Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə17/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   13   14   15   16   17   18   19   20   ...   274

M.P.Vaqif və müasirlik 

34

 Ağlamalı günün axirətdədir, 



Hələ indi səndə nə var ağlarsan?” (3, s. 16). 

Ümumilikdə  Mir  Möhsün  Nəvvabın  bu  təzkirəsində  ilk  sırada  yer  alan  Vaqif  yaradıcılığından 

gətirilən  nümunələr  və  məlumatlar  bununla  kifayətlənir.  Göründüyü  kimi,  bu  əsərdə  verilən  şeir 

nümunələrində  başlıqlar  sanki  təsəvvür  yaratmaq  səciyyəsi  daşıyır.  Əlbəttə,  bütün  bunlar  təzkirə  üçün 

xarakterik  xüsusiyyətdir.  Bunlar  ümumilikdə  Mir  Möhsün  Nəvvabın  dahi  şəxsiyyət,  Qarabağ  xanlığının 

tanınmış ictimai xadimi olan Vaqif haqqında bilgilərini, təsəvvürlərini ortaya qoyur. Bununla da, Nəvvab 

Vaqif  yaradıcılığını,  xəlqiliyini,  realizmini,  ən  əsası  da  Vaqif  nikbinliyini  və  bu  barədə  mövcud  fikirləri 

məhz bu təkirə ilə gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. 

Ədəbiyyat 

1. Əliyev Ə. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri. Bakı: 2012, 142 s.

2. Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. Bakı: Nurlan, 2004, 178 s.

3. Nəvvab M.M. “Təzkireyi-Nəvvab”. Bakı: Azərbaycan, 1998, 560 s.

4. Səfərli Ə.,Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Ozan, 2008, 695 s.

BAXŞƏLİYEV EYNULLA 

Azərbaycan Milli Elmlər Akademiyası İnsan haqları və Hüquq İnstitutu 

MOLLA PƏNAH VAQİFİN DÖVLƏTÇİLİK FƏALİYYƏTİ HAQQINDA 

Açar sözlər: Vaqif, xidmət, hökumət, türk, siyasi, məktub 

About the state activity of Vagif 

      History of Azerbaijani statehood was certain services Vagif. He was a great patriot of his country and the 

language of the people and defended by all means possible. He was engaged in the problems of the inner 

lives of the Karabakh khanate, and to show that the Khanate social, economic and cultural life of prosperity 

did his best knowledge and skills. Karabakh khanate foreign countries, carried out under the leadership is 

comprised of direct communication with neighboring khanates. Construction of the town, the development 

and support of the Foundation has special events. 

Keywords: Vagif, service, government, politics, history, letters  

   Ümummilli liderimiz Heydər Əliyev və hazırda Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham 

Əliyev həmişə tariximizə, mədəniyyətimizə yüksək dəyər vermiş, onun öyrənilməsi, qorunması üçün zəruri 

tədbirlər görmüşlər (1).         

          Azərbaycan xalqının dövlətçilik tarixində ayrı-ayrı şəxsiyyətlərin böyük rolu olmuşdur. Tarixi kökləri 

böyük olan milli tarixi şəxsiyyətlər xalqımızın siyasi, sosial-iqtisadi, mədəni həyatında böyük rol oynamaqla 

Azərbaycanı  daim  irəli  aparmağa  çalışmış,  ərazi  bütövlüyümüzü,  dilimizi,  mədəniyyətimizi  qorumaq, 

zənginləşdirmək üçün mübarizə aparmışlar. Belə tarixi şəxsiyyətlərdən biri də Molla Pənah Vaqifdir. O, şair, 

müəllim,  alim,  həm  də  dövlət  xadimi  kimi  fəaliyyət  göstərmişdir.  Onun  fəaliyyəti  XVIII  əsr  Azərbaycan 

tarixinin bəzi məqamlarını öyrənmək üçün imkanlar yaradır. 

         Tarixi  mənbələr  göstərir  ki,  XVIII  əsrin  50-ci  illərində  Qazax  mahalında  və  qonşu  Gürcüstan 

sərhədlərində  ara  çəkişmələri,  özbaşınalıqlar  ilə  əlaqədar  gərginlik  yaranmış,  sərhəd  bölgələrində  yaşayan 

bəzi  ailələr  doğma  yurdlarını  tərk  edib  Gəncə  və  Qarabağ  xanlıqlarının  ərazisinə  köçməyə  məcbur 

olmuşdular. Qazax mahalının Qıraq Salahlı kəndindən olan Vaqif də belə bir şəraitdə ailəsi ilə Qarabağa – 

Cavanşir mahalının Tərtərbasar (1759-cu ildə) kəndinə köçür.  

          Bir  müddətdən  sonra  Vaqif  Qarabağ  xanlığının  mərkəzi  olan  Şuşa  şəhərinə  köçür,  şəhərin  Saatlı 

məhəlləsində  məktəb  açır  və  tezliklə  onun  müəllimlik,  şairlik,  alimlik  şöhrəti  ətraf  bölgələrə  də  yayılır. 

Beləliklə, Qarabağ xanı İbrahim xan onu saraya dəvət edir. Mənbənin məlumatına görə İbrahim xan saray 

nümayəndəsi Mirzə Vəli Baharlının təklifi ilə əvvəlcə Vaqiflə görüşmüş, onun ay tutulmaları və zəlzələləri 

qabaqcadan  xəbərvermə  qabiliyyəti  ilə  tanış  olmuş,  dərin  biliyini  qiymətləndirərək  saraya  dəvət  etmişdir. 

Vaqif sarayda  vəzir, daha sonra baş vəzir vəzifəsinə təyin olunmuşdur (3, 46). 

        Tədqiqatlar göstərir ki, Vaqif eyni zamanda xanlığın daxili həyatına aid problemlərlə də məşğul olmuş, 

Qarabağ xanlığının sosial-iqtisadi, mədəni həyatının çiçəklənməsi naminə bilik və bacarığını əsirgəməmişdir. 



M.P.Vaqif və müasirlik 

 

 



35

Şuşa şəhərinin abadlaşdırılması, inkişafı üçün Vaqif xüsusi tədbirlər görmüşdür. Mirzə Camal, Rzaqulubəy, 

M.Xəzaninin  qeyd  etdikləri  kimi  məhz  Vaqifin  saraya  gəlişindən  və  onun  gördüyü  tədbirlərdən  sonra 

şəhərdə tikinti işləri, arxların çəkilişi xeyli sürətləndirilmişdir. Tarixi mənbələrdə İbrahim xanın hakimiyyəti 

illərində Şuşada yeddi qrup tikilinin salındığı barədə məlumat vardır. Belə ki, həmin dövrdə tikilmiş qalalar, 

imarətlər,  müdafiə  bəndləri,  hasarlar  şəhərin  özünəməxsus  simasının  formalaşmasında  və  tarixi-memarlıq 

baxımından fərqlənməsində mühüm əhəmiyyət kəsb etmişdir (4, 42; 154; 260). Mənbələr Vaqifin təcrübəli 

bir mühəndis kimi tanınması, Şuşadakı Xan sarayının, yaşayış yerlərinin və qala hasarlarının onun tərəfindən 

tikilməsi  barədə  A.Berjenin  fikirlərini  dəyərləndirməklə  haqlı  olaraq,  həm  də  Vaqifin  Qarabağ  xanlığının 

birinci  vəziri  kimi  böyük  nüfuza,  hörmətə  sahib  olduğunu,  xanlıq  üçün  böyük  işlər  gördüyünü  diqqətə 

çatdırmışdır.  Vaqif  daim  xanlıq  daxilində  sabitliyin,  əmin-amanlığın  qorunub  saxlanması,  eyni  zamanda 

xanlığın hərbi qüdrətinin artırılması üçün çalışmışdır. Bütün bu xüsusiyyətlər Vaqifin müdrik dövlət xadimi 

olduğu  fikrini  deməyə  əsas  verir.  Vaqif  təmsil  etdiyi  dövlətin  –  Qarabağ  xanlığının  xarici  siyasətinin 

müəyyənləşdirilməsində  və  beləliklə,  onun  beynəlxalq  aləmdə  tanınmasında  xüsusi  rol  oynamışdır.  Qeyd 

etmək  lazımdır  ki,  XVIII  əsr  Azərbaycan  tarixinin  mürəkkəb  dövrlərindən  biridir  (2,  s.  442).  Nadir  şah 

imperiyası dağılandan sonra Azərbaycan ərazisində müstəqil dövlətlər – xanlıqlar yarandı. Lakin xanlıqlar 

arasında mübarizə, böyük dövlətlərin Azərbaycanla bağlı maraqları ölkədə sabitliyin yaradılması üçün çoxlu 

maneələr  törədirdi.  Məhz  belə  bir  zamanda  xanlığın  xarici  siyasət  sahəsində  əsas  siması  kimi  söz  sahibi 

olmaq,  mürəkkəb  situasiyalardan  çıxmaq  üçün  qətiyyətli  addımlar  atmaq  həqiqətən,  uzaqgörənlik, 

cəsarətlilik,  müdriklik  tələb  edirdi.  Tədqiqatlar  göstərir  ki,  Qarabağ  xanlığının  xarici  ölkələrlə,  qonşu 

xanlıqlarla  yazışması  bilavasitə  Vaqifin  rəhbərliyi  altında  həyata  keçirilmişdir.  Mirzə  Adıgözəlbəy 

“Qarabağnamə”  əsərində  Vaqifin  Qarabağ  xanı  İbrahim  xanın  “baş  katib  və  dövlətinin  sütunu”  olduğunu 

qeyd edir, onu “kamal, ədəb və elm sahibi bir sima” kimi yüksək dəyərləndirir (3, s. 78). 

         XVIII  əsrin  80-90-cı  illərində  Qarabağ  xanlığı  daha  da  güclənmiş,  müstəqilliyini  xeyli 

möhkəmləndirmişdir. Belə bir vaxtda digər Azərbaycan xanlıqlarının Qarabağ xanlığının rəhbərliyi altında 

birləşdirilməsi məsələsi gündəmə gəlirdi. Lakin dövrün mürəkkəb siyasi şəraiti, bunun reallaşmasına imkan 

vermədi. Qarabağ xanlığı qonşu Kartli-Kaxetiya çarlığı (Gürcüstan) ilə dostluq münasibətləri yaratmış və bu 

münasibətlərin  yaranması,  möhkəmləndirilməsində  Vaqifin  də  rolu  olmuşdur.  1784-cü  ildə  Qarabağ  xanı 

İbrahim xan Tiflisə gəlmiş və onu Vaqif müşayiət etmişdir (4, 68). 

       Qarabağ xanlığı Rusiya ilə də dostluq əlaqələrinin yaradılmasına çalışırdı. Bu əlaqələrin yaradılmasında 

Vaqif böyük rol oynamışdır. İbrahim xanın adından çar II Yekaterinaya yazılan məktublar Rusiya sarayında 

da böyük marağa səbəb olmuşdur. Təbii ki, bu məktubları Vaqif yazırdı. 

         Qeyd  edək  ki,  Qarabağ  xanlığı  Rusiya  ilə  əlaqələr  yaradarkən  ehtiyatlı  olmağa  çalışır,  yenicə  əldə 

etdiyi  müstəqilliyə  ziyan  dəyməməsi  üçün  yollar  axtarırdı.  Ümumiyyətlə,  Rusiya  ilə  əlaqələrin 

yaradılmasında ehtiyatlılıq çarın səmimi, dostluq münasibətlərində ikitərəfli bərabər əməkdaşlığa, xeyirxah 

məqsədlərə  inamın  möhkəm  olmaması,  həm  də  daxildə  bəzi  məliklərin  mərkəzi  xan  hakimiyyətinə  qarşı 

çıxmaq təhlükəsi, yarana biləcək intriqalarla bağlı idi. 

         Qarabağ  xanlığının  siyasi  həyatının  ən  mürəkkəb  dövrü  XVIII  yüzilliyin  sonlarından  başlayır.  Bu 

dövrdə  qonşu  dövlətlər,  xüsusilə  Rusiya  nəinki  Qarabağı,  bütövlükdə  Cənubi  Qafqazı  ələ  keçirmək  üçün 

ciddi  planlar  hazırlayır.  1795-ci  ildə  A.M.Qacar  Tehranı  özünə  paytaxt  edərək  Qacarlar  dövlətini  yaradır. 

Sonra isə Qarabağa hücum edərək bu ərazini də ələ keçirməyə çalışır. Belə bir tarixi şəraitdə İbrahim xan 

A.M.Qacara  qarşı  birləşmək  üçün  Gürcü  (Kartli-Kaxeti)  çarı  II  İrakli,  İrəvan  hakimi  Məhəmməd  xan  və 

Lənkəran  xanı  Mir  Mustafa  xanla  danışıqlar  aparır.  Bu  danışıqlarda  Qarabağ  xanlığının  baş  vəziri,  xarici 

siyasi məsələlərlə bacarıqlı diplomat kimi tanınan Vaqif ilə iştirak edir. Ağa Məhəmməd şah Qacar Qarabağ 

xanı  İbrahim  xana  məktub  göndərərək  Şuşanın  təslim  edilməsini  tələb  edir.  Müdafiə  olunan,  inadlı 

müqavimət  göstərən  Şuşa  isə  təslim  olmur.  A.M.Qacar  İbrahim  xanı  qorxutmaq  üçün  ona  bir  məktub 

ünvanlayır. İbrahim xan məktubu alan kimi Vaqifə cavab məktubu yazmağı tapşırır.  

        Mir  Mehdi  Xəzaninin  “Kitabi-tarixi  Qarabağ”  əsərində  göstərir  ki,  A.M.Qacar  cavabı  oxuyan  kimi 

qəzəblənmiş, Şuşanı ələ keçirmək, ona qarşı çıxanları cəzalandırmaq üçün bütün gücünü sərf edəcəyinə and 

içmişdi.  Şuşa  müdafiəsində  Vaqif  də  iştirak  etmiş,  özü  də  silahlanaraq  düşmənə  qarşı  mübarizə  aparmış, 

bütün qala əhalisini, o cümlədən qadınları da döyüşə ruhlandırmışdır. Şuşanın müdafiəsi 33 gün davam etdi. 

Düşmən şəhəri ala bilmədi və geri çəkilməyə məcbur oldu. Belə bir zamanda Rusiya da Qarabağa hücum 

etmək  üçün  tədbirlər  hazırlayırdı.  Rusiya  ordusunun  başçısı  V.Zubov  Şamaxıda  məskən  salmışdı.  O, 

imperatriça  II  Yekaterinanın  adından  Qarabağ  xanına  hədiyyələr,  həmçinin  birinci  vəziri  Vaqifə  qiymətli 

daşlarla bəzədilmiş əsa yollamışdı (4, 202). 

         1796-cı  ilin  noyabırında  Rusiya  çariçası  II  Yekaterina  vəfat  edir.  Yeni çar  I  Pavel  (II  Yekaterinanın 

oğlu) rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması barədə əmr verir. Rus qoşunlarının Cənubi Qafqazdan 

çıxarılması  xəbərini  eşidən  A.M.Qacar  yenidən  Qarabağa  hücuma  hazırlaşır.  Tarixi  mənbələrdəki 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə