Müəllimin sosial nüfuzu necə korlanır?



Yüklə 16,94 Kb.
səhifə1/2
tarix14.06.2023
ölçüsü16,94 Kb.
#117253
  1   2
Müəllimin sosial nüfuzu necə korlanı1


Müəllimin sosial nüfuzu necə korlanır?
Müəllimlik sosial faydaya əsaslanan peşədir; Uzun illər cəmiyyət tərəfindən yüksək dəyərləndirilib. Tarixən bütün cəmiyyətlərdə müəllimlər sevgiyə, tərifə layiq insanlar olublar. Müəllimin rolu o qədər önəmlidir ki, onlarsız cəmiyyətin yaşaması, inkişafı demək olar ki, mümkün deyil. Lakin bu gün müəllimin statusunun çox aşağı səviyyədə olması hər kəsə məlumdur. Rolun statusa uyğunluğu vacibdir; Hazırda müəllimin statusu ilə rolu arasında harmoniya yoxdur. Bu çox ciddi məsələdir...
Əvvəla, heç vaxt unutmaq olmaz ki, təhsil sisteminin keyfiyyəti müəllimin keyfiyyətini, müəllimin keyfiyyəti isə təhsil sisteminin keyfiyyətini qidalandıran amillərdən biridir. Sözsüz, bu ikisi yüksələrsə, cəmiyyətdə müəllim peşəsinin statusu da yüksələcək!.. Elə bu səbəbdən dünyanın ən yaxşı təhsil sisteminə malik olan ölkələr, o cümlədən təhsildə uğur qazanmış Finlandiya, Yeni Zelandiya, İspaniya kimi ölkələr də öz təhsil sistemlərini necə təkmilləşdirə biləcəklərini, daha ideal təhsil sistemini necə yarada biləcəklərini fikirləşir, gecə-gündüz elm adamları, akademiklərin fikirlərindən yararlanaraq yeni strategiyalar hazırlayırlar.
Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün peşəsini sevən, peşənin tələb etdiyi bilik və bacarıqlara malik insanların prosesə cəlb edilməsi nəticəyə ciddi təsir edir. Bu baxımdan tələbələr müəllimlik peşəsinə qəbul olunmazdan əvvəl - universitet seçimi dövründə müəllimlik peşəsinin onlardan gözləntilərini dəqiq müəyyən edərək seçim etmələri çox vacibdir. Eyni zamanda, bu ixtisasa qəbul zamanı akademik biliyi ölçən imtahanlarla yanaşı, abituryentlərin peşəyə münasibəti və peşəylə bağlı bacarıqları da dəyərləndilməlidir (bir neçə ölkədə belə nümunələr var).
Dövlətin təhsil siyasəti, təhsil idarəedicilərin bu peşənin nümayəndlərinə münasibəti, nisbətən az balla əldə edilə bilən bir peşə olması, pedaqoji fakültələrdə qeyri-peşəkar təhsil, bu ixtisas üzrə qəbul yerlərinin ehtiyacdan artıq olması, bu sahədə əmək haqqının yetərli miqdarda olmaması, sosial media və kütləvi informasiya vasitələrində bu peşəyə qarşı neqativ paylaşımların yer alması və s. bütün bu səbəblər keçmişdən bu günə müəllimlik peşəsinin nüfuzuna və peşənin nümayəndələrinə baxışı mənfiyə doğru dəyişə bilib.
Müəllimlərin şəxsi xüsusiyyətləri peşənin sosial statusuna təsir edən ciddi amildir. Müəllim uşaqları sevən, onlarla ünsiyyət qura bilən, hər bir təhsilalana fərdi yanaşa bilən, onlarla dostluq etməyi bacan, uşaqların psixologiyasından anlayan biri olmalıdır. Eyni zamanda, tədris etdiyi fənnin elmini yaxşı bilməli, sahəyə dair yenilikləri izləməli, tədqiqatlarını geniş tutmalıdır. Müəllim yalnız orta məktəbin tədris proqramında nəzərdə tutulanlarla kifayətlənməlidir. Müəllim, biliyi, düşüncəsi və peşəsində usta olması baxımından şagirdləri üçün nümunə olmağı bacarmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər (bəzən pedaqoji fəaliyyətdə bir müəllimin yol verdiyi nöqsanın bütün peşəyə ümumiləşdirilməsi də adil deyil).

Yüklə 16,94 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə