Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   2   3   4   5   6   7   8   9   ...   31

12 

 

müqavilələr  bağlanır.  Başqa  bazar  növlərindən  fərqli  olaraq,  əmtəə  birjalarında 



satılan  məhsulların  hamısı  bazara  daxil  olmur,  yalnız  onun  nümunələri  əsasında 

alqı-satqı müqavilələri bağlanır. Bu bazar növünün bazarın başqa növlərindən bir 

fərqi  də  ondan  ibarətdir  ki,  sövdələşmədən  dərhal  sonra  əmtəə  satıcının  əlindən 

alıcının əlinə keçmir. Məsələn, fərz edək ki, may aymda əmtəə birjasında pambıq 

nümunələri üzrə alqı-satqının əməliyyatı gedir, halbuki pambıq yenicə əlcilib, onu 

alıcıya  payız  ayında  vermək  mümkün  ola  bilər.  Buna  görə  də  mövsümçülükdən 

asılı olaraq nümunələr üzrə kənd təsərrüfatı alqı-satqısı müddəti altı aydan iyirmi 

dörd  aya  kimi  uzana  bilər.  Başqa  sözlə,  məhsul  satıcıdan  alıcıya  dərhal  deyil, 

müəyyən müddətdən sonra verilir. 

XX  əsrdə  əmtəə  birjalarının  rolu  heç  də  birmənalı  olmamışdır.  Əmtəə 

birjasının  fəaliyyət  mexanizmdə  baş  verən  bu  cür  dəyişikliklər  onun  aşağıdakı 

aspektləri ilə izah edilir: 

 alqı-satqı  əməliyyatlarının  predmetinə  daxil  olan  əmtəə  və  bazarlar 



dairəsi; 

 əməliyyatların həcmi və əmtəə birjalarının sayı; 



- alqı-satqı əməliyyatlarının növü; 



 satışin təşkili və birja əməliyyatlarının uçotu. 

Birja  əmtəələrinə  birja  vasitəsi  ilə  satılan,  o  cümlədən  tam  və  qismən 

reallaşdırılan  mallar  daxil  edilir.  Birja  satışinin  obyektinə  aşağıdakı  xarakterik 

xüsusiyyətlərə malik əmtəələr daxil edilir: 

 eynicinsli; 





 qarşılıqlı əvəz edilə bilən; 

 keyfiyyət standartlarına malik olanlar. 



Birja əmtəələrinin nomenklaturası iki əsas qrupdan ibarət olur: 

 birincisi, kənd təsərrüfatı məhsulları; 





 ikincisi, sənaye istehsalı üçün xammal. 

Birjalarda  kənd  təsərrüfatı  qruplarına  daxil  olan  əmtəələrin  sayı  getdikcə 

azalır. Kənd təsərrüfatı qrupuna yağlı məhsullar, taxıl məhsulları, yeyinti məhsulları 

daxildir.  Birjalarda  toxuculuq  qruplarına  daxil  olan  məhsullar,  natural  kauçuk  və 

polimateriallar da üstünlük təşkil edir. Sənaye xammalı və yarımfabrikatlar qrupuna 



13 

 

enejidaşıyıcılar, qiymətli metallar daxildir. 



Birja  satışində  alqı-satqı  əməliyyatları  bank  faizləri,  ipotekalar,  valyutalar, 

dövlətin  qiymətli  kağızları  vasitəsi  ilə  də  həyata  keçirilir.  Bu  əməliyyatlar  əmtəə 

birjasında təxminən 70-ci illərdən etibarən tətbiq edilməyə başlamışdır. 

Ümumiyyətlə, dünyada bir sıra iri əmtəə birjaları fəaliyyət göstərir. Dünyanın 

ə

n iri əmtəə birjalarından biri Amerikanın Çikaqo satış birjasıdır. Həmin birjada əsas 



etibarilə  taxıl,  yağ,  qiymətli  metallar,  ABŞ-ın  istiqrazları,  bələdiyyə  istiqrazları, 

səhm və istiqraz indeksi üzrə füçers və opsion əməliyyatları həyata keçirilir. 

Dünyanın  əmtəə  birjaları  içərisində  həcminə  görə  ikinci  yeri  Çikaqo  əmtəə 

birjası

 tutur. Lakin həmin birjalarda o qədər də əmtəələr satılmır. Bu birjalarda alqı-

satqı əməliyyatlarının predmetinə əsas etibarı ilə iri buynuzlu mal-qara, donuzlar və 

polimateriallar daxidir. 



Nyu-york əmtəə birjası

 bağlanan alqı-satqı əməliyyatlarınm sayına və həcminə 

görə  beynəlxalq  əmtəə  birjalarında  üçüncü  yeri  tutur.  Həmin  birjalarda  alqı-satqı 

ə

mliyyatlarının predmetinə yanacaq və xam neft, benzin, həmçinin platin daxiidir. 



Böyük Britaniyanın ən iri birjalarından olan Londarı beynəlxalq maliyyə füçers 

birjası

 bilavasitə maliyyə vasitələrinin satışini həyata keçirir. 

Beynəlxalq  əmtəə  birjaları  içərisində  Yaponiyanın  ən  iri  Tokio  əmtəə  birjası 

mühüm  yer  tutur.  Burada  aparılan  alqı-satqı  əməliyyatlarının  əsas  obyekti  qiymətli 

metallar hesab edilir. 

Dünya miqyasında Fransanın ən iri birjası MAT F Paris birjası hesab edilir. Bu 

birjada aparılan əməliyyatlar içərisində xüsusi çəkisi ən çox olan dövlət istiqrazları 

tutur. Əmtəələr üzrə aparılan alqı-satqı əməliyyatları çox az həcmə malik olur. 

Ə

mtəə  birjalarında  kommersiya  vasitəçiləri  və  onların  satış  əməliyyatlarını 



həyata keçirmək üçün istifadə etdikləri nümayəndələrin könüllü olaraq birləşməsidir. 

Ə

mtəə  birjalarının  əsas  vəzifəsi  azad  rəqabətin  idarə  edilməsi  mexanizmini 



yaratmaqdan və onun köməyilə tələb və təklifdə olan dəyişikliyi nəzərə almaqla real 

bazar  qiymətini  müəyyən  etməkdən  ibarətdir.  Əmtəə  birjası  topdansatış  bazarının 

müntəzəm olaraq fəaliyyət göstərən ən inkişaf etmiş formasıdır. 

Ə

mtəə birjaları aşağıdakı əsas funksiyaları yerinə yetirir: 



1.

 

 Satış 

sazişlərinin 

bağlanılmasına 

görə 

vasitəçilik 

xidmətlərinin 


14 

 

göstərilməsi; 



2.

 

 Satış 

mübahisələrinin 

həll 

edilməsi 

və 

satış 

əməliyyatlarının 



tənzimlənməsi; 

3.

 

Istehsalın vəziyyəti, qiymət və s. faktorlar, qiymətə təsir edən faktorlar haqqında 

məlumat toplamaq. 

Hal-hazırda əmtəə birjalarının iki tipi fərqləndirilir: 

 universal əmtəə birjaları; 



 ixtisaslaşdırılmış xüsusi təyinatlı əmtəə birjaları. 



Universal  birjalara:  Çikaqo  satış  birjası  və  Çikaqo  əmtəə  birjası  (ABŞ), 

Tokio əmtəə birjası (Yaponiya), “Baltik eksçeync” (Böyük Britaniya), Sidney füçers 

birjası  (Avstraliya),  Sinqapur  beynəlxalq  valyuta  birjası  (bu  birjalarda  beynəlxalq 

valyutalar  və  səhm  istiqrazları  ilə  yanaşı,  dizel  yanacağı,  qızıl  da  alınıb  satılır)  və 

San-Paulo əmtəə birjası (aqrar məhsullar, qızıl, səhm indeksləri) aid edilir. 

xtisaslaşdırılmış  xüsusi  təyinatlı  birjalar  geniş  və  dar  ixtisaslaşma 

baxımından  fərqlənirlər.  Geniş  ixtisaslaşmış  birjalara  London  və  Nyu-york  metal 

birjalarını,  Nyu-York  və  London  enerjidaşıyıcıları  birjalarını,  Parisin  Matner 

birjasını,  Londonun  foks  birjasını,  Londonun  Beynəlxalq  neft  birjasını  və  bir  çox 

başqalarına  aid  etmək  olar.  Dar  ixtisaslaşmış  birjalara  Kanzas  Siti  bordof  treyd 

(ABŞ)  taxıl  birjasını,  Yopaniyanın  şəkər,  kauçuk,  toxuculuq  xammal  birjasını  aid 

etmək  olar.  Adətən  dar  ixtisaslaşmış  birjaların  əhatə  sferası  az  olduğundan  əksər 

birjalar öz məhsullarının həcmini və növ müxtəlifliyini genişləndirməyə çalışır. 

Ə

mtəənin özünəməxsus rolundan asılı olaraq birjalar aşağıdakı təyinatlar üzrə 



fərqlənirlər: 

 beynəlxalq təyinatlı birjalar; 





 regional təyinatlı birjalar; 

-    milli təyirıatlı birjalar. 

Beynəlxalq  əmtəə  birjaları  bir  neçə  kriteriyalar  əsasında  xarakterizə  edilir. 

Ə

mtəə birjaları beynəlxalq xarakterə malik olmaqla dünya bazarının əmtəələrə olan 



tələbatının  ödəməsi  ilə  xarakterizə  olunur.  Dünya  bazarında  qiymətin  formalaşması 

tələb və təklifdən, beynəlxalq bazar konyukturundan asılıdır. Bu halda əmtəənin özü 

aktiv  satışin  predmetinə  çevrilir.  O  birjalar  beynəlxalq  standartlara  cavab  verir  ki, 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə