Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə11/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   7   8   9   10   11   12   13   14   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



22

Ədəbiyyat 

1. Vaqif M.P. Əsərləri. (Tərtib edəni H.Araslı). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1968.                                                  

2. A.Dadaşzadə  XVIII əsr Azərbaycan lirikası. Bakı: Elm, 1980. 

3. Aşıq Hüseyn Şəmkirli (Tərtib edəni R.Rüstəmzadə). Bakı, Yazıçı, 1991 

4. Zakir Q. Seçilmiş əsərləri. Bakı: 2005. 

5. Aşıq Ələsgər. Seçilmiş əsərləri (Tərtib edəni İ.Ələsgərov). Bakı: Yazıçı,1988. 

 

ABASOVA ŞƏLALƏ  



filologiya üzrə fəlsəfə doktoru, dosent 

Bakı Dövlət Universiteti 

 

HECA VƏZNLİ - ANA DİLLİ ŞEİRİMİZİN ZİRVƏSİ 



 

 

Açar sözlər: poeziya, əsər, heca, əruz, klassik, şeir 



 

The top of our native syllabic verse 

 

The article is devoted to M.P.Vagif’s art heritage, and also the Azerbaijani poetry of that period and 



previous years. There is noticed, that M.P.Vagif was the master of standing at poetic top of time and writing 

in  all  meters  (syllabic,  tonic,  a  free  verse).  In  the  20th  century  literary  criticism,  he  is  presented  as  the 

founder  of  syllabic  verse  tradition  on  the  native  language  and  realism  of  an  epoch  of  the  Azerbaijan 

Renaissance,  which  has  created  at  the  same  time,  powerful  school  in  the  Azerbaijani  poetry.  There  are 

published  belletristic  and  scientific  works  about  Vagif,  and  are  held  at  high  level  its  anniversaries.  The 

Azerbaijanian  people,  our  independent  state  and  personally  the  first  lady  and  the  first  Vice-president  of 

Azerbaijan Mehriban khanum Aliyeva has signed special orders in connection with the M.P.Vagif’s jubilee. 

 

Keywords: poetry, work, syllabic, tonic, classical, a poem 



 

XX əsrin böyük sənətkarı S.Vurğun, M.P.Vaqifi təsadüfən «Sən ey şerimizin ana şairi, məhəbbət şairi, 

sona  şairi  adlandırmamışdır.  O,  M.P.Vaqifin  dövrünə  Vaqifə  qədərki  Azərbaycan  şerinə,  xüsusilə 

M.P.Vaqifin bədii irsinə dərindən bələd olduqdan sonra bu qənaətə gəlmişdir. 

Klassik  Azərbaycan  ədəbiyyatı  XVIII  əsrə  qədər  əsasən  bir,  lirik  növdə,  poeziyanın  çox  saylı 

janrlarında  davamlı  və  səviyyəli  şəkildə  inkişaf  edərək  dünya  klassikasına  poetik  ustadlar  bəxş  etmişdir. 

Dahi  N.Gəncəvi.  İ.Nəsimi,  M.Füzuli  irsi  bu  əsaslı  faktı  bütün  aydınlığı  ilə  təsdiq  və  sübut  edir.  Bəs, 

M.P.Vaqifin xidməti-yeniliyi nədə idi? Dünya ədəbiyyatşünaslığında belə bir səviyyəli fikir də mövcuddur 

ki, «hər hansı bir sənətkarın böyüklüyü, onun özündən əvvəlki və öz dövründəki ustad sənətkarlara nisbətən 

ədəbiyyatın  forma  və  məzmununa  gətirdiyi  yeniliklə  ölçülür».  Bu  baxımdan  M.P.Vaqif  ədəbiyyatımızda 

xüsusi mərhələ təşkil edir. O, hesa vəzninin hüdud və imkanlarını, milli-xəlqi ruhunu, sağlam hiss, duyğu, 

düşüncə, fikir yaratmaq qüdrətini, bu vəznin dil və üslub çalarlarını, bənzərsiz Şer şəkillərində yaratdığı bədii 

nümunələrlə təsdiq və sübut etdi. Məhəbbət anlayışını yerlərdə, insanlar içərisində axtardı. «Ənliyi Kirşanı 

neylər camalın, sən elə gözəlsən binadan pəri» deyərək diqqəti real zəminə yönəltdt. Gözəlliyin bəzək-düzək, 

süni yaraşıqla deyil, təbiətən doğulduğunu, xilqətdən yarandığını, göylərdə yox, yerlərdə, insanlar arasında 

olduğunu sübut edə bildi, özü də, özünə qədərki, şerə bələd olduğu üçün belə etdi. 

M.P.Vaqif klassik Azərbaycan ədəbiyyatında çox saylı, əruz vəznli mədh, mərsiyə, qəsidə,  münacat 

şer  şəkillərinə  bir  növ  əlvida  deyən  XVIII  əsrdən  başlayaraq  milli  ruhlu,  milli  şövqlü  realist  Azərbaycan 

şerinin  əsaslarını  yaradan,  renessans  dövrü-ana  dilli  Azərbaycan  poeziyanın  banilərindən  olmuşdur. 

Ədəbiyyatşünaslıq elmi iki əsrdir ki, M.P.Vaqif sənətini tədqiq-təqdir-təbliğ edir. 

M.P.Vaqif böyük vətəndaş və nikbin sənətkar olmuşdur. O, Azərbaycan şerini, rəngarəng xəyallardan, 

əfsanə  və  fantastik  düşüncənin,  əlçatmaz  romantikasından,  göylərin  (ovsunlu-əngin  səmalarından  yerə 

endirərək insanın, ağlına-şüuruna sığışmayan, ağırlıq gətirən duyğu və düşüncələrdən azad edib, milli ruh və 

milli zövqlərə, sağlam, real və təbii hislərə,ağlın-idrakın qəbul etdiyi mənəvi-əxlaqi qəlb dünyasına yönəltdi, 

«sinənin dar qəfəsindən azad edib, həyatın sağlam havası ilə qovuşdurdu». Onun bu milli cəsarəti, zəhməti 

sayəsində qazandığı ən böyük mükafat, Azərbaycan türk xalqının məhəbbəti oldu. 

Müasir  ədəbi-bədii  yaradıcılıq  ikinci  əsrdir  ki,  bu  qüdrətli  sənətkara  dərin  hörmət  və  məhəbbətini 

bildirərək  sağlığında  «Qədr-qiymət  istəyən,  lakin  hörmət  və  ehtiram  görməyən”  əziz  şairini  təbliğ  və 




M.P.Vaqif və müasirlik 

 

 



23

tərənnüm edir. Poetik irsini araşdırır, həm bədii, həm də elmi-nəzəri tədqiqatlar yolu ilə milli, vətəndaş və 

nikbin şair obrazını yaradır. M.P.Vaqifə olan bu diqqət, qayğı və hörmət əbədidir. 

Qüdrətli xalqını, millətini düşünən, sevən, dünyaya. Varlığa nikbin gözlə baxan, həyatı-obyektiv aləmi 

insan  mənasında  görən,  zamanın  əzab  əziyyətlərini  «toy-bayram»  hesab  edən  şair,  sonradan  dəhşətli 

haqsızlıqları, həddini aşan təxribatları gördükcə «Müxtəsər kim böylə dünyadan gərək etmək həzər, ondan 

ötrü çün deyildir öz yerində xeyri-şər, Alilər xaki məzəllətdə dənilər. “Mötəbər, Sahibizərdə kərəm yoxdur, 

kərəm  əhlində  zər  işlənən  işlərdə  ehkami  ləyaqət  görmədim”-qənaətinə  gəlir.  Ümidini  Ulu  Tanrıya 

bağlayaraq  ondan  imdad  istəyir,  «qurtaran  məzlumu  zalimdən  o  dəm  qəffara  bax»  deyərək  milləti  «əhli 

zülmü bir ləhzədə bərbad eyləyən” o böyük qüdrətdən-Allahdan kömək istəməyə çağırır. Bu haqq-etiraz və 

etiraf səsi vətənini, millətini düşünən, onu dərin məhəbbətlə sevən M.P.Vaqifin vətəndaşlıq şüurunun, vətən 

millət  yanğısının  səsi-harayı  idi,  nəinki  öz  əsrinə,  eləcə  də  «haqqı  batin  eyləyən»  gələcək  haqsız  əsrlərin 

sənət və sənətkarlıq dünyasına tövsiyəsi-vəsiyyəti idi. 

XX  əsrin  humanitar  Azərbaycan  türk  dünyası  M.P.Vaqifi  böyük  vətəndaş  şair,  ana  dilli  poeziyanı 

zirvələrə qaldıran, milli ruhlu, milli zövqlü klassik sənətkar, özlərinin müasirləri kimi qəbul etdilər. Ustad 

S.Vurğun  ilk  gündən  onu  «Ey  şerimin  könül  dastanı»,  şerimizin  ana  şairi,  məhəbbət  şairi,  kimi  vəsf  etdi. 

M.P.Vaqifi, poeziya dünyasına, ana dilli Azərbaycan şerinə işıq-nur saçan ustad kimi qəbul etdi. Azərbaycan 

şer dilini Vaqifin ana dili adlandırdı: Dahi rus şairi A.S.Puşkin «Yevgeni-Onegin» əsərini tərcümə edərkən 

dedi: 

Yanmadım ömrümün iki ilinə, 



Axıtdım alnımın inci tərini. 

Rusiya şerimin şah əsərini, 

Çevirdim Vaqifin ana dilinə. 

-bununla da kifayətlənmədi. M.P.Vaqifə olan dərin məhəbbətini «Vaqif» pyesi ilə tamamladı. M.P.Vaqifin 

«Yad  et  səni  yad  edəni»,  «Könüldən,  könülə  yollar  görünür»  misralarını    XX  əsr  Azərbaycan  şerri  üçün 

epiqraf kimi qiymətləndirdi. Eyni zamanda bu hikmətləri, sələflərin xələflərinə tövsiyəsi hesab etdi. 

Heca vəzninin demək olar ki, bütün şəkillərində yazan, nümunə göstərən M.P.Vaqif həyatda mövcüd 

olan, hamının birmənalı şəkildə qəbul etdiyi hisləri, duyğu və düşüncələri, aydın görünən reallıqları səmimi 

ifadələrlə  tərənnüm  edən  böyük  məhəbbətin,  böyük  şairi  idi.  Yad,  əcnəbi  söz  və  ifadələri  qəbul  etməyən, 

zəngin Azərbaycan ədəbi-bədii diliн təbiətinə uyğun olan, hətta milliləşən əcnəbi söz və tərkibləri, dübarə 

azərbaycanlaşdıran yaradıcı sənətkar olmuşdur. 

Onun  poeziya  dili  nəinki  dövrünün,  XVIII  əsrin,  eləcə  də  gələcək  əsrlərin,  bu  günkü  Azərbaycan 

şerinin də təmiz ana dilidir. 

Xumar xumar baxmaq göz qaydasıdır, 

Lalə tək qızarmaq üz qaydasıdır. 

Pərişanlıq zülfün öz qaydasıdır, 

Nə badi-səbadən, nə şanədəndir. 

M.P.Vaqif Qazax rayonunun Salahlı kəndində anadan olsa da, bütün ömrünü Qarabağda, Şuşada əsası 

Pənah  xan  Bəhmənli  tərəfindən  qoyulan  İbrahim  xanın  sarayında  keçirmişdir.  O,  sadəcə,  saray  vəziri 

olmamışdır. Bütün imkan və bacarığını qarabağın, insanların səadət və xoşbəxtliyinə həsr etmişdir. Ağıllı, 

müdrik  məsləhətləri  ilə  İbrahim  Xəlil  xanın  xəlqi,  milli  mövqe  tutmasına  çalışmış,  qarabağın  xarici 

təcavüzlərdən,  işğallardan  qorunmasında  fəal  iştirak  etmişdir.  Böyük  məhəbbət  poeziyanın  hüdud  və 

imkanlarını əyani şəkildə nümayiş, təbliğ və tərənnüm edən zəngin bədii irs yaratmışdır. 

Bu  irs,  öz  üslub-dil  sadəliyi,  mündəricə  aydınlığı  və  əlvanlığı  ilə  XVIII  əsr  poeziya  mərhələsinin 

xarakterini,  səviyyəsini,  eyni  zamanda  XVIII  əsr  poeziyasının  zirvəsini  göstərirdi.  Bu  zirvədə  təbilik, 

aydınlıq, nikbinlik xüsusi poetik xətlər kimi, öz təbii görkəmində, axarında davam edirdi. Bütün bu poetik 

gedişlərlə M.P.Vaqif, real məhəbbətin, lirik hissi-idrakı, kövrək obrazını yaradırdı. Bu obraz təbii-rəngarəng 

müqayisə və bənzətmələrlə bütövləşir, kamilləşir, əhatə olunurdu. 

Boyun sürahidir, bədənin billur

Gərdənin çəkilmiş minadan pəri, 

Tənha bir sonasan cida düşübsən, 

Bir bölük yaşılbaş sonadan, pəri 

M.P.Vaqif  hecanın  çox  şəkillərində  gəraylı-təcnis  və  s.  gözəl  nümunələr  yaratsa  da,  yaradıcılığının 

aparıcı şəkili qoşma olmuşdur. Vaqif qoşmalarının əsas materialını məşüqənin həm xarici, həm də mənəvi 

cəhətlərini portretini təbii boyalarla, poetik sözün möhtəşəm imkanları ilə yaratmaq-vəsf etmək təşkil edir. 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə