Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə1/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
  1   2   3   4   5   6   7   8   9   ...   102


 
 
 
 
 
 
 
 
 
Azərbaycanın görkəmli şəxsiyyətləri 
 
 
 
 
 
 
XƏLİL RZA ULUTÜRK 
 
Biblioqrafiya 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2017 
 
X ə l i l   R za   U l u t ü r k  
 

KBT Я19:Ш+Ш5(2=Аз)7-44я1 
UOT 016:821.512.162 
 
Rəyçi:  
 
 
İsa Həbibbəyli, 
akademik  
 
Tərtib edənlər:   Mədinə Vəliyeva 
  
 
 
 
Lalə Şirinova 
Gülbahar Misirova 
 
 
 
 
Elmi redaktor: 
 
Kərim Tahirov,  
 
 
 
 
professor, 
Əməkdar mədəniyyət işçisi 
 
Redaktor: 
 
 
Gülbəniz Səfərəliyeva,  
 
 
 
 
Əməkdar mədəniyyət işçisi 
 
 
 
Xəlil Rza Ulutürk: biblioqrafiya /tərt. ed.: M.Vəliyeva, 
L.Şirinova, G.Misirova; elmi red. K.Tahirov; red. G.Səfərəliyeva.- 
Bakı, 2017.- 464 s.
 
 
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” 
seriyasından tərtib etdiyi biblioqrafiyada Xalq şairi Xəlil Rza Ulutürkün əsər-
ləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında materiallar 
toplanmışdır.  
Kitab  ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  
 
 
ISBN 978 9952 476 02 6 
 
 
©M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2017 


  B i b l i o q r a f i y a     
 
3
 
 
Tərtibçidən 
 
Türk dünyasında zaman-zaman azadlıq uğrunda mübarizə və 
mücadiləyə qalxan, canlarından keçən bir çox görkəmli  şəxsiy-
yətlər və yazarlarımız olub. Bunlardan biri də Azərbaycanın Xalq 
şairi, istiqlalımızın mücadiləçisi Xəlil Rza Ulutürkdür. 
Ulutürk doğma Azərbaycanını canından əziz tutan, Vətəninə 
sevgisini təkcə sözü ilə deyil, əməli ilə də sübuta yetirən vətənpər-
vər insan, başqalarına örnək ola biləcək güclü şəxsiyyət olmuşdur.  
2017-ci ilin oktyabr ayında Azərbaycanın Xalq şairi, tənqid-
çi,  ədəbiyyatşünas, tərcüməçi, Türk dünyasının tanınmış  şairi 
Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi tamam olur. 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının “Azərbay-
canın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı “Xəlil Rza 
Ulutürk” adlı göstərici onun haqqında tərtib olunmuş ilk funda-
mental biblioqrafiyadir. Bu nəşrdə şairin əsərləri, həyat və yaradı-
cılığı, siyasi fəaliyyəti haqqında 1948-2017-ci illərdə dərc olunan 
zəngin material toplanmışdır.  
Vəsaitdə “Xəlil Rza Ulutürkün həyat və yaradıcılığının əsas 
tarixləri”, “Xəlil Rzanın yadda qalan misraları”, “Xəlil Rza 
Ulutürk qələm dostları haqqında”, “Görkəmli şəxsiyyətlər və qə-
ləm dostları Xəlil Rza haqqında” bölmələri öz əksini tapmışdır. 
Azərbaycan və rus dillərində tərtib edilən biblioqrafik göstə-
ricidə materiallar xronoloji prinsiplə, daxildə isə  əlifba sırasına 
uyğun olaraq qruplaşdırılmışdır. Vəsaitdən istifadəni asanlaşdır-
maq məqsədilə sonda köməkçi göstəricilər verilmişdir. 
Kitab  ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-bib-
lioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə 
və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və 
rəylərini M.F.Axundov adına Milli Kitabxanaya göndərmələrini 
xahiş edirik. 
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57; 
E-mail: contact@anl.az; URL:www.anl.az 
X ə l i l   R za   U l u t ü r k  
 

 
 
Xəlil Rza Ulutürk – Azərbaycançılıq
 
məfkurəsinin davamçısı 
 
Xəlil Rza Ulutürk XX əsr Azərbaycan ədəbiyyatının görkəmli 
nümayəndəsi, istiqlal şairi, ədəbiyyatşünas-alim, tərcüməçi, memua-
rist və ictimai xadimdir. O, milli-demokratik hərəkatımızın usanmaz 
mücahidi, istiqlalçılıq, türkçülük və azərbaycançılıq məfkurəsinin 
davamçısıdır. Xəlil Rza üç istiqlal şairimizdən: Məhəmməd Hadi
Əhməd Cavad və Məhəmməd Biriyadan biridir.  
X.R.Ulutürk 21 oktyabr 1932-ci ildə
*
 Salyan qəzasının 
Pirəbbə bölgəsində dünyaya gəlib. 1949-1954-cü illərdə ADU-
nun filologiya fakültəsində, 1957-1959-cu illərdə Moskvanın 
Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. 
1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədə-
biyyatında poema janrı (1945-1950)” mövzusunda namizədlik
1985-ci ildə “Məqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbay-
can-özbək  ədəbi  əlaqələrinin aktual problemləri” mövzusunda 
doktorluq dissertasiyalarını müdafiə edib. 
1959-1969-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universi-
tetində müəllim, dosent işləyib. 1969-1994-cü illərdə AMEA-nın 
Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb. 
İlk  şeiri (“Abşeron”) 1948-ci ildə, ilk şeir kitabı (“Bahar 
gəlir”) 1957-ci ildə  nəşr edilib. 1954-cü ildən Azərbaycan və 
SSRİ Yazıçılar Birliyinin üzvü olub. 1986-cı ildə  “Əməkdar 
incəsənət xadimi”, 1992-ci ildə“Xalq şairi”, 1995-ci ildə “Türki-
yə Respublikasının Milli şairi” fəxri adlarına layiq görülüb.  
Azərbaycanın milli azadlıq hərəkatında fəal iştirakına görə 
26 yanvar 1990-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 
                                                 
*
Bəzən X.Rzanın təvəllüd tarixi 1933-cü il də göstərilir. Şairin pasportu, hərbi 
biletində  də 1933-cü il göstərilib. Lakin X.Rzanın özü bunu 1932-ci il kimi 
vurğulayıb. “Təşviqatçı” jurnalını özü ilə yaşıd bilib (yəni nəşr ili – 1932-ci il).  


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə