Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

28 

 

 



 

FƏS L II. RƏQABƏT MÜH T   ŞƏRA T NDƏ T CARƏT MÜƏSSISƏ                    

S N N  DARƏ ED LMƏS N N XÜSUS YYƏTLƏ 

 

§ 2.1. Sahibkarlıq qərarları: mahiyyəti və xüsusiyyətləri.  Sahibkarlıq 

qərarlarının qəbul olunması prosesi 

 

 

 

Qərarların  qəbul  olunması,  informasiya  ilə  mübadilə  kimi,  hər  hansı  bir 



idarəetmə  funksiyasının  tərkib  hissələrindən  biridir.  Qərarların  qəbul  olunması 

idarəetmə  prosesinin  bütün  mərhələlərində  yaranır  və  bu,  idarəetmə  fəaliyyətinin 

bütün sahələri və məqamları ilə bağlıdır. Qərarların qəbul olunması prosesi təşkilatda 

olan  real  problemləri,  əlaqə  və  münasibətləri  çox  dəqiqliklə  əks  etdirir,  qərarların 

daimi ardıcıllığı öz növbəsində, idarəetmə prosesinin fasiləsizliyini xarakterizə edir. 

Bundan  əlavə,  ancaq  qərarların  işlənilməsi  və  reallaşdırılması  prosesi  idarəetmənin 

məzmunlu  tərəfini  qiymətləndirmyə  imkan  verir,  çünki  idarəetmənin  tərkibi  qəbul 

edilən  qərarların  məzmununda  açıqlanır.  Buna  görə  də  qərarların  təbiətini  və 

mahiyyətini başa düşmək çox vacibdir.  

Qəbul  olunan  qərarların  xarakterinin  başa  düşülməsi  ilk  növbədə,  təsərrüfat 

obyektinin idarə edilməsinin təşkilati sistemində qərarların qəbul olunması prosesinin 

yerinə  və  roluna  olan  nöqteyi-nəzərdən  asılıdır.  Sistemli  təhlil  mövqeyindən    -  bu 

təsərrüfat  subyektinin  və  yaxud  təşkilatın  fəaliyyəti  zamanı  yaranan  problemlərin 

həlli prosesidir. 

Sahibkarlıq qərarı nə deməkdir? Adətən hər hansı bir fəaliyyət prosesi zamanı 

elə  bir  vəziyyət  yaranır  ki,  insan  və  yaxud  qrup,  bir  və  ya  bir  neçə  mümkün  olan 

hərəkət  variantlarından  birini  çemək  məcburiyyətində  qalır.  Bu  seçimin  nəticəsi  də 

sahibkarlıq  qərarından  ibarət  olacaqdır.  Beləliklə,  sahibkarlıq  qərarı  –  alternativin 

seçimindən ibarətdir. 

Bəs sahibkarlıq (təşkilati) qərarlarını fərqləndirən cəhətlər nədən ibarətdir? 

•  Məqsədlər.  darəetmə subyekti (istər fərdi şəxs və ya qrup) qərarı özlərinin şəxsi 

tələbatlarından asılı olaraq deyil, konkret təşkilatın problemlərinin həlli məqsədilə 

qəbul edir. 



29 

 

 



 

•  Aqibət (nəticə). Fərdin özünün qərarı onun şəxsi həyatına təsir edir və onun yaxın 

adamlarına da təsir edə bilər. Menecer (xüsusilə yüksək vəzifəli), təkcə özü üçün 

deyil,  təşkilat  üçün  bütövlükdə  və  onun  ayrı-ayrı  işçiləri  üçün  fəaliyyət 

istiqamətini  seçir  və  onun  qərarından  bir  çox  adamların  həyatı  asılı  olur.  Əgər 

təşkilat  böyükdürsə  və  nüfuzludursa,  onun  rəhbərlərinin  qərarları,  bütöv  bir 

regionun  sosial-iqtisadi  vəziyyətinə  ciddi  təsit  göstərə  bilər.  Məsələn,  şirkətin 

rentabelliyi  olmayan  müəssisəsinin  bağlanılması,  işsizliyin  səviyyəsini  xeyli 

qaldıra bilər. 

•  Əməyin bölgüsü. Əgər şəxsi həyatında insan hər hansı bir qərarı qəbul edərkən bir 

qayda  olaraq  həmin  qərarı  da  özü  yerinə  yetirirsə,  təşkilatda  müəyyən  əmək 

bölgüsü  mövcuddur:  bir  sıra  işçilrə  (menecerlər)  qərarların  qəbul  olunması  və 

problemlərin həlli  ilə  məşğuldurlarsa,  digərləri  (icraçılar)  –  artıq  qəbul  olunmuş 

qərarların reallaşdırılması ilə məşğuldurlar.  

•  Peşəkarlıq.  Şəxsi  həyatında  hər  hansı  bir  insan  özünün  həyat  təcrübəsindən  və 

ağlından, idrakından asılı olaraq müstəqil olaraq qərar qəbul edir. Təşkilatın idarə 

olunmasında  qərarın  qəbul  olunması  –  daha  mürəkkəb,  məsuliyyətli  və 

rəsmiləşdirilmiş  bir  prosesdir  və  bu  proses  müəyyən  bir  peşəkarlıq  hazırlığını 

tələb  edir.Təşklatın  əməkdaşlarının  heç  də  hamısı  deyil,  ancaq  müəyyən 

peşəkarlıq təcrübəsinə və biliyinə malik olanlar müstəqil olaraq qərar qəbul etmək 

səlahiyyətini qazanırlar.      

Təşkilatda  qərarların  qəbul  olunmasının  bu  cür  xüsusiyyətləri,  sahibkarlıq 

qərarının aşağıdakı tərifini verməyə imkan verirlər. 

Sahibkarlıq qərarları – rəhbər tərəfindən onun vəzifə səlahiyyətləri və səriştəsi 

çərçivəsində təsərrüfat subyektinin (təşkilatın) məqsədlərinə nail olmağa yönəldilmiş 

alternativin seçimindən ibarətdirlər. 

darəetmə  qərarlarının  qəbul  olunmasına  aid  olan  tədqiqatların  xarakterik 

cəhətlərindən  biri,  -  onların  fənlərarası  xarakterdə  olması,  müxtəlif,  bəzən  öz 

predmetinə  görə  bir-birindən  uzaq  olan  elm  sahələrinin  birliyindən  ibarət  olmaıdır. 

Qərarların qəbul olunması nəzəriyyəsində filosoflar və riyaziyyatçılar, psixoloqlar və 



30 

 

 



 

sosioloqlar,  iqtisadçılar  və  hüquqşünaslar  iştirak  edirlər.  Bu,  tamamilə  təbii  haldir, 

çünki sahibkarlıq qərarı – kompleks bir haldır, və onun mahiyyətinin dərk olunması 

üçün onun aşağıdakı baxışları nəzərdən keçirmək lazımdır: 

1)  psixoloji  baxış  –  sahibkarlıq  qərarı  ilk  növbədə,  məntiqi-dərkolunma  aktı 

kimi  nəzərdən  keçirilir,  yəni  idarəetmə  subyektinin  müəyyən  problemin  həllinə 

yönəldilən daxili şüurlu fəaliyyətidir; 

2)  informasiya  baxışı  –  qərarın  qəbul  olunması  prosesi,  ilkin  informasiyanın 

idarəetmə  qərarının  informasiyasına  çevrilməsi  prosesi  kimi  nəzərdən  keçirilir, 

qərarın özü isə idarəetmə subyekti tərəfindən xüsusi olaraq toplanmış, təhlil olunmuş 

və işlənilmiş informasiya kimi başa düşülür; 

 3)  hüquqi baxış  -   qəbul olunan  sahibkarlıq qərarlarının hüquqi tərəfinə  fikir 

verilir.  Qərar,  bu  zaman  ilk  növbədə,  idarəetmə  subyekti  tərəfindən  müəyyən 

olunmuş qaydada qəbul olunmuş və lazımi qaydada rəsmiləşdirilmiş  təşkilati-hüquqi 

akt kimi nəzərdən keçirilir; 

4)  təşkilati  –  sahibkarlıq  qərarı,  idarəetmə  subyektinin  praktiki  fəaliyyətini 

təşkil edən  rəhbərin iradəli hərəkətinin məqamlarından biri kimi müəyyən olunur.     

Göstərilən  baxışlar  ayrı-ayrılıqda  sahibkarlıq  qərarlarının  mühüm  baxışına 

diqqəti  cəmləşdirməyə  imkan  verirlər,  lakin  həmin  qərarlar  haqqında  tam  təsəvvür 

yaratmır və ancaq onların birləşdirilməsi, çox mürəkkəb bir proses olan – qərarların 

qəbul olunmasının mahiyyətini başa düşməyə imkan verir.    

Sahibkarlıq  qərarlarının  qəbul  olunması  texnologiyası 

altında,  alternativlərin 

işlənilməsi  və  optimallaşdırılması  metodları  ilə  birgə  ticarət  təşkilatının 

problemlərinin  həllinə  gətirib  çıxaran  proseduraların  tərkibi  və  ardıcıllığı  başa 

düşülür. 

Rəhbər  üçün  qərarın  qəbul  olunması  –  son  məqsəd  deyildir.  Meneceri 

alternativin  seçimi  deyil,  müəyyən  idarəetmə  probleminin  həll  olunması  daha  çox 

narahat  edir.  Bunun  üçün  çox  vaxt  təkbaşına  qərarların  qəbul  olunması  deyil, 

qərarların müəyyən ardıcıllığı və şübhəsiz ki, onların həyata keçirilməsi tələb olunur. 

Bu  zaman,  qərar  qəbul  eləyən  şəxsi,  qərarın  işlənilməsinin  müxtəlif 

mərhələrində  bu  prosesə  cəlb  olunmuş  ekspertlərdən  ayırmaq  lazımdır.  Bir  çox 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə