Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   23   24   25   26   27   28   29   30   31

88 

 

NƏT CƏ VƏ TƏKL FLƏ



 

Birjalar  təkcə  ticarotin  təşkili  ilə  deyil,  həm  də  satışin  iştirakçılarına 

informasiya,  konsaltinq  və  digər  xidmətlər  göstərməklə  məşğuldur.  Birjaların 

təsnifatı birja əmtəəsinin növü və nomenklaturası, təşkil prinsipləri, sahə və ərazi 

ixtisaslaşması, satışların tipi və həcmi, iştirakçıların satışlardakı iştirak formaları, 

birjalar  iyerarxiyasındakı  yeri  və  rolu,  fəäliyyətin  səciyyəsi,  birja  əqdlərinin 

üstünlük təşkil edən növü, hüquqi durum kimi çoxsaylı meyarlara əsaslanır. 

Müasir  dövrdə  milli  iqtisadiyyatların  inkişafında  beynəlxalq  təşkilatlar 

özünəməxsus xüsusi rol oynayırlar. Belə ki, zəif inkişaf etmiş ölkələrdə müəssisə 

vç  təşkilatların,  birjaların  maddi-texniki  bazasının  inkişafı,  onların  təzələnməsi 

üçün  külli  miqdarda  valyuta  tələb  olunur.  Məhz  belə  problemlərin  həllində 

beynəlxalq təşkilatların maliyyə dəstəyinə çox böyük ehtiyac var. 

Ə

sas  problemlərdən biri də  dünya  bazarınk  çıxmaq üçün dünya  standartına 



uyğun  əmtəə  istehsal  olunmasıdır.  Bunun  üçün  isə  zəif  inkişaf  etmiş  ölkələrə 

yüksək  texnika,  texnologiya  gətirməklə,  istehsalı  tam  dəyişdirmək  mümkündür. 

Bu iki istiqamət üzrə olmalıdır: 

1. 


 Kəmiyyət  göstəricilərinin  yüksəldilməsi  (daxili  və  xarici  bazarların 

tələbatına uyğun); 

2. 

 Keyfıyyət  göstəricilərinin  yüksəldilməsidir  ki,  bu  da  beynəlxalq 



standartlara cavab verməlidir; 

Bu  baxımdan  birja  satışinin  inkişafında  yaxın  və  uzaq  xarici  ölkələrinin 

təcrübələrindən  istifadə  etməklə,  birja  satışinin  dövriyyəsinin  xüsusi  çəkisini 

artırmaq lazımdır. 

Çünki  dünya  təcrübəsi  göstərir  ki,  dünyanın  inkişaf  etmiş  əmtəə  birjaları 

dünya iqtisadiyyatının inkişafında aparıcı yerləri özlərindo saxlayırlar. Buna əyani 

misal olaraq demək olar ki, 2007 - cü ildə dünyanın aparıcı birjaları olan London, 

Nyu - York, Tokio birjaları xarici investisiyanın 60% - ni özündə saxlamışdır. 

Beləliklə, bütün bu faktlar göstərir ki, birjalar ölkə iqtisadiyyatının inkişafında 

nə dərəcə mühüm, aparıcı, əhəmiyyətli rola malikdirlər. 

Gələcəkdə  də  əmtəə  birjasının  rolunu  yüksəltmək  və  mal  dövriyyəsini 



89 

 

sürətləndirmək üçün, bizim fıkrimizcə, bir sıra tədbirləri həyata keçirmək lazımdır: 



1. 

 Strateji  əhəmiyyətli  məhsulların  satışına  nəzarət  etmək  üçün  aşağıdakı 

məhsulları birja məhsulları hesab etmək zəruridir. 

2. 


 Müəssisə  və  təşkilatlarm  anbarlarında  yığılıb  qalan  hazır  ınəhsulların, 

eləcə  də  istehsalda  istifadə  olunmayan  ehtiyat  hissələrin  və  dəstləşdirici 

məmulatların birjada satışını təşkil etmək. 

3. 


 Müflisləşmiş  müəssisə  və  təşkilatların  əmlakının  birjada  satışını  təşkil 

etmək. 


4. 

 Gömrük  komitəsi  və  hüquq-mühafızə  orqanları  tərəfindən  müsadirə 

olunmuş məhsulların birjada satışını təşkil etmək. 

Bu  gün  Azərbaycanda  birjanın  bütün  formaları  fəaliyyət  göstərmirlər. 

Onlardan  bir  neçəsi  inkişafın  ilkin  mərhələsindədir,  digərləri  isə  ümumiyyətlə, 

fəaliyyət  göstərmirlər.  Buna  görə  də  onların  formalaşması  və  inkişafı  hazırda  baş 

verən köklü dəyişikliklərə yaxmlaşmağa imkan verəcəkdir. 

Beləliklə,  müasir  dövrdə  birjalarsız  bazar  infrastrukturunu  təsəvvür  etmək 

mümkün  deyildir.  Bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar,  bazar  münasibətlərinin 

formalaşması və yeni mexanizmlərin yaradılması əsas tələblərdən biridir. 

Deməli,  bazar  infrastrukturu,  bazarın  müxtəlif  formalarının  fəaliyyəti  üçün 

zəruri  iqtisadi  mühitin  yaranmasına  xidmət  edir,  son  nəticə  isə  bütövlükdə  bazar 

iqtisadi sisteminin normal fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir. 

nvestisiya  portfelinə  və  yaxud  konkret  qiymətli  kağızalara  risk  dərəcəsini 

göstərən,  mövcud  səhmlərin  kursunun  yerdə  qalan  fond  bazarı  ilə  müqayisədə 

dayanıqlıq  dərəcəsini  əks  etdirən,  mövcud  səhmin  qiymətinin  qalxıb-enməsi  ilə 

bütövlükdə  bazardakı  qiymət  dinamikası  arasında  münasibəti  müəyyən  edən 

göstricidən,  yəni  beta-əmsaldan  (ingiliscə  beta  coefficient)  istifadə  olunması 

fondun 

idarəedilməsində öz yaxşı nəticələrini verir və onun effektivlik dərəcəsini artırır. 



Beta, həmçinin səhmlərin bazar dəyişmələrinə nisbətən göslənilən dəyişmələrinin 

qiymətləndirilməsi üçün də istifadə oluna bilər. 

Kompüter  texnologiyalarının  inkişaf  etməsi  təhlilin  alət  və    metodlarının 

təkmilləşdirilməsinə, həmçinin hesablama texnikasının imkanlarından istifadə edən yeni 

metodların meydana çıxmasına əhəmiyyətli şərait yaratmışdır. 



90 

 

stifadə olunan ədəbiyyat 



 

1. 


 Axundov Ş.Ə., Axundov M. Ə. “Bazar  qtisadiyyatının əsasları”. Bakı-2001 

2. 


 Kərimov A.E., Babayev A.A. “Qiymətli kağızlar bazarı”. Bakı - 2003 

3. 


  . Ə. Feyzullabəyli “Beynəlxalq satış işi”. Bakı - 2001 

4. 


 T.S.Vəliyevin, Ə.P.Babayevin və M.X.Meybullayevin ümumi elmi redaktəsi 

ilə “ qtisadi nəzəriyyə” (dərslik). Bakı – 2001 

5. 

T.S.Vəliyev “ nfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti”. Bakı - Elm -



2000 

6. 


 Cəbiyev R.M. “Azərbaycanda bazar infrastrukturunun formalaşması vo 

inkişafı”. Bakı - 2000 

7. 

 A.Əmiraslanov. “Azərbaycan iqtisadiyyatı və bazar münasibətləri”. Zaman 



nəşriyyatı - 2002 

8. 


 “Биржевая деятельность”. Учебник под ред. Грязновой A.П., Корнеевой 

P.B. Галанова B.A. M: Финансы и статистика - 1995 

9. 

 Алехин Б.И. Рынок ценных бумаг “Введение в фондовые операции”. 



Москва

 - 1991 


10. 

 Миркин Я.M. “Ценные бумаги и фондовый рынок”.



 

Москва


 - 1995 

11. 


  Столяров А. Товарная биржа- важнейший элемент саморегулирования 

рынка


. “Рынок“, № 2, 1991 

12. 


Ширяев

 А.Н. Основы стохастической финансовой математики. Том 1-2  

13. 

www. kitab.ws 



14. 

www. Google.az 

15. 

 www. referatfırststep.az 



16. 

http://www.nasdaq.com/symbol/ndaq#ixzz3WRg865Ym

 

17. 


http://www.nasdaq.com/quotes/company-financials.aspx#ixzz3WRX3XM1d

 

18. 



http://www.ecsocman.edu.ru/images/pubs/2006/12/25/0000298558/30-32.pdf

 

19. 



 

http://www.nasdaq.com/quotes/revenue-eps.aspx#ixzz3WRYvs025

 

20. 


WFE Market highlights for first half-year 2011. http://www.world-exchanges.org/files/file/ 

stats%20and%20charts/1st%20half%20%202011%20WFE%20market%20highlights.pdf

 

21. 


WFE Annual Statistics Report 2010, Derivatives. 

http://www.world-exchanges

org/statistics/annual/2010/derivatives-markets/derivatives



 


91 

 

Резюме



 

 

Сущность


  биржи  заключается  в  том,  что  она  –  особый  вид  рынка,  где 

производится

 торговля заменимыми ценностями, причем эти ценности и плата за 

них


 не предъявляются.

 

Биржевая



 

деятельность

 обязательно 

соблюдает

 

законодательно



-правового, 

налогового

,  валютного  режимов,  распространенных  в  странах  их  размещение. 

Международные

  товарные  биржи  обеспечивают  обслуживание  конкретного 

мирового


 товарного рынка, привлечение к биржевым операциям контрагентов из 

разных


  стран  мира,  свободный  перераспределение  прибылей,  которые  получают 

контрагенты

 из биржевых операций, проведение арбитражных операций, то есть 

спекулятивных

  соглашений  для  получения  прибыли  от  различия  котировочных 

цен


 на биржах разных стран. 

Товарная


  биржа  образованные    специально  для  предоставления  услуг  субъектам 

хозяйствования

  в  осуществлении  ими  торговых  операций,  является  особым 

субъектом

  хозяйствования,  который  предоставляет  услуги  в  составлении 

биржевых


  соглашений,  выявлении  спроса  и  предложений  на  товары,  товарных 

цен


,  изучает,  упорядочивает  товарооборот  и  содействует  связанным  с  ним 

торговым


 операциям. 

Трансформационные

  превращения  в  экономике  Азербайджана  содействовали 

возрождению

  биржевой  торговли  и  росту  количества  зарегистрированных  бирж. 

Однако


  их  количество  в  последнее  время  или  сократилось  или  же  некоторые их 

них


 бездействуют. 

Несмотря


 на выполненную работу по формированию нормативно-правовой базы, 

значительная

 часть действующих законодательных и нормативно-правовых актов 

не

  только  не  удовлетворяет,  а  и  во  многих  вопросах  сдерживает  развитие 



биржевой

 деятельности. Это, в частности, касается налогового законодательства, 

а

 также нормативных документов относительно регламентирования деятельности 



товарных

 бирж. 


 

 


92 

 

Resume 



 

The essence of the exchange is that it – a special type of the market where trade in 

replaceable values is made, and these values and a payment for them aren't shown. 

 

Exchange  activity  surely  observes  the  legislative  and  legal,  tax,  currency  modes 



widespread in the countries their placement. The international commodity exchanges 

provide service of the concrete world commodity market, attraction to operations on 

the  stock  exchange  of  contractors  from  the  different  countries  of  the  world,  free 

redistribution  of  profits  which  are  got  by  contractors  from  operations  on  the  stock 

exchange,  carrying  out  arbitration  operations,  that  is  speculative  agreements  for 

receiving profit on distinction of the quoted prices at the exchanges of the different 

countries. 

 

The commodity exchange formed especially for rendering of services to subjects of 



managing  in  implementation  of  trade  operations  by  them,  is  the  special  subject  of 

managing  who  provides  services  in  drawing  up  exchange  agreements,  detection  of 

demand  and  offers  on  goods,  the  commodity  prices,  studies,  orders  commodity 

turnover and promotes the related trade operations. 

 

Transformational  transformations  assisted  in  economy  of  Azerbaijan  to  revival  of 



exchange  trade  and  growth  of  number  of  the  registered  exchanges.  However  their 

quantity or was reduced recently or some them them stay idle. 

 

Despite  the  performed  work  on  formation  of  standard  and  legal  base,  the 



considerable part acting legislative and normative legal acts not only doesn't satisfy, 

and  and  in  many  questions  constrains  development  of  exchange  activity.  It,  in 

particular,  concerns  the  tax  law,  and  also  normative  documents  concerning  a 

regulation of activity of commodity exchanges. 



 

 


93 

 

AD U-nun Magistratura Mərkəzinin «Kommersiya»     



ixtisası (ixtisaslaşma: «Birja  fəaliyyəti) üzrə 

Aliyə Şahmarova Əjdər qızı 

«Bazar münasibətlərinin formalaşmasinda birjalarin rolu»»

  

mövzusunda yerinə yetirdiyi magistr dissertasiya işinin 

 

Referatı 

 

 

Mövzunun  aktuallığı. 

Birja  fəaliyyəti –  müəyyən  bir  ərazidə  təşkil  olunmuş  və 

müəyyən qaydalar əsasında mütəmadi olaraq həyata keçirən topdansatış bazar olmaqla 

tələb  və  təklif  əsasında  malların  alışı-satışı  (həm  indiki  zamanda  və  həm  də  gələcək 

dövrə) prosesini reallaşdırır və dünya ticarət sistemində mühüm rol oynayır.  

Bazar  münasibətlərinin  daim  inkişafı,  ictimai  istehsalın  sürətli  artımı,  əmtəə 

dövriyyəsinin  və  ticarət-iqtisadi  əlaqələrin    strukturunun  mürəkkəbləşməsi  birja 

fəaliyyətinin və birja növlərinin diversifikasiyasını (şaxələnməsini) şərtləndirmişdir.   

Birja  fəaliyyəti  yerləşdikləri  ərazilərdə  qanunvericilik-hüquqi,  vergi,  valyuta 

rejimlərinə  ciddi  əməl  olunmasını  təmin  edir  və   konkret  əmtəə  bazarına  xidmət 

göstərilməsini,  ayrı-ayrı  ölkələrdən  tərəf-müqabillərin  birja  fəaliyyətinə  cəlb 

olunmasını,  arbitraj  əməliyyatlarının  həyata  keçirilməsini,  yəni  müxtəlif  ölkələrin 

birjalarında  qiymətlərin  kotirovkasında  olan  fərqlərdən  mənfəət  əldə  olunması  üçün 

sazişlər bağlanılmasını və s. bu kimi əməliyyatları özündə cəmləşdirir. 

Ölkə iqtisadiyyatında elə dəyişilmə prosesləri baş verməlidir ki, bu dəyişilmələr 

birja  fəaliyyətinin  canlanmasına  və  birjaların  sayının  artmasına  gətirib  çıxarmalıdır. 

Ə

mtəə  birjası  təsərrüfat  subyektlərinə  xüsusi  xidmətlərin  göstərilməsi  üçün 



yaradıldığından  özü  də  xüsusi  təsərrüfatçılıq    subyekti  olmaqla  mallara  olan  tələb  və 

təklifin araşdırılmasını, qiymətlərin formalaşmasını öyrənir, mal dövriyyəsini müəyyən 

bir qaydalar çərçivəsinə salır və onunla bağlı olan ticarət əməliyyatlarının keçirilməsinə 

yardımçı olur.  

Buna görə də birja fəaliyyətinin işləmə mexanizminin araşdırılması və onun ölkə 

iqtisadiyyatı üçün əhəmiyyətliliyinin öyrənilməsi aktual bir problemdir. 

Buraxılış işində 

birja  satışinin  yaranması,  onların  inkişaf  tarixi,  əmtəə  birjaların  özünəməxsus 

xüsusiyyətləri, onların növləri, funksiyaları və dünya birja satışinin fəaliyyəti haqqında 

məsələlər göstərilmişdir.

 



94 

 

Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  bazar 

iqtisadiyyatı şəraitində birja fəaliyyətinin təşkilati, maliyyə, əməliyyat mexanizmlərinin 

dərindən  araşdırılmasından,  hazırda  dünyada  bu  sahədə  baş  verən  dəyişikliklərin 

öyrənilməsindən,  birja  fəaliyyətinin  idarəedilməsinin  xarakterik    xüsusiyyətlərinin, 

idarəetmə  metodlarının  araşdırılmasından,  əldə  edilən  nəticələr  əsasında  respublikada 

birja  fəaliyyətinin  canlandırılması,  ölkənin  kommersiya  müəssisələrinin  dünyanın 

birjaları    ilə  gələcək  strateji  əlaqələrin  inkişaf  istiqamətlərinin  göstərilməsindən 

ibarətdir.  Tədqiqatın  vəzifələr  dairəsi  dissertasiya  işinin  strukturundan  irəli  gələrək 

araşdırılmışdır.  



Tədqiqatın  predmet  və  obyekti.  Tədqiqatın  obyekti  kimi  problemli  vəziyyəti 

yaradan və öyrənilmə üçün seçilmiş proses və yaxud hal, hadisə, predmeti kimi isə bu 

obyektin hüdudlarında olanlar nəzərdə tutulur. Bu baxımdan dissertasiya işinin predmeti 

bütövlükdə  birja    işinin  mahiyyəti  ilə  səciyyələnilir.  Tədqiqat  işinin  obyekti  kimi 

bütövlükdə  birja  fəaliyyətinin  işləmə  mexanizminin  təkmilləşdirilməsi  məsələsi 

nəzərdən keçirilir.  



Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları.  Tədqiqatın  informasiya 

bazasını  araşdırılan  mövzu  üzrə  yerli  və  xarici  müəlliflərin  elmi  işləri,  rəsmi  və 

biblioqrafik mənbələr təşkil edirlər. Tədqiqatın alətlər bazası kimi daha çox nəticə verə 

bilən  elmi  dərketmə,  araşdırmalar  və  təhlil  metodlarından  istifadə  olunmuşdur.  Elmi 

dərketmə  metodları  kimi  empirik  tədqiqatlar  metodundan  (müqayisəetmə  və  s.),  həm 

empirik, həm də nəzəri tədqiqat səviyyəsində istifadə olunan metodlardan (təhlil, sintez 

və s.), həmçinin nəzəri tədqiqat metodundan istifadə olunmuşdur. Buraxılış işində beta-

ə

msalın  qiymətli  kağızalar  bazarının  təhlilində  istifadə  olunması  istiqamətləri 



göstərilmişdir. 

Tədqiqatın  elmi  yeniliyi.  Tədqiqat  işində  aparılan  araşdırmalar  əvvəlki  ümumi 

yanaşmalardan  özünün  kompleksliliyi  ilə  fərqlənir,  kommersiya  fəaliyyəti  sahəsində 

birja ticarətinin yerinin müəyyən olunması və bu məsələdən irəli gələn xüsusiyyətlərin 

dərindən  araşdırılması  əsasında  tədqiqat  metodları  tətbiq  edilməklə  maraqlı  nəticələr 

ə

ldə edilmişdir.   



Tədqiqiatın  praktiki  əhəmiyyəti.  Elmi  tədqiqatın  nəticələri  kimi  əldə  olunan 

təkliflər praktiki əhəmiyyətliliyə malikdirlər və təcrübədə istifadə oluna bilər. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə