Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə14/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   10   11   12   13   14   15   16   17   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



28

         Bildiyimiz kimi Azərbaycan poeziyasının ilk inkişaf dövrü ərəb-fars dilli ədəbiyyatla, bu dildə şeirlərin 

geniş yayılması ilə bağlıdır. Xüsusilə Nizaminin qüvvətli ənənəsi sonralar uzun müddət Azərbaycan şeirində 

davam  etmiş,  bir  çox  şairlərimizi  fars  dilində  yazmağa  həvəsləndirmişdir.  Fars  dili  ilə  yanaşı  ana  dilli 

ədəbiyyat da inkişaf edirdi. XIII əsrdən başlayaraq Qazi Bürhanəddin, İzzəddin Həsənoğlu, Nəsimi, Xətai, 

Həbibi kimi görkəmli şairlər ana dilimizdə layiqli əsərlər yaratmışlar. XVI-XVIII əsrlərdə klassik poeziya ilə 

yanaşı aşıq şeiri də ədəbiyyatımızda, Azərbaycan ədəbi dilinin zənginləşdirmək, xalqın ruhunu oxşayan bir 

çox sənət nümunələri yaratmaqla təqdirəlayiq işlər görmüşdü. 

XVIII əsrə qədər klassik poeziya ilə aşıq şeiri, hər iki janr bir-birindən ayrı inkişaf edirdi. Vaqifin 

sənətkarlığı ondadır ki, bu iki janrın yaxşı cəhətlərini özündə birləşdirib ədəbiyyatımıza yeni tipli poeziyanın 

inkişafına  yol  açdı.  XVIII  əsr  üçün  səciyyəvi  olan  daha  bir  cəhət  istər  klassik  üslubda,  istər  aşıq  şeirində 

yazan sənətkarların əsərlərində dil sadələşir, bədii ifadə vasitələri aydınlaşır. 

Azərbaycan şeirinin, ədəbi dilinin inkişafında, Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan 

sənətkar Vaqif yaradıcılıq üslubunun orijinallığı ilə fərqlənir. Molla Pənah Vaqifin şeiri xalq-aşıq şeirindəki 

sadə  xalq  dilinin  imkanlarına,  realizmə  əsaslanmaqla  yaranmışdır.  Doğrudan  da,  Vaqifin  haqqında  söhbət 

açdığımız şeirlərinin ən mühüm cəhəti odur ki, burada xalqın keçmiş məişət, davranış, qayda-qanunu özünün 

konkret  ifadəsini  tapmışdır.  Eyni  zamanda  məişət  təsvirlərində  şair  realistik  mövqedə  durub,  XVIII  əsr 

Azərbaycan həyatını göz qarşısında canlandırmağa nail olmuşdur. Azərbaycan ədəbiyyatının inkişafında yeni 

bir mərhələyə çevrilmiş romantik şeirdən realist şeirə keçidin əsasını qoymuşdur. 

Vaqifin əldə olan ədəbi irsi qoşma və təcnislərdən, qəzəl, müxəmməs, müstəzaddan ibarətdir. Şairin 

qoşmaları  başqa  janrda  yazılan  əsərlərinə  nisbətən  çoxluq  təşkil  edir.  Vaqif  özü  qoşmalarını  “qafiyə” 

adlandırır.  F.Köçərli  də  “Vaqifin  qafiyələri”  sözləri  altında  onun  qoşmalarını  nəzərdə  tuturdu.  Vaqifin 

məhəbbət  şeirlərinin  səciyyəvi  cəhəti  ondadır  ki,  lirik  qəhrəman  olan  məşuqənin,  qadının  vəsfinə,  onun 

gözəlliyinin şərhi ilə kifayətlənməyib, gözəli bütöv bir şəkildə, mənəvi aləmi ilə bir yerdə təsvir edir. Onun 

şeirlər ithaf etdiyi gözəllər şair xəyalının obrazları olmayıb, həyatda mövcud olan təbii obrazlardır. 

Yay qaş bucağında, al yanaq üstə, 

Nə xoş xumarlanır məstanə gözlər. 

Sürməli kirpikdən oxlar çəkilib

Eyləyib bağrımı nişanə gözlər. 

 

Vaqif ki, düşübdür əqlü kamaldan, 



Əksik olmaz başı qovğadan, qaldan. 

zülüflərdən bilin, nə xəttü xaldan, 

Eyləyibdir onu divanə gözlər (2, s. 102). 

Nümunədən  də  göründüyü  kimi,  Vaqifin  dil  xüsusiyyətləri  onun  sənətkarlıq  xüsusiyyətləri  ilə  bir 

vəhdət təşkil edir. Vaqifin sənətkarlıq xüsusiyyətinin ən vacib məqamlarından biri budur ki, şairin işlətdiyi 

bədii  ifadələr,  yaratdığı  bədii  obrazlar  və  s.  Azərbaycan  dilinin, ana  dilimizin  qanun-qaydasına  uyğundur. 

Azərbaycan dilinin qayda-qanununa, danışıq tərzinə uyğun ifadələr işlətməklə Vaqif Nəsimi, Xətai, Füzuli 

kimi böyük sələflərinin başladığı işə möhür vurur. Məhz Vaqif şeirinin sayəsində yanağı lalə, alma yanaq, 

ağzı şəkər, dodağı bal, büllur buxaq və s. kimi ifadələr yazılı ədəbiyyatımızda özünə layiqli yer qazanmışdır. 

Ümummilli  lider  Heydər  Əliyev  deyirdi  ki,  hər  bir  xalq  öz  dili  ilə  yaranır.  Ancaq  xalqın  dilini 

yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, 

bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkündür. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, 

inkişaf etdirən onun dilidir. Ədəbiyyatın əsas ifadə vasitəsi dildir. Sənətkar  sözün bütün incəliklərinə diqqət 

etməli,  həyat  hadisələrini  bədii  təhlildən  keçirib  ümumiləşdirən,  səlis  yolla  oxucuya  çatdırmalıdır.  Bədii 

əsərin dili axıcı, həyati, rəngarəng olmalıdır. Bu baxımdan Vaqif poeziyasının dili olduqca sadə və təbiidir. 

Sənətkarın şeirlərində həyata optimist baxışları, nikbin ruh əsas yer tutur.  

Molla Pənah Vaqif sevgi, gözəlliyə həsr etdiyi şeirləri ilə yanaşı, Azərbaycan həyatının o dövr üçün 

olan çətinliklərini, ağır güzəranını da təsvir etmişdir. Onun “Bayram oldu” şeiri buna əyani nümunədir.  

                       Bayram oldu, heç bilmirəm neyləyim, 

                       Bizim evdə dolu çuval da yoxdur. 

                       Dügüylə yağ hamı çoxdan tükənmiş, 

                       Ət heç ələ düşməz, motal da yoxdur. 

 

                       Allaha bizmişik naşükür bəndə, 



                       Bir söz desəm, dəxi qoymazlar kəndə. 

                       Xalq batıb noğula, şəkərə, qəndə, 

                       Bizim evdə axta zoğal da yoxdur (2, s. 174). 

      Vaqif  “Hayıf ki, yoxdur” qoşmasında isə elin-obanın yoxsul həyatına, Kür qırağının acı taleyinə yanan 

bir  sənətkar  kimi  kür  qırağının  təbii  imkanları,  gözəllikləri  ilə  dolanışıq  sarıdan  doğan  geriliyindən 

təəssüfləndiyini bildirir.  




M.P.Vaqif və müasirlik 

 

 



29

Qış günü qışlağı Qıraqbasanın 

Gözüdür aranın cümlə cahanın 

Belə gözəl yerin, gözəl məkanın, 

Bir gözəl obası hayıf ki, yoxdur. 

     Vaqifin  yaradıcılığında  aydın  nəzərə  çarpan  xüsusiyyətlərdən  biri  də  budur  ki,  şair  özünün  rəngarəng 

humanist  düşüncələrin,  qənaətlərini  əruz  vəznində  yazdığı  şeirlərdə  şərh  etməyə  daha  çox  imkan  tapır. 

Vaqifin  ömrünün  son  illərində  yazdığı  “Bax”  qəzəlini  və  “Görmədim”  müxəmməsini  də  əruz  vəznində 

yazmışdır.  Şairin  bu  son  şeirlərində  əvvəlki  əsərlərinə,  xüsusən  qoşmalarına  məxsus  nikbinlik,  həyat  eşqi 

yoxdur. Dərin kədər, zəmanədən güclü şikayətlər bu şeirlərdə əsas yer tutur. “Bax” qəzəlində Vaqif Qacarın 

acınacaqlı vəziyyətinə sevinir. Ona görə də Vaqif bu hadisə münasibətilə Vidadiyə məktub yazır, sevincini 

onunla  bölüşür.  Vaqif  bu  qəzəldə  müəyyən  qədər  Vidadinin  mövqeyinə  yaxınlaşdığını,  həyatın  həqiqətini 

tapdığını  bildirir.  “Görmədim”  müxəmməsi  Vaqif  yaradıcılığının  və  bütün  XVIII  əsr  ədəbiyyatımızın  ən 

parlaq abidələrindən biridir.  

Mən cahan mülkündə, mütləq doğru halət görmədim

Hər nə gördü, əyri gördüm, özgə babət görmədim. 

Aşinalar ixtilafında sədaqət görmədim, 

Biətü iqrarü imanü dəyanət görmədim

Bivəfadan lacərəm təhsili hacət görmədim (2, s. 185). – 

      Bağlı  olduğu  Qarabağ  xanlığının  uğurlu  gələcəyinə  inamının  sarsıldığını,  xalqın  həyatındakı  böhranı 

duyduğu vaxtlarda yazdığı bu əsərdə Vaqif qüdrətli bir ittihamçı kimi çıxış edir. Şairin əvvəlki əsərlərindən 

fərqli olaraq burada ictimai düşüncələr daha qabarıq şəkildə öz əksini tapmışdır. Vaqifin əruz vəznli şeirin 

dilinə gətirdiyi sadəlik, aydınlıq XX əsr şairlərinin qəzəllərində də öz əksini tapır.  

          Firudin bəy Köçərli yazırdı ki, Vaqifin şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir 

və hər nə onun qələmindən zuhura gəlibsə... tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli 

şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub. (1, s. 

126) 

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 



300  illik  yubileyinin  keçirilməsi  haqqında”kı  12  Yanvar  2017-ci  il  tarixli  Sərəncamı  dahi  sənətkarımıza 

bəslənən  hörmətin  parlaq  nümunəsidir.  Molla  Pənah  Vaqifin  anadan  olmasının  300  illik  yubileyini 

ölkəmizdə,  eləcə  də  YUNESKO  və  TÜRKSOY  miqyasında  beynəlxalq  səviyyədə  qeyd  olunur.  Dahi 

şairimizin  yubileyi  ilə  əlaqədar  olaraq,  ölkəmizdə  bir  sıra  tədbirlər,  kitab  müzakirələri,  rəsm  və  şeir 

müsabiqəsi, oxucu konfransı, ədəbi-bədii gecələr keçirilir. İnanırıq ki, Vaqifin növbəti yubileylərini doğma 

elində, Azərbaycanın incisi sayılan Qarabağda qeyd edəcəyimiz gün uzaqda deyil. 

 

Ədəbiyyat 



1.  Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı, 2 cildə, I cild. Bakı, “Avrasiya-Press”, 2005. 560 s. 

2.  Vaqif, Əsərləri. Tərtib edən Həmid Araslı. Bakı, “Şərq-Qərb”, 2004. 264 s. 

3.  Dadaşzadə A. Molla Pənah Vaqif: Həyat və yaradıcılığı. – Bakı: Azərb. SSR EA , 1966. 188 s. 

 

ASLANLI (HUNTÜRK)  MOBİL 



pedaqogika üzrə elmlər doktoru 

Bakı Dövlət Universiteti 

 

M.P.VAQİFİN FİZİKİ TƏRBİYƏ VƏ HƏRBİ GÖRÜŞLƏRİ 



 

Açar sözlər: fiziki tərbiyə,cəsarət,dəyanət,siyasi və hərbi fəaliyyəti 

 

Physical training and military meetings of M.P.Vagif 



 

The  article  deals  with  the  life  and  activities  of  our  classical  poet  M.P.Vagif,  his  physical 

culture,physical preparation and health. In his work,the poet`s militarypolitics,skill and prowess shown in the 

clashes dgainst foreign invaders have got their expressions as weel. 

 

Keywords: physical education,courage,sting and military action 



 

Xalqımızın  poeziya  tarixində  gözəllik  və  nəğməkar  şair  kimi  tanınan  M.P.Vaqif  XVIII  yüzillik 

Azərbaycan ədəbiyyatının ən qüdrətli simalarında biridir. O, milli mədəniyyət tariximizdə yeni ədəbi məktəb 

yaratmış, realist bədii keyfiyyətlə və xəlqi ruhda yazdığı şeirlərilə zəngin bir irs qoymuşdur.  




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə