Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə11/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   7   8   9   10   11   12   13   14   ...   90

 
42 
psixologiya elminin formalaşdırılması üçün kifayət idi. Bu psixo-
logiya insanlara qənaətbəxş alternativ ola bilərdi. Və bu elm on-
ları cinsi sapqınlığı şüuraltı mahiyyət bilib, davranışları bu əsasda 
təhlil edən Ziqmund Freydin psixoanaliz təliminin sərsəmləmə-
lərindən qurtara da bilərdi. Baxın, Z. Freyd nə deyib: “Körpənin 
anasından süd əmməsi seksual arzunun nəticəsidir (yəni, körpə 
şüuraltı olaraq bu istəyin təmini üçün anasını əmir)”.  
Əgər biz Quran nöqteyi-nəzərinə əməl edib, nəfsə dair 
ayələr üzərində dərindən düşünsəydik, bizim də psixologiya elmi-
miz olardı. Və bu elm nəfsi (ruhu, canı) xəlq edən, insanı da tor-
paqdan, ruhun üflənməsindən yaradan Allahın əzəmətini qəbul 
edərdi. ...“Mən ona surət verib ruhumdan üfürdüyüm zaman...” 
ayəsini
1
 xatırlayaq. 
Bütün insanlara Allahın ruhundan üfürülüb. Elə isə insan 
nəfsini, nəyin saf fitrəti kamilləşdirdiyini, hansı psixi xəstəlik və 
travmaların onu cılızlaşdırdığını araşdırdığımız zaman bütün 
bunların səbəbini öyrənməli, uğurlu tərbiyə əsasında müalicə 
aparmalıyıq.  
Quranın tədqiqini bəşəriyyətin nailiyyətlərinə yaxınlaşdır-
maq istəyiriksə, ənənəvi mirasımızın bəzi tərəflərindən imtina et-
məliyik. Söhbət dinin sabit prinsipləri və əsli (orijinal) dəyərləri 
sayılmayan məsələlərdən gedir. Həmçinin, biz müasir dünyanın 
kainatı və insan psixikasını öyrənmə vasitələrindən islamın prin-
sipləri və başlıca məqsədləri çərçivəsində istifadə etməliyik.  
 
                                                 
1
 “əl-Hicr” surəsi, 29-cu ayə.  


 
43 
 
 
OPTİMAL METODİKA VƏ MEYARLARI 
 
 
əsənə
: Quranı doğru-dürüst başa düşmək üçün ona 
hərtərəfli yanaşmaq, deməli, yalnız fiqhi hökmlərin 
mənbəyi kimi baxmamaq lazımdır. Tarixdə Quranı öy-
rənən müxtəlif məktəblərə rast gəlirik. Fəqihlər, üsul alimləri, təf-
sirçilər, mütəkəllimlər
1
, sufilər, Qurana bəlağət ecazkarlığı nümu-
nəsi kimi münasibət bəsləmiş dilçilər... Müəyyən şəraitin, müva-
fiq problemlərin doğurduğu bu məktəblər ayələri, insan və kai-
natla bağlı ilahi qanunauyğunluqları istənilən səviyyədə başa düşə 
bilməmişdir. Həmçinin, bu məktəblərin metodikası müasir mü-
səlman zehniyyətinə real şəraitə münasibətdə hərtərəfli baxış qa-
zandıra bilməyib; müsəlman zehniyyətinin payına düşən donuq-
luq, ətalət onu mədəni nümunəvilikdən məhrum edib... Biz bizə 
obyektiv və universal baxış tərzi (deməli, məhəlli olmayan) qa-
zandıracaq metoda möhtacıq. Düzdür, ənənəvi metodlara sahi-
bik: hökmün çıxarılması qaydalarını öyrənən “üsul” metodu; üsul 
alimlərinin metodikası əsasında çiçəklənmiş fiqh metodu; sufi 
metodu – heç bilmirəm, sufi metodu sözünü işlətmək doğrudur, 
ya yox. Çünki sufilik metodoloji meyarlara malik olmayan təlim-
dir. Axı o, seyrçi və könül xatirələrindən ibarətdir, – dilçilərin me-
todu... Soruşmaq istəyirəm, Quranın həqiqi mahiyyətini başa 
düşmək üçün bu məktəblərdən necə faydalanmaq olar? Özə və 
                                                 
1
 Mütəkəllimlər: əcnəbi dini-ideoloji və fəlsəfi təlimlərlərdən islamı müda-
fiə etmək məqsədi ilə yaranmış dini-rasional məktəbin – kəlamın tərəfdar-
ları; islam sxolastikləri – tərcüməçinin qeydi. 



 
44 
ətraf aləmə Quranın baxışını təmin edən meyarları müəyyənləş-
dirmiş ictihad fəaliyyətinin adı olan bu ənənəvi metodoloji miras 
bizə həqiqətənmi lazımdır? Yoxsa, onu bir kənara atıb Quranla 
birbaşa əlaqə yaradaq? Belə olan təqdirdə kim zamin dura bilər 
ki, səhvə yol verməyəcəyik?  
Qəzali
: Deməliyəm ki, bəzi metodları həqiqi mahiyyətin-
dən uzaqlaşdıraraq yer gəldi-gəlmədi, istənilən elm sahəsinə aid 
etməklə sıradan çıxarmışıq... Bizə görə, bir məlumatın istinadını 
göstərmək dindəndir; istinad göstərmək şərt qoyulmasaydı, hər 
kəs hər ağzına gələni danışardı. Bu, doğru şeydir. Dini bir möv-
zuda nə isə bir şey danışdığımızda bizdən haqlı olaraq istinad tə-
ləb edirlər. Ancaq ədəbiyyat və digər sahələrin də rəvayət elminə 
çevrilməsi, “filan deyir ki, filan belə deyib” üslubuna təhkim edil-
məsi doğru deyildir. Sanki mədəniyyətimiz çoxlu rəvayətlərin nə-
sildən-nəslə ötürülməsi mədəniyyətinə çevrilib. Bu, başa düşülən 
hal olsa da, bizə lazım deyil... Ədəbiyyatımız da bu qəbil şeylər 
üzündən hərəkətliliyini itirib. Ədəbiyyatın insanı və təbiəti rəva-
yətlərsiz təsvir etməsi mümkündür. Bununla da ədəbiyyat kitab-
ları rəvayət kitabları olmaqdan qurtulur. Bu bir! 
İkinci, hökm ayələrini digər ayələrlə müqayisə etsək görə-
cəyik ki, onların sayı digərlərindən azdır. Ancaq Qurandakı qissə-
lər müəyyən tərbiyəvi funksiya daşıdığından bəzən beş-altı səhifə 
həcmindədir. Deyirlər ki, hökmləri öyrənən metodu əxlaq və tər-
biyəni öyrənən metoda çevirmək mümkündür, – bu, kökündən 
səhv fikirdir. Çünki hər bir metodun özünəməxsus prinsipləri, 
normaları, hər bir məqsədin də öz xüsusiyyəti var. Yəni, hökm 
ayələrini araşdırarkən biz ondakı bir sözün ümumi yoxsa xüsusi, 
mütləq yoxsa nisbi mənada işləndiyini müəyyən etməyə çalışırıq.   


 
45 
Ancaq əxlaqla, tərbiyə ilə, əvvəlki xalqların başına gələnlər-
lə, kainatla bağlı Quran ayələrinin öyrənilməsində vəziyyət başqa 
cürdür. Hökm ayələrini öyrənmə metodu bu cür ayələrin araş-
dırılmasında işə yaramır. Axı nə üçün bu metod özünəməxsus tə-
biətə, məqsədlərə, vasitə və metodlara malik başqa mövzulara da 
şamil edilsin?! Statistik məlumatlar göstərir ki, fiqh kitabları islam 
mədəniyyətinə aid ədəbiyyatın yarısını təşkil edir. Yəni, bu mədə-
niyyətə aid bütün ədəbiyyatın cəm edildiyi bir kitabxanaya girdi-
yinizdə görəcəksiniz ki, kitabların yarısı fiqh sahəsinə aiddir.  
Həsənə
: İslam mədəniyyətində universal Quran baxışı dar 
çərçivəyə salınmış, fərqli məqsəd və sahələr yalnız fiqhi nöqteyi-
nəzərdən öyrənilmişdir. İslamın mənbələri – Peyğəmbərin həyatı 
– Sirət, Sünnə və Quran fiqh sahəsi olaraq nəzərdən keçirilib. 
Mən burada fiqh dedikdə Quranda ona verilmiş geniş mənanı 
nəzərdə tutmuram. Onu nəzərdə tuturam ki, terminoloji mənada 
fiqh – təfsilatlı dəlillərə əsasən dini hökmün çıxarılmasıdır.  
Qəzali
: Bu, doğru deyil. Çünki hər bir sahənin öz təbiəti, 
mənbələri və məqsədləri vardır. Üsul alimlərinin Quranı öyrən-
mə metodunu müxtəlif sahələrdə tətbiq etmək səhv olardı. Hər 
bir sahənin öz üsulu, vasitəsi vardır.  
Üsulşünasların metodu, xüsusən də dinlə, şəriət hökmləri 
və hüquqla bağlı mövzularda anlayışların müəyyənləşdirilməsi, 
məzmunun konkretləşdirilməsi baxımından zəruridir. Ancaq o da 
məlumdur ki, hüquq dilinin istifadə etdiyi vasitələr, can atdığı 
məqsədlər fəlsəfi dilinkindən fərqlidir. Fəlsəfi dil də elmi dildən 
fərqlənir. Çünki elm təcrübəyə, müşahidəyə, deduksiyaya, statis-
tikaya, eksperimentə əsaslanır, bütün bu vasitələrdən konkret el-
mi həqiqətə çatmaq üçün istifadə edir... Hər bir sahənin özünə-
məxsus metodu, vasitəsi vardır... Bəşər sivilizasiyası diferensiasiya 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə