Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

47 

 

Hazırda  Respublika  Əmtəə  Birjası  9  təsisçinin  və  16  üzvün,  eləcə  də  70-dən 



artıq  broker  fırmasının  qeydə  alındığı  sərbəst  təşkilat  kimi  fəaliyyət  göstərir.  Onun 

yaxın  xarici  ölkələrin  100-dən  artıq  birjaları  ilə  birjalararası  müqavilələri  vardır. 

Respublika  Əmtəə  Birjasmm  mövcud  olduğu  müddət  ərzində  hər  həftə  1500-dən 

artıq kontraktın qeydə alındığı birja hərracları keçirilir. Birja hərraclarında müxtəlif 

vaxtlarda onlarla müəssisə və təşkilat iştirak etmişdir. 

Respublika  Əmtəə  Birjası  öz  fəaliyyətində  sistematik  olaraq  Respublikaya 

gətirilən  və  çıxarılan  məhsulların  həcmini  təhlil  edir.  Eyni  zamanda  Respublika 

Ə

mtəə Birjası hərracların keçirildiyi məhsulların çeşidini məhdudlaşdırmır. Məsələn, 



müxtəlif  illərdə  birja  hərraclarında  satılan  əsas  məhsullar  bunlardır:  xalq  istehlakı 

malları, tikinti materialları, cihazlar və elektrik malları, maşın və avadanlıqlar, ərzaq 

məhsulları, 

aqrar-sənaye 

məhsulları, 

maşınqayırma 

məhsulları, 

elektrik 

avadanlıqları. 

Bundan  başqa,  Respublika  Əmtəə  Birjasmda  dövlətin  kreditlər  hesabına 

Türkiyədən aldığı mini çörək zavodlarının və müflisləşmiş xeyriyyə cəmiyyətlərinin 

ə

mlakının satışı üzrə müxtəlif auksionlar da keçirilmişdir. 



Özəlləşdirmənin  ilkin  mərhələsində  Respublika  Əmtəə  Birjası  Dövlət  Əmlak 

Komitəsi  ilə  birgə  yanacaqdoldurma  stansiyalarının  özəlləşdirilməsi  üzrə  hərraclar 

keçirilmişdir və satışa yatıb qalmış və tələbat olmayan hazır məhsullar çıxarmışdır. 

Gələcəkdə  də  əmtəə  birjasının  rolunu  yüksəltmək  və  mal  dövriyyəsini 

sürətləndirmək üçün, bizim fıkrimizcə, bir sıra tədbirləri həyata keçirmək lazımdır: 

1. 


Strateji  əhəmiyyətli  məhsulların  satışına  nəzarət  etmək  üçün  aşağıdakı 

məhsulları birja məhsulları hesab etmək zəruridir:  

-    ət və ət məhsulları; 

 taxıl; 



 neft və neft məhsulları; 

 tütün; 


 pambıq; 

 yun; 


 qara metallar; 

 əlvan metallar; 




48 

 



 balıq və balıq məhsulları; 

-     konyak-şərab məhsulları. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sxem 2.1. Respublika Əmtəə Birjasının təşkilati strukturu 



 

2. 


Müəssisə  və  təşkilatların  anbarlarında  yığılıb  qalan  hazır  məhsulların, 

eləcə  də  istehsalda  istifadə  olunmayan  ehtiyat  hissələrin  və  dəstləşdirici 

məmulatların birjada satışını təşkil etmək; 

3. 


 Müflisləşmiş  müəssisə  və  təşkilatların  əmlakının  birjada  satışını  təşkil 

etmək; 


4. 

 Gömrük  komitəsi  və  hüquq-mühafızə  orqanları  tərəfindən  müsadirə 

olunmuş məhsulların birjada satışım təşkil etmək. 

Birja təsisçilərinin və üzvlərinin ümumi 

iclası

 

Təftiş komissiyası



 

Arbitraj komissiyası

 

Birja komitəsi (Şurası)



 

darə Heyəti (direktorluğu)

 

Komitələr 



(palatalar)

 

Makleriat (satış 



sahəsi)

 

Məzənnə təyin 



eləyən 

komissiya

 

Broker 


idarələri

 



49 

 

Bütün  bu  tədbirlər  Respublika  Əmtəə  Birjasında  işləri  canlandmnağa  və  bir 



sıra təşkilatları onlara aid olmayan işlərdən azad etməyə imkan verəcəkdir. 

Qeyd etmək lazımdır ki, müasir birjaların, xüsusən əmtəə birjasının ən klassik 

formaları  yarmarkalar  və  auksionlar  şəklində  mövcud  olmuşdur.  Bununla  belə 

qeyd  etmək  lazımdır  ki,  satışin  göstəriciləri  -  klassik  formaları  bu  gün  də  bazarın 

infrastrukturunda özünəməxsus əhəmiyyət kəsb edir. 

Yarmarka  sözünün  alman  dilində  hərfı  tərcüməsi  “hər  il  keçirilən  bazar” 

deməkdir.  Öz  mahiyyətinə  görə  topdansatış  satışi  forması  olan  yarmarkaların, 

göründüyü kimi, əsas fərqləndirici xüsusiyyəti onların müəyyən dövrdən bir, həftədə 

və  yaxud  ildə  bir  neçə  dəfə  keçirilməsidir.  Birjadan  fərqli  olaraq,  yarmarkada  alqı-

satqı  əməliyyatında  alıcılar  və  satıcılar  ya  bilavasitə  özləri  iştirak  edirlər,  ya  da  ki, 

bura öz səlahiyyətli nümayəndələrini - agentlərini göndərirlər. 

Yarmakalarda  bağlanılan  satış  sövdələşmələrinin  həcmi  heç  də  kiçik  olmur. 

Müasir  dövrdə  ölkə  daxilində  baş  verən  satış  əməliyyatlarında  yarmarkaların  rolu 

xeyli  azalsa  da,  beynəlxalq  münasibətlərdə  onlar  hələ  öz  əhəmiyyətlərini  müəyyən 

dərəcədə qoruyub saxlaya bilmişlər. Beynəlxalq yarmarkaların işini daha yaxşı təşkil 

etmək və ölkələrarası əmtəə  mübadiləsini inkişaf  etdirmək  məqsədi ilə 1925-ci ildə 

Parisdə Beynəlxalq Yarmarkalar  ttifaqı yaradılmışdır. 



Auksion  dedikdə,  əvvəlcədən  müəyyən  edilmiş  dövrdə  və  yerdə  bir  sıra 

ə

mtəələrin  ayrı-ayrı  hissələrlə,  şifahi  satış  yolu  ilə  ümumi  aşkarlıq  şəraitində 



satılması başa düşülür. Auksionda satılmaq üçün nəzərdə tutulan əmtəələr və yaxud 

onların ayrıca nümunəsi əvvəlcədən tanışlıq üçün ortaya çıxarılır, həm də bu zaman 

ə

mtəənin  satışınm  ümumi  qaydaları  satıcı  tərəfındən  müəyyən  edilir.  Auksionda 



təklif edilən əmtəə üçün ən yüksək qiyməti verən şəxs onu almaq hüququ əldə edir. 

Auksionun 2 növü var: könüllü və məcburi. Könüllü auksion öz əmtəəsini daha 

sərfəli  satmaq  istəyən  şəxslər  tərəfindən  təşkil  edilir.  Məcburi  auksionlar  isə 

məhkəmə və dövlət orqanları tərəfindən borclarını verə bilməyənlərin və ya vermək 

istəməyənlərin  əmlakını,  müsadirə  edilmiş  əmtəələri  və  yükləri,  girov  qoyulub 

vaxtında geri götürülməyən mülkiyyəti, haqqı vaxtında ödənilməyən əmtəələri və s. 

satmaq məqsədi ilə təşkil olunur. 

Qeyd  etmək  lazımdır  ki,  alqı-satqının  auksion  növü  beynəlxalq  satışdə  daha 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə