Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə13/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   9   10   11   12   13   14   15   16   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



26

 

 



 

Beləgözəl yerin, gözəl məkanın 

 

 

 



Bir gözəl obası, hayıf ki, yoxdur! (1, s. 71) 

 

Şeirdəki  “Kür  qırağı”  yer  toponimi  Azərbaycan  ədəbiyyatında  yeni  doğulan  ölkə  coğrafiyası 



anlayışını əks etdirməkdədir. Həm də “Kür qırağı” adlandırıla biləcək bu şeir “əcəb seyrəngahı”, “qış günü 

qışlağı”,  “gözəl  obası”,  cümlə-cahana  örnək  olan  vətən  torpağı  idealının  tərənnümünə  həsr  olunmuş 

bənzərsiz poetik nümunə kimi göz qabağındadır. Şeirdəki “hayıf ki, yoxdur” ifadəsi dərin mənası və məntiqi 

ilə “niyə də olmasın ki”, yaxud “olmalıdır” kimi başa düşülə bilər. Bu, Kür qırağının timsalında bütövlükdə 

Azərbaycan  ölkəsi  haqqında  yazılmış  dərin  mənalı  şeirdir.  “Kür  qırağı”  şeirində  Vaqif  həm  də  müəyyən 

təəssüf hissi keçirsədə, bütövlükdə bu şeir Vaqifin “cümləcahanın” gözü olan eli-obası ilə, doğma yurdunun 

“havasının, torpağının, yerinin” misilsizliyi ilə iftixar duyğusu ilə yaşadığını mənalandırır: 

 

 



 

Havasından torpağının, yeninin, 

 

 

 



Dadızmaz dəhanın, ləbi-şirinin, 

 

 



 

Pəri çoxdur, nəfayda heç birinin, 

 

 

 



Adamlıq ədası, hayıf ki, yoxdur! 

 

 



 

 

Zər haşiyə al nimtənə üstündə, 



 

 

 



Xallar üz yanında, çənə üstündə

 

 



 

Buxağın altında, sinə üstündə, 

 

 

 



Zülfün burulması, hayıf ki, yoxdur! (1, s. 71) 

 

Şeirin dilini nəzərdən keçirdikdə məlum olur ki, burada işlənən sözlərin əksəriyyəti bu günkü ədəbi 



dilimizdə işlənən sözlərdir. Biz burada çox az miqdarda mənası lüğətlə aydınlaşdırılan sözlərə rast gəlirik. 

Məsələn,  cığa(  başın  ön  və  yan  tərəfində  saç),  zənəxdan  (çənə),  Maçin  (Hind-Çin),  ləb  (dodaq),  qəsabə 

(cütqabağı), nimtənə (don, üst qadın paltarı), tomağa (kəkil) və s.  

 

Vaqif el qızlarını səliqəli, deyib-gülən, qəhqələrlə üzləri işıqlanan görmək istəyir, qadın əsarətinin 



nişanəsi olan çadraya qarşı öz etiraz səsini ucaldırdı. Qadın sərbəstliyinə hüsn-rəğbət şairin aldığı tərbiyə, 

keçirdiyi  həyat  tərzi  ilə  əlaqədar  idi.  Qadın  kəndlərdə  fəal  olmuş,  toyda,  yasda,  yığıncaqlarda  kişilərlə 

birlikdə iştirak etmişdi. Ona görə Vaqif qadınları yaşınmaqdan və bürünməkdən uzaqlaşmağa çağırır: 

 

 



 

 

Laçın təki başda ala tomağa, 



 

 

 



 

Yaşmağı tutmaya dişə, dodağa, 

 

 

 



 

Cəllad kimi durub qabaq-qabağa 

 

 

 



 

Baxıb can almağı, hayıf ki, yoxdur! (1,  s. 71) 

 

“Kür qırağı” adlandırılmasına baxmayaraq, bu şeir Azərbaycan ədəbiyyatında şairin açıq ünvanla öz 



ölkəsinə həsr etdiyi nadir şeirlərindən biridir. Vaqifin “Kür qırağı” şeiri Azərbaycan coğrafiyasının bənzərsiz 

poetik  tərcümanı  olan  qiymətli  lirika  nümunəsidir.  “Hayıf  ki,  yoxdur”  mətləbi  Vaqifin  nikbin  realizminin 

ağrılı çalarlarının  bədii ifadəsidir. 

 

Vaqifin gözəlləmələrinin mərkəzindəki gözəl tam canlı bir insandır. Yalnız ona görə yox ki, biz bəzi 



şeirlərdən onların adını bilirik. Buradakı əsas məsələ şairin yaratdığı bədii obrazda, bu obrazın xüsusiyyəti və 

hislərinin  reallığındadır.  Onun  bu  cür  gözəlləmələrindən  biri  də  kurikulumla  hazırlanmış  8-ci  sinif 

dərsliyindəki  sinifdənxaric  oxu  materialına  salınmış  “Pəri”  qoşmasıdır.  Ümumiyyətlə,  Vaqif  gözəlin 

portretini çəkməkdə mahirdir. O, rəssam kimi bir neçə cizgi ilə gözəlin siması və görünüşü barədə dolğun 

təsəvvür yaratmağı bacarır: 

 

 



 

 

Boyun sürahidir, bədənin billur,  



 

 

 



 

Gərdənin çəkilmiş minadan Pəri! 

 

 

 



 

Sən ha bir sonasan, cüda düşübsən, 

 

 

 



 

Bir bölük yaşılbaş sonadan, Pəri! 

 

 

 



 

 

İxtilatın böyük, sözün məzəli,  



 

 

 



 

Şəkər gülüşündən canlar təzəli

 

 

 



 

Ellər yaraşığı, ölkə gözəli, 

 

 

 



 

Nə gözəl doğubsan anadan, Pəri! (1, s. 175) 

 

Bu qoşma ən yüksək estetik meyarlara cavab verən bir sənət əsəridir. Adi, sadə sözlər şair tərəfindən 



elə ardıcıllıqla düzülmüş, elə ahəngdarlıqla əlaqələndirilmişdir ki, oxucu qarşısında sanki ecazkar bir aləm 

açılır. Azərbaycan qızının gözəlliyini təsvir etmək üçün şair Azərbaycan dilinin zəngin ifadə vasitələrindən 

böyük  ustalıqla  istifadə  etmişdir.  “İxtilatın  şirin,  sözün  məzəli,  ellər  yaraşığı,  ölkə  gözəli”  kimi  ifadələr 

müəllif tərəfindən son dərəcə məharətlə seçilmişdir. Şeirin dilində çətin başa düşülən sözlər azdır. Məsələn, 

səna  (tərif),  ixtilat  (söhbət).  Burada  müasir  Azərbaycan  dili  baxımından  bir  sıra  köhnəlmiş  sözlər  də 

işlənmişdir; gərdən, ənlik, kirşan.  




M.P.Vaqif və müasirlik 

 

 



27

 

Vaqif, yuxarıda söylədiyimiz kimi, iki vəzndə - həm heca, həm də əruz vəznində yazıb yaratmışdır. 



XVIII əsrdə Azərbaycan ədəbiyyatında klassik şeirin qaydalarına xas olan şeirlər yazılırdı. Belə şeirlər əruz 

vəznində  yazılırdı.  Şairlər  yalnız  bu  vəznin  qaydalarına  dərindən  bələd  olduqdan  sonra  əruzda  şeir  yaza 

bilirdilər. Vaqif də bu vəznin qaydalarına yaxından bələd sənətkar idi. O, özünün qəzəllərini, müstəzadlarını 

məhz bu vəzndə yazırdı. Bununla belə, o, Azərbaycan şeirinin doğma vəzni olan hecaya daha çox müraciət 

etmişdir. Buna görədə onun heca vəznində yazdığı şeirlər daha böyük üstünlük təşkil etməkdədir. Özünün ən 

gözəl  qoşmalarını,  təcnislərini  bu  vəzndə  qələmə  almaqla,  sənətkar  onun  yerini  yazılı  ədəbiyyatda 

möhkəmləndirirdi. Vaqifin dilimizə gətirdiyi yeni boyalar, yeni sözlər və yeni ifadələr onun əsərlərinin bu 

günkü  şeirimiz  üçün  daşıdığı  önəmi  bir  daha  artırır.  O,  klassik  şeirdə  rast  gəlinməyən  ifadələrdən,  atalar 

sözlərindən ustalıqla faydalanmış, belə ifadələrin dilimizdə təbii səslənməsinə nail olmuşdur. Dahi sənətkar 

hər  sözü  böyük  ustalıqla  cilalamış,  hətta  dəfələrlə  istifadə  olunmuş  söz  və  söz  birləşmələrinə  də  yeni  bir 

qiyafə  geyindirərək  öz  qoşma,  müxəmməslərində  ustalıqla  istifadə  etmişdir.  Burada  heca  vəzninin  onun 

yaradıcılığında daha geniş istifadə olunmasını şeirin nəzəri cəhətdən zəifləməsi, yaxud şairin özünəqədərki 

ənənəndən  kənarlaşması  kimi  başa  düşmək  həqiqəti  əks  etdirməzdi.  Molla  Pənah  Vaqifin  milli  şeirimizin 

vəzn  ölçülərinin  rəngarəngləşməsində  rolu  danılmazdır.  Vaqifin  yaradıcılığında  vəzn  ilə  dil  arasında 

möhkəm  bir  bağlılıq  vardır.  XVIII  əsr  lirikasındakı  Azərbaycan  dil  təfəkkürünün  əsasları  məhz  Vaqif 

poeziyasında özünün ən dolğun təzahürünü tapmışdır. Vaqif klassik şeir dilindən faydalanmaq şərtilə xalq 

danışıq  dilini  cilalayaraq  yazılı  ədəbiyyata  gətirmişdir.  Sonralar  Vaqif  şeirinin  dil  kəşflərindən  Q.Zakir, 

M,F.Axundzadə, XIX əsər aşıqları, S.Vurğun və başqa bu kimi mütəfəkkirlərimiz  yetərincə faydalanmışlar.  

 

Ədəbiyyat 



1.  Əliyev S., Həsənov B., Mustafayeva A., Verdiyeva N., Məmmədova S. Ədəbiyyat. 8-ci sinif üçün dərslik. 

Bakı, 2015, 208 s.  

2.  Cəfərov Nizami Molla Pənah Vaqif. Bakı, Renessans-A, 2017, 238 s. 

3.  Vaqif  M. P. Əsərləri. Bakı, Şərq-Qərb, 2014, 269 s. 

 

AĞAHÜSEYNOVA VÜSALƏ 



Bakı Slavyan Universiteti 

 

“VAQİFİN ŞİRİN DİLİ” – ANA DİLİ 



 

Açar sözlər: Vaqif, ədəbiyyat, Vaqifin dili, ana dili, yaradıcılıq 

 

“Vagif’s  sweet tongue” – mother tongue 



 

One of the most important aspects of Molla Panah Vagif’s mastery is that the artistic expressions and 

characters that he used are compatible with the rules of Azerbaijani language. His poetic language is simple 

and natural. Optimistic rules and sanguine spirit occupy the central part in his poetry. 

 

Keywords: Vagif, literature, Vagif’s language, mother tongue, creativity. 



 

        Azərbaycanın xalq şairi Səməd Vurğun rus şairi A.S.Puşkinin “Yevgeni Onegin” əsərini ana dilimizə 

tərcümə etməsi münasibəti ilə demişdir: 

Axıtdım alnımın inci tərini, 

Yanmadım ömrümün iki ilinə, 

Rusiya şeirinin şah əsərini 

Çevirdim Vaqifin şirin dilinə. 

            Səməd Vurğun ana dili əvəzinə “Vaqifin şirin dili” işlətməklə dilimizin poeziya dili olduğunu və şeir 

dilimizin yüksək zirvəyə çatmasında Molla Pənah Vaqifin böyük xidməti olduğunu qeyd edir. Ümumiyyətlə, 

S.Vurğun uzun bir müddət sevimli şair – Vaqif haqqında ona layiq olan əsər yazmaq fikri ilə yaşamışdır. Bir 

neçə şeirində o, Vaqifdə xüsusi məhəbbətlə bəhs etmişdir. “Şairin ölümü” şeirini (1935) S.Vurğun dahi şairin 

faciəli  həyatından  təsirlənərək  yazmışdır.  Səməd  Vurğun  təkcə  şeirlər  kifayətlənmir  və  1937-ci  ildə 

yaradıcılığının incisi sayılan “Vaqif” dramını yazır.  

           Şairin qardaşı Mehdixan Vəkilovun xatirələrindən: “Vaqif” əsəri 1937-ci ilin axırlarında heyrətamiz 

bir sürətlə, 3-4 həftə ərzində yazıldı. Belə böyük bir əsərin az müddətdə yazılması ona görə mümkün oldu ki, 

Səməd  Vurğun  illər  uzunu  Vaqifin  həyat  və  yaradıcılığı  üzərində  düşünmüşdü...  O,  yazacağı  əsərin 

mövzusunu, süjet xəttini xəyalında çoxdan işləyib hazırlamışdı. Səməd Vurğun “Vaqif” dramının bütöv bir 

şəklini  açıq  havası  üstündə  əzbərində  bişirirdi  və  ona  görə  də  bir  oturuma  böyük  bir  səhnə  yazılırdı”. 

(anl.az/meqale525) Bu onu göstərir ki, şair qələmə aldığı “Vaqif”lə nəfəs alırmış. 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə