Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

27 

 

keçirilir.  Füçers  satışi  üzrə  komissiyanın  vəzifəsi  -  füçers  satışi  ilə  əlaqədar 



müştərilərin  risklərinin  reallaşdırılmasından  ibarətdir.  Bu  məqsədlə  müştərilərlə 

müəyyən  sənədlər  imzalanır,  bu  sənədlərə  də  füçers  satışi  ilə  risklərin  siyahısı 

daxildir.  Füçers  satışi  komitəsi  füçers  komissiyasının  satışçilərinə  xüsusi  icazə 

olmadan müştərilər üçün hər hansı əməliyyatları icra etməyi qadağan edir. 

Alqı-satqı  praktikasının  tənzimlənməsi  zamanı  iki  əsas  vəzifə  yerinə 

yetirilir. Onlar äşağıdakılardan ibarətdir: 



-

 

 Rəqabət  qaydalarına  uyğun  olaraq  füçers  əməliyyatlarının  həyata 

keçirilməsinin və kontraktların bağlanmasının təmin edilməsi; 

-

 

 Qiymət  manipulyasiyasının  qarşısının  alınması.  Tələb  və  təklifin  səviyyəsini 

nəzərə almayan süni qiymətlərin formalaşdırılmasına yol verilməməsi. 

Birja  əməliyyatları  əsasən  dövlət  nəzarəti  altında  tənzimlənir.  Dövlət 

tənzimləməsi  ilk  növbədə  normativ-hüquqi  aktlara  əsaslanır.  Hüquqi  təminat 

qanunvericilik aktları, fərmanlar, qərarlar, sərəncamlar və idarəetmə orqanlarının 

diğər  hüquqi  sənədlərini  əhatə  edir.  Normativ  təminata  təlimatlar,  normativlər, 

normalar,  metodik  göstərişlər  və  izahatlar,  həmçinin  bazarın  peşəkar  iştirakçıları 

təşkilatlarının  təsdiq  etdiyi  qaydalar  aiddir.  Informasiya  təminatına  müxtəlif  növ 

iqtisadi, kommersiya, maliyyə və s. informasiya daxildir. 

Birja satışində əməliyyatlarm dövlət tənzimlənməsi aşağıdakıları əhatə 

edir: 


-

 

 Xüsusi normativ-hüquqi aktların hazırlanması və həyata keçirilməsi; 

-

 

 Standartların,  yəni  bazar  iştirakçıları,  maliyyə  alətləri  üçün  məcburi  olan 

tələblərin hazırlanması; 

-

 

 Əsas  qaydaların  nizamlanması  və  bazar  iştirakçıları  tərəfindən  mövcud 

qanunvericiliyə riayət olunmasına dövlət nəzarəti. 

Dövlət tənzimlonməsinin vəzifələrinə aşağıdakılar aiddir: 



-

 

 Birja satışinin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi; 

 -    Peşəkar  iştirakçılar  və  müştərilər  üçün  birja  satışinin  təhlükəsizliyinin  təmin 

edilməsi; 

-

 

 Birja  satışi  haqqında  açıq  informasiya  sisteminin  yaradılması  və  bazar 

iştirakçıları tərəfindən informasiyanın məcburi açıqlanmasına nəzarət

 edilməsi. 


28 

 

Birja satışi haqqında qəbul edilmiş qanunda tənzimləmə normasının pozulması 



ilə  bağlı  tədbirlər  nəzərdə  tutulur.  Qəbul  edilmiş  qanuna  görə,  birja  satışi  komitəsi 

aşağıdakı hüquqlara malikdir: 



-

 

 Birja  üzvlərinin  fəaliyyət  intizamı  ilə  bağlı  qəbul  edilmiş  qərarları 

təkmilləşdirmək; 

-

 

 Birja satışində qanunsuz iştirakçıların fəaliyyətini dayandırmaq. Birja satışində 

tənzimləmə  ikipilləli  proseduranı  nəzərdə  tutur.  Ciddi  qayda  pozuntuların  baş 

verdiyi  zaman  birja  üzvlərinin  fəaliyyəti  dayandırdır.  Qanun  pozuntuları  ciddi 

olmadıqda belə nəzərə çatdırılma və üzvlükdə fasilələrin verilməsi halları tətbiq 

edilir; 

-

 

Birja  satışinin  qayda  pozuntuların  qarşı  inzibati  qaydada  tədbirlər  görmə

lazımdır. 

Tənzimləmənin  dövlət  və  qeyri-dövlət  metodlarının  məcmusu  birja 

ə

məliyyyatlarının  idarəedilməsi  sisteminin  əsasında  durur.  Birja  satışinin 



tənzimlənməsi birja əməliyyatlarının keçirilməsini nizamlaşdırmağa, onları müəyyən 

qayda və tələblərə tabe edilməsinə imkan verən konkret metod və üsullarının vahid 

sistem  şəklində  birləşdirilməsidir.  Bu  birjanın  bütün  iştirakçılarının  qarşılıqlı 

maraqlarının  tarazlığının  qüvvədə  olan  qanunvericilik  çərçivəsində  təmin  edilməsi 

mexanizmidir. 



29 

 

FƏS L  II. Bazar iqtisadiyyatı şəraitində respublikada birja satışinin müasir 



vəziyyəti və əmtəə bazarının səmərəli təşkilində onun rolu 

 

§ 2.1. Əmtəə bazarının təşkili qaydaları və onun idarəetmə strukturu 

 

Birjanın  məqsədi  birja  kontraktları  üzrə  satışi  həyata  keçirməkdən,  onu 

formalaşdırmaqdan  və  satış  əməliyyatlarını  fəallaşdırmaqdan  ibarətdir.  Bir  qayda 

olaraq birjalar birja satışinin təşkilini həyata keçirirlər. Birjalarm satış zalı çoxsaylı 

iştirakçıları əhatə edir. Bu zalda bütün dünya ölkələrində fəaliyyət göstərən minlərlə 

satıcı və alıcı nümayəndəliyi və onların kollektivi iştirak edir. 

Hazırda birjalar satışin təşkili baxımından ərazi funksiyalarını yerinə yetirirlər. 

Həmin ərazidə satış iştirakçdarı adətən bu və ya digər kommersiya əməliyyatlarının 

bağlanması  üçün  toplaşırlar.  Birjaların  yarandığı  dövrlərdə  əməliyyatların  bütün 

mərhələləri birjanın yerləşdiyi əsas binada həyata keçirilirdi. 

Birjanın  hazırda  iki  qrup  işçi  orqanı  mövcuddur:  qeyri  mərkəzləşmiş  və  ya 

periferial  və  mərkəzləşmiş.  Periferial  və  va  qeyri-mərkəzləşmiş  xidmətlər  müəyyən 

ə

razilərdə  müştərilərin  bu  və  va  digər  xidmətlərini  həyata  keçirirlər.  Onlar 



müştərilərdən  sifarişləri  qəbul  edir  və  onları  birjaya  icra  edilməsi  üçün  göndərirlər. 

Qeyri-mərkəzləşmiş, yəni periferial xidmətlər broker firmalarının şöbə və fdiallarını 

özündə əks etdirir. Bu məqsədlə xüsusi müstəqil agentliklər də fəaliyyət göstərir. 

Ə

məliyyat zalı. Birja əməliyyatları xüsusi əməliyyat zalında həyata keçirilir. 

Bəzən  əməliyyat  zalı  xüsusiləşmiş,  yəni  ixtisaslaşmış  seksiyalara  (bölmələrə) 

bölünür.  Həmin  ixtisaslaşmış  seksiyalarda  müəyyən  əmtəə  və  əmtəə  qrupları  üzrə 

alqı-satqı  əməliyyatalrı  bağlanılır.  Adətən  satışin  həyata  keçirildiyi  əməliyyat  zalı 

minimum  dörd  seksiyadan  ibarət  olur.  Birjanın  əməliyyat  zalının  bölündüyü 

seksiyaların  sayı  adətən  əsas  məhsulların  nomenklaturasından  asdı  olaraq  birja 

rəhbərliyi tərəfindən müəyyən edilir. 



Broker  firmasının  baş  oflsi  bəzən  birjanın  baş  binasında  deyil,  müstəqil 

binada  yerləşdirilir.  Birja  müəyyən  xidməti  əraziyə  malik  olur.  Burada  broker 

fırmasının  və  komissiyon  işçiləri  fəaliyyət  göstərirlər.  Birjanın  yerləşdiyi  ərazi 

telefon,  telefaks,  rabitə  və  kompüter  ilə  təchiz  olunur.  nformasiya  məlumatlarının 

ə

ldə  olunması  üçün  şərait  yaradılır.  Birjalarda  hər  bir  yerin  öz  nömrəsi  vardır.  Bu 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə