Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

21 

 

iştirakçının və necə dəyişmək hüququna malik olmasından asılı olaraq şərtli əqdlərin 



ilkin mükafatlı, əks mükafatlı, stellaj və tam bölünən növlərini fərqləndirirlər. 

lkin  mükafatlı

  əqdlərdə  qiymətli  kağızları  almaq  hüququna  satıcıya  müəyyən 

edilmiş  mükafatı  ödəyən  alıcı  malikdir.  Belə  əqdlərdən  məzənnənin  qalxmasına 

ümid  edən,  lakin  buna  şübhə  ilə  yanaşan  və  böyük  itkilərdən  ehtiyat  edon  alıcı 

müraciət edir. 

Əks mükafatlı  ə

qdlər  ilkin  mükafatlı  əqdlərin  eynidir,  lakin  imtina  hüququ 

satıcıya  məxsusdur.  Əgər  17  martda  səhmlərin  məzənnəsi  308  pul  vahidi  olarsa, 

satıcıya  hər  bir  səhmə  görə  6  pul  vahidi  olarsa,  satıcıya  hər  bir  səhmə  görə  6  pul 

vahidi  məbləğində  mükafat  ödəmək  məzənnədə  8  pul  vahidi  itirməkdən  daha 

sərfəlidir. 

Smellaj

  əqdi  iştirakçılardan  birinin  səhmləri  əvvəlcədən  müəyyən  edilmiş 

məzənnə  ilə  almağı  yaxud  satmağı  seçmək  hüququnun  kombinasiyasıdır.  Smellaj 

ə

məliyyatının  müddəti  6-9  aya  qədər  ola  bilər.  Smellaj  əqdi  zamanı  seçim  hüququ 



olan  iştirakçı  səhmin  məzənnəsi  əvvəlcədən  müəyyən  edilmiş  hüquqlardan 

kənarlaşanda  udur.  Əksinə,  məzənnə  dəyişiklikləri  müəyyən  edilmiş  hüququlardan 

kənara çıxmadıqda, iştirakçı uduzacaq və mümkün qədər az itki verməkdən ötrü alıcı 

yaxud satıcı rolunu seçməlidir. 



Tam  bölünən  əqdlər

  alıcıya  və  satıcıya  qiymətli  kağızların  tam  bölünən 

həcmlərdə satılmasını yaxud alınmasını tələb etmək hüququ verir. Müəyyən edilmiş 

məzənnənin qalxması alıcıya, düşməsi isə satıcıya sərf edir. 



Uzadılmış  əqdlər

  ondan  ibarətdir  ki,  qiymətli  kağızın  alıcısı  yaxud  satıcısı 

məzənnənin  dəyişməsindən  asılı  olaraq  əməliyyatı  uzada  yaxud  son  hesablaşmanı 

təxirə sala bilər. O, itkilərini örtməyə imkan verən məzənnə dəyişikliyinə ümid verir. 

Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların report və deport növləri 

də məlumdur. 



Report

  qiymətli  kağızın  satışı  günün  məzənnəsi  ilə  onu  müəyyən  müddətdən 

sonra yuxarı məzənnə ilə geri almması şərti ilə banka satılmasıdır. 

Deport əqdləri

 müəyyən müddətdən sonra aşağı məzənnə ilə geri satılması şərti 

ilə qiymətli kağızın cari məzənnə ilə alınmasıdır. 

Birja əməliyyatları içərisində ən geniş yeri forvard və füçers kontraktları tutur. 




22 

 

Məhsulun  istehsalı  ərəfəsində  onun  istehsalçısı  və  alıcısı  razılaşdırılmış 



müqavilə  qiymətlərinə  birja  praktikasında  forvard  qiymətləri  deyilir.  Forvard 

qiymətlərindən füçers birjalarında geniş istifadə olunur. Füçers satışi ilk dəfə ABŞ- 

nın kənd təsərüfatı sferasında mövcud olmuşdur. 

Forvard  qiymətləri  təminatlı  qiymətlər  hesab  edilir.  Birja  kontraktlarının 

bağlanması  zamanı  forvard  qiymətlərindən  istifadə  edilir.  Bu  halda  kontrakt 

iştirakçıları  öz  üzərlərinə  müəyyən  öhdəliklər  götürürlər.  Forvard  qiymətləri 

təsərrüfat  fəaliyyətini  zərərlə  başa  çatdıran  kontrakt  iştirakçılarını  kompensasiya 

edir. 


Forvard  kontraktları.  Forvard  kontraktları  füçers  bazarının  fundamenti 

hesab  edilir.  Forvard  kontraktları  iki  tərəf  arasında  razılaşmaların  şərtlərini  özündə 

ə

ks etdirir. Forvard kontraktlarının şərtlərinə aşağıdakılar daxildir: 



 göndəriləcək məhsulun miqdarı; 



 məhsulların  çeşidi; 



 məhsulların göndərildiyi ay; 



məhsulların göndərildiyi ərazi, məntəqə



 ödənişin şərtləri. 

Məhsulun  gələcəkdə  göndərilməsi  ilə  bağlı  iki  tərəf  arasında  razılaşdırılmış 

müqavilələrə  forvard  kontraktları  deyilir.  Forvard  kontraktlarının  şərtlərinə 

məhsulun  keyfıyyətinin  razılaşdırılması  da  daxildir.  Forvard  kontraktları 

bağlanıldıqdan sonra müqavilə iştirakçıları məhsul göndərilməsi ilə bağlı öhdəlikləri 

yerinə yetjrirlər. Bu öhdəliklər qısamüddətli xarakter daşıyır. 

Aşağıdakı hallarda forvard kontraktları iştirakçılar üçün əlverişli şərait yaradır: 

 əmtəələrin pula çevrilmə qabilliyyəti yüksək olduqda; 



 müqavildlər qısa müddətdə yerirıə yetirildikdə

 müqavilələrin  qısa  müddətdə  yerinə  yetirilməsi  zamanı  süni  maneələr  mövcud 



olmadıqda. 

Forvard  kontraktlarının  müvəffəqiyyəti  birjaya  gətirilməsi  nəzərdə  tutulan 

maliyyə  vəsaitlərinin  (qiymətli  kağızların)  və  digər  aktivlərin  alınıb-satılmasından 

asılıdır.  Bu  isə  satıcılar  və  alıcılar  tərəfindən  kontraktların  başa  çatılmasına  xidmət 

edir. 



23 

 

Forvard  kontraktlarında  əmtəələrin  pula  çevrilmə  qabiyyətini  artırmaq  üçün 



aşağıdakılar nəzərə almır. 

1.

 

 Satışin kontraktlarda göstərilən müddətdə həyata keçirilməsi. 

2.

 

 Satış  apanlan  birjalarda  kontraktların  standart  xarakter  daşınması.  Kontrakt 

şərtlərinin yerinə yetirilməsini sürətləndirmək üçün satıcılar və alıcılar məhsulun 



miqdarını,  onun  keyfiyyətini  və  daşıma  müddətini  alqı-satqı  müqaviləsində 

standart şəkildə göstərilməlidir. 

3.

 

 Kontraktların  etibarlığına  təminat  vermək  üçün  birja  iştirakçılarının  maliyyə 

tələbatları  müəyyənləşdirilməlidir.  Bu  zaman  müqavilələrin  bağlanması 

mexanizmi tənzimlənməli və münaqişələrin həlli prinsipləri müəyyən edilməlidir. 

Füçers  kontraktları.  Alqı-satqı  praktikasında  forvard  kontraktları  da 

bağlanılır.  Forvard  kontraktlarından  fərqli  olaraq  füçers  kontraktları  birjasının  qəti 

müəyyən  etdiyi  qaydalar  əsasında  bağlanılır.  Bu  cür  kontraktların  bağlandığı 

birjalara praktikada füçers birjası deyilir. 

Füçers  kontraktlan  birjada  müəyyən  edilmiş  qaydalar  əsasında  bağlanılır.  Bu 

zaman  kontrakt  iştirakçılari  öz  üzərlərinə  götürdükləri  öhdəliklərin  yerino 

yetirilməsinə  görə  məsuliyyət  daşıyırlar.  Füçers  kontraktlarını  bağlayan  istehsalçı 

göstorilən  miqdarda  və  standart  keyfiyyətdə  məhsulun  razılaşdırılmış  müddətdə 

sifarişçiyə  göndərilməsini  təmin  edir.  Kontraktda  iştirak  edən  qarşı  tərəf  isə  bütün 

bunların  müqabilində  razılaşmaya  uyğun  olaraq  məhsulun  dəyərini  nəğd  və  ya 

köçürmə  yolu  ilə  ödəyir.  Bağlanmış  füçers  kontraktlarında  əmtəələrin  qiymətləri 

azad rəqabət yolu ilə müəyyən edilir. Qiymətin səviyyəsi birjanın əməliyyat zalında 

satışçilər  tərəfindən  müəyyən  olunur.  Füçers  kontraktları  səviyyəsinə  çatmaq  üçün 

forvard kontraktları aşağıdakı mərhələdən keçməlidir: 



1. Kənd təsərrüfatı məhsullarının  satıcıları və alıcıları arasında müqavilə bağlanarkə

bu müqavilələr 10, 20, 30 və 60 gün ərzində yerinə yetirilməlidir. Bu cür kontraktlara 

“gəlir gətirən” müqavilələr də deyilir. 

2. Kontraktların şərtləri standart xarakter daşımalıdır. 

3.  Forvard  kontraktlarının  bazarı  formalaşmalıdır.  Forvard  kontraktı  bağlanarkə

birjada satış qaydaları əsas götürülməlidir. 

Forvard kontraktları ilə füçers kontraktları arasında müəyyən fərqli cəhətlər də 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə