Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
  1   2   3   4   5   6   7   8   9   ...   15



Bakı - 2017

Beynəlxalq İslam Fikri İnstitutu

“İdrak” İctimai Birliyi



© Beynəlxalq İslam Fikri İnstitutu, 2017

© “İdrak” İctimai Birliyi, 2017

The International Institute of Islamic Thought (USA)

P.O. Box 669, 500 Grove St., Suite 200, Herndon, VA 20170, USA

www.iiit.org

The International Institute of Islamic Thought (UK) 

P.O. Box 126, Richmond, Surrey, TW9 2UD, UK

www.iiituk.com

“İdrak” İctimai Birliyi

AZ1100, Bakı ş., M. Seyidov 3138, D korpusu, 1-ci mərtəbə

www.idrak.org.az

ISBN


Tərcüməçi, redaktor və şərhlərin müəllifi :

Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov

Bədii və texniki tərtibat:

Həsən Həsənov

Kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 

icazəsi ilə nəşr olunur (DK-535/Q)




3

Mədəni Quran dünyagörüşü

Quran dünyagörüşü 

islahatçılığın əsasını təşkil edir

Hər  bir  mədəni  sistemin  öz  dünyagörüşü  forması  vardır.  Bu  

dünyagörüşü  formasına  həmin  sistemin  metodologiyası  funksi-

onallıq  qazandırır.  Hər  metodologiya  isə  öz  prinsipləri  ilə  seçi-

lir.  Hər  hansı  bir  millətin  mədəni  dünyagörüşü  formasını  işlək  

vəziyyətə  gətirən  güc  metodologiya,  yəni  düşünmə  üsullarıdır.

Mədəni  islam  dünyagörüşü  prinsip,  dəyər  və  anlayışlar  təsis  

edən  “kök”  rolunu  oynayır.  Bu  prinsiplər,  dəyər  və  anlayış-

lar  islam  dünyagörüşünün  mahiyyətini,  istinad  bazasını,  ali  

məqsədlərini  əks  etdirir.

İslam  dünyagörüşünün  strukturu,  metodologiyasının  prin-

sip    və    dəyərlərinə    lazımi    diqqətin    yetirilməməsi    bu    meto-

dologiyadakı  anlaşılmazlıq  və  təhrifl ərin  müəyyən  edilməsini  

çətinləşdirir.  Metodoloji  ətalət  və  “qısırlığ”ın,  çoxluğuna  bax-

mayaraq,  prinsip  və  dəyərlərin  donuqluğunun  kökündə  yatan  

ən  mühüm  səbəblərdən  biri  də  məhz  budur.

Müsəlman    metodologiyası,    dəyər    və    anlayışları    Quran  

dünyagörüşünə  söykənir.  Məhz  Quran  dünyagörüşü  fərd  və  

cəmiyyətin  mənəvi  gücünü  müəyyənləşdirəcək  ideoloji  stimu-

lu  təmin  edən  “kök”,  “torpaq”  və  “mənbə”  rolunu  oymayır.  

Baş  verən  proseslərdə  fərdlər  və  cəmiyyətə  istiqamət  verən,  

proseslərin  mədəni  abadlaşdırma  tərəfini  müəyyənləşdirən  də  

məhz  bu  dünyagörüşü  formasıdır.

Bunun  üçün  əgər  bu  dünyagörüşü  forması  aydın  və  konk-

ret,  asan  başa  düşülən,  ziddiyyət  və  qüsurlardan  uzaq  olarsa,  



4

fərd  və  cəmiyyəti  hərəkətə  gətirən  aktiv  tərbiyəvi-ideoloji  və  

mənəvi  gücə  çevriləcəkdir.  Yox,  əgər  bu  dünyagörüşü  mübhəm,  

kortəbii  və  mövhumat  səciyyəli  olarsa,  ümmətin  sahib  olduğu  

prinsiplərin  fərdi  və  sosial  həyata  təsiri  olmayacaqdır.

Müsəlmanların  şüursuzluğu,  islam  dünyagörüşü  –  universal  

dünyagörüşü  forması  ilə  az  maraqlanmaları  ümmətin  keçmişdə  

və  indi  düçar  olduğu  tənəzzül  və  geriliyin  səbəbi  kimi  özünü  

göstərir.

İslam  dünyagörüşünün  tənəzzülündə  əhəmiyyətli  dərəcədə  

rol  oynamış  səbəblərdən  biri  də  müsəlman  ziyalıların  Qərb  

mədəniyyətini    ondakı    həyata    və    dünyaya    baxış    formasını  

öyrənmədən  mənimsəmələri  olmuşdur.

Bu    səbəbdən    əgər    müsəlman    ziyalılar    “ayılmazlarsa”,  

mütəfəkkir,  pedaqoq  və  islahatçılar  ciddi,  konstruktiv  elmi-

tənqidi  şəkildə  keçmiş  irs  və  mədəniyyətlərinin  “qovluqlar”ını  

açmazlarsa,  ümmətin  məruz  qaldığı  gerilik  və  tənəzzülün  qar-

şısını  ala  bilməyəcəklər.

Onlar  dərk  etməlidirlər  ki,  açılması  lazım  olan  ilk  “qov-

luq”  islam  dünyagörüşü  qovluğudur.  Çünki  məhz  bu  dünya-

görüşü  həm  insan  oğlunun  ideoloji  “özül”ünü,  həm  də  fikri-

mənəvi  stimulu  təmsil  edən  baza  hesab  olunur.  Əgər  onlar  

ümmətin  dünyagörüşünü  anormallaşdıran,  donuq  və  mübhəm  

hala  gətirən  səbəbləri  müəyyənləşdirə  bilməsələr,  fəal,  stimul-

laşdırıcı  islam  dünyagörüşünün  bərpa  edilməsində,  ümmətin  

mənəvi-elmi  sərvətinin  aktiv  vəziyyətə  gətirilməsində  iştirak  

etmələri  mümkün  olmayacaqdır.  Axı  məhz  bu  dünyagörüşü  

islam  missiyasını  reallaşdıra,  mənəvi  abadlaşdırmanı  təmin  edə  

bilər.  Çünki  bu  dünyagörüşü  və  ideoloji  metodologiyası  özül  

funksiyasını  icra  edir.




5

Universal islam dünyagörüşü forması 

necə təhrif olunub?

Şanlı    keçmişimizdən,    Peyğəmbər    və    erkən    dövr    islam  

mədəniyyətinin    nailiyyətlərindən    xəbərimiz    vardır.    Sonralar  

ümmətin  düşdüyü  və  indi  də  əziyyət  çəkdiyi  acınacaqlı  vəziyyət  

də  bizə  məlumdur.  Biz  o  dövrün  insanlarının  dünyagörüşünü  

başa  düşməsək,  həmin  əsrlərdə  qazanılmış  nailiyyətləri,  uğur-

ları  izah  edə  bilməyəcəyik.  Söhbət  o  dünyagörüşündən  gedir  

ki,  müsbət  stimul,  ideoloji-mənəvi  hərəkətverici  qüvvə  rolu-

nu  oynamış,  inkişaf  meydana  gətirmişdir.  Biz  həmin  inkişafın  

nəticələrini  indi  də  görürük.  İnkişaf  nəticəsində  xalqların  təkcə  

din  və  mədəniyyətləri  dəyişilməmiş,  həm  də  dilləri  müsbət  

təsirə  məruz  qalmışdı.

Bizim  və  bütün  bəşəriyyətin  cavab  tapmalı  olduğu  sual  bu-

dur  ki,  həmin  dövrdə  insanların  sahib  olduqları  dünyagörüşü  

nədən  ibarətdir,  hansı  baza  üzərində  qurulmuşdur,  necə  mey-

dana  çıxmışdır.  Nə  üçün  və  necə?  Əsrlər  keçdikcə  bu  dünya-

görüşünün  ümmətə  təsiri  azalmış  və  ümmət  aktivlik  və  stimul  

axtarışına  çıxacaq  qədər  zəifl əmiş,  öz  mədəni  funksiyasından  

məhrum  olaraq  “künc”ə  sıxışmışdır.

Bu  suallara  cavab  verməzdən  əvvəl  qeyd  etməliyik  ki,  erkən  

dövr    müsəlmanlarının    dünyagörüşü    indiki    müsəlmanların  

dünyagörüşü  ilə  eyni  olmamışdır.  İndiki  dünyagörüşü  forma-

sı  nəzəri  və  neqativ  olub,  iddia  və  illüziyalardan  ibarətdir;  

müsəlman  fərdə  “öz”ü  ləğv  edəcək  qədər  diktəedici  və  kortəbii  

şəkildə  məsuliyyət  yükləyir.

Bu  cür  dünyagörüşü  və  ritorika  bir  çox  tərəfl ərinə  görə  ne-

qativ  olub,  təcridedici  və  icbari  səciyyə  daşıyır.  Nəticədə  bilik  

əldə  etmək  həvəsi  itir,  təbii  qanunauyğunluqlar  öyrənilmir,  

mədəni  abadlaşdırma  və  varislik  layihəsində  iştirak  əzmi  yox  



Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə