Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə16/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   12   13   14   15   16   17   18   19   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



32

Beləliklə,  Azərbaycan  ədəbiyyatı  tarixində  M.P.Vaqif  kimi  söz  bahadırlarının,  fikir  cahangirlərinin 

klassik  irsindəki  fiziki  tərbiyə,  hərb  işi  fiziki-cismani  yetkinlik  problemləri  ilə  bağlı  fikirlərin  araşdırılıb 

nəsillərə çatdırılması müasir günümüz üçün olduqca önəmli vəzifəyə çevrilməlidir.  

 

Ədəbiyyat 



1. Vaqif M.P. Əsərləri. Bakı: Yazıçı,1988 

2. Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin fondu, (iş № 833/491) 

3. Köçərli F.B. Azərbaycan ədəbiyyatı, 2 cilddə,I c., Bakı: Elm, 1978 

4. Araslı H.M. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: ADU-nun nəşriyyatı, 1965 

5. Mirzə Adıgözəl bəy. Qarabağnamə. Bakı: Azərnəşr, 1950 

 

BABAYEVA ŞƏBNƏM 



Bakı Slavyan Universiteti 

 

MOLLA PƏNAH VAQİFİN HƏYAT VƏ YARADICILIĞI MİR MÖHSÜN NƏVVABIN 



“TƏZKİREYİ-NƏVVAB” ƏSƏRİNDƏ 

 

Açar sözlər:  Molla Pənah Vaqifin irsi, “Təzkireyi-Nəvvab” əsəri , təzkirələr, qoşmalar, ictimai-



siyasi lirika 

 

Molla   Panah Vagif’s life and works in Mir Mohsun Navvab’s poem “Tazkire-i Navvab” 



 

Molla Panah Vagif who had a specific place in the 18

th

 

century of Azerbaijane literature and policy 



was a prominent figure of the founder of the Karabakh Khanate. As Vagif’s poetry indicates 18

th

 century 



contradictions joys and sorrows more brilliantly, this period of the literature is called “Vagif’s century”. It 

can  clearly  be  seen  from  the  memovis  that  there  was  a  mysterious  contact  and  harmony  between  the 

outstanding  diplomat  and  poet  –  Vagif’s  artistic  creativity  and  political  activity.  In  “Tazxineyi-Navvab” 

expressed social-political poems, muxammas – each of them shows the richness of Vagif’s inheritance. This 

poetry  which  is  the  expression  of  social-political  success  of  Karabakh  Khanate  in  18

th

  century  is  differed 



with its optimism and folk character. 

 

Keywords:  Molla  Panah  Vagif’s  heritage,  “Tazkire-i  Navvab”  work,  tazkiras,  qoşmas,  public 



political poem.     

 

Əski  və  orta  yüzilliklər  Azərbaycan  ədəbiyyatının  tarixi  üçün  təzkirə,  cüng,  bəyaz  və  s.  ədəbi 



məxəzlər əsas qaynaqlar sayılır. Təzkirələr ilk dəfə olaraq İran ədəbiyyatında meydana gəlmişdir. Yaxın və 

Orta  Şərq  ədəbiyyatında  Məhəmməd  Övfinin  “Lübab  ül-əlbab”  əsəri  ilə  başlanğıcı  qoyulan  təzkirəçilik 

ənənələrinin davamı olaraq Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərini göstərə bilərik. Farsca yazıl-

masına  baxmayaraq,  təzkirədə  bir  Azərbaycan  türkünün  ruhu  duyulmaqdadır.  Təzkirələr  inkişaf  etdikcə 

onların  ədəbiyyatşünaslıq  tədqiqatları  ilə  ortaq  cəhətləri  artmağa  başlamışdır.  Bu  cəhətdən  fərqlənən  ilk 

təzkirə  məhz  Mir  Möhsün  Nəvvabın  qələmindən  çıxmışdır.  “Təzkireyi-Nəvvab”  əsərinə  nəzər  saldıqda 

görürük  ki,  burada  Şərq  təzkirəçiliyi  ənənələrinin  prinsiplərinə  aludəçilik  yoxdur.  Təzkirələrə  avtoqraf 

vərəqlərinin  daxil  olunması  ideyası  Mir  Möhsün  Nəvvaba  aiddir.  Bu  əsər  digər  təzkirələrlə  müqayisədə 

XIX əsrin ən geniş və əhatəli antoloji ədəbiyyat nümunəsi sayıla bilər ” (1, s. 97). Bildiyimiz kimi, XIX əsr 

Qarabağ  ədəbi  mühitinin  ən  parlaq  dövrüdür  və  Mir  Möhsün  Nəvvab  özü  də  bu  işi  görmək  istəyinin 

səbəbini təzkirədə belə izah edir: “ Bu gözəl dövranda, mübarək 1309-cu ildə görkəmli din qardaşların-dan 

bəziləri belə arzu etdilər ki, tarixin səhifələrində bir yadigar qalması üçün Qarabağ şairlərinin əziz adları, 

onların keçdikləri həyat yolu toplanıb bir təzkirə tərtib edilsin” (3, s. 7-8). 

Əsər üç hissədən ibarətdir. Birinci hissədə verilən ilk məlumat XVIII əsr Azərbaycan ədəbiyyatına bir 

sıra  yeniliklər  gətirən,  həyatının  bütün  əzab-əziyyətinə  baxmayaraq  nikbinliyi  ilə  fərqlənən  M.P.Vaqif 

haqqındadır. Burada “Rəhmətlik Molla Pənah Vaqifin həyat yolu” adlı bir bölmə vardır. Məhz həmin hissə 

şairin həyatının bəzi məqamlarını yaşatmaq məqsədinə xidmət edir. Onun anadan olma tarixi, həyatının son 

çağında üzləşdiyi hadisələr, öldürülmə səhnəsi aydın şəkildə əks olunur. Təzkirədə Vaqifin həyatı haqqında 

verilən qısa məlumatda onun öldürülmə səhnəsi ilə bağlı fərqlər, hətta, bu zaman Vaqifin oğlu ilə arasında 

baş  verən  mükaliməyə  dair  məlumatların  yanlış  olduğunu    söyləyənlərdə  vardır.  Burada  qeyd  olunur: 

“Molla Pənah öz oğlu Əli Ağaya dedi: “Ey oğul, bizi hara aparırlar?! O dedi: Sən camaatı göndərdiyin yerə 

aparırlar”  (3,  s.  11).  Bu  faktın  yanlış  olduğunu  söyləsələr  də,  onu  da  deyə  bilərik  ki,  məhz 




M.P.Vaqif və müasirlik 

33

Y.V.Çəmənzəminlinin  “Qan  içində”  romanında  da  M.P.Vaqiflə  oğlu  arasında  gedən  bu  mükalimə  eynilə 



verilmişdir. “Təzkireyi-Nəvvab” əsərində Vaqifin ictimai fəaliyyəti ilə bağlı məlumat verilən hissədə daha 

maraqlı bir faktla rastlaşırıq: “ Hicri təqvimlə 1215-ci ildə, yəni 1800-1801-ci illərdə sağ imiş və təxəllüsü 

Vaqif olmuşdur” (3, s. 12). Bizə bu vaxta qədər məlum olan ölüm ili isə 1797-ci ildir. 

Mir  Möhsün  Nəvvab  öz  təzkirəsində  Vaqif  irsindən  6  müxəmməs,  6  qəzəl,  4  qoşma,  müxəmməs-

müstəzad, mürəbbe, Vidadi ilə deyişməsini əks etdirmişdir. Təzkirədə daha çox diqqəti cəlb edən Vaqifin 

“Saqqal” müxəmməsidir. Bu müxəmməsi ilk dəfə oxuyan hər bir kəs burada satirik bir əhval duya bilər. 

Satiranın  Azərbaycan  ədəbiyyatında  yaranması  isə  Qasım  bəy  Zakirin  adı  ilə  bağlıdır.  Lakin  biz    XVIII 

əsrdə  yaşayıb-yaratmış  Vaqif  yaradıcılığında  satira  tipli  şeirin  ilk  cücərtilərini  görür  və  satirik  ruhu  hiss 

edirik. Vaqifin məhz bu müxəmməsi geniş şəkildə öyrənilib araşdırılmasa da, məhz Mir Möhsün Nəvvab 

təzkirəsində özünə yer edə bilmişdir. Görünür Nəvvab Vaqifin ədəbiyyatımıza gətirdiyi satirik ab-havanı bu 

təzkirədə  bir  yenilik  kimi  verməyə  və  Vaqif  yaradıcılığının  üzə  çıxarılmayan  yeni  bir  istiqamətini 

göstərməyə çalışmışdır: 

  “Ey məni eyləyən aləmdə pərişan, saqqal, 

   Səni yox eyləsin ol qadiri-sübhan, saqqal. 

   Görəyim kim, olasan xak ilə yeksan; saqqal, 

   Ki, edibsən evimi sən belə viran, saqqal, 

   Dəydi səndən mənə yüz illətü nöqsan, saqqal” (3, s. 29). 

Vaqifin “Saqqal” müxəmməsi Nəvvabın təzkirəsinin avtoqraf nüxsəsində yoxdur, bu şeir təzkirənin 

çap nüxsəsindən alınmışdır. 

Vaqifi  ədəbiyyat  tariximizdə  yeni  məktəb  yaradan  şair  kimi  tanıdan  və  bizə  sevdirən  ilk  növbədə 

onun  qoşmalarıdır.  Xalq  şeiri  şəklində  yazılan  yaranan  bu  qoşmalar  ziddiyyətlərlə  dolu  olan  bir  dövrün 

məhəbbət,  şadlıq  nəğmələridir.  Onu  da  qeyd  edək  ki,  Vaqifin  qoşma  və  qəzəllərinin  əsas  mövzusu 

məhəbbətdir.  Vaqifin  məhəbbət  lirikasının  bir  fərqli  cəhəti  də  onlarda  lirik  qəhrəman  olan  məşuqənin 

vəsfinə  geniş  yer  verməsidir.  Bu  cəhətin  sonralar  aşıq  yaradıcılığında  “Vaqif  gözəlləməsi”  havasının 

yaranmasına  səbəb  olduğu  bilinməkdədir.  Onun  bəyəndiyi  və  təsvir  etdiyi  gözəl  cismani  və  mənəvi 

gözəllikləri özündə birləşdirən Azərbaycan qızlarıdır. 

  Vaqif qoşmaları məzmunca məhdud görünsə də, formaca olduğu kimi, məzmunca da rəngarəngdir. 

Onun şeirlərində aparıcı mövzu məhəbbət olmasına baxmayaraq, şair başqa mövzulara da biganə qalmamış 

və  dövrün  ən  mühüm  ictimai-siyasi  hadisələrinə  də  şeirlər  həsr  etmiş,  bu  şeirlər  vasitəsilə  kədərini, 

sevincini,  nifrətini  və  peşmanlığını  bildirmişdir.  Mir  Möhsün  Nəvvabın  “Təzkireyi-Nəvvab”  əsərində 

“Vaqifin  həzli”  başlığı  ilə  verilən  şeiri  və  “Görmədim”  müxəmməsi  bu  baxımdan  diqqətə  layiqdir.  Mir 

Möhsün Nəvvab təzkirədə məqsədli şəkildə birinci Vaqifin “Görmədim” müxəmməsini vermişdir. Bu şeirin 

ön  plana  çəkilməsi  Nəvvab  amalını,  onun  ictimai-siyasi  hadisələrə,  zəmanəyə  münasibətini  aydınlaşdırır. 

Əvvəldə  də  göstərdiyimiz  nümunələrə  və  faktlara  nəzər  salsaq,  düşünülə  bilər  ki,  Vaqif  hər  zaman  bu 

dünyanı “şadlıq və gözəllik” məskəni hesab edib. Lakin Vaqifin həyatının son çağlarında qələmə aldığı bu 

müxəmməs  onun  yaradıcılığının  və  bütün  XVIII  əsr  Azərbaycan  ədəbiyyatının  ən  parlaq  ədəbi  abidəsi 

sayılır.  Məhz  burada  əvvəlki  şeirlərindən  fərqli  olaraq,  Vaqifin  qəzəb  və  nifrətinin  hüdudsuzluğunu, 

dövrünün ictimai-siyasi həyatının nikbin bir şair qəlbində oyatdığı tufanı açıq-aydın görə bilirik: 

“Xah sultan, xah dərvişü gəda bilittifaq, 

Özlərin qılmış giriftari-qəmü dərdü fəraq. 

Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq, 

Bunca kim etdim tamaşa, sözlərə asdım qulaq, 

Kizbü böhtandan savayı bir hekayət görmədim” (3, s. 13). 

Təzkirədə yer alan, Vaqif yaradıcılığının maraqlı şeirlərindən sayılan “Xristian qızının tərifinə dair” 

müxəmməs və “Tiflis tərifində dediyi müxəmməsi” diqqəti daha çox cəlb edir. Çünki həmin müxəmməslər 

tarixilik baxımından olduqca dəyərli mənbə, məxəz rolunu oynayır. Burada Qarabağ xanlığının Gürcüstan, 

eləcə də qonşu dövlətlərlə əlaqələri əks olunub. Bu nümunələr həmin dövrdə iki xalqın mövcud əlaqələrini 

bir daha təsdiqləyir. 

Ümumiyyətlə, Vaqif poeziyasının ən mühüm keyfiyyətlərindən birinin nikbinlik olduğunu qeyd etdik. 

Onun  bütün  əsərləri,  həyatının  son  illərində  yazdıqları  istisna  olmaqla,  onun  həyatsevər,  nikbin,  şən  bir 

sənətkar olduğunu sübut edən ən qiymətli faktlardır. Bu nikbinlik fəlsəfəsini şair Vidadi ilə deyişməsində 

daha aydın ifadə edir. Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərində yer alan və Vaqif yaradıcılığı 

dedikdə hər kəsin ağlına gələn deyişmə iki dünyabaxışının, iki münasibətin ifadəsi olan bir əsərdir. Məhz bu 

deyişmə bədbinlik və nikbinlik kimi iki fərqli məhfumun tam şəkildə başa düşülməsi baxımından olduqca 

əhəmiyyətlidir: 

“Ey Vidadi, sənin bu puç dünyada 

Nə dərdin var ki, zar-zar ağlarsan?



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə