Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə4/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   2   3   4   5   6   7   8   9   ...   102

  B i b l i o q r a f i y a     
 
13
–  Oddur – dedim – bu nəfəs 
Zəlzələ dağı yerdən bəlkə qopara bilər, 
Sənətkarı xalqından heç nə ayıra bilməz. 
 
X.Rzanın poeziyasında xalqın həyat və  məişəti (reallıq), 
psixologiya və mənəviyyatı epik təsvir təhkiyəsindən çox, psixolo-
ji-mənəvi məqamların ifadəsində daha artıq konkretlik kəsb edib.  
1980-ci illərin  əsərləri içərisində “Məndən başlanır Vətən” 
(1983), “Azərbaycan” (1988), “Gəlir böyük Azərbaycan” (1986-
1990) əsərləri azərbaycançılığın poetik ifadəsi kimi xüsusi yer tutur. 
“Gəlir böyük Azərbaycan” əsəri respublikanın müstəqil döv-
lətçilik ideyası, xalqın gücü və  səbatının poetik təcəssümüdür. 
Xəlil Rzanın lirik-epik, hissi-romantik təsvirlərində mənəvi birlik 
ideyası bütün millətlərə, hər bir vətəndaşa ünvanlanır, milli şüur 
və məfkurəyə doğru yönəlir. 
X.R.Ulutürk bədii yaradıcılığa XX əsrin 1940-cı illərində 
başlayıb. Onun arxivində ilk mətbu əsəri 1948-ci il, “Kitab” şeiri 
(“Pioner” qəzeti) göstərilir. Lakin həmin ildə “Pioner” qəzetində 
şairin “Abşeron”  şeiri dərc edilib. X.Rzanın 50-ci illərdə “Qatar 
gedər” (1951), “Budapeştdə heykəl” (1951), “Müqəddəs yol” 
(1952), “Böyük günlər bayramı” (1953), “Radionu dinlərkən” 
(1954), “Həyat düşüncələri” (1954) şeirlərində poetik intonasiya 
azlıq edib, “Şərqin gözləri” (1956), “Şairin cavabı” (1956), “Bə-
zənin, a qızlar” (1961) kimi sosial-siyasi şeirlərində ənənəvi mo-
tivlər, epik-lirik təhkiyə görünən xüsusiyyət olub. 
1960-cı illərin  əsərləri içərisində “Afrikanın səsi” (1960) 
(sonralar “Azərbaycanın səsi”, “Mənim səsim”)  şeiri azadlıq 
ideyasının məna tutumu ilə seçilib: 
 
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! 
Qolumdakı zəncirləri qıram gərək, qıram, 
qıram! 
Azadlığı istəmirəm bir həb kimi, dərman 
kimi! 
İstəyirəm səma kimi, günəş kimi, cahan kimi! 
X ə l i l   R za   U l u t ü r k  
 
14 
Çəkil, çəkil, ey qəsbkar! Mən bu əsrin gur 
səsiyəm! 
Gərək deyil sısqa bulaq! Mən ümmanlar 
təşnəsiyəm! 
 
B.Vahabzadə yazırdı ki, “Afrikanın səsi” yalnız Afrika xalq-
larının deyil, öz azadlığı  və istiqlalı  uğrunda ayağa qalxan və 
müstəmləkəçiliyin, faşizmin hər cür təzahürünə qarşı barışmaz 
mövqe tutan, imperializmin buxovlarını  qıran bir sıra ölkələrin 
mübarizə əzmi, üsyankar ruhu çox sərrast və qüvvətli ifadə olu-
nub”. Həmin illərdə O.Sarıvəlli “Neapol şeirləri” (1961), “Məra-
keş lövhələri” (1961), B.Vahabzadə “Sökün çəpərləri” (1965), 
R.Rza “Lüban oğlu Şəkib” (1967), “Vyana xatirələri”, C.Novruz 
“Zamanın səsi”, 
Ə.Cəmil “Kuba vətənpərvərlərinə”, 
N.Həsənzadə “Fələstin nəğmələri” əsərlərini yazıb.  
1960-cı illərdə X.Rza üç kitab (“Məhəbbət dastanı”, “Mənim 
günəşim”, “Qollarını geniş aç”) çap etdirib. Bu kitablarda ifadə 
olunan fərdi bədii  şüur psixoloji məqamlardan başlayıb. 1970-
1980-ci illər poeziyasında aparıcı bədii keyfiyyət olan psixoloji-
mənəvi məqamlar öz qidasını əslində 1960-cı illərin ilk nümunə-
lərindən alıb (“Nifrətim var” (1960), “And içirəm” (1962), “Şəla-
lə kimi” (1962), “Ermitaj və Avrora” (1962), “Ürək qızıl gülə 
bənzər” (1962), “Əyilmə” (1962), “Qonaq çağırıram bəşəriyyəti” 
(1963), “Vəzifə” (1967), “Mən  Şərqəm” (1968) və başqaları). 
X.R.Ulutürkün “Vətən, ya ölüm” (1960-1962), “Vyetnam”, 
“Prezident kabinəsi”, “Qrenada, Qrenada” (1982), “Rədd olun 
Vyetnamdan, ey qəsbkarlar” (1966-68), “Sofiyada festival” 
(1984), “Qəzəb marşı” (1982) əsərləri də beynəlxalq mövzuda 
qələmə alınıb.  
1960-cı illərin əvvəllərindən başlayaraq X.Rzanın yaradıcılı-
ğında vətəndaşlıq, vətənpərvərlik ideyaları qüvvətlənib, onunla 
hakim ideologiya, üstqurum arasında təzadlar da güclənib.  Şair 
sovet həyat tərzini idealizə etməyib. O, həmişə mövcud olanların 
mənfi tərəfindən obyektə diqqət yetirib, ictimai-siyasi gerçəkliyə 
müxalif olubdur. X.Rza poeziyasında tərənnüm pafosu azlıq 


  B i b l i o q r a f i y a     
 
15
təşkil edib. Şairin yaradıcılıq fərdiyyəti daha çox mənfiliklərə 
etiraz  əsasında estetik idealını canlandırıb. Bu səbəbdən onun 
1970-ci illər poeziyasında, əsasən, təzadların rəngarəngliyi, möv-
zu zənginliyi, adi hadisələrin poetik dünyasından həyata baxış 
tədricən yığılıb, ideya-bədii mətn mənəvi-psixoloji təzadları, 
məqamları öz içinə alıb. 1960-cı illərin şeirlərində X.Rza mövzu 
və mündəricə baxımından daha duyumlu görünübsə, 1970-ci 
illərin poeziyasında o, mənəvi-psixoloji olaraq milli həyata və 
dünyaya nüfuz edib. 
X.Rzanın “Yeni zirvələrə” (1971), “Ucalıq” (1973), “Doğ-
malıq” (1977) kitabları 1970-ci illərdə çap olunub. Movcud 
hadisələri mənalandırmaq, onlara bədii dəyər vermək, obyektə 
fəlsəfi-tarixi,  əxlaqi-estetik baxış 1970-ci illər poeziyası üçün 
səciyyəvidir. Bu baxımdan “Yaratmamışdır”, “Filosof və  şair” 
(O.Sarıvəlli), “Dünya” (B.Vahabzadə), “Hüseyn Cavid” (N.Hə-
sənzadə), “Müdriklik” (M.Dilbazi), “Azərbaycan – dünyam mə-
nim” (M.Araz), “Yaddaş” (F.Qoca) kimi ədəbi nümunələrdə 
fəlsəfi dəyərləndirmə  və  məntiqi mühakimə  bədii xüsusiyyətlər-
dəndir. X.R.Ulutürk də lirik-epik üslubu ilə tarixin, zamanın hadi-
sələrinə diqqət kəsilib, onları lirik-psixoloji və analitik olaraq çö-
züb. 1970-ci illərin əsərlərində ictimai etirazlar mövcud mühit və 
şəraitə, insanlar arasında hökm sürən mənəvi-psixoloji, ictimai-
siyasi haqsızlıqlara, beynəlxalq  şovinizmə, istismara, müstəmlə-
kəçiliyə, imperiyaçılığa qarşı olub. 
Şairin ictimai etirazları  əvvəlcə özündən (“İlham”, “Səmən-
dər quşu kimi” və başqaları), özünüetirafdan başlayıb (“And içi-
rəm” (1974), “Silkələnmə” (1975), “Qarşıdadır” (1979)). X.Rza 
ictimai etinasızlıq, ətalət və biganəliyə (“Heç olmaz ki...”, “İşsiz 
kişilər”, “Düşüncələr” və başqaları) qarşı olanda satira və tənqidə, 
M.Ə.Sabir ənənələrinə üz tutub, tənqid obyektini nəticə etibarilə 
özünün arzu və idealları ilə birləşdirib.  
1960-cı illərin axırları, 1970-ci illərin əvvəllərindən başlaya-
raq Xəlil Rzanın yaradıcılığında fəlsəfi-etik məzmun konkretlə-
şib, fəlsəfi düşüncələr mücərrəd, xəyali deyil, həyati zəminə, 
realizmə əsaslanıb.  
X ə l i l   R za   U l u t ü r k  
 
16 
İnsan fəlsəfəsində fikir və qəlb azadlığı milli azadlığa (bəşə-
ri) gedilən yol, mənəvi-ruhi təkan olub (“Sükan arxasında”, 
“Ömrüm” və başqaları). “İgidlər, dahilər” şeirində ictimai-fəlsəfi, 
etik-estetik düşüncələrin ifadəsi qüvvətlənib. B.Vahabzadə 
yazırdı: “Qəhrəmanların və yaradıcı idrak sahiblərinin ölümdən 
güclü olması ideyası bu şeirdə çox sərrast ifadəsini tapmışdır”. 
“Cahana sığmayan  şair”, “Kentavr”, “Düzlük” şeirlərində  də 
başlıca fəlsəfi qənaət belədir: Dünya yalnız ruh, ağıl və hikmət 
sahiblərinindir. Yalnız ağıl və idrakın işığı insanı kamilləşdirə, 
Tanrıya yaxınlaşdıra bilər! 
XX əsr Azərbaycan poeziyasında, əsasən, 1940-50-ci illərdən 
başlayan  İnsan mövzusu (konkret obraz müəyyənliyi) geniş 
planda, orijinal poetik təsvirdə, zəngin bədii mündəricədə ifadə 
olunub. S.Vurğunun “İnsan” (1945), R.Rzanın “Mən insanam” 
(1957), “Vaxt var ikən” (1961), N.Həsənzadənin “Cavabdehəm”, 
“Ata sərvəti”, C.Novruzun “İnsan himnləri”, “İnsan, insan” 
(1969), “Tələsin insanlar, gecikin insanlar” (1969), “Sağlığında 
qiymət verin insanlara”, M.Arazın “İnsan monoloqu”, H.Arifin 
“İnsan”, “N.Hikmət”,  Ə.Kərimin “Heykəl və heykəlin qardaşı”, 
B.Vahabzadənin “Dayan, insan” (1970), “İnsan ömrü”, F.Qoca-
nın “Adi insan”, “İnsan”, X.Rzanın “Sarsılma”, “Ömür”, “İgidlər, 
dahilər”, “Babək”, “Nizami”, “Sən mənə bir silah verdin” və 
başqa  əsərləri insan mövzusunda olub, fəlsəfi dualizmi bədii 
şəkildə ifadə edir. Şairin 1980-ci illər şeirləri insanın mənəvi-psi-
xoloji aləmilə daha çox bağlı olduğundan, onu məqam və məra-
mın təcəssümü kimi qiymətləndirmək olar. 
X.Rzanın “Taparam səni” (1980), “Ömürdən uzun gecələr” 
(1982), “Hara gedir bu dünya” (1983), “Daşdan çıxan bulaq” 
(1986), “Məndən başlanır Vətən” (1988) kitabları 1980-ci illərdə 
nəşr olunub. Bu illərin əsərlərində mövcud haqsızlıqlara, ədalət-
sizliklərə etiraz, mübarizlik, inqilabçılıq  əhvali-ruhiyyəsi  şairin 
lirik qəhrəmanı üçün əsas olub. 
X.R.Ulutürk 1980-ci illərə  qədərki  əsərlərində sosial-siyasi 
quruluşa  əsasən lirik-epik üslubda diqqət yetirib. 1980-ci illərin 
əsərlərində isə  şairin cəmiyyətə qarşı üsyankar, inkarçı mövqeyi 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə