Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə9/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   5   6   7   8   9   10   11   12   ...   90

 
34 
2. Fiqhi təfsir
. Bu təfsir metodunda ayələr fiqhi hökmlər 
və hökm çıxarma üsulları baxımından nəzərdən keçirilmişdir. Di-
ni hökmlərlə bağlı ayələrə əhəmiyyət verilmiş, təfsir fiqhi hökm 
anlayışı ilə məhdudlaşdırılmışdır. Təbii ki, bu bir nöqsandır. 
3. Kəlam təfsiri
. Bu məktəbin ən görkəmli nümayəndəsi 
Fəxrəddin Razidir. Razi “Böyük təfsir” adlı sanballı təfsir yazmış-
dır. Ancaq bu kitabdakı bütün görüşlər mötəbər deyil. Odur ki, 
münasib olanı götürməli, qalanlarını da tərk etməliyik.  
4. Bəyan təfsiri
. Bu məktəbin nümayəndələri arasında Zə-
məxşərinin, Əbu əs-Səudun, Beyzavinin adlarını çəkmək müm-
kündür. Bu məktəbin nümayəndələri və digər məktəbləri təmsil 
edən təfsirçilər islam ümmətinin başına bəla açmışlar. Düzdür, 
onlar ərəb bəlağət elminə, Quranın bəyan təfsirinə parlaq töhfələr 
vermişlər. Amma buna baxmayaraq, onların Quranın doğru-dü-
rüst tətbiqinə heç bir faydası toxunmayıb. Yeri gəlmişkən, öz-
özümə sual verirəm: Zeynəb bint Cəhş əhvalatını kimlər dillərdə 
əzbər etdi? Onlar – dediyim həmin müfəssirlər! Halbuki sözüge-
dən əhvalat heç bir əsası olmayan xurafatdan başqa bir şey deyil. 
Bu qəbildən ikinci əhvalat da mövcuddur. Diqqətsizlik üzündən 
İbn Həcər və digər müfəssirlərin nəql etdiyi “Qəraniq” əhvalatı!  
Digər məktəblərə də təsadüf edilir. Bu məktəblərin həm 
xeyirli, həm də ziyanlı tərəfləri vardır... Fəzilət sahibinin fəzilətini 
nankorcasına danmaq doğru deyil. Ancaq hər şeydən qabaq biz 
istəyirik ki, müasir islam oyanışı ümmətə Qurana bağlanan, onun 
mahiyyəti və məqsədlərini başa düşən şüurlu nəsillər bəxş etsin. 
Daha sonra istəyirik ki, bu oyanış Quranı anlamada müsəlmanla-
rın əməyini səhvi-doğrusu ilə birlikdə bəşəri əmək kimi qəbul et-
sin. Onu da istəyirik ki, bu oyanış digər dinlərlə, ideologiyalarla
ideyalarla təmas təcrübəsindən doğru formada faydalansın, gü-


 
35 
lünc şeylər söyləməsin. Bir dəfə İbn Kəsirin təfsirində istinadı 
“zəif” olan bir hədis oxumuşdum. Orada yazılmışdı ki, “Əhzab” 
surəsi əvvəllər “əl-Bəqərə” surəsi uzunluğunda imiş. Sonradan ək-
sər hissəsi “nəsx”(!) olunub. Heç mümkündürmü ki, Allah təala 
əvvəlcə 40 səhifəlik bir surə endirsin, sonra da 35 səhifəsini 
“nəsx” etsin?! Bunu necə dilə gətirmək olar axı?! Bu cür zənn ifa-
də edən rəvayətlərə münasibətdə hansı metod seçilməlidir? 
Bu məsələdə biz məktəblərimizin müəyyənləşdirdiyi və yə-
qinliklə bələd olduğumuz qəti qaydalardan bir daha istifadə et-
məliyik. Bu qaydalar tələb edir ki, “mütəvatir”

 və məşhur hədis-
lərə ehtiramla yanaşaq. Ancaq birdən qarşımıza yuxarıdakı hədis 
qəbilindən  istinadı  zəif  hədislər  çıxır.  Odur  ki,  mühəddis  və  fə-
qihlər onlarla, hətta yüzlərlə belə hədisi Qurana hökm kəsməsin 
deyə rədd etmişlər. Biz bu cür şeylərdən Quranın təfsiri kitabla-
rını təmizləməliyik. Yeni Quran mədəniyyətini qurarkən təfsir 
məktəblərini müsəlman mədəniyyəti və fikri məktəbləri ilə vəh-
dətdə götürməliyik.  
Misirli mütəfəkkir-yazıçı Əqqadın etdiyi iş tərifəlayiqdir. 
Belə ki, o, Qurandakı düşüncə və ağıl ayələrini özündə ehtiva 
edən ayrıca bir əsər qələmə alıb. Kitab belə adlanırdı: “Düşün-
mək islamın vacib göstərişidir”.  
 
 
                                                 

  Mütəvatir: yalan və saxtakarlıqda həmrəylikləri mümkün olmayan bir 
qrup insanın eyni xarakterli digər insanlardan nəql etdikləri hədis növü – 
tərcüməçinin qeydi
.  


 
36 
 
 
QURANIN UNİVERSAL YANAŞMA ÜSLUBU 
 
 
uran nəfs (can, insan), kainat, keçmiş xalqlar və Allah 
haqda danışarkən on altı yerdə “ağıl sahibləri” sözündən 
istifadə edib. Düşünürəm ki, Quran müəyyən problemlə-
rə ayrı-ayrılıqda toxunan, bununla da universallıqdan uzaqlaşan 
adi bədii kitab deyil. Əksinə, o, kainatdan danışdığı zaman həm 
də etiqaddan söz açır, insanları tərbiyə edir. Quran ayrı-ayrı mə-
sələləri heyrətamiz şəkildə bir-biri ilə əlaqələndirir... Kainat, real-
lıq, keçmiş xalqlar barədə düşünmək bizi imana aparıb çıxarır, bi-
zə Allahın təkliyini isbatlayır, tərbiyə verir. Quranın “Ey insanlar! 
...Rəbbinizə ibadət edin...” ayəsi
1
 tövhiddən söz açır, insanlara 
əmr edir ki, Allah yoluna qayıtsınlar. İndi isə Mədinədə nazil ol-
muş bu ayəyə nəzər salaq: 
“O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan 
yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün 
müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun 
heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!” 
(əl-Bəqərə, 22).  
Quranın üslubuna nəzər yetirin: ayədə həm kainatdan, on-
dakı təzahürlərdən danışılır, həm də Allaha şərik qoşmaq qada-
ğan edilməklə tövhid əqidəsi təsis edilir.  
Eyni üslub Məkkə ayələrində də gözlənilib: 
“Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qa-
zanmağınız, əlləşib vuruşmağınız üçün) gündüzü işıqlı yaradan 
                                                 
1
 “əl-Bəqərə” surəsi, 21-ci ayə. 



 
37 
Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun 
lütfünə) şükür etməz! 
Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan 
başqa heç bir tanrı yoxudur! Siz necə (aldanılıb haqdan) döndə-
rilirsiniz? (Ondan necə dönürsünüz?) 
Yalnız Allahın ayələrini inkar edənlər (haqdan) belə dön-
dərilərlər!” (əl-Mumin, 61-63). 
Quran problemlərə ayrı-ayrılıqda toxunmur. Yəni, Quran-
da hər bir problemə ayrıca ayə və ya surə həsr edilməyib. Yalnız 
bir məsələyə aid olduğunu zənn etdiyimiz bir və ya artıq ayəni 
diqqətlə araşdırsaq görərik ki, əslində, orada bir neçə mövzu haq-
da kompleks formada söz açılıb, – bu, digər kitablarda müşahidə 
edilməyən haldır! Necə də heyrətamiz universallıq! 
Bir daha deyirəm: bizə görə, Quranın mədəni missiyası 
ümməti yetişdirmək, onun gözlərini kainata açmaqdır; müxtəlif 
sahələrdə bəşəriyyətə nümunə olmaları üçün müsəlmanlara özü-
nəməxsus baxış tərzi qazandırmaqdır. 
 
 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə