Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə12/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   8   9   10   11   12   13   14   15   ...   90

 
46 
mərhələsi keçirib, kainatı, insanı öyrənən ixtisaslar meydana çı-
xıb; humanitar elmlər şaxələnib, psixologiya, sosiologiya, iqtisa-
diyyat, politologiya, etika, pedaqogika, estetika, tarix və sair elm 
sahələri formalaşıb. Bu elmlərin hər birinin öz obyekti, predmeti 
və metodu var. 
Problem orasındadır ki, bir sıra səbəblərdən müsəlman zə-
kası bu elm sahələri üzrə inkişafdan qalıb, ətalətin qurbanına çev-
rilib. Halbuki Quranın mövzusu insandır, ilahi əlamətlərin təza-
hür etdiyi məkan kainatdır. Elə isə Quran üzərində düşünmək, tə-
biətdəki qanunauyğunluqları, qanunları öyrənmək lazımdır. Bu 
qanunauyğunluqları dərk edib öyrənmədən Yer üzümü abadlaş-
dırmaq mümkün deyil... Ancaq gerilik, təqlid, tənəzzül əsrlərində 
müsəlmanlar əşya və hadisələrə dar çərçivədə, birtərəfli münasi-
bət bəsləmişlər. Bununla da fiqh elmi dini hökmlərlə məhdudla-
şan, ənənəvi ictihaddan kənara çıxa bilməyən, şərh və ixtisarlarla 
başını qatan sahəyə çevrilmişdir. Universal Quran baxışı məhdud 
çərçivəyə salınıb... 
“İnsan adlanan məchul varlıq” kitabında Aleks Karrel
1
 ix-
tisas sahiblərini tənqid edərək yazır:  
“Onlar ixtisasları üzrə qapalı dairələrdə yaşayırlar. Halbuki 
həyat bu cür deyil. Odur ki, onlar insanı öyrənməlidirlər”.  
Deməli, Karrelə görə, insan özündə digər ixtisasları geridə 
buraxan bilikləri ehtiva edir. 
Universal yanaşma indiki dövrdə bəşər mədəniyyətinin ay-
rılmaz xassəsi halına gəlib; insanın xidmətində duran ixtisaslar 
çoxalıb... İndiki dövrdə hətta qidaları öyrənən ayrıca elm sahəsi 
mövcuddur. Özü də bu elm insana xidmət edir. Təbabətin də di-
ferensiallaşması baş verib; göz, burun-boğaz və qulaq, ürək-da-
                                                 
1
 Aleks Karrel (1873-1944): fransız cərrahı və bioloqudur.  


 
47 
mar təbabəti sahələri yaranıb. Bütövün diferensiasiyası fərqli ixti-
sasların yaranmasına səbəb olub. Ancaq bütün bu ixtisaslar bir 
bütövü öyrənir. Əsas olan da elə budur. Çünki insan hər zaman 
bir tam, bütöv olaraq öyrənilməlidir. Bütövdən qabaq hissənin 
öyrənilməsinin heç bir mənası yoxdur. İxtisaslaşma – bütövün bir 
hissəsini öyrənməkdir. Hissəni bütövdən əlahiddə öyrənmək 
doğru deyildir. Digər ixtisasların insanı öyrənən ayrıca sahələrə 
təsirini müəyyənləşdirmək necə də yaxşı olardı. 
Deməli, müxtəlif elmlərə nəzər saldıqda görürük ki, hər bir 
elm sahəsi özünəməxsus metoda sahibdir. Boynumuza düşən şey 
hər bir elm sahəsinə uyğun metodu, məqsədləri təyin etməkdir. 
Çünki kainatı lazımınca öyrənmək vacibdir. Ondakı qanuna-
uyğunluqları  üzə  çıxarmaq  bu  işdə  bizə  kömək  edəcəkdir.  Fiqh 
metodunu psixologiya və ya pedaqogikada tətbiq etmək – bu, 
qeyri-mümkün və yolverilməzdir. Dediyimiz kimi, hər elmin öz 
metodu var.  
 
 


 
48 
 
 
QURANDAKI QANUNAUYĞUNLUQLARI 
ÖYRƏNMƏ ZƏRURƏTİ 
 
 
əsənə:
 Qurandakı sosial qanunauyğunluqlar ictimai 
hərəkətliliyin mexanizmini maksimum dərəcədə for-
malaşdıran və bu mexanizmin başa düşülməsinə kö-
mək edən sabit normativ qanunauyğunluqlardır. Qanunauyğun-
luq dedikdə yalnız fövqəladə hallarda dəyişən normativ qanunlar 
başa düşülür. Mövcud qanunauyğunluqlar dəyişməzdir. Ola bil-
sin ki, materiya qanunlarından fərqli olaraq, bu qanunauyğunluq-
ların müntəzəmliyi hiss olunmasın. Müsəlmanların bu qanuna-
uyğunluqları başa düşüb yer üzündə varislik vəzifəsini yerinə ye-
tirmələri üçün onları dərindən öyrənmələrinə olan ehtiyacı – şi-
şə-şişə gəlib az qala islamın bütün tərəflərini özündə birləşdirən 
fiqhi hökmlərə olan ehtiyaclarından daha çoxdur. Halbuki sözü-
gedən qanunauyğunluqları öyrənmək öz-özlüyündə fiqhi hökm-
lərə də ehtiyac yaradacaqdır. 
Bir müsəlman mütəfəkkiri necə etsin ki, Quran və Sün-
nədəki qanunauyğunluqları öyrənsin, meyarlarını da həyata ke-
çirsin? Bu baş verərsə, gələcək nəsilləri Quranı öyrənməklə yetiş-
dirəcək sağlam fiqhi-tərbiyəvi mühit yaranacaqdır. Bu qanuna-
uyğunluqların keçmiş xalqlara təsirini öyrənmək də sağlam nəslin 
yetişməsini təmin edə bilər. Çünki qanunauyğunluqlar, dediyi-
miz kimi, dəyişməzdir. Bu haqda Allah təala buyurur: 
“...Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik 
görə bilməzsən” (əl-Fəth, 23). 



 
49 
Qəzali
: “Ərəb-müsəlman geriliyinin sirri” kitabımda bu 
mövzuya ayrıca fəsil ayırmışam. Əslində, Quran suyun 100 selsi 
dərəcədə qaynayıb sıfır selsidə donmağı, qazlarda müəyyən təzyi-
qin mövcudluğu kimi təbii qanunauyğunluqlara işarə etməklə ya-
naşı, onu da bildirib ki, mədəniyyətlərin, millətlərin intibahı və 
tənəzzülü dəyişməz qanunauyğunluqlardan asılıdır. Quranda bu 
haqda oxuyuruq: 
“(Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan 
bir peyğəmbər gələcəyi təqdirdə (yəhudi, xaçpərəst və başqaları 
kimi) hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları ba-
rədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir 
peyğəmbər (Məhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onla-
rın nifrətini artırdı (haqq yoldan daha da uzaqlaşdılar). 
(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman 
gətirməyi özlərinə sığışdırmamaqları) və pis əməlləri ucbatından 
idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çat-
layar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərin-
dən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibət-
lərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Pey-
ğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik 
tapmazsan!” (Fatir, 42-43). 
Allahın qoyduğu sosial qanunauyğunluqlar tətbiqi elm sa-
hələrinə aid kimyəvi, fiziki, botaniki, zooloji... qanunauyğunluqla-
rın davamıdır.  
Kainatda elmi struktur və mədəni tərəqqi baxımından heç 
bir xaos mövcud deyil. Qanunauyğunluqlar sabit və qətidir. Bu 
qanunauyğunluqlar qələbə və məğlubiyyət baxımından Məhəm-
məd peyğəmbər üçün də eyni olmuşdur. Məsələn, səhabələr mü-


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə