Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

42 
 
məhsulların istehlakı ise aşağıdır.  stehlak xərclərində 10 faiz kasıb və 10 faiz varlı 
ə
hali  arasında  ət  və  ət  məhsullarının  istehlakı  kasıblarda  və  varlılarda  müvafiq 
olaraq 17,7 ve 43 kq, balıq və balıq məhsulları 4,1 və 8,6 kq, süd və süd məhsulları 
176 və 372,3  litr,  yumurta  93,7 və 146,7 ədəd,  meyvə  və giləmeyvə32,3 və 72,1 
kq, qənd və qənnadı məmulatlan 21,7 və 38,8 kq və s. olmuşdur. Ölkə əhalisinin 
böyük  əksəriyyəti  kasıb  olduğu  üçün  onların  istehlak  etdiyi  ərzaq  məhsulları 
içərisində çörək və çörək məhsulları, tərəvəz və tərəvəz məhsulları üstünlük təşkil 
edir. Ət və ət məhsulları, balıq və balıq məhsulları kimi yüksək kalorili məhsulların 
istehlakı aşağıdır. Müqayisə üçün qeyd edək ki, qonşu Rusiyada əhalinin istehlak 
etdiyi  ət  və  ət  məhsulları,  balıq  və  balıq  məhsulları  ölkəmizə  nisbətən  2  dəfə 
yüksəkdir. 
Məlumat  üçün  qeyd  edək  ki,  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  normalara 
ə
sasən 1 nəfərin  gün  ərzində  qəbul  etməli  olduğu  enerji 2200  kkal olduğu  halda, 
azadlıqdan  məhrum  edilmiş  şəxslər  üçün  bu  norma  təxminən  1,5  dəfə  (3401 
kilokalori)  artıqdır.  Bu  da  onu  göstərir  ki,  Nazirlər  Kabinetinin  nəzərdə  tutduğu 
fizioloji  norma  adi  vətəndaşların  normal  həyat  fəaliyyətlərini  davam  etdirmələri 
üçün kifayət deyildir. 
Ə
halinin  həyat  səviyyəsini  xarakterizə  edən  göstəricilərdən  biri  də  əhaliyə 
göstərilən səhiyyə xidmətləridir.  
Səhiyyə xərcləri üçün 2013-cü ilin dövlət büdcəsi 669.250.451,0 manatdır. 
• 
Poliklinikalar və ambulatoriyalar 98.075.966,0  
• 
Xəstəxanalar 329.750.873,0  
• 
Səhiyyə sahəsində digər xidmətlər 4.894.003,0  
• 
Səhiyyə sahəsində tətbiqi tədqiqatlar 4.209.014,0  
• 
Səhiyyə sahəsinə aid edilən digər xidmətlər 232.320.595,0 
Son 5 ildə (2009- 2013-cü illər) dövlət büdcəsinin cari xərclərində səhiyyə 
xərcləri 263,9 milyon  manat və ya 65,6 faiz artmışdır: 


43 
 
2013-cü  ildə  səhiyyə  xərcləri  üçün  ayrılan  vəsaitin  173,9  milyon  manatı 
məqsədli  proqram  və  tədbirlərinin  maliyyələşdirilməsinə  sərf  ediləcəkdir,  o 
cümlədən  
• 
Ə
məkhaqqı 
sisteminin 
təkmilləşdirilməsi, 
pensiya 
təminatının 
yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşməsinə 21,6 milyon manat 
• 
Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 25,8 milyon manat 
• 
Hemofiliya  və  talassemiya  irsi  qan  xəstəlikləri  üzrə  tədbirlərə  21,2  milyon 
manat 
• 
Onkoloji  xəstələrin  şiş  əleyhinə  əsas  preparatlarla  təminatına  25,1  milyon 
manat 
• 
“Şəkərli diabet üzrə Dövlət Proqramı”na 33,7 milyon manat 
• 
Yoluxucu  xəstəliklərin    immunoprofilaktikasına  dair  tədbirlərə  4,5  milyon 
manat 
• 
Vərəmlə  mübarizə  üzrə  tədbirlər  proqramının    maliyyələşdirilməsinə  5,0 
milyon manat 
• 
Azərbaycan  Respublikasında    H V/A DS-in  qarşısının  alınması  və  onunla 
mübarizəyə   3,0 milyon manat 
• 
Səhiyyə  müəssisələrinin  yenidən  qurulması    və  əsaslı  təmirinə    3,3  milyon 
manat 
• 
Ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2,0 milyon manat 
• 
Qanın  və qan komponentlərinin donorluğu və xidmətlərinin inkişafına dair 
tədbirlərə 1,6 milyon manat 
• 
Və digər tədbirlərə vəsait nəzərdə  tutulmuşdur. 
  lk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsinin Səhiyyə xərcləri bölməsində 
dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 4.0 milyon 
manat  vəsait  nəzərdə  tutulmuşdur.  Həmçinin,  Azərbaycan  Respublikası  Dövlət 
Neft  Şirkətinin  balansında  olan  Mərkəzi  Neftçilər  Xəstəxanası  və  müalicə 
diaqnostika  mərkəzləri  müvafiq  əmlak  və  qurğularla  birlikdə  əvəzsiz  olaraq 


44 
 
Azərbaycan  Respublikası Səhiyyə nazirliyinin balansına verilmiş və bununla bağlı 
tələb olunan vəsait 2013-cü ilin dövlət büdcəsində nəzərə alınmışdır. 
Eyni  zamanda,  2013-cü  il  dövlət  büdcəsinin  əsaslı  vəsait  qoyuluşu 
xərclərində    də  səhiyyə  təyinatlı  infrastrukturlara  aid  olan  investisiya  layihələri 
üzrə müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur. 
 2014-cü  ildə  səhiyyə  xərcləri  üçün  725,6  miyon  manat,  2013-cü  ildə 
müqayisədə  56,3  miyon  manat  və  yaxud  8,4  faiz  çox  vəsait  ayrılmışdır.  Səhiyyə 
xərclərinə  ayrılan  vəsaitin  dövlət  büdcəsi  xərlərinin  tərkibində  xüsusi  çəkisi  3,6 
faiz olacaqdır.  
• 
Poliklinikalar və ambulatoriyalar 106.051.025,0  
• 
Xəstəxanalar 367.188.628,0  
• 
Səhiyyə sahəsində digər xidmətlər 6.182.339,0  
• 
Səhiyyə sahəsində tətbiqi tədqiqatlar 5.592.580,0  
• 
Səhiyyə sahəsinə aid edilən digər xidmətlər 240.571.594,0 
  2014-cü  il  dövlət  büdcəsindən  Səhiyyə  sisteminə  ayrılacaq  vəsait 
səhiyyənin  maddi-texniki  bazasının  güclənməsinə,  müasir  tibbi  avadanlıq  və 
qurğulara  təhcizatın  beynəlxalq  standartlara  uyğunlaşdırılmasına,  yeni  tibb 
mərkəzlərinin  yaradılması  istiqamətində  geniş  miqyaslı  işlərin  görülməsinə, 
bütövlükdə  səhiyyə  sistemində  struktur  əməliyyatların  həyata  keçirilməsinə  və 
tibbi xidmətin səviyyəsinin yaxşılaşmasına imkan verəcəkdir. Bu bölməyə əhalinin 
sağlamlığının  qorunması  sahəsində  əhaliyyə  tibb  xidməti  göstərən  poliknikaların, 
ambulatoriyaların,xəstəxanların,  qan  köçürmə  stansiyalarının  və  digər  səhiyyə 
müəssisələrinin saxlanılması ilə bağlı xərclər daxildir. 
Eyni  zamanda 2014-cü il dövlət büdcəsindən  Səhiyyə  bölməsi  üzrə  aşağıdakı 
proqram və tədbirlər maliyyələşdiriləcəkdir :  

Ə
məkhaqqı 
sisteminin 
təkmilləşdirilməsi, 
pensiya 
təminatının 
yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşməsinə 11,9 milyon manat;  
       - Onkoloji xəstəliyə düçar olmuş şəxslərin həyat tərzinin yaxşılaşdırılması və 
ömürlərinin  uzadılması,  onların  dərman  preparatlarına  olan  tələbatlarının  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə