Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə2/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   2   3   4   5   6   7   8   9   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



4

qarşılaşdığı çətinlikləri belə toy-bayram hesab edir, “Toy-bayramdır bu dünyanın əzabı, əqli olan ona gətirər 

tabı” deyir, həyatın hər anından istifadə edib, xoşbəxt ömür sürməyi məsləhət görür. 

Molla  Pənah  Vaqifin  şeir  dili  -  Azərbaycan  dilinin  sadəliyini,  xəlqiliyini,  incəliyini,  gözəlliyini  və 

zənginliyini dolğun şəkildə əks etdirir. M.P.Vaqifin dilində 3506 söz işlənib. Onlardan 1686-sı isim, 656-sı 

sifət, 438-i feildir. 1686 isim 8244 dəfə təkrar olunduğu halda, 656 sifət 1904 dəfə təkrar olunub. Həmçinin 

Vaqifin dilində ən çox işlənən isimlər göz (211 dəfə), can (167 dəfə), zülf (160 dəfə), üz (120 dəfə), ən çox 

işlənən sifətlər isə gözəl (176 dəfə), ağ (64 dəfə), xoş (52 dəfə) sözləridir. 

Xalq  öz  diriliyi  olan  dilinin  təmizliyini,  saflığını,  munisliyini  Molla  Pənah  Vaqifin  şe'rində  tapdı. 

Xalqın folklor dilini, danışıq- ünsiyyət dilini Molla Pənah yazılı ədəbi dil hüququna qaldırdı. O, milli ədəbi 

dilin  xəlqilik  inkişafına  adilik  tonu  əlavə  etdi.  Bununla  da  Vaqif  bədii  üslubun  dil  üfüqlərini  xeyli 

genişləndirdi,  üslubun  xəlqi  dil  qolunu  klassik  dilin  müqabilinə  çatdırdı  –  bu  müqabillik  nüfuz,  hörmət, 

sənətkarlıq  əlamətlərini  əhatə  edirdi.  XVIII  əsrdə  xəlqi  dil  inkişaf  meylini,  dil  dəbini  (uzus)  əks  etdirmək 

baxımından klassik dildən qabağa çıxır. Leksik-frazeoloji adiliyin poetizm səviyyəsinə qaldırılması ilə Vaqif 

klassik  poeziya  dilinin  kultunu  qırdı.  Vaqifin  şeirlərində  Azərbaycan  dilinin  geniş  poetik  imkanları  canlı 

şəkildə  yaşayır.  Bu,  geniş  mənada  ədəbiyyatın  dilində  islahatlar  aparmaq  demək  idi.  Çünki  klassik 

Azərbaycan ədəbiyyatında möhkəm yer tutan əruz vəzninin qəlibləri xalqın canlı danışıq dilindən istifadənin 

genişləndirilməsinə  imkan  vermirdi.  Molla  Pənah  Vaqifin  islahatları  sayəsində  əruz  vəznində  yaradılmış 

qəzəl-qəsidə  ədəbiyyatının  yerində  sadə,  canlı  və  aydın  dildə,  heca  vəznində  yazılmış  qoşma-gəraylı 

poeziyası aparıcı istiqamətə çevrilmişdir. Yeni tipli bu ədəbiyyatda, ümumiyyətlə, dövran və məhəbbət deyil, 

konkret  olaraq  zaman,  məkan,  insan  və  sevgi  öz  əksini  tapmışdır.  Molla  Pənah  Vaqif  şeirlərində  geniş 

mənada xalq həyatından böyük ilhamla və xalqın özünün danışdığı dildə söz açır. Bu mənada: Molla Pənah 

Vaqif  -  Azərbaycan  yazılı  ədəbiyyatında  heca  vəznli  şeirin  yaradıcısıdır;  Vaqif  -  xalq  həyatının  böyük 

nəğməkarıdır; Vaqif - Azərbaycan mövzusunu şeirin əsas mövzusuna çevirmişdir; Vaqif - Azərbaycan ədəbi 

dilinin banisidir; Vaqif - erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını qoymuşdur. 

Böyük  mütəfəkkir  Mirzə  Fətəli  Axundzadə  “Nəzm  və  nəsr”  adlı  məqaləsində  Molla  Pənah  Vaqifi 

“nadir  vücuda  gələn”,  “xəyalatında  təsir  olan”,  şeirdə  yeni  yol  açan  (rəhnüma)  şair  kimi  yüksək 

qiymətləndirmişdir. O, ədəbiyyatda realist şeirin meydana gətirilməsində Molla Pənah Vaqifin “müqəddəm” 

şair olduğunu da xüsusi olaraq nəzərə çarpdırmışdır 

Vaqifin  yaradıcılığında  məhəbbət  lirikası  əsas  yer  tutur.  Gözəllərin  vəsfi  Vaqif  lirikasının  əsas 

motividir.  “Zeynəb”,  “Bəri  bax”  qoşmalarında  şair  onların  bədii  portretini  böyük  məharətlə  yaradıb, 

etnoqrafik  detalları,  milli  koloriti  qabarıq  şəkildə  əks  etdirib.  Onun  qələmə  aldığı  gözəllər  bütün  xarici 

məlahəti və daxili zənginliyi ilə təsvir edilir. Molla Pənah Vaqifin əsərlərində Azərbaycan xalqının adət və 

ənənələri,  yerli  və  məhəlli  xüsusiyyətləri  özünün  parlaq  əksini  tapır.  O,  insanı  fiziki  və  mənəvi  cəhətdən 

kamil, harmonik inkişafda görmək istəyirdi. Dünya və dünyəvi ideallar şairi kimi, nikbinlik, həyatsevərlik 

onun poeziyasının ümdə xüsusiyyəti idi. Şeirlərində ictimai ədalətsizlik və bərabərsizliyə qarşı nifrət ifadə 

olunurdu.  Vaqif  yaradıcılığında  “Badi-səba,  bir  xəbər  ver  könlümə”,  “Namə,  gedər  olsan  yarın  kuyinə”, 

“Bayram  oldu”,  “Görmədim”,  “Gözlərin  cəlladdır,  baxışın  yağı”,  “Durnalar”,  “Heyran  olmuşam”  və 

s.şeirləri xüsusi yer tutur.  

Vaqif  edam  edildikdən  sonra  onun  evi  talan  olunur,  əlyazmaları  yandırılır.  Talan  zamanı  şairin 

əsərlərinin  çox  hissəsi  itib-batmış,  divanı  və  əlyazmaları  məhv  edilmişdir.  Lakin  xalq  sevimli  şairinin 

şeirlərini hafizələrində yaşatmış, müxtəlif vasitələrlə Vaqifin əsərlərinin müəyyən qismini mühafizə etməyə 

müvəffəq ola bilmişdir. Şairin əsərlərinin toplanması ilə ilk dəfə Mirzə Yusif Nersesov məşğul olmuşdur. 

Daha sonra M.F.Axundzadə zəngin material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir və o da 1867-

ci ildə Leypsiq şəhərində nəşr etdirir. Vaqifin şeirini ilk dəfə rus dilinə XIX əsrin 40-cı illərində polyak şairi 

və tərcüməçisi Tadeuş Zabloski tərcümə etmişdir. Vaqifin əsərləri ayrıca kitab şəklində ilk dəfə Haşım bəy 

Vəzirov  tərəfindən  1908-ci  ildə  Bakı  çap  etdirilmişdir.  İnqilabdan  sonrakı  dövrdə  Vaqifin  əsərlərinin 

toplanması və nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olmuşdur.   

1968-ci  ildə  Molla  Pənah  Vaqifin  250  illik  yubileyi  geniş  miqyasda  keçirilmişdir.  Azərbaycan 

Respublikası  Nazirlər  Sovetinin  1970-ci  il  30  yanvar  tarixli  29  nömrəli  qərarına  əsasən  Qazax  rayonunda 

M.P.Vaqifin xatirə muzeyi yaradılmış, 2002-ci ildə isə həmin muzey “M.P.Vaqif və M.V.Vidadinin xatirə 

muzeyi” adlandırılmışdır. 




M.P.Vaqif və müasirlik 

 

 



5

Ulu Öndər Heydər Əliyev klassik ədəbiyyatı dərindən bilən və qiymətləndirən böyük şəxsiyyət idi. O, 

ədəbi  irsin  qorunmasına  qayğı  göstərərək  Azərbaycanın  klassik  şair  və  ədiblərinin  ev  muzeylərinin 

yaradılması,  xatirələrinin  əbədiləşdirilməsi  üçün  böyük  işlər  görmüşdür.  Ümummilli  Liderin  göstərişi  ilə 

Azərbaycanda üç məşhur şairin - Nizami Gəncəvi, Molla Pənah Vaqif və Hüseyn Cavidin məzarları üstündə 

məqbərə tikilmişdir. 

Hələ 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı 

tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Ulu Öndər bərbad halda olan dağılmış məzarı ziyarət 

etmişdir. O, hətta nitqlərinin birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını səsləndirmişdir. Sonralar 

Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmişdir. 

1982-ci  ilin  yanvar  ayında  Ulu  Öndərin  iştirakı  ilə  Molla  Pənah  Vaqifin  məqbərəsinin  təntənəli  açılışı 

olmuşdur. Ümummilli liderin Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, 

digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Təəssüf ki, 

1992-ci il may ayının 8-də bu məqbərə erməni qəsbkarları tərəfindən dağıdılmışdır. 

1982-ci ildə Ümummilli Lider Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, Poeziya Evinin də 

açılışında və orada keçirilən “Vaqif poeziya günləri”ndə iştirak etmişdir. Məhz həmin tarixdən etibarən hər il 

avqust  ayında  “Vaqif  poeziya  günləri  keçirilir.  Vaxtilə  bu  bayram  tədbiri  Qazaxdan  başlayıb  Şuşada 

yekunlaşardı. Lakin bu gün mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, bu 

tədbiri Şuşada keçirə bilmirik.  

Görkəmli şairin adını xalqımız həmişə uca tutmuş, xatirəsini əbədiləşdirmişdir. Balakən rayonunda 1 

saylı Tülü tam orta məktəbi və Gəncə şəhərində 8 saylı tam orta məktəb şairin adını daşıyır. 2014-cü ildə 

şairin  adına  poçt  markası  buraxılmış,  Bakı  şəhərində  Nizami  Gəncəvi  adına  Milli  Azərbaycan  Ədəbiyyat 

Muzeyinin fasadının lojasında M.P.Vaqifin heykəli (1940, müəllif C.Qaryağdı) yerləşdirilmişdir. Görkəmli 

bəstəkarlardan  Cahangir  Cahangirov  “Durnalar”,  Əşrəf  Abbasov  “Heyran  olmuşam”,  Vüqar  Şirinov  “Toy 

adamları”,  Qəmbər  Hüseynli  “Tel  nazik”  şairin  şeirlərinə  musiqi  bəstələmiş,  Ramiz  Mustafayev  “Vaqif” 

operasını,  Səməd  Vurğun  “Vaqif”  mənzum  dramını,  Y.V.Çəmənzəminli  “Qan  içində”  romanını  yazmış, 

haqqında sənədli filmlər (“Vaqif” 1968, “Molla Pənah Vaqif” 1990, “Qətl günü” 1990, “Molla Pənah Vaqif 

2011)  çəkilmişdir.  Səməd  Vurğunun  1937-ci  ildə  şairə  həsr  etdiyi  “Vaqif”  dramı  ilk  dəfə  1938-ci  ildə 

M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram 

Teatrı),  1947-ci  ildə  isə  Almaniyada  Berlin  teatrında  tamaşaya  qoyulmuşdur.  2016-cı  ilin  dekabr  ayında 

Şəkidə  TÜRKSOY  Mədəniyyət  Nazirləri  Daimi  Şurasının  34-cü  toplantısında  2017-ci  ilin  “Molla  Pənah 

Vaqif  ili”elan  olunması  barədə  qərar  qəbul  olunub.  2016-2017-ci  illərdə  YUNESKO-nun  yubileylər 

proqramı çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilir.   

12 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev M.P.Vaqifin 

anadan olmasının 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.  

Vaqif  öz  yaradıcılığı  ilə  ədəbi-pedaqoji  fikrin  inkişafında  yeni  bir  dövr  açmış,  öz  sələflərindən 

öyrənmiş  olsa  da,  onların  görə  bilmədiyi  son  dərəcə  mühüm  bir  işi  görmüşdür.  O  da  bundan  ibarətdir  ki, 

Vaqif ədəbiyyatı milli həyata, milli məişətə, milli xarakterə doğru yönəltmiş, realist bədii təfəkkürə getdikcə 

genişlənən  və  dərinləşən  daimi  bir  cığır  açmışdır.  Onun  şeirlərinin  mövzusu  da,  forması  da,  üslubu  da 

yuxarıda qeyd etdiyimiz kimi, xalqın həyatından, məişətindən, milli keyfiyyətlərindən doğmuşdur. Vaqif tam 

mənası ilə milli bir şairdir. Vaqifə qədər heç bir Azərbaycan şairinin əsərlərində milli həyatımız bu qədər 

dolğun, səmimi və təbii bir şəkildə təsvir edilməmişdir. 

Molla  Pənah  Vaqif  klassik  şeirimizin  ölməz  nümunələrini  yaradan  sənətkar  kimi  xatirələrdə  daim 

yaşayır. 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə