Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə12/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   8   9   10   11   12   13   14   15   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



24

M.P.Vaqifdə  məhəbbət  anlayışı  sadəcə  olaraq  təbliğ-tərənnüm  xarakterində  deyil,  o,  məhəbbəti  real 

zəmində, mövcud, rəsmi şəraitdə axtarır, özü də onu müasirliyin əlvan nümunələri ilə tərənnüm edir. Belə 

kamil yaradıcılıq yolunda məhəbbət hamının diqqətini cəlb edici formada, inandırıcı şəkildə, XVIII əsrin və 

gələcək əsrlərin məhəbbəti» kimi təqdim olunur. Bu yaradıcılıq yolunda Vaqifin əsas istifadə və istinadgah 

mənbələri qüdrətli söz-bədii ifadələr, real-təbii və poetik müqayisələr, bənzətmələr olur: 

Sevgilim ləblərin yaquta bənzər, 

Sərasər dişlərin dürdanədəndir. 

Sədəf dəhanından çıxan sözlərin, 

Hər biri bir qeyri xəzanədəndir. 

Burada  obrazı-məşuqəni  tamamlayan  söz  və  ifadələrin  müqayisələr-bənzətmələr  şəklində,  özü  də 

aşığın ruhuna, təbiətinə və zahiri görünüşünə uyğun, oxşar formada,  təbliğ və tərənnümü şəklində ifadəsinə 

heca  vəzninin-ana  dilli  poeziyanın  qələbəsi  idi.  Obrazın  (sevgilinin)  ləbinin  (dodaqlarının)  qiymətli  inci-

yaquta bənzədilməsi, sıra ilə (sərasər) düzülən dişlərinin dürdanəyə, ağızın (dəhanın) sədəfə, sözlərin ayrı-

ayrı xəzinələrdən alınmasına-seçilməsinə, olan etiraf, həm də nəticə etibarilə təbii-real bir insan-məhəbbət 

obrazı yaratmaq Vaqif sənətinin, ana dilinin, söz-ifadə və birləşmələrin dəqiq, düzgün-yerində seçilməsinin 

qələbəsi  idi.  Bir  faktı  da  göstərmək  kifayətdir  ki,  Vaqifin  lirikasında,  müqayisə-bənzətmə  tipli  qoşmalar 

sistem  halındadır.  Onun  qoşmalarında  aşiq-məşuq  münasibətləri  real  zəminə,  müasir  şərait  və  ehtiyaclara 

söykənir.  Bütün  qoşmalarının  lirik  qəhrəmanları  öz  düşüncələri,  həyata  baxışları  ilə    müasirdir.  Daha  çox 

nikbin,  həyat-yaşamaq  eşqi  güclü  olan,  hətta  həyəcanlanmağa,  başqa  fikirlərə  düşməyə  vaxt  tapmayan 

insanlardır.  Onlar  üçün  məhəbbət-gözəllik  hər  şeydir.  Məhəbbət  onların  həyat  yolu,  yaşamaq  haqqıdır:… 

Sənsən fikri, zikri sözü Vaqifin, qeyri söz yanında əfsanədəndir» deyən aşiqin mənəvi andı, həyat-yaşamaq 

devizidir. 

M.P.Vaqif    özünə  qədər  mövcud  olan  bütün  şer  şəkillərində,  heca,  əruz,  sərbəst  vəznlərdə  yazan, 

zamanəsinin poetik zirvəsində duran sənətkar olmuşdur. İbrahim Xəlil xanın sarayında eşik ağası vəzifəsində 

işləyərkən  də  yaradıcılığı  ilə  Vətəni,  xalqı  üçün  çox  işlər  görən  Vaqif  ömrünün  sonlarında  haqsızlıqlarla 

üzləşəndə, ümidsizliyə qapılsa da, tam ruhdan düşmür. Dünyanı-müasir zamanəsini insan mənasında görən 

və  qəbul  edən  Vaqif,  «dənilləri  mötəbər»  olan,  «kizbi-böhrandan  savayı  bir  hekayət  görməyən-«kuzəkarı 

kimi yagər, qara daşı yaquti-əhmər eyliyən, lakin, qədri-qiymət əvəzində xəsarət görən dünyadan-insandan 

həzər  etməyi  üstün  sayır.  Ümidini  «Ya  rəbbəna,  öz  lütfünü  eylə  pənah»  deyərək,  o  böyük  tanrıya-Allaha 

bağlayır. M.V.Vidadiyə yazdığı «Bax» rədifli qəzəlində müasir zaman-dövr-insan və bütövlükdə cəmiyyət 

haqqında olan fikirlərini ümumiləşdirir. M.V.Vidadinin vaxtilə dediyi: «Çox bulaşma bu dünyanın qanına, 

vəfa yoxdur sultanına, xanına, Balasını bir gün qoymaz yanına, bizim inək kimi təpər ağlarsan» misralarını 

xatırlayır. Vidadiyə haqqın-ədalətin, gec-tez qələbə çalacağını, ümidin azalmadığını-itmədiyini bildirir: 

«Mən fəqirə əmr qılmışdı siyasət etməyə. 

Qurtaran məzlumu zalimdən o dəm qəffarə bax… 

Tacı zərdən ta ki, ayrıldı dimağı-pirqulur. 

Payimal oldu təpiklərdə, səri-sərdarə bax» 

misraları M.P.Vaqifin haqsız-etibarsız zamanəsi, insanları haqda gəldiyi  qənaətləri idi. 

XX  əsrin  ədəbiyyatşünaslıq  elmi  M.P.Vaqifi  yenidən,  olduğu  kimi,  heca  vəznli  şerin  ana  dilli 

poeziyanın,  Azərbaycan  renessans  dövrünün,  realizmin  banisi  kimi  təbliğ  və  tərənnüm  etdi,  Azərbaycan 

poeziyasında qüdrətli M.P.Vaqif  məktəbi yarandı. Vaqif haqda elmi, bədii əsərlər işıq üzü gördü, Vaqifin 

yüksək səviyyəliyi yubileyləri keçirildi.  

M.P.Vaqif sənəti işğal altında olan Qarabağ-Şuşa torpağı kimi Azərbaycan xalqının əbədi sərvətidir. 

Əminik  ki,  M.P.Vaqifin  növbəti  yubileyi  Qüdrətli  Azərbaycan  Dövləti  və  Güclü  Azərbaycan    Ordusu 

sayəsində tezliklə Qarabağda-Şuşada keçiriləcəkdir. Bu gün çox yaxındadır. 

 

Ədəbiyyat 



1.  Səfərli Ə. Yusifli X. Qədim və orta əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 2005, 480 s. 

2.  Əliyev R. Vaqifi düşünərkən. Bakı, 1996, 385 s. 

3.  Cəfərov N. Füzulidən Vaqifə qədər. Bakı, 1997, 295 s. 

4.  S.Vurğun.  Əsərləri. VI cild, Bakı, 600 s.  

 

 

 



 


M.P.Vaqif və müasirlik 

 

 



25

ABDULLAYEVA SEVİNC 

Bakı Slavyan Universiteti 

 

MOLLA PƏNAH VAQİF ŞEİRLƏRİNİN DİL VƏ VƏZN XÜSUSİYYƏTLƏRİNİN  



ORTA MƏKTƏBDƏ TƏDRİSİ 

 

Açar sözlər: Vaqif poeziyası, dil və vəzn xüsusiyyətləri, qoşma.  



 

Molla Panah Vaqif language and language features middle school training 

 

Vagif is one of the greatest writers to bringing new way to our literature. He has brought “xəlqilik“ to 



our  poetries  using  more  the  opportunities  of  national  language  in  his  works  written  in  syllabic  and  eruz 

rythym. That is why the authors school textbooks use the works of Vagif for its simplicity and nationality. 

When we look through the textbooks which have been made up with traditional and curriculum methods we 

can see the examples of the works of Vagif. 

 

Keywords: rhymes of Vagif, language and rhythm  features, qoshma. 



 

Əsrlər keçir, nəsillər bir-birini əvəz edir, lakin əsl sənət əsəri olan şeirlər daim dillərdə əzbər olaraq 

yaşayır, ürəklərdə məskən salır. Oxucular bu cür şeirlərə həmişə müraciət etmiş, onlara hər zaman ehtiyac 

duymuşlar. Təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunələrini yaradan sənətkarlardan biri də 

Molla  Pənah  Vaqifdir.  Onun  şeirləri  məhz  unudulmayan  nümunələr  sırasındadır.  İstər  əvvəlki  illərdə  nəşr 

olunmuş  ədəbiyyat  dərsliklərində,  istərsə  də  yeni  kurikulum  sistemi  ilə  hazırlanmış  dərsliklərdə  Vaqifin 

müxtəlif əsərlərinə xeyli yer verilmişdir. Bu isə onun şeirinin dilindəki xəlqilik, anlaşılıqlı ifadələrin çoxluğu 

ilə bağlıdır. Firudin bəy Köçərli Vaqif haqqında demişdir: “Molla Pənah Vaqifin yazdığı lirik şeirlər, onun 

gözəl dünyasında lətafətli və anlaşıqlı sözlərdən ibarət şeirlərdir. Hansı ki, onu eşidən adam qəmlənə və ya 

sevinə bilər” (2, s. 234). 

Onun  əsərlərinə  olan  ardıcıl  münasibət  Vaqifi  XVIII  əsr  Azərbaycan  ədəbiyyatının  ən  görkəmli 

nümayəndəsi  kimi  görməyə  əsas  verir.  Vaqif  yaradıcılığında  xalq  şeiri  ədəbiyyatımızda  üstünlük  qazanır. 

Onun poeziyası əsrin ziddiyyətlərini, kataklizmlərini, sevinc və kədərini daha parlaq ifadə edəbilmişdir. 

Vaqif yaradıcılığı ilə Azərbaycan şеiri tarixində yеni bir dövr başlanır. Vaqif lirikası ilə pоеziyada yеni 

bir  səhifə  açılır,  pоеziyamızda  nikbin  bir  əhvali-ruhiyyə,  həyati  və  dünyəvi  gözəlliyə  pərəstiş  hisləri 

qüvvətlənir. Rеalist şеirin ilk nümunələri оnun adı ilə bağlıdır. Onun lirikasının məzmunu sevgi-məhəbbət, 

insan gözəlliyinin tərənnümü, insanlar arasında xoş münasibətin, səmimiyyətin, bədii sözün ecazkar gücü ilə 

ifadə olduğunu təsdiqləyir. Vaqifin tərənnüm obyekti real insandır, nəcib, gözəl Azərbaycan qızlarıdır. O, 

təsvir etdiyi obyekti poeziyanın bütün imkanlarından istifadə etməklə oxucuya çatdırır. Sənətkarın istifadə 

etdiyi təsvir vasitələri - epitetlər, təşbehlər, metonimiyalar, mübaliğələr, litotalar, istiarələr, metaforalar və s. 

sadə, başa düşülən, lakin bir o qədər də qeyri-adi təsir gücünə malikdir. Onun lirik poeziyasında bənzəyənlə 

bənzədilən  arasında  oxşarlığın  ifadəsi,  bir  əşyaya  məxsus  əlamətin  başqa  bir  əşya  üzərinə  köçürülməsini 

həyəcansız  oxumaq  mümkün  deyildir.  Sənətkarın  şeirlərinin  misraları  arasındakı  qafiyə  sistemi  o  qədər 

güclüdür  ki,  onlar  hansı  janrda  yazılmasına  baxmayaraq,  kifayət  qədər  oxunaqlıdır.  Məsələn,  şairin  əruz 

vəznində qələmə aldığı aşağıdakı misralarına nəzər salaq: 

 

 



 

Ləblərin ləli-Yəmən, qönçeyi-tərdir dəhənin, 

 

 

 



Tazəgül xərmənidir başdan ayağa bədənin,  

 

 



 

Lal edər tutiləri ləhceyi-şirin suxənin, 

 

 

 



Gülşənin rövnəqisən, zinəti bağü çəmənin, 

 

 



 

Boyun oxşar sənin ol şumşada, qurbanın olum! (3, s. 187) 

 

Kurikulum  proqramı  ilə  hazırlanmış  orta  məktəblərin  VIII  sinif  dərsliyində  Vaqifin  “Hayıf  ki, 



yoxdur” qoşması təqdim olunmuşdur. Bu şeirdə Vaqifin yaradıcılığındakı nikbin ruhun təzadlı məqamlarını 

ortaya qoyulur.  

 

 

 



Kür qırağının əcəb seyrəngahı var, 

 

 



 

Yaşılbaş sonası, hayıf ki, yoxdur! 

 

 

 



Ucu tər cığalı siyah tellərin 

 

 



 

Hərdən tamaşası, hayıf ki, yoxdur! 

 

 

 



 

Qış günü qışlağı Qıraqbasanın, 

 

 

 



Gözüdür Aranın, cümlə-cahanın, 


Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə