Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   2   3   4   5   6   7   8   9   ...   31

 

bir qaydalar çərçivəsinə salır və onunla bağlı olan ticarət əməliyyatlarının keçirilməsinə 



yardımçı olur.  

Buna görə də birja fəaliyyətinin işləmə mexanizminin araşdırılması və onun ölkə 

iqtisadiyyatı üçün əhəmiyyətliliyinin öyrənilməsi aktual bir problemdir. 

Buraxılış işində 

birja  satışinin  yaranması,  onların  inkişaf  tarixi,  əmtəə  birjaların  özünəməxsus 

xüsusiyyətləri, onların növləri, funksiyaları və dünya birja satışinin fəaliyyəti haqqında 

məsələlər göstərilmişdir.

 

Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  bazar 

iqtisadiyyatı şəraitində birja fəaliyyətinin təşkilati, maliyyə, əməliyyat mexanizmlərinin 

dərindən  araşdırılmasından,  hazırda  dünyada  bu  sahədə  baş  verən  dəyişikliklərin 

öyrənilməsindən,  birja  fəaliyyətinin  idarəedilməsinin  xarakterik    xüsusiyyətlərinin, 

idarəetmə  metodlarının  araşdırılmasından,  əldə  edilən  nəticələr  əsasında  respublikada 

birja  fəaliyyətinin  canlandırılması,  ölkənin  kommersiya  müəssisələrinin  dünyanın 

birjaları    ilə  gələcək  strateji  əlaqələrin  inkişaf  istiqamətlərinin  göstərilməsindən 

ibarətdir.  Tədqiqatın  vəzifələr  dairəsi  dissertasiya  işinin  strukturundan  irəli  gələrək 

araşdırılmışdır.  



Tədqiqatın  predmet  və  obyekti.  Tədqiqatın  obyekti  kimi  problemli  vəziyyəti 

yaradan və öyrənilmə üçün seçilmiş proses və yaxud hal, hadisə, predmeti kimi isə bu 

obyektin hüdudlarında olanlar nəzərdə tutulur. Bu baxımdan dissertasiya işinin predmeti 

bütövlükdə  birja    işinin  mahiyyəti  ilə  səciyyələnilir.  Tədqiqat  işinin  obyekti  kimi 

bütövlükdə  birja  fəaliyyətinin  işləmə  mexanizminin  təkmilləşdirilməsi  məsələsi 

nəzərdən keçirilir.  



Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları.  Tədqiqatın  informasiya 

bazasını  araşdırılan  mövzu  üzrə  yerli  və  xarici  müəlliflərin  elmi  işləri,  rəsmi  və 

biblioqrafik mənbələr təşkil edirlər. Tədqiqatın alətlər bazası kimi daha çox nəticə verə 

bilən  elmi  dərketmə,  araşdırmalar  və  təhlil  metodlarından  istifadə  olunmuşdur.  Elmi 

dərketmə  metodları  kimi  empirik  tədqiqatlar  metodundan  (müqayisəetmə  və  s.),  həm 

empirik, həm də nəzəri tədqiqat səviyyəsində istifadə olunan metodlardan (təhlil, sintez 

və s.), həmçinin nəzəri tədqiqat metodundan istifadə olunmuşdur. Buraxılış işində beta-

ə

msalın  qiymətli  kağızalar  bazarının  təhlilində  istifadə  olunması  istiqamətləri 



göstərilmişdir. 


 

Tədqiqatın  elmi  yeniliyi.  Tədqiqat  işində  aparılan  araşdırmalar  əvvəlki  ümumi 

yanaşmalardan  özünün  kompleksliliyi  ilə  fərqlənir,  kommersiya  fəaliyyəti  sahəsində 

birja ticarətinin yerinin müəyyən olunması və bu məsələdən irəli gələn xüsusiyyətlərin 

dərindən  araşdırılması  əsasında  tədqiqat  metodları  tətbiq  edilməklə  maraqlı  nəticələr 

ə

ldə edilmişdir.   



Tədqiqiatın  praktiki  əhəmiyyəti.  Elmi  tədqiqatın  nəticələri  kimi  əldə  olunan 

təkliflər praktiki əhəmiyyətliliyə malikdirlər və təcrübədə istifadə oluna bilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

FƏS L I. BAZAR MÜNAS BƏTLƏR  ŞƏRA T NDƏ B RJALARIN YER  VƏ 



ROLU 

 

§ 1.1. Birja satışinin mahiyyəti, əmtəə birjasının yaranması, növləri və onların 

funksiyaları 

 

Ə

mtəə  bazarında  birja  topdansatış  satışin  müxtəlif  formalarının  təkamül 



prosesinin  uzunmüddətli  nəticəsi  olub  əmtəə  bazarının  təştilati  növlərindən  biri 

kimi  fəaliyyət  göstərir.  Topdansatış  satışinin  yaranmasının  ilkin  forması  karvan 

və səyyar satış hesab edilir. Karvan və səyyar satış forması özünün epizodikliyi, 

fəaliyyətinin  qeyri-müntəzəm  və  ya  ardıcd  olmaması,  həmçinin  müəyyən  satış 

yerinin və həyata keçirilmə qaydalarının məhdudluğu ilə fərqlənir.  

Tarixi  təkamül  prosesilə  əlaqədar  karvan  satışi  yarmarka  satışi  ilə  əvəz 

edilməyə başladı. Orta əsrlərdə həm  kiçik və həm  də iri yarmarkalar yaranmağa 

başladı.  Həmin  yarmarkaları  fərqləndirən  ən  mühüm  cəhət  onlarm  vaxtının  və 

yerinin dəqiq müəyyənləşdirilməsi idi. Bundan əlavə yarmarkaların vaxtı və yeri 

onun iştirakçdarına əvvəlcədən xəbərdarlıq edilərək bildirildi. 

Müəyyən  mərhələlərdə  satışin  təşkilinin  yarmarka  qaydası  bu  satış 

formasının,  demək  olar  ki,  bütün  iştirakçılarını  təmin  edirdi.  XVI  əsrdə 

Amerikanın  kəşf  edilməsi  və  Avropada  kapitalizmin  sürətli  inkişafı  ilə  əlaqədar 

satışin mövqeyi də getdikcə güclənməyə başladı. Artıq satış mərkəzləri bu və ya 

digər  yerlərdə  dövri  olaraq  deyil,  daimi  fəaliyyət  göstərməyə  başladı.  Bu  da  öz 

növbəsində topdansatış mağazalarının, başqa sözlə birjaların yaranmasına gətirib 

çıxarmışdı. 

Birja  terminin  yaranma  tarixi  ilə  bağlı  bu  və  ya  digər  versiyalar  mövcud 

olmuşdur.  Birjanın  yaranması  Belçikanın  paytaxtı  Brüqqe  şəhərinin  adı  ilə 

bağlıdır.  Hansı  ki,  bu  şəhər  əksər  Avropa  satış  yollarının  kəsişdiyi  yerlərdə 

yaranmışdır.  Ona  görə  də  xristian  xalqının  maklerləri  bu  yeri  xüsusi  sahə  kimi 

seçmiş  və  alqı-satqı  əməliyyatları  üçün  bura  toplanardılar.  Bu  alqı-satqı 

meydançası  Belçikanın    Brüqqe  şəhərində  böyük  mülkə  malik  iri  makler 

kontorunun  sahibkarı  cənab  Vande  Bursanın  adı  ilə  də  burse  adlandırılırdı. 

Firmanın  gerbi  (üç  dəri  pul  çantasının  təsviri  göstərilmiş)  binanın  üstünə 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə