Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   2   3   4   5   6   7   8   9   ...   31

 

vurulmuşdur.  Kontraktların  sahibi  öz  evini  tacirlərin  toplandığı  yer  üçün  vermiş 



və zaman keçdikcə bu proses satışin bir forması kimi təşəkkül tapmışdır. 

Birja  dedikdə  sözün  tam  mənasında  təşkilati  cəhətdən  xüsusi  qaydada 

formalaşmış,  müəyyən  əmtəələrlə  sövdələşmələr  aparan  bazar  başa  düşülür.  Birja  - 

ə

mtəələrin,  xammalın,  qiymətli  kağızların  satışı  ilə  məşğul  olan  vaxtaşırı  fəaliyyət 



göstərən  topdan  bazardır.  Onlar  bazar  iqtisadiyyatının  iqtisadi  aləti  rolunu  yerinə 

yetirir  və  əmtəələrin,  xammalın,  qiymətli  kağızların  alışı  və  satışında  azad  bazar 

münasibətlərini formalaşdırır. 

Ümumiyyətlə isə ilkin olaraq təşəkkül tapmış birjalar üçün mehmanxanalar və 

çayxanalar  xarakterik  olmuşdur.  Sonralar  isə  birjalar  üçün  daimi  yer  olaraq  xüsusi 

binalar seçilmişdir. 

Satışin təşkili ilə bağlı ərazinin sadəcə olaraq dəyişdirilməsi hələ heç nəyi həll 

etmir.  Əsas  ınəsələ  satış  prosesinin  həyata  keçirilmə  qaydasında  əhəmiyyətli 

dəyişikliklərin  həyata  keçirilməsidir.  stənilən  satış  əməliyyatında  müəyyən  əmtəə 

növü üzrə tələb və təklifin uyğunlaşdırılması və bu uyğunluqların həyata keçirilməsi 

funksiyaları  yerinə  yetirilir.  Bunlar  isə  bazar  münasibətlərinin  inkişaf  səviyyəsi  ilə 

xarakterizə olunur. 

Karvan  və  səyyari  satışlə  müşaiyət  olunan  alqı-satqı  əməliyyatı  bazarın 

yaradılması ilə bağlıdır. Bu zaman satış prosesləri elementar qaydalarla təşkil edilir. 

Belə  ki,  satıcı  oturaq  halda  alıcı  gözləyir.  Bu  satış  prosesində  tələb  (alıcı)  təklifı 

axtarır.  Karvan  satışinin  epizodik  qaydada  həyata  keçirilməsi  uzunmüddətli  bir 

prosesdir. 

Satışin  yarmarka  tipi  də  mövcuddur.  Bu  zaman  təklif  tələbi  duya  bilir  və 

ixtisaslaşmış  satıcılar  alıcıların  axtarılmasnı  sürətləndirir.  Satış  yarmarkalarınn 

özünəməxsus  cəhətləri  vardır.  Burada  satış  əməliyyatlarının  sürətlənməsinə  cəhd 

göstərilir. Bu prosesdə yarmarka öz fəaliyyətini birjalara keçirməyə başlayır. 

Birjalar aşağıdakı xüsusiyyətləri ilə fərqlənir: 

 Tələb və təklifin ani olaraq qarşılaşması; 





 Birja iştirakçılarının rolunun dəyişdirilməsi; 

- Alqı-satqı əməliyyatlarının həcminin kəskin şəkildə artması; 

Qeyd  etdiyimiz  kimi,  birja  təşkil  olunmuş  bazarın  ən  geniş  yayılmış 




 

növlərindən  biridir.  Əmtəə  bazarı  adlanan  müəyyən  ərazilərdə  təşkil  edilir  və  satış 



ə

məliyyatlarnı həyata keçirmək üçün həmin əraziyə alıcılar və satıcılar toplanır. Bu 

prosesdə satış qaydalarına əməl olunur və alqı-satqı əməliyyatlarının təşkilinə xüsusi 

fıkir verilir. Bazar növləri aşağıdakı əlamətlər üzrə xarakterizə edilir: 



Alqı-satqı  əməliyyatlarının  müəyyən  edilmiş  qaydalar  əsasında  həyata 

keçirilməsi; 



Satış əməliyyatlarının həyata keçirilməsində aşkarlığın təmin edilməsi; 



əyyən  qurğularla,  anbar  və  ofislərlə  təchiz  edilmiş  satış  meydançalarının 

mövcudluğu; 



Rabitə və informasiya sisteminin mövcudluğu. 

Bu  cür  təşkil  edilmiş  bazarın  elementləri  hələ  qədim  dövrlərdə  müşahidə 

edilməyə  başlamışdır.  Qədim  Romada  satışçilərin  toplantısı  keçirilirdi  və  həmin 

yığıncaq  “merkatorum  kollegiyası”  adlandırıldı.  Alqı-satqı,  yəni  satış  bazarının 

təşkil  olunduğu  həmin  əraziyə  vendaliya  və  ya  zirvə  forması  da  deyilirdi.  Burada 

ə

mtəə  bölgüsü  deyilən  mərkəz  yerləşmişdi.  Bu  proses  Roma  imperiyasının  son 



dövrlərinə  qədər  davam  etmişdir.  Əmtəələrin  bölgü  mərkəzləri  barter  əməliyyatları 

aparmaqla  yanaşı  dəyəri  pulla  ödənilən  alqı-satqı  müqavilələri  də  bağlayırdılar. 

Hesablaşmaların  müddəti  qurtardıqda  yenidən  müqavilələr  bağlanılır  və  onun 

müddəti  uzadılırdı.  Bu  praktikanı  indiki  birjaların  təsərrüfat  fəaliyyətində  də 

müşahidə etmək olar. 

Birjalar  Avropada  ilkin  kapital  yığımı  və  onun  təmərküzləşməsi  dövründə 

yaradılmışdır.  Bir  sıra  məlumatlara  görə  ilkin  birjalar  taliyada  (Venesiya,  Genua, 

Florensiya)  meydana  gəlmişdir.  Birjaların  meydana  gəlməsi  iri  manufakturaların 

yaradılması  və  beynəlxalq  satışin  inkişafı  ilə  əlaqədardır.  1531-ci  ildə  Antverpen 

birjaları  fəaliyyət  göstərmişdir.  Müasir  iqtisadçılar  bu  birjaları  “nəhayətsiz-sonsuz 

yarmarkalar” adlandırırdılar. Antverpen birjasını ilk beynəlxalq birjalar sırasına aid 

edirlər.  Həmin  beynəlxalq  birjaların  satış  əməliyyatlarında  Avropanın  əksər 

ölkələrinin tacirləri və əmtəə istehsalçıları iştirak edirlər. Bu birjalar xüsusi ərazilərə 

və  məkanlara  malik  olur.  Həmin  birjaların  giriş  hissəsinə  latın  dilində  aşağıdakı 

sözlər yazılmışdır: ”Bütün xalqların satış adamları üçün”. 

Tarixə  müraciət  etsək,  görərik  ki,  1549-cu  ildə  Fransanın  Lion  və  Tuluza 




 

şə



hərlərində,  sonralar  isə  1556-cı  ildə  Londonda  birjalar  yaranmışdır.  ABŞ-da  ilk 

birjanın yaranması isə 1848-ci ildə Çikaqo birjalarının fəaliyyəti ilə bağlıdır. 1608-ci 

ildə  yaranmış  Amsterdam  əmtəə  birjasının  mühüm  əhəmiyyəti  vardır.  Tarixi 

araşdırmalar göstərir ki, Amsterdam birjasında ilk dəfə olaraq əmtəələrin nümunələri 

üzrə  satış  həyata  keçirilmişdir.  Sonralar  isə  həmin  birjanın  fəaliyyətində  əmtəələr 

üçün  orta  keyfıyyət  norması  da  müəyyənləşdirilmişdir.  Birjalarda  ayrı-ayrı 

məhsulların iri partiyalarla nümayiş etdirilməsi satışin səmərəli həyata keçirilməsinə 

imkan verməmişdir. 

Amsterdam  birjaları  qiymətli  kağızlarla  aparılan  əməliyyatlar  baxımından 

birinci  birjalar  hesab  edilir.  Bu  birjalarda  satış  Hollandiyanın,  ngiltərənin, 

Portuqaliyanın  dövriyyə  istiqrazları,  Hollandiya  və  Britaniyanın  Ost- ndiya  və 

sonralar  Vest- ndiya  satış  şirkətlərinin  səhmləri  ilə  həyata  keçirilirdi.  Bu  birjalarda 

44 adda qiymətli kağızlardan istifadə edilirdi. 

Təxminən 1917-1920-ci illərdən etibarən bu birjalarda qiymətli kağızların alqı-

satqısı  üzrə  əməliyyatlar  geniş  yayılmağa  başlamışdır.  Sonralar  bu  fəaliyyət 

ə

mtəələrlə  əməliyyatlar  üzrə  həyata  keçirildi.  XVIII  əsrdə  birjalar  aşağı  səviyyədə 



inkişaf etdirilirdi və səmərəsiz fəaliyyət göstərirdilər. Onlar əsasən dəniz kənarında 

yerləşdirilirdi və burada iri beynəlxalq satış əməliyyatları aprılırdı. 

lk  dövrlərdə  yaranmış  birjalarda  real  əmtəələrə  daha  çox  üstünlük  verilirdi. 

Buna  da  real  əmtəə  birjaları  deyilirdi.  Həmin  birjalar  bilavasitə  satışin  tələbatına 

xidmət edirdi. 

Birja  satışinin  iştirakçıları  haqqında  müxtəlif  ölkələrdə  müxtəlif  cür 

yanaşmalar  mövcud  olmuşdur.  Bu  yanaşmada  birjalar  iki  növ  müxtəlifliyi  ilə 

fərqləndirilirdi: açıq və qapalı birjalar. 

Açıq  birjalarda  satış  bilavasitə  təsərrüfat  münasibətlərinin  iştirakçılarının 

özləri vasitəsilə həyata keçirilir. Bu zaman real əmtəələrin satıcıları və alıcıları bu və 

ya  digər  satış  imkanlarına  malik  olurlar.  Alqı-satqı  əməliyyatlarının  həcminin 

artırılması ilə  əlaqədar ixtisaslaşdırılmış iştirakçıların cəlb edilməsinin  zəruriliyi də 

meydana çıxır. Bu isə satıcılara və ahcılara əməliyyatların həyata keçirilməsi zamanı 

vaxt itkisinin qarşısını almağa imkan verir. 

Keçid  dövründə  əksər  hallarda  qarışıq  tipli  açıq  birjalar  da  fəaliyyət 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə