Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

31 

 

 



 

hallarda qəraralr kollektiv formada, qrup tərəfindən qəbul olunurlar. Qrupun, qərarın 

qəbul olunması prosesinə təsiri, onların malik olduqları informasiyanın mövcudluğu, 

və  nəhayət,  onların  nəzərdə  tutduqları  maraqlar  həm  üşt-üstə  düşə  bilər,  həm  də 

düşməyə  bilər.  Buna  baxmayaraq,  onlar  bir  yerdə  -  qrupvari  qərar  qəbul  eləyən 

şə

xslərdirlər. 



Normativ yanaşma çərçivəsində qrupvari qərar qəbul eləyən şəxslər siyahısına 

daxil edilən şəxslər və ekspert kimi cəlb olunanlar müəyyən olunmalıdırlar. 

Buna görə də, qərar – biranlı akt deyil, vaxt ərzində inkişaf edən və müəyyən 

quruluşa malik olan prosesin bir nəticəsidir (şək.2.1.) 



Sahibkarlıq  qərarlarının  qəbul  olunması  prosesi  -

    idarəetmə  subyektinin 

hərəkətlərinin  dövri  ardıcıllığından  ibarət  olan  prosesdir  və  bu  zaman  o,  ticarə

təşkilatının  problemlərinin  həllinə  yönəldilir  və  vəziyyətin  təhlili,  alternativlərin 

seçimi, qərarların qəbulu və onların yerinə yetirilməsinin təşkili həyata keçirilir. 

Şə

kildə  göstərilən  sxem  idellaşdırılmış  modeli  göstərir,  çünki  sahibkarlıq 



qərarlarının qəbul olunmasının real prosesləri bir qayda olaraq, onlardan fərqlənirlər 

və onlar vəziyyətdən və həll olunan problemlərdən asılı olurlar. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 



1         Vəziyyətin təhlili 

8         

Nəzarət və nəticələrin   

             qiymətləndirilməsi 

2         

Problemin eyniləşdiril- 

                           məsi    

7             

Qərarların reallaşdırıl-    

              masının idarəolunması 

6         

Qərarların razılaşdırıması 

                         

 

3        



Seçim meyarlarının  

           müəyyən olunması 

4           

Alternativlərin  

                 işlənilməsi 

5        

Ə

n yaxşı alternativin  



               seçilməsi 


32 

 

 



 

Sək. 2.1.  Sahibkarlıq qərarlarının qəbul olunması prosesinin mərhələləri 

 

Hər bir mərhələnin tərkibini nəzərdən keçirək. 



1.  Vəziyyətin  təhlili.  Sahibkarlıq  qərarının  qəbul  olunması  haqqında  qərar 

zəruruiyyəti,  sistemin  müəyyən  olunmuş  fəaliyyət  rejimindən  kənarlaşma  yarada 

bilən  və yaratmağa  qadir  olan xarici  və daxili  təsirlər haqqında  hər  hansı bir  siqnal 

daxil  olduqda,  yəni    idarəetmə  vəziyyəti  yarandıqda  meydana  çıxır.    Ona  görə  də 

düzgün  qərarın  qəbul  olunmasının  vacib  şərtlərindən  biri-  vəziyyətin  təhlil 

olunmasından ibarətdir  ki, bu da informasiyanın toplanmasını və işlənilməsini  tələb 

edir.  Bu  mərhələ,  təşkilat  tərəfindən  xarici  və  daxili  mühitin  qavrayışı  funksiyasını 

yerinə yetirir. Əsas xarici və daxili mühit amilləri haqqında məlumatlar və təşkilatda 

işin  vəziyyəti  menecerlərə  və  mütəxəssislərə  daxil  olur  və  onlar  informasiyanı 

təsnifləşdirir,  təhlil  edir  və  nəzarətdə  olan  real  göstəriciləri  planlaşdırılan  və  yaxud 

proqnozlaşdırılan  ölçülərlə  müqayisə  edirlər  və  bu  da  öz  növbəsində,  yerinə 

yetirilməsi lazım olan problemləri müəyyən etməyə imkan verir. 



2.  Problemin  eyniləşdirilməsi.    Problemin  həll  olunması  yolunda  atılan  ilk 

addım  –  həmin  problemin  müəyyən  olunması,  və  yaxud  onun  tam  və  düzgün  

diaqnozunun qoyulmasıdır. Belə deyildiyi kimi, problemin düzgün qoyulması – onun 

həll  olunmasının  yarısı  deməkdir.  Problemin  mahiyyətinə  iki  baxış  mövcuddur. 

Birinciyə görə, problem kimi elə vəziyyət başa düşülür ki, o zaman qarşıya qoyulan 

məqsədlərə  hələ  çatılmamış  və  yaxud  müəyyən  olunmuş  səviyyədən  kənarlaşmalar 

mövcuddur. Digər baxışa əsasən, problem kimi səmərəliliyin artırılmasının potensial 

imkanı  başa  düşülür.  Bu  kik  yanaşmanı  bir  yerdə  birləşdirəndə,  problem  deyəndə  - 



idarə  olunan  obyektin  arzu  olunan  və  real  vəziyyəti  arasında  kənarlaşma  baş

şülür. 

Problemin  müəyyən  olunması  və  onun  ifadə  olunması  –  çox  mürəkkəb  bir 

prosesdir. Məsələ ondan ibarətdir ki, yaranma anında problemlərin çoxu zəif quruluşa 

malik  olurlar,  yəni  onlar  aşkar  məqsədlərə,  onlara  nail  olmağın  alternativ  yollarına, 

hər bir variantla bağlı olan xərclər və effektlər haqqında anlayışa malik olmurlar. Bu 

problemlərin  miqdar  müəyyənliyinə  çatdırılması  (srtukturlaşdırılması)  rəhbərlədən 




33 

 

 



 

təkcə  bilik  və  təcrübənin  olmasını  deyil,  həm  də  istedad,  intuisiysa,  yaradıcı 

münasibətin olmasını tələb edir.      

Mürəkkəb  problemin  diaqnozlaşdırılmasında  birinci  addım  –  əlamətlərin 

(simptomların)  müəyyən  olunmasıdır.  Təşkilatın  problemlərinin  ümumi  əlamətləri 

aşağıdakılardan ibarətdir: aşağı – mənfəət, satış həcmi, əməyin məhsuldarlığı, mal və 

xidmətlərin  keyfiyyəti;  yüksək  –  məsrəflər,  kadr  axını,  çoxsaylı  münaşiqələrdir. 

Ə

lamətin müəyyən olunması problemi ümumi şəkildə müəyyən etməyə imkan verir, 



lakin  oxşar  təşkilati  problemlər    müxtəlif  səbəblərdən  yarana  bilərlər  (malın 

keyfiyyətinin  aşağı  olması  həm  avadanlığın  köhnəlməsinin,  həm  də  işçilərin 

ixtisasının  lazımi  səviyyədə  olmaması  ilə  bağlı  ola  bilər).  Buna  görə  də  menecerlər 

yaranmış  problemin  səbəblərini  dərindən  tədqiq  etməli  və  təkcə  onun  əlamətlərinin 

aradan qaldırılması ilə məşğul olmamalıdırlar.  

Onu  da  yaddan  çıxarmaq  lazım  deyil  ki,  təşkilatda  bütün  elementlər  və  işlər 

bir-birləri  ilə  əlaqələdirlər  və  təşkilatın  bir  tərəfində  hər  hansı  bir  problemin  həll 

olunması, onun digər tərəfində problemin yaranmasına gətirib çıxara bilər. Ona görə 

də həll olunası problemi müəyyən edərkən ona can atmaq lazımdır ki, bu zaman yeni 

yaranan problemlərin sayı minimal olsun.  



3. Seçim meyarlarının müəyyən olunması. Yaranmış problemin mümkün ola 

bilən  həll  yollarını  nəzərdən  keçirməzdən  əvvəlcə    rəhbər  tərəfindən  göstəricilər 

müəyyən  olunmalıdır  ki,  bu  göstəricilər  üzrə  alternativlərin  müqayisə  olunması  və 

onların  ən  yaxşısının  seçilməsi  həyata  keçiriləcəkdir.  Bu  göstəriciləri  seçim  meyarı 

adlandırırlar. Məsələn, yeni avadanlıq alınması barədə qərar qəbul edərkən: qiymət, 

məhsuldarlıq,  istismar  xərcləri,  erqonomiklik  və  s.  bu  kimi  meyarlara 

istiqamətlənmək  lazımdır.  Yeni  işçinin  işə  qəbul  olunması  zamanı  isə  namizədlər 

arasından  seçimin  həyata  keçirilməsi  üçün  meyarlar  kimi  -  təhsil,  iş  təcrübəsi,  yaş, 

şə

xsi keyfiyyətlər  meyarları götürülə bilər.   



4.  Alternativlərin  işlənilməsi.  Növbəti  mərhələ  -  problemin  alternativ  həlli 

yollarının işlənilməsidir.  deal halda yaxşı olardı ki, problemin həllinin mümkün ola 

bilən  alternativ  yolları  müəyyən  edilsin.  Məhz  bu  zaman  qərar  optimal  sayıla  bilər. 

Lakin  praktiki  həyatda  rəhbər,  hər  bir  mümkün  olan  alternativi  ifadə  etmək  və 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə