Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

25 

 

 



 

və  mənəvi  nemətlərini  yaradan  və  istehsal  prosesində  bir-biri  ilə  müxtəlif 

münasibətlərə  girən  insanlar  olduğundan  idarəetmədə  də  başlıca  məqsəd  insanların 

ıdarə edilməsindən ibarətdir. 

Digər  sahələrdə  olduğu  kimi,  ticarətdə  də  əməyin  keyfiyyətinin  yax-

ş

ılaşdırılması  ön  plana  keçir.  Buna  görə  də  keyfiyyət  amillərini,  istehsalın  intensiv 



inkişaf yoluna keçirilməsinin iqtisadi və texnoloji amillərini, eləcə də sosial prosesləri 

ə

hatə  edən  amilləri  nəzərə  alan  kompleks  planların  tərtib  edüməsinə  və  həyata 



keçirilməsinə  böyük  diqqət  yetirilir.  Ticarəl  müəssisələrinin  idarə  edilməsinin 

səmərəliliyi  insanların  texnika  ilə  düzgün  əlaqələndirilməsindən,  onların  texnikaya, 

ə

məyə və bir-birinə münasibətlərindən daha çox asıh olur. 



nsanlar  idarəetmə  prosesində  əmək  kollektivini  yaradaraq  bir-biri  ilə,  işçi 

qrupları, cəmiyyətlə qarşılıqlı əlaqəyə girdiklərinə görə, onların psixoloji keyfiyyətbri 

sosial  məzmuna  malik  olur.  Ətraf  mühitlə  şəxsiyyətin  qarşılıqh  əlaqəsində  sosial 

hadisələr meydana gəlir və inkişaf edir. Ona sosial-psixoloji anlayış deyilir. 

darəetmə prosesində idarə rəhbəri, işçilərin birgə əmək fəaliyyətini təşkil edir, 

onların arasında və işçibrlə təşkilat arasında baş verən münasibətləri nizamlaşdırır və 

bebliklə, daim müəyyən sosial-psixoloji mühitlə qarşılıqlı əlaqədə olur. Burada işçilər 

idarə  rəhbərindən  müəyyən  iş  tələb  etməklə  ona  təsir  göstərir  və  hər  hansı  bir 

tələbatın, mənafeyin yerinə yetirilməsini tələb edirlər. Digər tərəfdən, idarə rəhbəri öz 

vəzifəsini  yerinə  yetirdiyi  prosesdə  həmin  mühitə  təsir  göstərməklə  ümumi  dövlət 

mənafeyini  həyata  keçirir.  şçilərə  göstərilən  təsirin  səmərəli  olması  üçün,  idarə 

rəhbəri  hər  bir  kollektiv  üzvünün  mənəvi  və  psixoloji  xüsusiyyətlərini,  ayrı-ayrı 

qrupun  və  bütünlüklə  kollektivin  sosial-psixoloji  xarakterini  öyrənməli  və  həmin 

xarakterlərə və xüsusiyyətlərə uyğun gələn metodlardan istifadə etməklə kollektivi və 

onun hər bir üzvünü idarə etməlidir.  

Müasir dövrdə idarəetmə  sosial-psixoloji amillərin rolu getdikcə güclənir. Bu 

amillərin  düzgiin  nəzərə  alınmaması  təsərrüfat  fəaliyyətinin  nəticəsinə  mənfi  təsir  

göstərir. Sosial-psixoiqji amillər getdikcə işçi kollektıvinə daha çox təsir göstərməklə 

ə

mək prosesində ən yaxşı xüsusiyyətlərin, mənəvi-əxlaq normalarının, inkişaf etmiş 



şə

xsiyyətin formalaşmasına şərait yaradır. 




26 

 

 



 

Hazırkı  dövrdə  idarəetmə  prosesində  sosial-psixoloji  metodlardan  istifadə 

edilməsinin  rolu  xüsusilə  artır.  Bu  da  öz  növbəsində  ticarət  müəssisələri,  rəhbərləri 

qarşısında  sosial  və  mədəni  xarakterli  məsələlərin,  yeni  insanın  formalaşması  və 

başqa bu kimi mürəkkəb sosial problemlərin həll edilməsini irəli sürür. 

stehsalda  yüksək  nəticələrə  nail  olunması  ilə  işin  keyfiyyətinin    yüksəldil-

məsinin  qarşılıqlı  əlaqələrinin  təkmilləşdirilməsi  idarəetmədə  sosial-psixoloji 

metodların  rolunu  daha  da  artırır.  Müəssisə  rəhbərlərindən  idarəetmə  prosesində 

sosial-psixoloji  metodlardan  daha  bacarıqla  istifadə  etməsini,  kollektivi  düzgün 

tərbiyə  etməsini  və  onların  əmək  fəaliyyətini  qarşıya  qoyulan  vəzifələrin  yerinə 

yetirilrməsinə yönəltməsini tələb edir.   darəetmədə sosial-psixoloji metodların tətbiq 

edilməsində əmək kollektivlərı böyük rol oynayır. 

Ə

mək  kollektivlərinin  idarə  edilməsində  istehsal,  iqtisadi,  sosial  tərbiyə 



fəaliyyətinin  birləşdirilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Müəssisə  qarşısında 

qoyulmuş  plan  tapşırıqlarının  yüksək  keyfiyyətlə  və  vaxtını  yerinə  yetirilməsi  üçün 

kollektivin hər bir üzvü və bütünlüklə kollekliv cəmiyyət qarşısında öz borcunu dərk 

etməlidir. 

darə rəhbəri psixologiya və ictimai elmləri bilməklə sosial-psixoloji metodlara 

ə

saslanaraq,  kollektivin  hər  bir  üzvünə  fərdi  yanaşmağın  xüsusi  təsir  metodlarını 



bilməlidir. 

Sosial-psixoloji  metodlar  dedikdə,  əmək  kollektivinə,  ayrı-ayrı  işçilər  və 

qruplara təsir üsullarının məcmuu, onların arasında baş verən münasibət və əlaqələr, 

həmçinin  müəssisə  daxilində  canlı  əməyi,  əmək  alətlərı  və  predmetləri  ilə  optimal 

birləşdirmək  məqsədilə  müəssisə  daxilində  baş  verən  sosial  proseslər,  əmək 

prosesində  şəxsi,  kollektiv  və  cəmiyyət  mənafeyinin  üzvi  surətdə  birləşdirilməsi 

ə

sasında  möhkəm  formalaşmış  kollektivin  yaradılması  və  onun  sosial  inkişafının 



təmin edilməsi məsələləri başa düşülməlidir.  

Sosial-psixoloji  metodların  tətbiqi  əməyi  daha  da  humanistləşdirməyə, 

istehsalın,  əməyin  və  idarəetmənin  təşkilində  şəxsiyyətin  tələbatını,  rnənafeyini  və 

imkanlarını  hərtərəfli  uçota  almağa,  istehsalın  və  iş  yerlərinin  müxtəlif  sahələrində 

ə

məyin  xarakterini  planlı  qaydada  bərabərləşdirməyə,  əməyə,  ictimai  mülkiyyətə, 




27 

 

 



 

intizama, təşkilatçılığa şüurlu münasibət formalaşdırmağa, nöqsanlara qarşı barışmaz 

olmağa, təşəbbüskarlıq və işgüzarlıq, öz müəssisəsinin müvəffəqiyyəti ilə fəxr etmək 

və  daha  yüksək  nəticələrə  nail  olmağa  çalışmaq  kimi  keyfıyyətlər  aşılamağa  imkan 

verir. 

Sosial-psixoloji metodların tətbiqi bir sıra xüsusiyyətlərlə əlaqədardır: 



a)    onlar  bilavasitə  istehsal-iqtisadi  münasibətlərə  əsaslanaraq  kollektivin 

funksiyalarının  inkişafına,  hər  bir  kollektiv  üzvünün  tərbiyə  edilməsinə  və 

şə

xsiyyətin hərtərəfli inkişafına yönəldilir; 



b)    müəssisə  daxilində  sosial  proseslərin  inkişafı  şəxsiyyətin  əxlaqına  təsir 

etməklə bütünlüklə əmək kollektivinin inkişafına yönəldilir; 

c)  bu  metodlar  vasitəsilə  kollektivdə  sağlam  psixoloji  mühit  yaradılır, 

kollektivdə  intizamçılıq,  təşkilatçılıq,  təşəbbüskarlıq  şəraiti  əldə  olunur,  hər  bir 

işçinin şəxsi keyfiyyətlərini aşkar etmək və s. mümkün olıır; 

ç) sosial-psixoloji metodların tətbiqində aparılan bütün iş şəxsiyyətlə əlaqədar 

olduğundan  ona  ehtiyatla  yanaşmaq  lazımdır.  Şəxsiyyətə  təsir  metodlarının  düzgün 

seçilməsi  hər  bir  kollektiv  üzvünün  mənəviyyatına  və  bütünlüklə  kollektivə  ciddi 

zərbə vura bilər. 

Ümumiyyətlə, sosial-psixoloji metodlar idarəetmə prosesində insanlar, eləcə də 

kollektiv arasında baş verən sosial-psixoloji münasibətləri əks etdirir. Ona görə də bu 

metodlar  idarəetmənin ümumi  metodları  sistemi  ilə birlikdə, əlaqəli  şəkildə, bir-biri 

ilə vəhdət halında tətbiq edildikdə idarəetmənin səmərəliliyi də yüksəlir. 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə