Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə18/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   14   15   16   17   18   19   20   21   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



36

məlumatlardan aydın olur ki, belə bir şəraitdə İbrahim xan A.M.Qacara qarşı mübarizə aparmağın mümkün 

olmayacağı qənaətinə gəlir. Çünki A.M.Qacarın Qarabağa, Şuşaya birinci hücumu zamanı xanlığa çox ziyan 

dəymişdir.  Digər  tərəfdən  Qarabağ  vilayətində  üç  il  davam  edən  quraqlıq  nəticəsində  məhsul  qıtlığı 

yaranmış, əhali arasında aclıq başlanmışdı (4, s. 62). 

       M.M.Xəzaninin yazdığına görə Belə bir şəraitdə Qarabağ xanı İbrahim xan Qarabağı tərk edir, ailəsi və 

yaxın adamları ilə birgə Balakənə- qaynı Ümmə xanın yanına gedir(5,58). A.M.Qacarın adamları tərəfindən 

Vaqif həbs edilir. Şahın əmrilə Vaqifi səhər edam etmək üçün zindana salırlar. Lakin gecə A.M.Qacarın özü 

öldürülür.  Ağa  Məhəmməd  şah  Qacarın  öldürülməsindən  sonra  onun  qoşunları  Qarabağı  tərk  edir,  geri 

qayıdır.  Qarabağ  hakimliyi  isə  İbrahim  xanın  qardaşı  oğlu  Məhəmməd  bəy  Cavanşirin  əlinə  keçir. 

Məhəmməd bəy İbrahim xanın yaxın adamlarını aradan götürməyi planlaşdırmışdı.     Beləliklə, Məhəmməd 

bəy Cavanşirin əmri ilə Vaqif 1797-ci ildə edam edilir (4, s. 222). 

        Şuşada şərəflə dəfn edilən Vaqifin məzarı xalq tərəfindən həmişə hörmətlə ziyarət olunmuşdur. Əvvəlcə 

burada kiçik məqbərə tikilsə də, sonra onun məzarı üzərində, bu müdrik dövlət xadiminin abidəsi – heykəli 

ucaldılmışdı.  

 

Ədəbiyyat 



1. http://www.president.az/articles/22465. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin 

keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 12 yanvar 2017-ci il. 

2. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 s. + 56 s. illüstrasiya. 

3.  Qarabağnamələr.  Qarabağ  xanlığının  1747-1845-ci  illərdə  siyasi  vəziyyətinə  dair.  Birinci  kitab.  Şərq-

Qərb. Bakı 2006. 216 s. 

4.  Qarabağnamələr.  Qarabağ  xanlığının  1747-1845-ci  illərdə  siyasi  vəziyyətinə  dair.  İkinci  kitab.  Şəərq-

Qərb. Bakı 2006. 288 s.  

5.  Samir  Həsənov.  M.M.Xəzaninin  “Kitabi-tarixi-Qarabağ  əsərinin  öyrənilməsi  və  tədqiqi  tarixindən”. 

Qafqaz universiteti.  № 20 2007. s.56-61  

 

BAXŞƏLİYEV FAZİL 



tarix üzrə elmlər doktoru 

Bakı Dövlət Universiteti 

 

M.P.VAQİFİN İCTİMAİ - SİYASİ  FƏALİYYƏTİ HAQQINDA 



 

Açar sözlər: Vaqif, Qarabağ, türk, siyasi, tarix 

 

M.P.Vagif  public - political activityon 



 

       The history of Azerbaijan as one of the persons in their place and role in Vagif. A lot of different books 

and  articles  about  him,  and  sometimes  there  were  conflicting  opinions.  Vagif,  first  and  foremost,  a  great 

patriot  of  his  country  and  the  language  of  the  people  and  defended  by  all  means  possible.  Despite  being 

aware of other religions and peoples of restrictions on religious title of mutərəqii also differed. He thought 

his  own  people,  the  same  way  other  nations  considered  equal,  universal  ideas  have  been  propagated,  the 

peoples of the friendship and cooperation called. 

 

Keywords: Vagif, Karabakh, turkish, politics, history 



 

        Dövlət  xadimlərimizin  müdrik  siyasəti,  xalqımızın  mənafeyini,  milli  maraqlarımızın  nəzərə  alması 

mənəvi  dəyər  nümunəsidir.  Mənəvi  dəyərlərimizi  qorumaq  hər  birimizin  borcudur.  Ayrı-ayrı  tarixi 

şəxsiyyətlərimizin  dövlətçilik  fəaliyyətindən  bəhs  edərkən  bu  sırada  Vaqifin  də  xüsusi  yerini  qeyd  etmək 

zəruridir.  

        Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyev  1976-cı  ildə  dünyanın  müxtəlif  guşələrindən 

xalq şairi Səməd Vurğununu 70 illik yubileyinə gəlmiş qonaqlar qarşısında  demişdi ki, Səməd Vurğunun 

“Vaqif” dramı haqqında düşünəndə müəllifin qüdrətli istedadına, pyesin baş qəhrəmanının obrazını necə də 

sənətkarlıqla  yaratdığına  valeh  olmaya  bilmirsən.  Çünki  o,  Vaqifi  eyni  dərəcədə  həm  şair  kimi,  həm 

maarifpərvər  kimi,  həm  də  dövlət  xadimi  kimi  göstərə  bilmişdir.  Bu  dramı  diqqətlə  oxuyanda  əsərdə  iki 

nəhəng  şairin  -  Vaqifin,  bir  də  müasirimiz,  mütəfəkkir  şair,  filosof,  öz  xalqının  səadəti  uğrunda  mübariz 

Səməd Vurğunun obrazını görürsən(1).  




M.P.Vaqif və müasirlik 

 

 



37

       Qeyd  etdiyimiz  kimi,  o  dövrdə  Azərbaycan  İran  və  Rusiyanın  arasında  qalmışdı.  Qacarın  məqsədi 

Azərbaycanı İrana qatmaq, qüvvətli İran dövləti yaratmaq idi. Heç də təsadüfi deyil ki, görkəmli Azərbaycan 

yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» pyesində Şuşada qətlə yetirilən şah 

son nəfəsində belə deyir ki, ey evi yıxılmış, İranı viran qoydun (2, s. 170). 

         Bununla  birlikdə  qeyd  etmək  lazımdır  ki,  Qacarın  Qarabağı  ələ  keçirmək  istəməsinin  əsas  səbəbi 

Qarabağ hakimi İbrahim xanın Rusiyaya meylinin artması ilə əlaqədar olmuşdur. Mirzə Camal Cavanşir öz 

“Qarabağnamə” əsərində bu barədə belə yazmışdı ki, hamı yüksək Rusiya dövlətinə itaət etməyə hazırlaşdığı 

zaman, əzəmətli imperatriçə II Yekaterina vəfat etdi. Böyük sərkərdə Zubov (1796-cı ildə Dərbəndi tutmuş 

rus  qoşunlarının  komandanı  Əbülfət  xanı  (İbrahim  xanın  general  Zubovun  hüzuruna  göndərdiyi  oğlu), 

Qarabağın bəyzadə və kəndxudalarını böyük hörmət və çoxlu ənamla yola salıb, padşah Pavelin əmrinə görə 

geri  qayıdacağını  İbrahim  xana  xəbər  verdi.  Bu  xəbər  həm  qəm-qüssəyə,  həm  də  Ağa  Məhəmməd  şahın 

ədavətinin artmasına səbəb oldu. Çünki o, mərhum İbrahim xanı tələfat vermədən, xoşluq və mülayimliklə 

özünə  tabe  etmək  fikrində  idi.  Lakin  İbrahim  xanın  müharibəsiz  Rusiya  dövlətinə  əbədi  itaət  edib, 

səmimiyyət göstərməsi, islam və İran padşahından üz çevirməsi onu olduqca qəzəbləndirmişdi. Buna görə 

İbrahim xanı yox etmək qərarına gələrək, yaz fəslində qoşunla Azərbaycana tərəf hərəkət etdi (3, s. 62).  

         Ümumiyyətlə, Vaqif haqqında hətta  müxtəlif  bədii əsərlərdə və yazılarda verilmiş fikir və ifadələrin 

əksəriyyəti,  bəzilərinin  dediyi  kimi  uydurma,  bədii  təxəyyül  məhsulu  olmayıb  real  həqiqət  olmuşdur. 

Qarabağ xanlığının Rusiya ilə əlaqə yaratmaq təşəbbüsü, qonşu gürcü xalqı ilə birgə hərəkət etməsi və bu 

işdə  Vaqifin  böyük  rol  oynaması,  onun  Qacara  sərt  cavab  məktubu  yazması  və  Qacarın  bundan 

hiddətlənməsi, Vaqifin Şuşanın işğalı vaxtı şəhərdə qalması və s. tarixi faktlardır. 

         Tarixdən  məlumdur  ki,  1783-1784-cü  illərdə  Qarabağ  xanlığı  Rusiya  ilə  əlaqəni  möhkəmləndirmək 

məqsədilə bir sıra təşəbbüslər göstərmiş, bu işdə Vaqif də yaxından iştirak etmişdir. II Yekaterina 1784-cü 

ildə knyaz Q.A.Potyomkinə belə yazmışdı ki, deyəsən, İbrahim xanın məktubları mənə gəlib çatan türk və 

bəzi İran məktublarından daha nəzakətli yazılmışdır... Mənə bildir, görək o kimdir?... Gəncdir, yoxsa qoca? 

Güclüdür, yoxsa zəif? (4)  

         Vaqifin həyat və yaradıcılığına aid geniş tədqiqat aparmış əksər tədqiqatçılar belə qənaətə gəlmişlər ki, 

bu məktubun şairanə ruhu, başqa xan və hökmdarların məktublarından öz nəzakəti ilə fərqlənməsi onun əsl 

müəllifinin şair və vəzir Vaqif olmasını ehtimal etməyə imkan verir. 

        Bu  məktubdan  sonra  II  Yekaterina  rus  qoşunlarını  qraf  V.Zubovun  komandanlığı  altında  Dərbəndə 

göndərmişdir. Mirzə Adıgözəl bəyin əsərində oxuyuruq: “Bu xəbər İbrahim xana çatdı. Oğlu Əbülfət xanı 

çoxlu hədiyyə və sovqatlarla böyük sərdar qraf Valerian Zubov cənablarının möhtərəm hüzurlarına göndərdi. 

Uca  Rusiya  dövlətinə  ixlas  və  sədaqətini  bildirdi.  İmperatriçə  Yekaterina  həzrətlərinin  müqərrəblərinə 

qaneedici və təvazö bildirən məktublar yazdı. İqtidar sahibi olan sərdar da Əbülfət xana qarşı hədsiz hörmət 

və mehribanlıq göstərdi. Behiştlik mərhum (İbrahim) xanın ərizəsini ixtiyar sahibi padşahın fələklər qədər 

yüksək  olan  dərgahına  göndərdi.  Pənah  xan  üçün  də  bir  nəfər  knyaz  vasitəsilə  çoxlu  bəxşiş  və  töhfələr 

yolladı. Padşahın ona qarşı hədsiz lütf və mərhəməti olduğunu bildirdi. Mövlana Vaqifə də qiymətli daşlarla 

bəzədilmiş bir əsa göndərdi” (5, s. 63). 

        Əsərdə  rus  çarının  adından  göndərilən  əsanı  Vaqifin  əlində  görən  düşmənləri  onu  ruslara  satılmaqda 

təqsirləndirirlər. Vaqifə hücum edir, onu «tanrı düşməni», «vətən xaini», «məlun», «qansız», «satılmış» və s. 

sözlərlə təhqir edirlər. Şeyx Vaqifi «tanrı düşməni» adlandırmaqla ona qarşı mübarizədə dindən istifadə edir. 

Bu  məsələ  üzərində  bir  qədər  geniş  dayanmaq  istərdil.  Belə  li,  hələ  o  vaxtlar  da,  istər  Şuşada,  istərbəzi 

xanlarımızın  düşüncələrində,  istərsə  də  Tehranda  A.M.Qacar  sarayında  bu  cür  düşünənlər  də  tapılırdı.  Ən 

pisi isə budur ki, belələrinə indi də rast gəlinir. Vaqif Qarabağı sata bilməzdi. Çünki əvvəla Vaiqfin  elə bir 

ciddi  səlahiyyəti  olmamışdır.  Vaqifin  vəzifəsi  Qarabağın  xarici  işlər  nazirinin  müavini  idi.  Hədiyyə 

məsələsinə  gəlincə,  dövlət  nümayəndəsinə  hədiyyə  verilməsi  normaldır.  Həmin  illərdə  Azərbaycan 

xanlarının  1785-ci  il  məlum  İstanbul  elçiliyində  həm  xanların  sultana,  həm  də  xanlara  bahalı  sultan 

hədiyyələrinin ünvanlanması ümumilikdə,  hamılıqla qəbul olunmuş diplomatic etikətlərdən lənar çıxılması 

demək deyildi. Əgər belə olmasaydı, onda görün, ən azı Şirvanşah İbrahim Dərbəndidən üzü bəri nə qədər 

tarixi şəxsiyyətlərə “qara yaxmışlar” tapılardı.          

         Daha  bir  ciddi  məqam  üzərində  dayanmağımıza  ehtiyac  duyuruq.  Vaqif  daşıdığı  dini  titulun 

məhdudiyyətlərinə baxmayaraq başqa dinlərə və xalqlara tam mütərəqii baxışları ilə də fərqlənmişdir. O öz 

xalqını düşünməklə bərabər başqa xalqlara da eyni gözlə baxmış, ümumbəşəri ideyaları təbliğ etmiş, xalqları 

dostluğa,  əməkdaşlığa  səsləmişdir.  Vaqifin  öz  yaradıcılığından  məlumdur  ki,  o,  Qacara  qarşı  mübarizədə 

gürcülərlə  müqavilə  bağlamaq  məqsədilə  Tiflisdə  olarkən  şeirlər  yazmış,  Tiflisi,  bu  yerin  gözəllərini  və 

təbiətini tərənnüm etmişdir. Bu şeirlərdə gürcü xalqına səmimi hislər ifadə edilmişdir. 

        Vaqif  yaradıcılığına  və  yaşadığı  dövrə  yaxında  bələd  olan  tədqiatçılar  bildiririlər  ki,  Tiflis  şeirlərini 

oxuyarkən  onun  müəllifi  heç  də  dini  etiqadlar  əsiri,  bəzilərinin  göstərdiyi  kimi,  qatı  məzhəbpərəst  deyil, 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə