Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə3/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   2   3   4   5   6   7   8   9   ...   102

  B i b l i o q r a f i y a     
 
9
X.Rza  şeirlərində yalnız Azərbaycan türk dilini fərdiləşdir-
məyib, türk dilləri birliyindən ehtirasla danışıb, türk, özbək, 
qırğız, qazax, türkmən dillərinə də poetik nümunələr həsr edib.  
X.Rzanın türkçülüyü təbliği əsasda olub. O, türk qövmlərini 
iqtisadi-mədəni birliyə çağırıb.  Şair  şeirləri ilə  bərabər, elmi-
tarixi memuarlarında və  məqalələrində  də türk özümlüyündən 
geniş  bəhs edib. O, ədəbiyyatşünas-alim kimi “Məqsud  Şeyxza-
dənin bədii yaradıcılığı  və Azərbaycan-özbək  ədəbi  əlaqələrinin 
aktual problemləri” mövzusunda doktorluq dissertasiyası yazıb, 
monoqrafiyalar çap etdirib. X.Rzanın arxivində “Türküstan diva-
nı”, “Özbəkistan poeziyası”, “Şeyxzadə  dəftəri” adlı  əlyazma 
qovluqları saxlanılmaqdadır.  
Ə.Hüseynzadə, Z.Göyalp və M.Ə.Rəsulzadənin ideya-məf-
kurə davamçılarından olan X.R.Ulutürk Vətən deyəndə bütün 
türk dünyasını nəzərdə tutub: “Biz türkləriz... Vətənimiz başdan-
başa Yer kürəsi, Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi!” 
– deyə türkü öyüb. Azərbaycan  şairləri Vətən dedikdə  həm də 
Azərbaycanın o tayını – Güneyi nəzərdə tutub, Vətəni bütöv 
görüb tərənnüm ediblər. 
Azərbaycan poeziyasında Vətənçilik məfkurəsi güclü olub. 
O.Sarıvəllinin “Panamalı dilənçi”, “Dəvə karvanı”, “Təbriz gözə-
li”, M.Arazın “Dünyadan bir Araz axır”, “Astaraçay”, “Haça-
dağ”, “Yenə Arazı gördüm”, “Arazın işıqları”, C.Novruzun “İran 
qadınlarına heyrət məktubu”, “Yuxumda o taya keçdim bu gecə”, 
“Mən sərhəd görmüşəm”, B.Vahabzadənin “Neytral zona”, “Qə-
ribədir”, “İki yol”, N.Həsənzadənin “İran  şahına məktub”, 
S.Tahirin “Təbrizi gəzirəm”, “Ədalət mücəssəməsi”, “Cavab ver-
sin tarix mənə”, S.Rüstəmxanlının “Tarixi yaradanlar”... şeirləri 
Cənub (Güney) mövzusunda olub. X.Rza da 60-cı illərdən başla-
yaraq Güney mövzusuna müraciət edib.  
Sənətkarın “Sağlıq, yaxud vəsiyyət” (1962), “Oğlum Təbri-
zə” (1964), “Mən nəyəm ki, ey Vətən” (1962), “Təbrizim mə-
nim” (1965-75), “Anam layla çalır” (1966), “Gözün aydın, Azər-
baycan” (1969), “Xiyabani yurdunda” (1975), “Qatar gedər”, 
“Səsin gəlsin, Təbrizim” (1980), “Xudafərin körpüsü” (1980), 
X ə l i l   R za   U l u t ü r k  
 
10 
“Yaşasın həyat” kimi şeirlərində ideya Vətən birliyi və xalq tale-
yidir. “Oğlum Təbrizə” (1964) şeirində ata-şairlə bala-Təbriz 
Azərbaycanın cüt qanadları – o tay, bu tay kimi mənalandırılır. O, 
“Təbrizim mənim” (1965-75) şeirində oğluna bildirir ki, Təbrizə 
gedən yollar təkcə  sərhəddən yox, həm də  mənim gözümdən-
könlümdən keçir: 
 
Soruş, cavab verim mən, hardan başlanır Vətən: 
Vicdanın öz səsindən. 
Zülmətdə bir cüt gözün ildırım qüvvəsindən! 
Min haqsıza baş əyməz bir haqlının əzmindən! 
 
“Səsin gəlsin, Təbrizim” (1980) şeirində  sənətkar radio dal-
ğalarında Təbrizi axtarır, onun səsini eşitmək istəyir. Radionun 
mili sanki “kirpiyin ucu boyda ümidinin telidir”. Ümid alışanda 
şair doğma səsi, dili yox, “ruhu candan aparan yad dilli bir marş 
dinləyir: “...Ey şəhid, ey şəhid. Xuni tu iftixar...” Şair Təbrizi öz 
dərdləri ilə danışdırır:  
 
Səsin gəlsin, Təbrizim, öz avazın, öz səsin! 
Yandırsın daş qəfəsi, söksün beton məhbəsi 
Haqq, ədalət uğrunda alov tutan nəfəsin! 
Bərkdən danış, əzizim, səsinin möhtacıyam. 
Yurdu vahid görməyin, yurdu xoşbəxt görməyin 
 
 
 
 
təşnəsiyəm, acıyam! 
 
“Xudafərin körpüsü” (1980) əsərinin mövzu və məzmunu isə 
iki sahili birləşdirən tarixi körpünün rəmzi mənası ilə bağlıdır.  
X.R.Ulutürkün “Həsrət”, “Təbrizli  şairin düşüncələri”, “İki 
qardaşın söhbəti”, “Qalx ayağa, Vətənim”, “O gün gələcək” poe-
maları da Cənub (Güney) mövzusunda olub milli ideallarla, Və-
tən taleyi ilə əlaqəlidir.  
X.Rzanın xalqçılığı azərbaycançılığın, vətənçiliyin tərkib his-
səsidir.  Şairin xalqçılığında Azərbaycanın  ərazi-mənəvi birliyi 
ifadə olunub.  


  B i b l i o q r a f i y a     
 
11
Azərbaycançılıq Azərbaycan Respublikasının müstəqil döv-
lətçiliyi ilə möhkəm bağlıdır. Bu barədə  nəzəri-ideoloji olaraq 
akad.R.Mehdiyev, prof.S.Xəlilov, Xalq yazıçısı Anar, İ.Həbib-
bəyli, prof.N.Cəfərov, prof.N.Şəmsizadə və başqaları fikir söylə-
yib. Azərbaycançılıq müstəqil Azərbaycan Dövlətinin əsas ideya-
sıdır. Azərbaycançılıq ideologiya, məfkurə olub elmi-nəzəri və 
ideoloji zəminə malikdir. Hazırda həmin sistemin siyasi-nəzəri 
müddəalarını ulu öndər H.Əliyevin ideyaları təşkil edir. H.Əliyev 
Yeni Azərbaycan Partiyası yaradılmasının altıncı ildönümünə 
həsr olunmuş  yığıncağında demişdir: “Azərbaycan dövlətinin 
milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıq-
dır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – 
bunların hamısı azərbaycançılıq anlayışının tərkib hissəsidir... Bu 
məfkurə təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycan-
lıların, təkcə Azərbaycan dövlətinin maraqlarını deyil, həm də 
bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqları-
nı ifadə edir”. 
Azərbaycançılığın, milli ideologiyanın, milli ruhun əsasında 
dövlətçilik, Azərbaycanın müstəqilliyi,  ərazi bütövlüyü, milli 
vətənpərvərlik və vətəndaşlıq hissi dayanır. Onun mənəvi poten-
siyası fasiləsiz mədəni irsimizdir. H.Əliyev Dünya azərbaycanlı-
larının birinci qurultayındakı  çıxışında demişdir: “Azərbaycan 
xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kita-
bımız Qurani-Kərimdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, 
Azərbaycanın mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiy-
yətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük 
elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi də-
yərlərini yaradıblar. Bu, bizim adət-ənənəmizdir. Bu, bizim milli-
əxlaqi mentalitetimizdir”. 
Milli ziyalılarımız içərisində Xəlil Rza Ulutürk istiqlal şairləri 
Məhəmməd Hadi, Əhməd Cavad və  Məhəmməd Biriya kimi 
ədəbi-ictimai fəaliyyəti ilə tarixi vətənçiliyi, turançılığı, azərbay-
cançılığı, Azərbaycanın dövlət müstəqilliyini təcəssüm etdirib. 
Xəlil Rzanın poeziyasında Azərbaycanın ümumiləşmiş obrazı milli 
X ə l i l   R za   U l u t ü r k  
 
12 
dil, tarix, ənənə, psixologiya və mənəviyyatla möhkəm bağlı olub. 
Azərbaycan, vətən və xalq məfhumlarının bədii ifadəsi 
X.Rza yaradıcılığında XX əsrin 1950-ci illərindən görünməyə 
başlayıb. 1960-cı illərin  şeirlərində ideya-estetik məzmun geniş-
lənib, 1970-ci illərin  əsərlərində lirik polifoniya, ideya-bədii 
mündəricə zənginləşib. Milli dil, tarixi reallıq, ənənə, psixologiya 
və  mənəviyyat 1980-ci illərin  şeirlərində  bədii siqlətilə seçilib, 
şair “Mən”i 1980-90-cı illərin əsərlərində milli xarakter konkret-
liyi kəsb edib.  
1950-ci illərin şeirlərində X.Rzanın təbiətə münasibəti onun 
arzu və duyğularını qidalandırıbsa, 1960-cı illərin  şeirlərində 
(1960-1964) poetik obrazlarda, əsasən, təşbeh və metaforalarda 
təzahür edib. Bu şeirlərdə Azərbaycanın (xalqın) ifadəsi məcazlar 
şəklində, motiv, duyğu halında müəyyənləşib:  
 
Bir Muğam zilidir – ox çinarların, 
Meh dəyən budaqlar – incə kamanım 
Sən – Zərdüşt zəkalı, Babək baxışlı, 
Üzeyir nəfəsli Azərbaycanım!  
(“Vətən düşüncələri”) 
 
X.Rzanın 1950-80-cı illər şeirlərində Azərbaycan ideyası (dil 
və reallıq) tərənnüm, vəsf, etiraf halındadır (“Tamam doğmayan 
günəş” (1962), “Vətən”, “Yanardağ”(1975), “Yaxşı ki, bu yurdun 
balasıyam mən”(1978), “Mən bu gecə oyağam” (1978), “Mən 
Azərbaycanam” (1979), “Yurdum, sənin sağlığına” (1979), 
“Yaxşı ki”(1980). 
“Səməndər quşu kimi” (1970), “Şeirimizin Babəki” (1978-
80), “Məmməd Araza” (1982), “Xudu müəllim” (1983), “Məndən 
başlanır Vətən” (1983), “Sənin cavabın” (1984) əsərlərində Azər-
baycanın (xalqın) tarixi şəxsiyyətləri xalq psixologiyası  və 
mənəviyyatının təcəssümü kimi qiymətləndirilir. Belə  əsərlərin 
ideyasında xalqla sənətkarın, kütlə ilə  şəxsiyyətin birliyi əsas 
xüsusiyyət olub:  
 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə