Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə15/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   11   12   13   14   15   16   17   18   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



30

Qeyd etmək lazımdır ki, Azərbaycan ictimai-siyasi və pedaqoji fikir tarixində özünəməxsus yeri olan 

istedadlı şair, görkəmli dövlət xadimi M.P.Vaqif yaradıcılığında tərbiyənin müxtəlif komponentlərilə yanaşı, 

qismən də olsa fiziki və hərb təlimi məsələlərinə də müəyyən yer ayırmışdır. Bu məsələyə münasibət, şairin 

hətta şəxsi həyatından da yan keçməmişdir. 

Bəlli olduğu kimi, misilsiz iqtisadi sərvətlər diyarı olan Vətənimiz tarixən əzəmətli xaqanların, qüdrətli 

sərkərdələrin  möhtəşəm  ordusunun  basqınları  qarşısında  daim  mərdliklə  sinə  gərmişdir.  Çoxəsrlik  xarici 

istilaçıların saysız-hesabsız təcavüzü, xalqımız arasında şir tutan, div boğan batır güclü, pələng şücaətli ərən 

igidlərlə yanaşı, M.P.Vaqif kimi cürətli, qətiyyətli, inadkar, fəhm-fərasəti, güclü dərrakəsi, zəkavəti və çevik 

düşüncəsi ilə zəmanəsinin ən müdrik vəzir və şahlarının həsəd apardığı oğulları da yetirdi. Dərin mənayüklü, 

hər bir kəlməsi zərb-məsəli, atalar sözü və aforizm kimi yaddaşlara hopmuş Vaqif təfəkkürü, Vaqif zəkası, 

neçə-neçə qeyzlənmiş aslan kimi yurdumuza hücum çəkən fatehləri ram etmişdir.  

Mənbələrdə  göstərildiyi  kimi,  hələ  lap  uşaqlıq  illərindən  ovçuluğa  meyl  göstərən  şair  sərrast  nişan 

almaqda  ətrafındakılarını  heyran  qoyarmış.  Kür  qırağı  Qarayazı  meşələrində  tez-tez  əsl  səyyad  kimi  ov 

ovlamaqdan  yorulmayan  Vaqifin  hədəfə  dəqiq  tuşlamağını  müasirləri  dönə-dönə  qeyd  etmişlər.  Bu 

baxımdan həm də müxtəlif silahları, o cümlədən yaxşı, ələyatım, davamlı tüfəng həvəskarı olan şair, həmin 

dövrdə  Qarabağda  gedən  kəskin  siyasi  –  hərbi  olayların  gərginləşdiyi  bir  məqamda  ona  çox  məlhəm 

adamlardan tüfəng istəməsi də məlumdur.  

Qaynaqlarda  göstərilir  ki,  M.P.Vaqif  «Dəhridə  oldu  mənə  dildarü  dilbər  bir  tüfəng…»  adlı  bir 

müxəmməs  yazaraq  ona  yaxın  həmdəmi  Şəki  hakimi  Hüseyn  xan  Müştaqa  göndərir.  Belə  ki,  Vaqif 

dostundan  özünə  bir  tüfəng  bağışlanmasını  xahiş  etmişdir.  Hüseyn  xan  Müştaq  isə  dostunun  sözünü  yerə 

salmayacaq Rafei vasitəsilə Vaqifə qızıl suyuna çəkilmiş tüfəng, həm də aşağıdakı bənd ilə başlayan cavab 

müxəmməsi göndərmişdir: 

Dəhridə oldu mənə dildarü dilbər bir tüfəng, 

Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng, 

Çəkdi dudi-ahimi ta çərxi-çənbər bir tüfəng,  

Canıma atəş salıb yaxşı sərasər bir tüfəng, 

Yanə-yanə qaldım, olmadı müyəssər bir tüfəng. 

 

Qıvrılır könlüm tüfəngdən dəm vuranda, martək, 



Od saçır ağzımdan ol çaxmaği-atəşbartək, 

Gülleyi-eşki atar çeşmim şərarı nartək, 

Müşki barut ətrilə həm türreyi-tərrartək

Etmədi dimağimi mütləq müəttər bir tüfəng…(1, 122-123). 

Buna rəğmən eyni məsələ ilə bağlı mənbələrdə bir çox maraqlı fakt və dəlillər mövcuddur. Belə ki, 

şairin silahlara qarşı olan dərin həvəs və istəyi digər qaynaqlardan da sızılır. Məsələn, Qalabəyi Məhəmməd 

xanın M.P.Vaqifə yazdığı cavab məktubunda Qarabağın bahadır güclü cəngavər oğulları ilə birlikdə düşmən 

üzərinə mübarizəyə qalxan şairin əlində tüfəng yaraqlı-yasaqlı vəziyyətdəki görkəminə işarə edərək yazırdı: 

Az qalıbdır yaşın yetişə yüzə, 

İnnən belə, bəsdir, dəm vermə sözə. 

Qılıncı, tüfəngi bağışla bizə, 

Kağız, qələm, dəvat, quranı saxla (1, 9).  

Bu cavabdan aydın görünür ki, Vaqif  İran şahının  hücumundan sonra da əsləhlə gəzərmiş. Bununla 

yanaşı şairin Hüseyn xan Müştaqdan tüfəng istədiyi aşağıdakı şeir parçasında onun silaha olan münasibəti, 

daha doğrusu meyl və istəyi xüsusən aydın hiss olunur: 

Hər kim istər kim, vücudi mərəkə ara gərək

Kəndi zatindan silahü əsləhə əla gərək. 

Gülləsilə xuni-əda tökməyə sevda gərək, 

Gər tüfəng olsa bizə, mümtazü bihəmta gərək

Vaqif, yoxsa deyil, məqbulumuz hər bir tüfəng (1, 123). 

Qaynaqların  məlumatında  Qarabağ  sakinlərindən  olan  İ.Həmzəyev  xatırlayır  ki,  yerli  qaçqınlardan 

eşitdiyinə  görə  Molla  Pənah  çox  sərrast  güllə  atan  imiş.  Bir  dəfə  erməni  toyunda  sərrast  atıcı  üçün  yarış 

keçirilirmiş. Toya gəlib çıxan Vaqif yarışa qoşulur və ən yaxşı nəticə göstərir (2). 

Mənbə və məxəzlərdə M.P.Vaqifin həyatda olduqca mətin, ötkəm xarakterə, habelə olduqca səbrli və 

təmkini  bir  insan  olduğu  vurğulanır.  Bütün  ən  ali  bəşəri  keyfiyyətlər  cisminə  bələnmiş  bu  insanın  dərin 

humanist hisslərinin arxasında onun dəyanəti, vüqarı, əyilməzliyi dururdu. 

Mənbələrdə  göstərildiyi  kimi,  İran  dövləti  1795-ci  ildə  Araz  çayını  möhtəşəm  bir  ordu  ilə keçərkən 

orada iki hissəyə ayrılır. Ordunun bir qismi Əliqulu xanın sərkərdəliyi ilə İrəvan üzərinə, digər qalan hissəsi 




M.P.Vaqif və müasirlik 

 

 



31

«Qacarın  rəhbərliyi»  ilə  Qarabağa  həmlə  edir.  Qaynaqlarda  deyilir  ki,  həmin  hücum  dəstəsinin  basqını 

zamanı yerli ordunun səfərbərliyinə cahangir bir sərkərdə kimi, bilavasitə Vaqifin özü rəhbərlik etmişdir. Bu 

faktla  bağlı  şairin  həm  özünün,  həm  də  ona  yazılan  «Mərd-meydan»,  «Mərəkə  ara»  bir  şəxsiyyət  olduğu 

aşkar  hiss  olunur.  Qaynaqlarda  M.P.Vaqif  silah  gəzdirən  bir  şücaətli  igid,  həm  də  hərbi  işlərə  məharətlə  

rəhbərlik  edən  səriştəli  sərdar  kimi  təqdim  edilir.  Həmin  problemlə  bağlı  daha  dolğun  və  inandırıcı  fikri 

görkəmli  ədəbiyyatşünas  alim  F.B.Köçərli  də  qeyd  edir:  «Vaqif  özü…  şair  isə  də,  vaxtın  təqazasına  görə 

onun meyl və könlü silah və əsləhəyə dəxi olub, igidlik iddiasına həm düşərmiş və məqami-zərurətdə özü 

yaraq  götürüb  davaya  çıxarmış.  Bu  cəhətdən  şairin  Şirvan  hakimi  Məmmədhəsən  xandan  tüfəng  arzu  və 

təmənna  etməyi  gərək  bizə  əcib  gəlməsin  və  tüfəngə  onun  nə  qədər  meylü  şövqü  olmağı  şairin  öz 

sözlərindən görünür (3, 174). 

Mirzə  Yusifin  «Kitabi-məcmueyi  Vaqif  Teymurxanşura»  və  Mir  Mehdi  Xəzaninin  «Qarabağnamə» 

əsərlərindən gətirilən məlumatlarda Ağa Məhəmməd şahın hüzuruna çağırılan Vaqifin o cür qaniçən əzazil 

bir fatehin qarşısında göstərdiyi dəyanət, qürur və mərdanə hərəkətlər üçün akad. H.Araslı şairin şücaət və 

hünərinə öz heyranlığını bildirir: «Bu rəvayət Vaqifin cürətli, öz izzət-nəfsini qoruyan, mərd və mübariz bir 

şəxsiyyət olduğunu, ölüm qarşısında belə düşmənə əyilmədiyini aydınlaşdırıldığı kimi, hər iki rəvayət bir də 

Vaqifin şah Qacarın o gecədən salamat çıxa biləcəyini yəqin bilməyəcəyini yəqin bildiyini təxmin etməyə 

imkan  verir.  Güman  etmək  olar  ki,  Qarabağ  siyasətçiləri  ölkəni  bu  vəziyyətdən  xilas  etmək  üçün  istilaçı 

hökmdarın  öldürülməsini  qərara  alıblarmış.  Çünki  onlar  bilirdilər  ki,  belə  bir  iş  aralarında  ziddiyyət  olan, 

lakin zorla bir araya toplanmış sərkərdələrin bir-birilə didişməsi nə səbəb olacaq və nəticədə düşmən qoşunu 

qaçacaqdır. Belə də oldu. Bunu təşkil etmək isə yəqin ki, Vaqifə tapşırılıbmış» (4, 279-280). 

Sağlam, qıvraq bədənə, cüssəli vücuda, möhkəm əzalara malik şair, müasirlərinin söylədiklərinə görə 

dönməz,  mətin  xarakterə,  sarsılmaz  iradəyə  malik  əzmkar  bir  şəxs  olduğu  bildirilir.  Dərin  məslək,  bitkin 

əqidə və amal sahibi kimi yaddaşlarda qərarlaşmış xalqımızın nadir şəxsiyyətlərindən olan bu üləma insan, 

azman  şair  həyatın  ağır  məşəqqətlə  dolu  məhrumiyyətlərinə  mərdliklə  sinə  gərmiş,  əyilməz  vüqarı  ilə 

xalqının  azadlığı  uğrunda  dözülməz  haqsızlıqlara  qarşı  cəfakeşlik  göstərməsi,  habelə  ədəbi  və  tarixi 

qaynaqlarda bu məsələnin dönə-dönə vurğulanması bəllidir. Şair qorxmaz, fədakar, dəyanətli insanları özünə 

həmdəm sayır, onların qürur və mərdanəliyini alqışlayır.  

Şair  «Müstəzad»larının  birində  içiqndən,  ruhundan  gələn  arzu  və  istəklə  dolu  fikirlərini  inci 

misralarında  türkün  cavanşir  ərənlərini  alplığa,  qəhrəmanlığa  haraylayan  şüarları  sədəf  tək  çapa  düzməklə 

bənzərsiz  bir  poeziya  nümunəsi  yaradır.  Yurdunun  batır  güclü  yenilməz  pəhləvanlarının  əsləhə  qurşanıb 

şahbaz atın belində cəngə girərək ərdəmlik göstərməsi şairin daim əzəli arzusu olub: 

Böylə buyurubdur ər edə övrətə zivər 

 Ol xaliqi – əzvac. 

Vaqif ər olan övrətə heyran necə olmaz,  

 Çağ etsə damağın? (1, 188-189). 

«Mən sənə olmuşam didar aşiqi» adlı qoşmasında özünün fiziki imkanlarına güvənən bahadır cüssəli 

şair, sağlam orqanlara, möhkəm əzalara malik şücaətli bir türk ərəni olduğunu bir daha bəyan edir: 

Vaqifəm, çox əla bir kövhər idim, 

Saflıqda polada bərabər idim (1, 148-149). 

Qaynaqlarda göstərilir ki, M.P.Vaqif Ağa Məhəmməd şah Qacarın dustaqı olan zaman o, özünü son 

dərəcə dözümlü, məğrur və əyilməz mərd bir igid kimi aparması qeyd edilir. Hər an Şah Qacar tərəfindən 

edamı gizlədilən şairimiz İran padşahının ən yaxın köməkçisi, onun sərkeşikbaşı  Məhəmməd Hüseyn  xanın 

nəlayiq sözlərinə, təhqiramiz ifadələrinə Vaqif ölüm ayağında belə düşmənə əyilməyərək mərd və mübariz 

bir şəxs kimi rəqibinin necə lazımdırsa cavabını artıqlaması ilə qaytarır.  

Tarixi  qayqanlarda  qeyd  edildiyi  kimi,  Şərqin  qüdrətli  fatehlərindən  olan  Ağa  Məhəmməd  şahın 

Qafqaza qəsdindən narahat olan Gürcüstan hökmdarı II İrakli, İrəvan hakimi Məhəmməd xan, Talış hakimi 

Mir Mustafa, Qarabağ xanı İbrahimin təşəbbüsü ilə and içib birləşərək birinə yardım və kömək edəcəkləri 

qərarına gəlirlər. Və bütün bunlar İbrahim xanın cəsur və müdrik vəziri Vaqifin vasitəsilə həyata keçirilməyə 

başlanır.  

Gürcüstan knyazı II İraklı kimi İbrahim xanda Rusiyanın imperatiçası II Yekaterina ilə siyasi ittifaq 

yaratmaq  zəruriliyini  dərk  edərək  Vaqifin  zəka  qüdrətindən,  iti  qələmindən  istifadə  edir.  Belə  ki,  İran 

padşahının  müzəffər  yürüşünün  qarşısı,  məhz  Vaqifin  təşəbbüsü  sayəsində  həyata  keçirilir.  Qarabağ 

xanlığının Rusiya himayəsi sayəsində İran və Türkiyə qəsbkarlarından qurtara biləcəyi fikri hər kəsdən əvvəl 

Vaqifin  uzaqgörənliyilə  əlaqədardır.  Xanın  həddiyyələrinə  əvəz  olaraq  tövhfələr  göndərən  II  Yekaterina 

Vaqifə də cəvahirli bir əsa hədiyyə etdi (5, 30). 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə