Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   2   3   4   5   6   7   8   9   ...   31

10 

 

göstərirdilər.  Qarışıq  tipli  açıq  birjalarda  satıcılar  və  alıcılarla  yanaşı  vasitəçilər  də 



iştirak  edirdilər.  Vasitəçilərdən  bir  qrupu  müştərilər  üçün  aparılan  əməliyyatlar 

zamanı  ixtisaslaşmışlar.  Vasitəçilərdən  digər  qrupu  isə  öz  hesabma  əməliyyatlar 

aparmaqla ixtisaslaşmışlar. 

Qapalı  birjalarda  satış  yalnız  ixtisaslaşmış  iştirakçılar  tərəfındən  həyata 

keçirilir.  Qalan  şəxslərin  isə  birjaların  fəaliyyət  göstərdiyi  əraziyə  daxil  olması 

qadağan  edilir.  Qapalı  tipli  birjaların  meydana  gəlməsi  birja  əməliyyatlarının 

təşkilində  əhəmiyyətli  dəyişikliklərin  yaranmasına  gətirib  çıxarmışdır.  Qapalı 

birjaların  fəaliyyəti  əməliyyatların  həyata  keçirilməsi  ilə  bağlı  müştərilərdən  alınan 

sifarişlərlə  sıx  əlaqədardar.  Birjalar  müştərilərlə  alqı-satqı  əməliyyatlarmı  həyata 

keçirmək  məqsədi  ilə  birjanın  yerləşdiyi  xüsusi  binanın  ərazisindo  xüsusi  xidmət 

strukturları  yaradırlar.  Açıq  və  qapalı  tipli  birjaların  meydana  gəlməsi  birjaların 

təkcə  müəyyən  inkişaf  mərhələsinə  çatması  məqsədini  güdmür.  Bu  proses  həm  də 

dövriyyənin müddətinin sürətlənməsi ilə sıx əlaqədardır. 

Birja  -  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  marağı  olan  hüquqi  və 

fıziki  şəxslər  tərəfındən  könüllü  pay  əsasında  yaradılmış  təşkilatdır.  Birjaların 

yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, 

ictimai,  dini  və  xeyriyyəçi  təşkilatlar  və  qurumlar  iştirak  edə  bilməzlər.  Birjalar 

təsisçilərin  iclasında  qəbul  edilmiş  qərar  əsasında  yaradılır.  Təsisçilər  iclasda 

müəyyən  edilmiş  ölçüdə  öz  paylarını  daxil  edirlər.  Daxil  edilmiş  pay  ölçüsündə 

təsisçilər  birjanın  təsərrüfat  fəaliyyətinin  nəticələrinə  görə  əmlak  məsuliyyəti 

daşıyırlar.  Birja  dövlət  qeydiyyatından  keçdiyi  andan  hüquqi  ş'əxs  statusunu  əldə 

edir, birja satışi aparmaq üçün lisenziya əldə etdikdən sonra isə birja sövdələşmələri 

aparmaq hüququna malik olur. 

Birjalar  və  birja  satışi  satış  obyektlərində  fəaliyyət  göstərirlər.  Burada 

nümunələr  üzrə  alqı-satqı  əməliyyatları  aparılır  və  birjalarda  satılan  əmtəələrə 

tələblər qoyulur. Bu tələblər alıcıların tələbatına uyğun yüksək keyfıyyətli əmtəələrlə 

təmin  olunması  ilə  bağlıdır.  Tələblər  hər  şeydən  əvvəl  daha  çox  kənd  təsərrüfatı 

məhsullarına, xammal kimi satılan əmtəələrə aid edilir. 

XIX  əsrin  ortalarına  qədər  əmtəə  birjaları  real  əmtəə  birjaları  kimi  fəaliyyət 

göstərirdilər. Bu isə iri topdänsatış satış kanallarının olması ilə bağlıdır. Real əmtəə 



11 

 

birjaları aşağıdakı əlamətlərə malikdirlər: 



 satış əmtəələrin keyfiyyətinin müəyyənləşdirilməsi əsasında həyata keçirilir; 



 satışda  əmtəə  partiyaları  standartlaşdırılır,  eynicinsli  və  əvəz  edilə

xüsusiyyətlərə malik olur; 

-  birjalarda  həyata  keçirilən  əməliyyatlar  istehsal-istehlak  xarakterinə  malik 

olur, alqı-satqı prosesi baş verir; 



 satış  satıcı  və  alıcüarın  aktiv  təsiri  şəraitində,  müəyyənləşdirilmiş  birja 



qaydaları əsasında həyata kiçirilir; 

Satılan əmtəələrin növlərindən asılı olaraq onların alqı-satqısı ilə məşğul olan 

birjalar da növlərə bölünür. Bunlar əmtəə, fond, valyuta, əmək birjalarıdır. 

Ə

mtəə  birjası  -  topdansatış  alıcıların  və  satıcıların  əvvəlcədən 

planlaşdırılmış  əmtəə  partiyalarının  alqı-satqı  proseslərinin  həyata  keçirilməsi 

üçün  tərəflər  arasında  sövdələşmələrin  yerinə  yetirildiyi  məkan  hesab  olunur. 

Ə

mtəə  birjasında  alqı-satqı  əməliyyatları  nümunələr  və  standartlar  əsasında 



topdansatış  formasında  həyata  keçirilir.  Birjanın  yerinə  yetirdiyi  əməliyyatlara 

satış sövdələşmələri bağlayanlar arasında vasitəçilik etmək, satılmağa təklif edilən 

ə

mtəələrin  əvvəlcədən  ekspertizasını  keçirmək,  alqı-satqı  ilə  bağlı  əməliyyatları 



sürətləndirmək  və  sadələşdirmək,  satış  mübahisələrini  həll  etmək,  istehsalın 

həcmi, məhsulun qiyməti, faydalı xüsusiyyətləri haqqında məlumatları yaymaq və 

s. daxildir. Əmtəə birjasında satış əməliyyatları onun ümumi yığıncağı tərəfindən 

təsdiq  edilmiş  satış  qaydalarına  uyğun  aparılr.  Birja  öz  fəaliyyətini  birja  satışi 

iştirakçılarının (brokerlərin, dilerlərin və s.) hüquq bərabərliyinin təmin edilməsi, 

bazar  qiymətlərinin  tətbiqi,  birja  satışinin  aşkarlığı  prinsipləri  əsasında  həyata 

keçirir.  Əmtəə  birjasının  bütün  üzvləri  onun  nizamnaməsinin  tələblərinə,  birja 

satışi qaydalarına, onun ali idarəetmə orqanı olan ümumi yığıncağın, habelə birja 

komitəsinin  qərarlarına  əməl  etməli,  birjanın  nəzarət  orqanlarına  vaxtında  və 

zəruri  məlumatları  verməlidirlər.  Birjanın  üzvləri  həmçinin  onun  fəaliyyəti 

haqqında  məxfı  məlumatları  və  kommersiya  sirrini  yaymağa  görə  məsuliyyət 

daşıyırlar. 

Ə

mtəə  birjalarında  müxtəlif  məhsullar,  əsasən  xammal  və  kənd  təsərrüfatı 



malları  topdan  satılır.  Məhsulların  alqı-satqısı  haqqında  sövdələşmələr  gedir  və 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə