakirliyi, sözün rəngini,  ətrini, istilik, soyuqluq dərəcəsini 
duymaq bacarığı Hüseyn poeziyasına öz oxucuları arasında 
böyük nüfuz qazandırmışdır.  
 
 
İsa Muğanna sözün əsl və  dərin mənasında xalq yazıçısı, 
xalq şairidir. “Şair” sözünü mən təsadüfi işlətmirəm. İsa yaradı-
cılığının  ən yetkin örnəkləri, xüsusilə  İmadəddin Nəsimiyə  həsr 
olunmuş “Məşhər” romanı İsa Muğannanın çox böyük şair ilha-
mına, bədii nəsrinə ayrıca məlahət və  zənginlik gətirən poetik 
təfəkkürə malik olduğunu sübut edir. 
 
 
Lirik qəhrəman – şair ürəyinin aynasıdır. Lirik qəhrəmanın 
xarakteri necədirsə, şairin də xarakteri eləcədir. Lirik qəhrəman 
vasitəsilə  şair milyonların təmsilçisinə çevrilir, onun poetik 
“Mən”inin arxasında Vətən, xalq, müəyyən, konkret ictimai mə-
ram kimi dayanır. Buna görə  də lirik qəhrəmanının xarakterini 
yarada bilmək üçün şairdən yalnız sənətkarlıq qüdrəti deyil, həm 
də  vətəndaşlıq keyfiyyətləri tələb olunur. Şeirlərinin  ən yaxşı 
nümunələrində Mədinə Gülgün bu səviyyədə dayana bilir, onun 
misraları, fikir və düşüncələri mənsub olduğu xalqın, bağlandığı 
məramın qayəsi iləhəmahəng səslənir. 
 
 
X ə l i l   R za   U l u t ü r k  
 
40 
Nəriman Həsənzadə fikir və  məna  şairidir, onun sağlam, 
humanist poeziyasının çox dərin qatlarında çağdaş Azərbaycan 
varlığının çox ciddi münaqişələri dilə  gəlir, alovları  şölə  çəkir, 
sevinc və iztirabları, umud və qayğıları  çırpınır. Buna görə bu 
poeziya bədii idrak əhəmiyyətinə, öyrənilməyə, araşdırılmağa 
tam layiqdir, bədii estetik tərbiyə, kamilləşmə vasitəsidir, həyatı 
öz məfkurə güzgüsündə göstərən aynadır.  
 
 
Famil Mehdinin  şeir bulağı safdır, ləkəsizdir. Onun dirilik 
suyu daşdan, qayadan çıxmır, qaya dözümlü şair ürəyindən 
süzülüb gəlir. 
Famil Mehdi fikir və məna şairidir. Bu fikir və mənanın alt 
qatında  şair ürəyinin alovu ilə  qızınmış hiss və duyğu axınları 
çağlayır.  
 
 
Məmməd Araz  həcmcə o qədər böyük olmayan bir şeirlə 
insani xarakteri yaradır, həmin insanı bütün dərdi, qəmi, həm də 
ictimai dərdləri, həyatda dərin kökləri olan qəmləri ilə birlikdə 
nəzərdə canlandırır. “O, dərman istəmir, vətən istəyir”.Məmməd 
Arazı oxuculara sevdirən səbəblərdən biri – onun şeirlərinin xalq 
ədəbiyyatına, aşıq poeziysına, hətta mən deyərdim ki, musiqiyə 
yaxınlığıdır. Adlarını tez-tez çəkdiyi Qurbani, Tufarqanlı Abbas, 
Xəstə Qasım, Aşıq  Ələsgər kimi şeir-sənət korifeylərinə  pərəstiş 
etdiyini gizlətməyən Məmməd Araz bu sönməyən, bitib-tükənməz 
xalq idrakı qaynaqlarından qüvvət alır. Aşıq poeziyasına məxsus 
bir sıra  ədəbi keyfiyyətləri fəlsəfi düşüncə, dərin məna, yüksək 
şeiriyyat, dilin aydınlığından doğan bədii kəsər misraların dürüst 
poetik səliqəsi Məmməd Araza güclü təsir edir, bu keyfiyyətlər 
onun da şeirlərində getdikcə daha dərin kök salır.  
 
 
Zəlimxanımızın  şairliyi fitridir, Allah vergisidir, saz və 
aşıqlıq üstündə yaranmış qüdrətdir. Otuz ildən bəri könül verdiyi, 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə