Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə1/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
  1   2   3   4   5   6   7   8   9   ...   90


Şeyx Məhəmməd əl-Qəzali 
 
 
 
 
 
 
 
 
 
Kitab Küveyt Dövləti Vəqflər üzrə Baş 
Fondunun təşəbbüsü ilə nəşr olunur 
 
 
 
 
BEYNƏLXALQ İSLAM FİKRİ İNSTİTUTU 
 
 
 
“İDRAK” İctimai Birliyi 
BAKI - 2011


 
“İDRAK” İctimai Birliyi 
Vidadi küç. 53 
www.idrak.org.az 
 
 
Qurana münasibətimiz necə olmalıdır?
 
Bakı, 2011. CBS - 372 sәh. 
 
 
Tərcüməci və redaktor: 
fəlsəfə üzrə fəlsəfə doktoru 
Elvüsal Mәmmәdov 
 
 
Dizayn və tərtibat: 
Hәsәn Hәsәnov 
 
 
Kitab Dini Qurumlarla İş üzrә Dövlәt 
Komitәsinin icazәsi ilә nәşr olunur. 
DK-214/Q 
 
 
 
 
 
ISBN
 
 
 
 
             
© «İdrak» İctimai Birliyi, 2011 


 

 
 
Mərhəmətli və Rəhimli Allahın adı ilə! 
 
 
urani-Kərim – dünya qocaldıqca cavanlaşan əbədi salna-
mə! İnsanları əsrarəngiz formada özünə çəkən, məxsusi 
möhtəşəmliyi, həm də cazibədarlığı ilə zehinlərə hakim 
kəsilən müqəddəslik! Böyüklük və sadəliyin, məsumluq və ahəng-
darlığın, fövqəltəbiilik və rasionallığın real-ideal vəhdəti! Səma-
nın yerə lütf ərməğanı!  
 
Quran əbəs yerə təriflənən, alqış tutulub təqdir edilən ki-
tab deyildir. Məzmun və forma baxımından fövqəladəliyi, ehtiva 
etdiyi nəzəri və əməli prinsiplərin, sosial-siyasi qanunauyğunluq-
lar və əxlaq dəyərlərinin həmişəyaşarlığı, problemlərə yanaşma 
metodikasının kompleksliyi, ən əsası isə İlahi Kəlam olmağı və 
endirildiyi gündən bu yana zamanın təshihinə, bəşərin təhrifinə 
meydan oxumağı Qurana ölməzlik qazandırıb. Bütün bu nəzəri 
tərəfləri ilə yanaşı, Quran tarixən də praktikliyini göstərmiş, özü-
nü doğrultmuşdur. Onun təlimlərinə sarılan erkən dövr müsəl-
manları yaşadıqları coğrafiyanın sosial-siyasi və mədəni mənzə-
rəsini çox qısa zaman kəsiyində (təxminən 25 il) dəyişdirməyi ba-
carmışdılar. Əslində biz bu uğurun sirrini Quranda öz əksini tap-
mış bir sosial qanunauyğunluqda axtarmalıyıq. Bu, “öz”ün dəyiş-
dirilməsi ilə ətraf aləmin dəyişdirilməsi qaydasıdır. Çünki intiba-
hın baş verməsi ictimai-siyasi və etik-mədəni fəaliyyətin davamlı-
lığı fonunda mümkündür. Emosional çılğınlıq, ekspressiv oyanış 
bu və ya digər dəyişikliklərə səbəb olsa da, heç vaxt köklü, inqilabi 
təbəddülat yaratmır. Belə bir təbəddülat əlverişli daxili mühitin 



 

formalaşmağından, özü də şüurlu və məqsədyönlü surətdə for-
malaşmağından asılıdır. Bəli, Quran Cahiliyyət dövrünün barbar 
zehniyyətinin təshihini aparmaqla onun elmi-mədəni, əxlaqi və 
siyasi cəhətdən təkamülünü təmin etdi. Bununla da dünənin geri-
dəqalmış, savadsız ərəbləri Orta əsrlərin elm və mədəniyyət pio-
nerlərinə çevrildilər. Tarix sübut etdi ki, Quran adi nəzəri kitab 
deyildir, əksinə, xalqları hərəkətə keçirən, zamanın gedişini, ha-
disələrin məcrasını dəyişən sosial-mədəni və siyasi dəyişikləri tə-
min edən, əxlaq dəyərlərinin aşınmasını əngəlləyən praktik təli-
matların məcmuyudur.  
 
Erkən dövr müsəlmanları Quranın stimulverici xüsusiyyət-
lərinə yaxşı bələd olduqları üçün tərəqqi və intibah təmsilçiləri, 
ədalət və haqq carçıları adını qazandılar. Onlar bu müqəddəs ki-
tabın nəzəri və praktik tərəflərini vəhdətdə götürməklə onu siya-
sətin, mədəniyyətin, elmin, sosial və fərdi həyatın tənzimləyicisi 
halına gətirdilər. Odur ki, inkişaf etdilər, mədəniyyət qurdular. 
Həmin dövrdə Qurana bağlılıq mexaniki və formal xarakter daşı-
mır, praktikliyi ilə fərqlənirdi.  
 
Ancaq sonralar vəziyyət dəyişdi: Quran müsəlmanların 
nəzərində fərqli status qazandı. Xalq onu təbərrük üçün oxumağa 
başladı. Cəmiyyət daxilində Quranın sosial mahiyyətinin üstün-
dən xətt çəkildi. Alimlər: təfsirçilər, hədisçilər, fəqih və üsulşünas-
lar Qurana fiqhi hökmlərin çıxarıldığı mənbə gözü ilə baxdılar. 
Nəticədə Quran sosial həyatdan təcrid edilib adi ibadət kitabı ha-
lına gəldi. Qurandakı sosial-siyasi göstərişlər ondakı ibadət və əx-
laq mövzularının fonunda “cılızlaşdırıldı”, müsəlmanların ona 
münasibəti formal xarakter aldı. Onlar bu müqəddəs kitabın en-
dirilmə məqsədini unutdular. Ağıllarına belə gətirmədilər ki, Qu-
ran onlara düşünüb-ibrət alsınlar deyə endirilib.  


 

Müsəlmanların Qurana formal münasibəti XX əsrin 70-ci 
illərindən etibarən İslam dünyasındakı elmi-mədəni oyanışın fo-
nunda daha qabarıq surətdə özünü göstərdi. Sözügedən oyanışın 
ideya rəhbərləri problemin ciddiliyini baş düşdükləri üçün bu is-
tiqamətdə əməli addımlar atmaq qərarına gəldilər. Onlar yaxşı 
başa düşürdülər ki, ümməti ümmət edən Qurana müsəlmanların 
sadəlövh və nadan münasibəti dəyişmədikcə mədəni-elmi intibah 
baş verməyəcəkdir. Problemin səbəbləri və çıxış yolları araşdı-
rıldı, konfranslar keçirildi, əsərlər yazıldı. Düşünürük ki, məlum 
problemə həsr edilmiş ədəbiyyat arasında Şeyx Məhəmməd Qə-
zalinin “Qurana münasibətimiz necə olmalıdır?” kitabı özünə-
məxsus çəkiyə və elmi-praktik əhəmiyyətə malikdir. Çünki mər-
hum Qəzali bu kitabda problemin səbəblərini göstərə bilmişdir. 
Müəllifə görə, Qurana münasibət böhranının kökündə bu mü-
qəddəs kitabın həqiqi missiyasının unudulması yatır. Ustad Qə-
zalini ənənə halını almış aşağıdakı təmayül narahat edirdi: “...mü-
səlmanlar ilk əsrlərdən sonra əsas diqqətlərini Quranın oxunuşu 
qaydalarına, hərflərin dəqiq tələffüzünə, nəğməli və uzun tələffüz 
edilən hərflərə, bir sözlə, onun formasına yönəltmişlər. (Halbuki) 
Quran göndərilib ki, düşünək, başımızı işlədək, nəticə çıxaraq, 
dərk edək! Ancaq biz hara, düşünüb dərk etmək hara!  
Haradadır düşünüb ibrət almaq?! Mənaya nüfuz etməyən, 
məqsədi anlamayan səthi qiraətlə bu mümkündürmü? Təbii ki, 
yox!” 
Bu səbəbdən o təklif edirdi ki, Quranı ciddi şəkildə, şüurlu 
surətdə, kompleks formada öyrənək: “Quranı öyrənmək dedikdə: 
a) onu oxumaq; b) başa düşmək; v) düşünüb dərk etmək; q) ila-
hi qanunauyğunluqları, mədəni öndərliyin ünsürlərini aydınlaş-
dırmaq; ğ) tövsiyələrdən, hökmlərdən, həvəsləndirmə və çəkin-


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə