Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   2   3   4   5   6   7   8   9   ...   36


 
cəmiyyətə  vahid  inkişaf  «məntiqinə»  əsaslanan  bütöv  orqanizm  kimi  baxırdılar. 
Onlar təkamülü ardıcıl mərhələlərə bölməklə tərəqqini cəmiyyətin təbii inkişafının 
nəticəsi  kimi  qiymətləndirirdilər.  Təkamül  bir  orqanizm  kimi  cəmiyyətin  daxili, 
təbii qüvvəsinin nəticəsidir. XX əsrin I yarısında bu ideyanın davamçıları (L.Uayt, 
D.Styuard,  T.Parsons  və  b.)  Darvin  təliminin  «təbii  seçim»  prinsipini  əsas 
götürməklə  ayrı-ayrı  mədəniyyətlərin  bir-birini  əvəz  etməsini  sosial  inkişafın 
aparıcı  qüvvəsi  hesab  edir.  XX  əsrdə  təkamüllü  sosial  inkişaf  konsepsiyasının 
tənqidi  elmdə  sistemli  və  funksional  quruluş  istiqamətli  ideyaların  yaranmasına 
səbəb oldu. Bu ideyanın tərəfdarları (D.Farley, N.Smelzer, U.Bakli. M.Arçer və b.) 
sosial  dəyişiliklərin  həm  sistemin  özündə,  həm  də  onun  daxili  elementlərində 
inkişafla  izah  edirlər.  Onlar  hesab  edirlər  ki,  sosial  quruluşda müəyyənedici  amil 
məhz insan, onun iqtisadi, bioloji və sosial ölçüləridir. 
Sosial  inkişaf  haqqında  fəlsəfi  görüşlərin  inkişafı  öz  əksini  iqtisad  elminin 
tarixində  əhalinin  sosial  rifahı  və  müdafiəsi  haqqında  təlimlərdə  tapmışdır.  XIX 
ə
srin görkəmli alimləri V. Zombart, A. Veqner, K. Marks, A. Marşall, S. Klark, A. 
Piqu  və  başqaları  sosial  müdafiəsinin  iqtisadi  aspektlərinin  –  sərvətin  bölgüsü, 
gəlirlerin  bərabərsizliyi,  minimum  maddi  təminat  və  sair  ciddi  tədqiqatlar 
aparmışlar. Onlar istehsal amillərinin hər ikisinə - əmək və kapitala, sosial şərtlərin 
təsirini  qeyd  edir  və  gəlirlərin  bölgüsü  və  yenidən  bölgüsünün  iqtisadi  artıma 
təsirini təhlil etmişlər. XX əsrdə institusional nəzəriyyələr (P. Samuelson, A.Veber 
və  b.)  sosial  müdafiənin  həyatın  keyfiyyətinin  yaxşılaşdırılmasında  rolunu 
öyrənməklə problemin həm nəzəri, həm də praktiki məsələlərini təhlil edir. Şəxsi 
rifah  halının  və  iqtisadi  müstəqilliyinin  təmin  edilməsində  bazar  mexanizminin 
üstünlükləri  və  sonuncunun  əməyin  stimullaşdırılmasında  rolu  M.  Fridmanın 
tədqiqatlarında öz əksini tapmışdır. Faydalılıq həddi və insan kapitalı nəzəriyyələri 
ə
sasında  əhalinin  sosial  müdafiəsi  problemləri  X.Lampert,  R.K.Makkonnel,  L. 
Erxardın əsərlərində tədqiq olunmuşdur. 
Müasir  elmi  konsepsiyalar  sosial  yönümlü  cəmiyyət  quruculuğunda  dövlətin 
yeri  və  rolunun  düzgün  müəyyənləşdirilməsini  əsas  problem  hesab  edirlər.  Bu 


10 
 
zaman dövlətin iqtisadi funksiyalarından ikisi həlledici istiqamət kimi vurğulanır: 
birinci - sosial ədaləti təmin edə bilən makroiqtisadi sabitliyin əldə edilməsi; ikinci 
-  mikroiqtisadiyyatda  rəqabəti  təmin  edə  bilən  bazar  mexanizminin  inkişafı. 
Zənnimizcə, keçid iqtisadiyyatı üçün də məsələnin belə qoyuluşu özünü doğruldar. 
Bu  həm  də  iqtisadi  islahatlar  gedişində  sosial  siyasətin  yeni  iqtisadi  əsaslar 
üzərində  qurulması  baxımından  da  aktualdır.  Keçid  dövrünün  iqtisadi  siyasəti 
bazar  mexanizminin  inkişafına  yönəlməli,  sosial  problemin  həllində  bazarın 
imkanlarından  daha  dolğun  istifadə  edilməli  və  dövlətin  sosial  siyasəti  bazar 
mexanizminə  söykənməlidir.  «Bazar  mexanizmində  təcəssüm  olunan  institut  və 
normaların  daha  dəqiq  anlamı  göstərir  ki,  inkişaf  strategiyası  -  dövlət  və  bazar 
arasında  seçim  məsələsidir  -  fikri  səhvdir.  Ölkələrə  bazarı  inkişaf  etdirmək  zəru-
ridir; eyni zamanda onlar üçün bazarın inkişafını təmin edən işlək dövlət institut-
larının olması zəruridir»  Dünya bankının hesabatlarında öz əksini tapmış bu fikir 
bir  daha  təsdiq  edir  ki,  institusional  dəyişikliklər  etmədən  səmərəli  iqtisadi,  o 
cümlədən  sosial  siyasət  yeritmək  mümkün  deyil.  Məlumdur  ki,  sovet  dövründə 
sosial  siyasətin  institusional  əsasını  dövlətin,  iqtisadiyyatla  bilavasitə  əlaqəsi 
olmayan,  inzibati  qurumları  və  xeyriyyəçi  orqanlar  təşkil  edirdi.  Bazar  münasi-
bətlərinə  keçidlə  əlaqədar  sosial  siyasətin  institusional  quruluşu  yeniləşməlidir. 
Dünya təcrübəsi göstərir ki, buraya aşağıdakı sistemlər aid edilə bilər: 

sosial təminat sistemi (minimum sosial standartlar); 

sosial sığorta sistemi; 

sosial yardım sistemi;(o cümlədən özəl sosial yardım da daxil olmaqla) 

sosial  təminat  sistemi  sosial  nemətlərin,  hamısının  istifadə  edə  bilməsi  şərti 
ilə  əvəzsiz  verilməsini  nəzərdə  tutur.  Bu  zaman  vətəndaşların  sosial  müdafiəsinə 
dövlət zəmanət verməlidir. Buraya şəhid ailələrinə, qaçqınlara, müharibə əlillərinə 
verilən ödəmələr və s. aiddir. 
        Sosial  sığorta  sistemi  vətəndaşlara  sığorta  ödəmələrinin  və  sosial  nemətlərin 
verilməsini onların sığorta haqlarını ödəməsinə uyğun həyata keçirilməsini nəzərdə 
tutur.  Sosial  sığorta  sistemi  ümumi  həmrəylik  və  dövlətin  öz  vətəndaşlarını 


11 
 
qoruması prinsipləri əsasında qurulmalıdır. 
Sosial yardım sistemi cəmiyyətin ən çox ehtiyacı olan üzvlərinə sosial qayğı və 
sosial prinsiplərini əks etdirir. Buraya aztəminatlı insan qruplarına əvəzsiz kömək 
göstərilməsi  halları  aiddir,  özəl  sosial  yardım  (bəzən  özəl  sığorta  da)  bu  sistemə 
aiddir.  Qeyd  etmək  lazımdır  ki,  institusional  və  icra  mexanizmindən  asılı 
olmayaraq  sosial  siyasət,  bir  qayda  olaraq,  müəyyən  problemləri  əhatə  etməlidir. 
Ümumiləşdirilmiş  şəkildə  sosial  siyasətin  istiqamətləri  aşağıdakıları  əhatə 
etməlidir. 
-  məşğulluq və sosial əmək münasibətləri siyasəti; 

gəlirlər siyasəti; 

ə
halinin təkrar istehsalı siyasəti; 

sosial sahələrin inkişafı siyasəti; 

regional sosial siyasət. 
   Keçid  iqtisadiyyatı  şəraitində  dövlətin  sosial  siyasətinin  məzmunu  və  əsas 
istiqamətləri,  problemlərin  əhatə  dairəsi  və  icrası  ardıcılllığı  dövlətin  iqtisadi 
siyasətinin  strategiya  və  taktikasından  asılıdır.  Sosial  yönümlü  bazar  iqtisadiyya-
tının  qurulması  bir  tərəfdən  keçid  iqtisadiyyatının  ziddiyyətlərinin  həll  edilməsi; 
digər tərəfdən yeni sistemin möhkəm iqtisadi əsaslarının qoyulması məsələləri ilə 
səciyyələnir.  Belə  ki,  dövlətin  iqtisadi  sahədə  vəzifələri  aşağıdakıların  həll 
olunmasına yönəldilir; 

iqtisadiyyatda  böhran  hallarının  aradan  qaldırılması  və  onların  sosial 
nəticələrinin zəiflədilməsi; 

azad  rəqabətin  qorunması,  sahibkarlığın  müxtəlif  formalarının  fəaliyyəti  və 
inkişafı üçün müvafiq hüquqi və iqtisadi şərtlərin yaradılması; 

iqtisadiyyatda inhisarçılıqla səmərəli mübarizə aparılması; 

pul tədavülünün təşkili və milli valyutanın sabitliyinin təmin edilməsi; 

maliyyə, vergi, valyuta sistemlərinin təkmilləşdirilməsi; 

ümumi istifadə xarakterli ictimai nemətlərin və xidmətlərin dövlət tərəfindən 
istehsalının və təminatının təşkili; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə