Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   2   3   4   5   6   7   8   9   ...   30

16 

 

 



 

darəetmə  təcrübəsində  yeni  meyl  yaranmışdır  və  bu  meyl  uğurla  inkişaf 

etməkdədir:  müəssisənin  müvəffəqiyyətli  işi,  onun  əldə  etdiyi  yüksək  mənfəət  və 

yüksək rəqabət qabiliyyti daha çox təşkilati mədəniyyətdən asılıdır.  

Daha  aydınlıqla  görünür  ki,  idarəetmə  metodları  cəmiyyətin  bütün  tərəflərini 

ə

hatə etməlidirlər. 



Ümumi 

və 


xüsusi 

menecment 

ifadələri 

ə

saslandırılmış 



qaydada 

möhkəmlənməyə  başlamışdır:  ümumi  menecment  –  sosial-iqtisadi  proseslərin  idarə 

edilməsi  (regional  səviyyədə,  nazirlik  və bank  strukturlarının idarə  edilməsi    və  s.); 

xüsusi  –  xüsusi,  spesifik  cəhətlərə  malik  olan  obyektlərin  (maliyyə,  bələdiyyə, 

investisiya və s.) idarə edilməsi. Lakin bu strukturlarda idarəetmənin funksiyaları və 

obyektləri  lazımi  dəqiqliklə  müəyyən  olunmamışdır,  xüsusilə  dövlət  təşkilati 

quruluşunun  şaquli  istiqaməti  üzrə,  bu  da  hakimiyyətin  bütün  səviyyələrində  bir-

birini təkrar eləyən idarəetmə orqanlarının sayının artmasına gətirib çıxarır. 

Bazar  münasibətləri  şəraitində  əmtəə  istehsalının  xüsusiyyətlərinin  uzun  illər 

ə

rzində  nəzərə  alınmaması  ona  gətirib  çıxarmışdır  ki,  müəssisə  rəhbərlərinin  və 



mütəxəssislərinin  çox  hissəsi  müasir  menecment  sahəsində  lazımi  nəzəri  bazaya 

malik  olmalarına  baxmayaraq,  onlar  müəssisələrin  iqtisadi  müstəqilliyi  və 

cəmiyyətdəki  demokratik  dəyişmələr  şəraitində  praktiki  təcrübəyə  malik  deyillər. 

Tədqiqatlar  göstərir  ki,  sənaye  istehsalının  əsas  sahələrinin  inzibati  və  iqtisadi 

rəhbərliyi,  çoxsaylı  yeni  müəssisə  və  firmaların  idarə  edilməsi,  xüsusi  təhsilə  və 

idarəetmə təcrübəsinə malik olmayan diletantlar, həvəskar adamlar tərəfindən həyata 

keçirilir. 

Cəmiyyətin  və  xalq  təsərrüfatının  inkişafı,  müəyyən  qanunlar  toplusunun, 

qaydaların, normaların, cəmiyyətin bütövlükdə və onun tərkib hissələrinin – istehsalat 

kollektivlərinin,  qeyri-formal  insan  birliklərin,  sosiumun  ilkin  əsaını  təşkil  eləyən 

ailənin  rəftar  alqoritmlərinin  olmasını  tələb  edir.  Sosiuma,  onun  maddi  istehsalına 

olan bu  təsir prosesi, idarəetmə elminin predmeditini təşkil edir. Şübhəsiz ki, hər bir 

idarəetmə obyekti (dövlət, sahə, kollektiv, şəxsiyyət) öz xüsusiyyətləri, fərqlənmələri 

ilə  xarakterizə  olunur,  lakin  elmi  idarəetmə  metodlarının  cəbbəxanasında  istənilən 

idarəetmə obyektinə təsir etmənin ümumi prinsipləri və metodları vardır. 



17 

 

 



 

darəetmə  nəzəriyyəsi,  praktikası  və  sənəti  öz  fəaliyyət  məqsədlərinə  çatmaq 

üçün  rəhbər  işçi  tərəfindən  tətbiq  olunur  və  bu  da  qəbul  edilən  qərarlar  üçün  şəxsi 

məsuliyyəti  nəzərə  almaqla  qarşıya  qoyulan  vəzifələrin  həllinin  kompleks 

vasitələrinin və metodlarının strategiyasının işlənilməsinə imkan verir. Məqsədlərin, 

idarəetmə  strategiyasının  müəyyən  olunması  və  istehsalat  kollektivinin  köməyi  ilə 

qəbul  edilmiş  qərarların  həyata  keçirilməsi,  rəhbər  işçilərin  funksional  borclarının 

ə

sas kompleksini təşkil edir. 



darə olunan hər bir obyekt, ayrı-ayrı, lakin qarşılıqlı əlaqədə olan hissələrdən, 

elementlərdən  ibarət  olan  sistemdir.  Özü  də,  sistem,  onun  tərkibinə  daxil  olan 

elementlərin malik olmadığı yeni xüsusiyyətlər qazanır. Belə ki, insan kütləsi - ayrı-

ayrı şəxsiyyətlərin cəmindən ibarət deyildir, bu, öz xüsusiyyətlərinə malik olan yeni 

qurum,  yeni  orqanizmdir  və  onun  tərkibinə  daxil  olan  ayrı-ayrı  insanlardan  fərqli 

olaraq digər qanunlara tabedir. Ümumi halda sistem, çoxsaylı bir-biri ilə əlaqədə olan 

elementlərdən  ibarətdir və  hər  bir  element özünəməxsus  xüsusiyyətə  malik  olmaqla 

yanaşı, məqsədyönlü fəaliyyət göstərir. 

darəetmə,  idarə edilən obyektə daimi və məqsədyönlü təsiri təmin edir ki, bu 

obyekt  kimi  texnoloji  qurğu,  kollektiv  və  yaxud  ayrı-ayrı  şəxsiyyət  ola  bilər. 

darəetmə  -  prosesdir,  idarəetmə  sistemi  isə  bu  prosesi  təmin  eləyən  mexanizmdir. 

nsanların  iştirak  edə  bildiyi  istənilən  hər  bir  dinamik  proses,  ayrı-ayrı 

proseduralardan, əməliyyatlardan və qarşılıqlı əlaqədə olan mərhələlərdən ibarətdir.    

Sistem  –  üzvi  surətdə  bir-birinə  bağlı  olan  qarşılıqlı  vahid  məqsədə 

yönəldilmiş  fəaliyyətin  məcmuudur.  darəetməni  sxematik  olaraq  aşağıdakı 

kimi ifadə etmək olar (sxem 1.2.) 

darəetmə  metodlar    sistemində  təşkilati  metodlar  birinci  növbədə  idarəetmə 

metodlarının  bütün  kompleksinin  reallaşmasına  kömək  edir.  Onların  əsasında 

rəhbərlər və mütəxəssislər idarəetmənin konkret məsələlərinə görə qərarın edilməsinə 

təsirin müxtəlif forma və fəndlərini seçirlər. 

Təşkilati metodlar idarəetmə prosesinin idarəetmə qərarının həyata keçirilməsi 

prosesində iştirakçıların  səylərini  cəmləşdirməyə  imkan  verir.  darəetmənin  təşkilati 

metodları eyni zamanda idarəelmə sisteminin fəaliyyətinin əsasını təşkil edirlər. 



18 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sxem 1.2.  darəetmə sistemi 



 

darəetmənin  təşkilati  metodları  özünün  təsirini  təşkilati  təsir  və  yaxşı  təsir 

formasında həyata keçirir. 

Təşkilati təsirə daxildir: 

- idarəetmə sisteminin təşkilati strukturunun təşkili və təkmilləşdirilməsi; 

- təşkilati nizamlama; 

- təşkilati normalaşdırma.  

Yaxşı təsir edən formaya daxildir: 

- əmrlərin, sərəncamların, göstəricilərin, təlimatların tərtib edilməsi; 

-  idarəetmə qərarlarının uzlaşdırılması prosesi və onların icrasına nəzarət; 

- istehsalat müşavirələrinin təşkili. 

Təşkilati təsirin və yaxşı təsirin hər bir istiqamətinə daha ətraflı baxaq. 

Təşkilati  təsirin  istiqamətləri  başlanğıc  (yaxud  son)  dövrünə  idarəetmə 

sisteminin  vəziyyətini  əks  etdirərək  və  onun  keyfiyyətli  dəyişməsmin  zəruriliyini 

müəyyən  edərək  idarəetmənin  ətalətini  əks  etdirirlər.  Birinci  növbədə  bu  sistemin 

idarə  edilən  təşkilati  strukturunun  dəyişməsinə  aiddir.  Sistemin  idarə  edilən  hissəsi 

xarici mühit 

idarəetmə obyekti 

məlumatlar 

idarəetmə sistemi 

idarəetmə mexanizmi 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə