Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə7/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   2   3   4   5   6   7   8   9   10   ...   102

  B i b l i o q r a f i y a     
 
25
Nizaminin “Sirlər xəzinəsi”, “Yeddi gözəl” və  “İsgəndərnamə” 
poemalarının dilimizə son tərcüməsi də  Xəlil Rzaya məxsusdur. 
Şairin “Qardaşlıq çələngi” və “Dünyaya pəncərə” adlı  tərcümə 
kitabları 2012-ci ildə həyat yoldaşı Firəngiz xanım Ulutürk tərə-
findən “Dünyaya pəncərə” adı ilə yenidən nəşr edilib.  
X.R.Ulutürk publisistik fəaliyyətə keçən  əsrin 50-ci illərin-
dən başlayıb. O, əsasən, qarışıq mündəricəli,  ədəbi-elmi-bədii 
səpkili yazıların nümunələrini yaradıb. Onun 1960-cı illərdə qələ-
mə aldığı “Ən böyük səadət”, “Qeyrət vaxtıdır”, “Qızıl gül kimi”, 
“Fərhad kimi oğullar”, “Muzey bizə  nələr deyir”, “Öz nəslinə 
layiq” məqalələri kökə bağlılıq, zəhmətə vurğunluq, tarix, etnoq-
rafiya, arxeologiya və memarlıq baxımından əhəmiyyətlidir. 
X.Rza 1960-cı illərdən başlayaraq Azərbaycanın milli-mənə-
vi dəyərlərini daha çox təbliğ edib. “Sumqayıtın günəşi”, “Rüstə-
min dilindən”, “Nəğmə kimi ötən günlər”, “Gözəlliyin keşiyin-
də”, “Bahar-bahar”, “Qızıl gül kimi” məqalələri Sumqayıt, Lən-
kəran, Astara və Ordubad bölgələri haqqındadır.  
X.Rzanın 1960-cı illər məqalələrinin mövzusu müxtəlifdir. 
Şair insan mənəviyyatından yazıb, konkret insanları oçerkləşdi-
rib, təbiətdən, tarixi şəxsiyyətlərdən söz açıb. “Göygöl kimi saf, 
gözəl”, “Kəklik çolpaları”, “Bir salxım üzüm”, “Qoşqarçay axan 
yerdə”, “Oğurlanmış dahi”, “Qayalar kimi qüdrətli” məqalələri 
təbiət və insan barəsindədir. 
Xəlil Rza publisistik məqalələrinə geniş şərh, izah səciyyəsi 
verməyib, daha çox qarşı tərəfi danışdırıb, informasiyanı özündən 
və qarşı  tərəfdən ötürüb, obyektivliyi, elmiliyi və tarixiliyi göz-
ləyib.  
Onun 1960-cı illərin ikinci yarısında yazdığı ədəbi-publisis-
tik məqalələri məşhur insanlar və tarixi şəxsiyyətlərlə bağlıdır. 
“Professor Əkrəm Cəfər danışır” (1969), “Qızıl gül düşür yada” 
(1969), “Yusif Ziya Şirvanlı” (1969), “Səidə-xoşbəxt deməkdir” 
(1969), “Saz və tüfəng ilə” (1967), “Səngərdə doğulmuş sətirlər” 
(1967), “Unudulmaz saatlar” (1968), “Ənənə qol-budaq atır” 
(1968), “Vaqif sənətinə yaraşan fırça” (1968), “Əyyub Şirinzadə” 
(1969), “Öləndən sonra da yaşayır insan” (1969), “Şairin sevgili-
X ə l i l   R za   U l u t ü r k  
 
26 
si” (1969) məqalələri Əkrəm Cəfər, Abbas Zamanov, Yusif Ziya 
Şirvanlı, Səidə Şeyxzadə, Səyyah Məhəmməd, Əhməd Əhmədov, 
İlyas  İbrahim, Hökumə Billuri, Söhrab Tahir, Əyyub  Şəfizadə, 
Səkinə Şeyxzadə, Mirzə İbrahimov, Əli Mina Təbrizi haqqındadır.  
1970-ci illərin bədii publisistikası memuar xüsusiyyətləri ilə 
səciyyəvidir (“Millilik sənətkarın şüurlu fəaliyyətindən doğmalı-
dır” (1971), “Milli özəlliklər” (1971) və başqaları). Yazılarda 
milli-bəşəri dəyərlər güclüdür. “Qardaşım  Əli Mahmud”(1971), 
“Türkana doğru” (1971), “Zaqatala muzeyində”, “Alimin qayğı-
ları” (1973), “Böyük Axuminin sorağında” (1975), “Əziz, sevimli 
Siyumə xanım”(1975) məqalələri həmin illərin  ədəbi-publisistik 
yazılarındandır.  
X.Rzanın publisistikasında diqqəti cəlb edən bir xüsusiyyət 
də müsahibə janrı ilə  əlaqəlidir. 1970-ci illərdə  şair ilə bir neçə 
müsahibə aparılıb (“Sevimli şairimiz ustad Bəndəroğlu həzrətləri-
nin sorğularına cavabım” (1976), “Əməkdaşımızın şair Xəlil Rza 
ilə müsahibəsini dinləyin” (1977), “Telegüzgü əməkdaşları 
Nazim bəy və Tarıyel bəyin sorğularına cavab” (1980) və başqa-
ları). Həmin müsahibələrdə xalqlar arasında mədəni əlaqələr, ana 
dilinin təmizliyi, “Sirlər xəzinəsi”nin tərcüməsi, azərbaycanlıların 
soy tərkibi, “Krasnodon qartalları” poemasının yazılması və şai-
rin tatar dilini öyrənməsindən danışılır. 
1980-ci illərin publisistikası ədəbi portretlər – oçerklər baxı-
mından seçilib. “Qardaşlıq görüşü” (1980), “Misilsiz milli xəzi-
nə” (1984), “Zeynalımızla ilk görüş” (1985), “Yeganə təsəllimiz” 
(1985), “Qardaşım, Azər İmam” (1985), “Tofiq Bayram səadəti” 
(1985), “Kürlə Xəzər qovuşanda” (1986), “Zindanda poeziya gü-
nəşi” (1986), “Möcüzələr diyarında” (1986), “Poeziyaya çevril-
miş dostluq” (1987), “Günəş heç bir kəsdən mükafat ummaz” 
(1987) məqalələri Abbas Abdulla, Firudin Şuşalı, Məstan Günər, 
Tofiq Bayram haqqındadır. 
X.Rzanın bədii publisistikanın nəzəri problemləri ilə bağlı 
məqalələri də vardır. Bu baxımdan “Bədii publisistika və yeni-
dənqurma” (1986), “Getdikcə  fəallaşan janr” (1987) məqalələri 
səciyyəvidir. Həmin məqalələr publisistika janrı ilə bağlı keçiril-


  B i b l i o q r a f i y a     
 
27
miş müşavirələr, dəyirmi stollar və yığıncaqlara həsr olunub. 
X.R.Ulutürkün 1980-ci illərin sonlarından yazdığı publisistik 
məqalələri,  əsasən, siyasi mövzudadır. Siyasi publisistika onun 
yaradıcılığında xüsusi kəsər və  bədii siqlət kəsb edib. X.Rza bu 
illərdə bütün gücünü siyasi hadisələrin qələmə alınmasına, tarix-
ləşdirilməsi və xronologiyalaşdırılmasına doğru yönəldib. Həmin 
yazılarda həm də Azərbaycanın milli azadlıq hərəkatının salna-
məsi yaşayır. 
Xəlil Rza memuar yaradıcılığına 1960-cı illərdə başlayıb. O, 
1962-63-cü il tarixli gündəliyində bu barədə  məlumat verib. 
“Gündəlik – ürəyimin tərcümeyi-halıdır. Buna görə də hər kəsin
xüsusilə də işi-peşəsi xalqın taleyi ilə bağlı olan adamların gündə-
lik yazması, zənnimcə, bir işdir. Amma düz yazasan. Hər halda 
buna mümkün qədər səy etmək lazımdır. Çoxdan gündəlik yaz-
maq fikrindəydim. Ətalət imkan vermirdi. Axır vaxtlar deyirdim: 
“Qoy dissertasiyanı bitirim, sonra başlaram. Bu vədimə  əməl 
edirəm”. 
X.Rza 1962-ci ildən ömrünün sonunadək gündəlik (elmi-tari-
xi memuar) yazıb. Memuarlardan 1960-1990-cı illərin sosial-
tarixi  şəraiti, mənəvi-psixoloji və elmi-nəzəri səviyyəsi aydın 
görünür. Prof.Əkrəm Cəfər yazırdı: “Xəlil Rza 300 cilddən artıq 
gündəliyin müəllifidir. Hərəsi bir dissertasiya həcmində olan bu 
üç yüz cild, heç şübhəsiz, elmi-tarixi memuarlar kimi qiymətlən-
diriləcək və ən yüksək mükafata layiq görüləcəkdir”. 
Şair peşə aludəliyini belə ifadə edirdi: “Otuz ildən çoxdur ki, 
gündəlik yazmaqla məşğulam, vaxtım nə  qədər az olsa da, bu 
şakərimdən özümü saxlaya bilmirəm. Hərəsi bir doktorluq disser-
tasiyası  həcmində olan cildlənmiş gündəliklərin sayı üç yüzü 
keçib.  Şeirlərimlə yanaşı, gündəliklərim avtoportretlərimdir, bu-
rada  ədəbi mühitimiz və onu təmsil edən insanların fikir və 
düşüncələri, ədəbi qurultaylarda, televiziyada, iclaslarda, yubiley 
mərasimlərində, gündəlik görüşlərimizdə söhbətləri, çıxışları 
mühüm yer tutur. Səyahətlərə çıxdığım, içəri dünyasını öyrənmə-
yə çalışdığım Leninqrad, Moskva, Daşkənd, Kazan, Naxçıvan, 
Ankara, İstanbul kimi şəhərlərdə əlini sıxdığım insanlar, gördük-
X ə l i l   R za   U l u t ü r k  
 
28 
lərim, eşitdiklərim, Mixail Şoloxov, Konstantin Simonov, yubiley 
karvanı Bakıdan, Borçalıdan, Gəncəbasardan tutmuş Leninqrada 
uzanıb gedən Səməd Vurğun... haqqında düşüncələr bu gündəli-
yin ayrı-ayrı yarpaqlarıdır”. 
2004-cü ildə “Gəl, ey səhər”, 2005-ci ildə “Ustadım Əkrəm 
Cəfər”, 2006-cı ildə “Lefortovo zindanında”, 2007-ci ildə “Bir 
odlu gözləri, bir də xoş  səsi”, 2009-cu ildə “Həyat, həyat deyə 
çırpınan könül” və “Mənim Tanrım gözəllikdir” (2009) adları ilə 
X.R.Ulutürkün elmi-tarixi memuarlarının cüzi bir qismi redaktor-
luğumuz və ön sözümüzlə çap edilib. 
Xəlil Rza yaradıcılığında mental təfəkkür milli-məfkurəvi 
şüur, milli ideologiya ilə möhkəm bağlıdır. O, güclü vətənpərvər, 
milliyətçi və beynəlmiləlçi mütəfəkkir olub. X.Rza ana dilinin 
işləkliyi, təbliği, qorunması və təmizliyi uğrunda ardıcıl mübarizə 
aparıb. O, dilə münasibəti təkcə Azərbaycan dili kimi yox, həm 
də türkçülük siyasəti, ideoloji-mədəni münasibətin üzvi hissəsi 
kimi ifadə edib.  
Şair azərbaycançılıqda daxili, türkçülükdə isə azərbaycançılığa 
istinadən xarici etnik keyfiyyəti  əsas götürüb, türk xalqları  və 
ədəbiyyatına üstünlük verib. Sənətkar kökdən, əcdaddan gələn türk 
birliyi ideyasını elmi-bədii və publisistik vəhdətdə canlandırıb.  
X.R.Ulutürk ardıcıl olaraq milli ideallarla, xalq taleyi prob-
lemləri ilə yaşayıb. O, dil və mədəniyyətin, coğrafi-ərazi birliyin 
yorulmaz təbliğatçısı olub. Cənubi Azərbaycan məsələsi onun 
yaradıcılığından qırmızı xətlə keçib.  
Milli şüur və məfkurə, humanizm və vətənpərvərlik, azadlıq 
və müstəqillik məsələlərini əhatə edən mental fikir və düşüncələr 
M.Ə.Sabir, H.Cavid, S.Vurğun, M.Müşfiq, R.Rza, M.Şəhriyar, 
Ə.Cəfər, İ.Şıxlı, B.Vahabzadə, M.Araz, S.Tahir, Qabil, N.Həsən-
zadə, H.Arif, C.Novruz, Ə.Kürçaylı, S.Rüstəmxanlı, M.Cavad və 
başqaları ilə bağlı gündəliklərdə (memuarlarda) konkret ifadə 
olunub. Ermənistan-Azərbaycan müharibəsi, Qarabağ problemi, 
azadlıq, müstəqillik idealları ilə bağlı olan ideya qaynaqları 1980-
ci illərin ikinci yarısı  və 1990-cı illərin memuar yazıları üçün 
səciyyəvidir.  


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə