Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

 
69
səslənməyə ikinci dəstənin ifasında  əlavə olunan imitasiyalı  təkrar 
melodiya K

həcmində əks olunur. 
Nümunə 10. I və II sətr  
                        Tetraxord                          
 
 
 
 
 
 
Mahnının səssıralanmsı  X
4
  həcmində diapazonu əhatə edir. 
Bu «Halay» rəqs mahnısı segah intonasiyaları üzərində olub, mi 
segah məqamının səssırası ilə uyğunluq təşkil edir. Burada mi segah 
məqamının üst tetraxordu əks olunur. Əsasən melodiyanın kvarta 
həcmində yuxarı  və  aşağı istiqamətdə qalxma və enmə öz əksini 
tapır. 
Toplanılan digər bir  «Kimin yarısan» mahnısı yenə  də  
8
6
ölçüdədir (Bax əlavə 11).  «Halay» rəqs mahnısının melodiyası 
birinci dəstənin  birinci periodu oxuyub sona çatdırması ilə digər 
ikinci dəstənin buraya təkrar melodiyasına daxil etməsi ilə öz əksini 
tapır.  Bu zaman birinci səsin burdon uzanan son səsinə daxil olan 
ikinci dəstənin melodiyası  K

intervalı əmələ gətirir. a+b şəklində 
kuplet formaya əsaslanan bu mahnının birinci dəstə  tərəfindən b 
bölümündə buraya melodiyanı daxil etmə zamanı yenidən səsaltı 
polifonik birləşmə meydana gətirir. Bu səsaltı polifonik birləşmə b
2
 
intervalı həcmində öz əksini tapır. 
A bölümündə melodiyaların dalğavari hərəkəti və mayə 
pərdəsi  ətrafında gəzişmə, digər bir cəhət isə kvarta və tersiya 
sıçrayışlarının olması öz əhəmiyyətləri ilə seçilir. «Halay» rəqs 
mahnısında  əsasən  şur intonasiyaları  eşidilir. Bu intonasiyalar mi 
şur məqamı ilə uyğunluq təşkil edir. 


 
70
Nümunə 11. I və II sətr. 
    
 Tetraxord 
 
 
 
 
 
 
Ümumilikdə kvinta intervalı  həcmində  əks olunan 
melodiyanın səssırasında mayə  pərdəsinə aid olan məqamın üst 
tetraxordu və alt aparıcı tonu iştirak edir. Ən yüksək səs lya səsi 
olmaqla  şur məqamına xas şur  şahnaz  kuliminasiya pərdəsini 
özündə əks etdirir. 
Burada informatorlardan topladığımız digər bir  «Sonalar - 
sonalar» halay rəqs mahnısı 
8
6
 ölçüdə, şur intonasiyaları üzərində 
re  şur məqamına uyğun olur(bax əlavə 12). «Sonalar - sonalar» 
halay rəqs mahnısı birinci dəstənin melodiyasını oxuduqdan sonra 
ikinci dəstənin buraya daxil olması ilə eyni melodik səslənməni 
özündə  əks etdirir. Birinci dəstənin cümlənin sonuncu notunu 
uzatması və onun burdon səsinin üzərinə ikinci dəstə melodiyasının 
əlavə olunması X
4
 intervalı həcmində baş verir. Bu mahnıda iştirak 
edən səslərin ardıcıl səs düzümləri X
4
  həcmində olan intervala 
əsaslanır. Bu əsaslanma  şur intonasiyaları üzərində baş verir. Bu 
inton asiyalar re şur məqamının səssırası ilə uyğunluq təşkil edir. 
Burada re şur məqamına məxsus üst aparıcı tonun alterasiyalı 
vəziyyətdə özünü göstərir. Bundan əvvəl re şur məqamının orta 
tetraxordu və alt aparıcı tonu əks olunur. Əsasən qısa məsafələrə 
tədricən qalxma və enmə, mayə pərdəsi ətrafında gəzişmə, yuxarı və 
aşağı enmə dalğavari  şəkildə baş verir. «Halay» rəqs mahnısında 


 
71
tersiya və kvarta sıçrayışları, tədricən aşağı enən melodiyanın baş 
verməsi öz əksini tapır. 
Mahnının tetraxordu aşağıdakı kimi özünü göstərir. 
Nümunə 12.  I və II sətr  
 
 
 
 
 
Tetraxord 
 
 
 
 
Araşdırmalarımızın arasında Masallı rayonunun Mahmudavar
 
kəndində topladığımız mahnıların içərisində  «In vəyə mubarəke» 
halay rəqs mahnısı diqqəti cəlb edir. Bu «Halay» mahnısının 
melodiyasında biz səssıralarından irəli gələn bir çox xüsusiyyətləri 
aydın görə bilərik. «Im vəyə mübarək» halay rəqs mahnısı G dur 
tonallığına aid olub və rast məqamına məxsus tetraxordu özündə 
əks etdirir (bax əlavə 13).  
8
6
 ölçüdə ifa olunan bu mahnıda birinci 
dəstə melodiyanı ifa edir, melodiyanın sonunda birinci dəstə  səsi 
uzadır, ikinci dəstə üçün bir növ ifaya başlamaq üçün şərait yaradır. 
Bu zaman biz polifonik səsaltı birləşməni  müşahidə edirik. Burada 
melodiyanın səssırasına nəzər salsaq, o zaman biz tetraxord və onun 
mayəsinə aid olan səsləri görə bilərik. Səssırasında isə fa# səsi, 
mayənin alt aparıcı səs funksiyasını daşıyır. 


 
72
Nümunə 13. I və II sətr                                     Tetraxord                          
 
 
 
 
 
 
 
 
Buradakı burdon xarakterli  mayə səsinin uzanması və həmin 
pillə ətrafında melodiyanın yuxarıya doğru hərəkət istiqaməti kvarta 
intervalı  həcmində  əks olunur. Sol – rast məqamına aid olan 
tetraxord mayənin alt aparıcı tonu ilə birləşərək melodiyaya  uyğun 
səssırasını özündə  aşkarlayır. Mahnının kuliminasiyası ikinci 
oktavanın do notuna təsadüf edir. Melodiya özündə kanonik 
sekvensiya xarakterli səslənmə xüsusiyyətlərini hetrofonik 
səslənməyə uyğun iki səsin bir-birini əvəz etməsi yolu ilə  əks 
etdirir. Mahnıda demək olar ki, sıçrayışlı notlar zəngin deyil, lakin, 
buradakı rast gəlinən sıçrayışlar B
3
 həcmində xarakterizə olunur. 
«Qardaş getmə, sənin yolun dumandır » mahnısı  ağı 
xarakterində olub 
4
3
 ölçüyə əsaslanır(Bax əlavə 14). 
Nümunə 14. I və II sətr.                                       Tetraxord 
 
 
 
 
 
 
 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə