Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

 
64
tetraxordun birinci üç səsi, mayənin üst aparıcı tonu və üst 
mediantası öz əksini tapır. Mahnıdakı  səssırası  həm də trixord 
prinsipinə əsaslanır. Buradakı trixord 1/2 t+1t şəklindədir. 
Nümunə 
3. 
 
     
 
Tetraxord 
 
 
 
 
 
 
 
 
Buradakı melodik cümlə birinci dəfə segah məqamına xas lya 
şikəsteyi-fars, ikinci təkrar zamanı isə mayə pərdəsində tamamlanır. 
Natavan Haşımovanın oxuduğu «Nar-nar-nargilə, durun 
gedək yargilə» halay rəqs mahnısı xüsusilə diqqəti cəlb edir. Bu 
mahnı  də 
8
6
 ölçüdədir (Bax əlavə 4). Mahnının melodiyası bir 
cümlə    şəklində ifadə olunur. «Halay»ın birinci dəstəsi tərəfindən 
oxunan melodiyanın son tonika səsini uzatması burdon şəkilli 
səsaltı polifonik səslənmə yaradır. Bu polifonik birləşmə ikinci 
dəstə  tərəfindən təkrar melodiyanın oxunması zamanı baş verir. 
Burada polifonik şəkil səslərin kəsişməsində K
3
 intervalı həcmində 
əks olunur. 
Nümunə 4. I və II sətr .  
 
 
 
Tetraxord 
 
 
 


 
65
Buradakı şur intonasiyaları re şur məqamının səssırası ilə uy-
ğunluq təşkil edir. Bütün mahnının səssırası  X
5
  həcmində  əks 
olunur. «Halay» rəqs mahnısında re şur məqamının üst tetraxordu 
və alt aparıcı tonu özünü göstərir. 
Topladığımız mahnılardan “Əlolə” mərasimində oxunan lay-
lay tipli «Balam lay-lay» mahnısında  şüştər intonasiyasıları  əks 
olunur (Bax əlavə 5). Bu intonasiyalar fa şüştər məqamının səssırası 
ilə uyğunluq təşkil edir. 
Nümunə 5. 1 və 2 sətr . 
 
                  
Tetraxord 
 
 
 
 
 
Bütün mahnının səssırası  X
5
  həcmindədir. Bu uyğunluq sual 
və cavab cümlələrinin  şüştərə  məxsus yarım və tam kadansda 
bitməsi xüsusiyyəti ilə seçilir. Mahnının şüştər məqamına aid olan 
səssırasında  şüştər məqamına məxsus yarım və tam kadansları  
arasında olunan səslər və buna əlavə olan tərkib pərdəsi öz əksini 
tapır. 
Natavan
 
Haşımovanın ifasından  əldə etdiyimiz «Ağlama 
ceyran balası ağlama» halay rəqs mahnısı
8
6
 ölçüdədir. (Bax əlavə 
6). Bu «Halay» rəqs mahnısı  əsasən bir period şəklində ifadə 
olunur. Halaybaşının oxunması zamanı birinci melodik cümlə cavab 
cümlədə variantlı  şəkildə  təkrar olunur. İkinci dəstə  tərəfindən 
təkrar olunan melodiya əvvəlki cümlənin variant melodiyasına 
əsaslanır. Birinci dəstənin ifa etdiyi melodiyadan sonra buraya əlavə 
edilən ikinci dəstə birinci dəstənin uzatdığı burdon səsə eyni təkrar 


 
66
melodiya ilə daxil olur. Bu daxil olma zamanı  səslər arasında K
3
 
intervalı  əmələ  gəlir. Burada əsasən segah intonasiyaları  eşidilir. 
Segah intonasiyaları re segah məqamına uyğunluq təşkil edir. 
Səslənən bütün cümlələrin sonluqları segah məqamının mayə 
pərdəsinə istinad olunur. Səslənmələr zamanı re segaha məxsus orta 
tetraxord və mayənin üst kvintası öz əksini tapır. 
Nümunə 6.I və II sətr.    
                          Tetraxord 
 
 
 
 
 
 
Burada rast gəldiyimiz digər «Halay» rəqs mahnısı  « Ay 
nənəm o » adlanır. Bu mahnı 
8
6
 ölçüdədir (Bax əlavə 7). « Ay nə-
nəm o » halay rəqs mahnısının  quruluşu öz spesifik xüsusiyyət-
lərinə görə fərqlənir. Mahnı bir cümləli period şəklindədir.  Burada 
birinci dəstənin kuplet şəklində periodu bitirməsi zamanı uzanan səs 
üzərinə ikinci dəstə təkrar melodiyanı daxil edir. Bu zaman birinci 
və ikinci dəstə arasında K
3
 intervalı yaranır. 
Nümunə 7. I və II sətr .  
 
 
Tetraxord        
 
 
 
 
 


 
67
 
Burada yuxarı  və  aşağı istiqamətli hərəkətlər, mayə pilləsinə 
doğru gəzişmə, yerində sayan sinsoidlər (yerində sayan səslər) öz 
əhəmiyyətləri ilə seçilir. «Halay»dakı  səslənmələr segah 
intonasiyaları üzərində qurulub. Bu intonasiyalar re segah 
məqamının səssırası ilə uyğun olur. Ümumilikdə  X
4
 intervalı 
çərçivəsində olan mahnının səssırası re segah məqamının orta 
tetraxordu ilə eynilik təşkil edir. 
Toplanan mahnılar içərisində « Bu toy mübarək olsun » halay 
rəqs mahnısı 
8
6
 ölçüdədir (Bax əlavə 8). Bu «Halay» mahnısı 
birinci və ikinci dəstə tərəfindən  sual-cavab şəklində oxunur. Daha 
sonra buraya birinci və ikinci dəstənin melodiyaları deyişmə 
şəklində daxil olur. Bu mahnının da səslənməsi kvarta intervalı  
həcmində olan səslərə əsaslanır. Burada rast intonasiyaları eşidilir. 
Həmin intonasiyalar isə  fa  rast  məqamının səsısrası ilə uyğunluq 
təşkil edir. 
Nümunə 8. I və II sətr. 
   
 Tetraxord 
 
 
 
 
 
Burada rast məqamının üst tetraxorduna aid olan üst aparıcı 
tonu, üst mediantası  və alt aparıcı tonu özünü göstərir. Tədricən 
qalxan və enən səslər, yuxarıya doğru pillə-pillə  hərəkət öz 
əhəmiyyətləri ilə seçilir. Mahnının səssırasını  aşağıdakı kimi 
görmək olar: mayə  pərdəsindən yuxarı  və  aşağı istiqamətdə 
səslənən səslər 1t+1t quruluşlu trixord prinsipinə əsaslanır. 


 
68
Əldə etdiyimiz «Xonçaya düzdüm noğulu, badamı » halay 
rəqs mahnısı 
8
6
 ölçüdədir (Bax əlavə 9). «Xonçaya düzdüm noğulu, 
badamı, mübarək olsun gəlinin qədəmi » halaybaşlığ ilə başlanan 
«Halay» rəqs mahnısında birinci və ikinci dəstənin melodiyanı 
oxuması unison şəkildə baş verir. Daha sonra birinci dəstə və ikinci 
dəstə arasında deyişmə  şəklində baş verən melodiya prinsipləri öz 
əksini tapır. Burada ikinci dəstənin melodiyasını bitirən zaman 
uzanan səs üzərinə birinci dəstə melodiyanı daxil edir. Bu zaman 
səsaltı polifonik birləşmə əmələ gəlir. Bu səsaltı polifonik birləşmə 
K
3
 intervalı həcmində öz əksini tapır. 
«Halay» mahnısında  əsasən  şur intonasiyaları diqqəti cəlb 
edir. Kvinta çərçivəsində ardıcıllaşan melodiyanın səssırası  şur 
məqamının səssırasına uyğun olur. Do şur məqamının orta 
tetraxordu və üst tetraxordun birinci iki səsi aid olur. 
Nümunə 9. 1 və 2 sətr.   
 
 
 
 Tetraxord 
 
 
 
 
Burada qısa məsafəyə  qalxma və enmə, qabaqlama (pridyom) 
prinsipi öz əksini tapır. Tetraxordun üst aparıcı tonu alterasiyalı 
şəkildə verilir. Orta tetraxord mayənin kvinta və sekstası ilə 
qovuşuq şəkildə birləşir. 
Folklor qrupundan topladığımız digər bir mahnı  «Nananay 
nay nanay » halay rəqs mahnısıdır. Bu mahnı isə 
8
6
 ölçüdədir (Bax 
əlavə 10). Burada birinci dəstənin melodiyasının sonunda mayə 
pərdəsinin uzanması zamanı burdon səslənməsi baş verir. Burdon 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə