Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   2   3   4   5   6   7   8   9   10   ...   31

18 

 

broker  fırmaları  əksər  hallarda  sövdələşmələr  vaxtı  zamin  rolunda  çıxış  edir, 



alıcılara kredit verirlər. 

Bazar  iqtisadiyyatı  sistemində  bazar  subyektlərindən  biri  də  dilerdir.  Broker 

kimi  diler  də  bazarda  alıcılarla  satıcılar  arasında  dəllallıq,  vasitəçilik  edirlər.  Onlar 

da  broker  kimi  fond  birjasının  üzvü,  eyni  zamanda  bazarda  yeri  olmalıdır.  Lakin 

onların  yerinə  yetirdiyi  vəzifələr  və  fəaliyyət  dairəsi  bir-  birindən  fərqlənir.  Əgər 

broker alqı-satqıda yalnız vasitəçilik edir və buna görə də haqq alırsa, diler həm də 

sonradan  daha  baha  satmaq  məqsədilə  qiymətli  kağızlar  alır.  Bundan  əlavə  dilerlər 

bir-biri ilə, brokerlərlə, bilavasitə alıcılar və ya satıcılarla sövdələşməyə girə bilərlər. 

Bəzi  hallarda  ayrı-ayrı  kommersiya  bankları  da  diler  simasında  çıxış  edə  bilərlər. 

Brokerlər kimi əmtəələrin reallaşmasının sürətlənməsində dilerlərin də xüsusi rolları 

vardır. 

Dünya  təcrübəsinin  inkişafı  birja  əqdlərinin  əsas  tipləri  kimi  aşağıdakıları 

müəyyən etmişdir: 

 əmtəə (daha doğrusu, onun nümunələri) təqdim olunmaqla ediləəqdlər; 





 fərdi forvard əqdləri; 



 standart füçers; 

 opsion əqdləri; 



Birja  əqdləri  əmtəə  və  fond  aktivləri  üzrə  bağlanır.  Əqdin  bağlanılması 

qaydası  birjanın  özü  tərəfındən  müəyyən  edilir.  Birja  əqdləri  qaydalarının  ümumi 

tələblərinə əqdin yazılı şəkildə bağlanılması tələbi aiddir. 

Standart  alqı-satqı  müqaviləsində  malın  təqdim  edilməsi  tarixi,  birja 

ə

mtəəsinin  miqdarı,  keyfıyyət  göstəriciləri,  tipi  və  növü,  ödəmənin  vaxtı,  həcmi  və 



forması,  təqdim  edilmənin  şərtləri  və  tərəflərin  məsuliyyəti  əks  olunur.  Bununla 

belə,  forvard  kontraktları  əmtəənin  gələcəkdə  təqdim  edilməsinə  dair  fərdi 

öhdəliklərilə seçilir. Bu cür birja əməliyyatı üzrə sifarişdə əmtəənin dəqiq adı, əqdin 

növü  (alqı,  satqı),  əqd  üçün  təklif  olunan  qiymətli  kağızların  miqdarı,  əqdin 

keçirilməli  olduğu  qiymət,  əqdin  müddəti  (bu  gün,  həftənin  yaxud  ayın  sonuna 

qədər) və növü göstərilməlidir. 

Birja əməliyyatları bir sıra fərqləndirici xüsusiyyətlərə malikdirlər. Onlar: 



  xüsusi yerlərdə keçirilir; 




19 

 



 birja əmtəələri üzrə standart kütlələr (partiyalar, lotlar, dəstlər) keçirilir; 

 əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilir; 



 daimi keçirilir; 

 aşkar keçirilir; 



 qiymətqoyma sərbəstdir; 

 dövlət tərəfindən birbaşa tənzimlənir; 



 vasitəçilər tərəfindən keçirilir; 



qanurılarda və birjanın nizamnaməsində göstərilmiş vahid qaydalarla 

keçirilir; 



 əmtəənin keyfıyyəti nəzərə alınmaqla keçirilir; 



 ixtisaslaşmaya məruzdur; 

Bununla  birja  əməliyyatlarının  (fəaliyyətinin,  işinin)  keçirilməsinin  aşağıdakı 

prinsipləri müəyyən olunur: 

 vasitəçi (broker) ilə müştəri arasında şəxsi etibar; 



 aşkarlıq; 



 daimilik; 



 sərt qaydalar əsasında tənzimləmə

Birja  əməliyyatlarının  mühüm  tərkib  hissələrindən  biri  listinqdir.  Listinq  - 

qiymətli  kağızların  fond  birjasının  xüsusi  qiymətləndirmə  siyahısına  (listinə)  daxil 

edilməsidir. Listə daxil olunan qiymətli kağızlar satışa buraxılır. Qiymətli kağızların 

rəsmi listə daxil edilməsinin müsbət cəhətləri ilə yanaşı qeydiyyat və dövri (qiymətli 

kağızların siyahısının lazımi vəziyyətdə saxlanılması üzrə) rüsumların ödənilməsi ilə 

bağlı əlavə xərclərin edilməsi, həmçinin emitentin durumu haqqında informasiyanın 

açıqlanması zərurəti kimi məqamlar da mövcuddur. 

Birja  satışına  buraxıldıqdan  sonra  qiymətli  kağızların  qiymətləndirilməsi 

(kotirovkası)  keçirilir.  Birja  qiymətləndirilməsi  (kotirovkası)  birjanın  hər  iş  güııü 

ə

rzində  birja  satışları  prosesində  qiymətlərin  müəyyən  edilməsi  və  onların  birja 



bülletenində  (qiymətləndirmə  listində)  dərc  olunmasını  bildirir.  Qiymətləndirmə 

(kotirovka) zamanı satıcı və alıcının qiymətləri elan olunur. Qiymətləndirmə listində 

bir  sıra  rekvizitlər  göstərilir.  Göstəricilər  birjada  qeydə  alınmış  son  əqdin  əsasında 

ə

ks olunur. 




20 

 

Müasir  birja  açıq  təsisat  olduğundan  burada  keçirilən  bütün  əməliyyatlar 



(əqdlər)  açıq  şəkildə  edilir  və  məxfı  ola  bilməz.  Birjanın  iş  vaxtının  hər  bir  anında 

birjada  qeydiyyatdan  keçmiş  qiymətli  kağızların  cari  qiymətləri  haqqında  məlumat 

almaq olar. 

Bütün  birja  əməliyyatları  ödəmə  şərtlərinə  görə  kassa  və  müddətli 

ə

məliyyatlara ayrılır. 



Kassa  əməliyyatları  əsasən  investisiyaların  edilməsi  ilə  əlaqədardır.  Kassa 

ə

məliyyatlarında  qiymətli  kağızların  ödənilməsi  əqd  bağlanan  kimi  dərhal  edilir. 



Ə

slində  isə,  dünya  təcrübəsində  kassa  əməliyyatları  üzrə  hesablaşmanın  əqd 

günündə  edilməsi qaydası qəbul olunub. Çox vaxt hesablaşma  əqddən  sonra ikinci, 

üçüncü yaxud beşinci iş günü (əqd günü hesaba alınmır) keçirilir. 



Müddətli əməliyyatlar üzrə isə hesablaşmalar tərəflərin əvvəlcədən müəyyən 

etdiyi  müddətdən  sonra  əqd  bağlanan  ana  olan  məzənnə  ilə  keçirilir.  Deməli, 

müddətli  əqdlər  üzrə  kontraktın  bağlanıldığı,  qiymətin  müəyyən  edildiyi, 

hesablaşmanın  aparılacağı  müddətlər  əvvəlcədən  dəqiq  müəyyən  olunur.  Müddətli 

ə

qdlər  üzrə  hesablaşmalar  ya  ayın  ortasında  (buna  per  medio  deyilir),  ya  da  ayın 



sonunuda (per ultimo) keçirilir. 

Müddətli əməliyyatların növləri kimi füçers və opsionlar geniş yayılmışdır. 



Füçers

  əməliyyatları  satıcı  və  alıcı  arasında  bağlanan,  gələcəkdə  müəyyən 

müddət  ərzində  əvvəlcədən  qəti  müəyyən  edilmiş  məzənnə  ilə  qiymətli  kağızların 

müəyyən  miqdarını  müvafıq  olaraq  satmaq  və  almaq  öhdəlikli,  standart  müddətli 

müqavilədir. 

Opsion

 alıcıya müəyyən müddət ərzində müəyyən qiymətlə əmtəənin standart 

miqdarını almaq hüququ, satıcıya isə satmaq hüququ verən əqddir. 

Müddətli əməliyyatların qəti, şərtli və uzadılmış növləri məlumdur. 



Qəti  əqdlərin

  iştirakçıları  qiymətli  kağızların  müəyyən  edilmiş  müddətdə 

çatdırılması  (satıcınm  öhdəliyi)  və  alqısı  (alıcının  öhdəliyi)  üzrə  öhdəliklər  götürür 

və şərtlər dəyişdirilə bilməz. 

Şərtli  əqdlər

  zamanı  iştirakçılardan  biri  digərinə  müəyyən  mükafat  ödəməklə 

öz  öhdəliklərdən  imtina  etmək  hüququna  malikdir.  Əsas  məqsəd  məzənnə 

tərəddüdləri  nəticəsindəki  itkiləri  məhdudlaşdırmaqdır.  Əqd  şərtlərinin  hansı 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə