Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə8/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   4   5   6   7   8   9   10   11   ...   90

 
31 
yenidən sufi metodu və vasitələrini ümmətə fayda qazandıracaq 
aspektləri baxımından öyrənmək, dinin meyarlarına uyğunlaşdır-
maq lazımdır.   
Filosoflar da öz məktəblərini qurmuşlar. Fəlsəfə məktəbi-
nin ən qüdrətli nümayəndələrindən Əbu Hamid əl-Qəzali və İbn 
Rüşdün adlarını çəkə bilərik. Onlar filosof olsalar da, bir-birinə 
yağı kəsilmişdilər. Bu məktəbi onun yarandığı tarixi şərait nöqte-
yi-nəzərindən, islam fikrinin o vaxtlar qarşılaşdığı problem və təh-
lükələr, fəlsəfənin bu təhlükələrdən islamı qorumaq cəhdi baxı-
mından öyrənməliyik. Ancaq filosoflar reallıqdan uzaq mücərrəd 
rasional məsələlərlə məşğul olmağa başladıqdan sonra vəziyyət 
dəyişdi. Bu cür fəlsəfi məsələlərə nəzər saldıqda adam az qalır ki, 
dəli olsun. 
Bu məktəblər, demək olar ki, tarix səhnəsindən silinib. On-
lardan geriyə yalnız “qırıntı”lar qalıb. Müsəlman mədəniyyətinin 
canlanmağı üçün bu məktəblərə yeni forma vermək lazımdır. Ye-
ni formalı məktəblər Qurana və Sünnəyə əsaslanmalı, real həyata 
uyğun olmalıdır. Onların metodu quru rasional-məntiqi məsələ-
ləri deyil, real-praktik problemləri tədqiq etməlidir.  
Lap əvvəldən unudularaq üstünü toz-torpaq basmış bir 
məktəb də mövcuddur. Onun yenidən həyata qaytarılması çox 
vacibdir. Söhbət İbn Heysəmin
1
, Cabir ibn Həyyan
1
 və Xarəzmi-
                                                 
1
  Məhəmməd ibn əl-Həsən ibn əl-Heysəm (965-1038): Dövrünün məş-
hur Bəsrəli mühəndisidir. “İkinci Ptolemey” ləqəbini almışdır. Həndəsəyə 
dair kitabları vardır. 70-dək əsər yazıb. Bəzi əsərləri: “Görünüşlər” (1572-ci 
ildə latın dilinə tərcümə olunub), “Kölgə necə yaranır?” (Alman dilinə tərcü-
mə edilib), “Ptolemey barədə şübhələr”, “Əxlaq”, “Bərabərtərəfli cisimlərin 
sahəsi” (Alman dilinə tərcümə edilib), “Ayın görünmə şəkilləri”, “Çevrənin 
kvadrata bölünməsi (vurulması)”, “Evklid düsturunun izahı”, “Kürənin sa-


 
32 
nin
2
 yaratdığı məktəbdən gedir. Onlar təbii (yaradılış) qanunauy-
ğunluqları Quranın baxışı əsasında diqqətlə araşdırmışdılar.  
Ədəbiyyatımız da acınacaqlı haldadır. Çünki hicri IV əsr-
dən etibarən ərəb ədəbiyyatı tənəzzülə uğrayıb, həqiqi funksiya-
sından məhrum edilib. Həqiqi mətləbə xidmət etməyən ədəbiy-
yat o vəziyyətə düşüb ki, şairlər üzük, şam və bu kimi şeylər haq-
qında qəsidələr yazmaqla başlarını qatıblar... 
İslam mədəniyyətinin bugünü öz mədəni irsinə bağlı qal-
mış müsəlmanlarda heç bir sevinc hissi oyatmır. Çünki o, orijinal 
qaynağından – Quran və Sünnədən uzaqlaşmış, müsəlman fikri 
məktəblərinin cızdığı sərhədləri aşa bilməmişdir. 
 
 
 
 
 
 
 
                                                                                                                   
həsi”, “Yandırıcı güzgülər” (Alman dilinə tərcümə edilib), “Planetlərin 
bizdən uzaqlığı” və sair.   
1
  Cabir ibn Həyyan ibn Abdullah əl-Kufi (vəfatı – 815): Filosof-kimya-
gərdir. Kufə sufilərindən sayılır. 500-dən çox kitabın müəllifidir. Kitablarının 
əksəriyyəti bizə gəlib çatmayıb. Yaradıcılığının böyük hissəsi latın dilinə tər-
cümə edilib. Əsərləri: “Traktatlar toplusu”, “Kimyanın sirləri”, “Struktur el-
mi”, “Kimyanın əsas prinsipləri”, “Zəhərlər haqda kitab”, “Platonun kitabla-
rındakı səhvlərin düzəldilməsi”, “Qıcqırdıcı fermentlər”, “Lütfkarlıq”, “Seçil-
mişlər”, “Bağçalar”, “Müdriklik mücrüsü” və sair.  
2
 Məhəmməd ibn Musa əl-Xarəzmi (vəfatı – 847): Riyaziyyatçı, astronom 
və tarixçidir. Bəzi kitabları: “Cəbr və müqayisə”, “Astronomik cədvəllər”, 
“Tarix”, “Yerin şəhərlər, dağlar... xəritəsi”, “Üstürlabın iş mexanizmi” və s.  


 
33 
 
 
TƏFSİR MƏKTƏBLƏRİ 
 
 
slam mədəni fikrində bir neçə təfsir məktəbi olmuşdur. On-
lara daxildir: 
1. Rəvayət təfsiri
. Hal-hazırda bu məktəb İbn Kəsirlə təm-
sil olunur. Bu sahədə İbn Cərir ət-Təbərinin
1
 təfsiri daha dəqiq 
olsa da, İbn Kəsirin rəvayət təfsiri daha məşhurdur. Fikrimcə, bu 
məktəbin çatışmayan tərəfi əksəriyyəti “zəif” olan hədislərlə ayə-
lərin təfsir edilməsidir. Nəticədə, müfəssir-alimlər hərtərəfli təf-
sirdən uzaq düşmüş, hədisçilər də Qurana dair görüşlərini “zəif” 
hədislərə əsasən irəli sürmüşlər. Mərhum Seyyid Qütb
2
 özünün 
məşhur “Quranın kölgəsində” (Fi Zilal əl-Quran) təfsirini yazdığı 
zaman məhz İbn Kəsirin təfsir kitabına istinad etmiş, digər təfsir 
ədəbiyyatına əsaslanmadan öz ədəbi yaradıcılıq bacarığı sayəsin-
də yeni-yeni ideyalarla çıxış etmişdir.  
                                                 
1
  Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir əbu Cəfər (hicri 224-310): 
Böyük alim, hafiz, fəqih və mühəddisdir. Əsərləri: “Fəqihlərin fikir ayrılığı”, 
“Quranın təfsirinə dair açıqlamaları özündə toplayan kitab”, “Ana qaydalar 
dair izahlar” və sair.  
2
  Seyyid ibn Qütb ibn İbrahim (1906-1966): Misirli islam mütəfəkkiri, 
“Müsəlman Qardaşları” təşkilatının üzvü. Siyasi-ictimai fikirlərinə görə dəfə-
lərlə həbs edilmiş, əsərlərinin böyük əksəriyyətini həbsxanada yazmışdır. 
Əsərləri: “Ədəbi tənqid”, “İslamda sosial ədalət”, “Quranda Qiyamətin təsvi-
ri mənzərələri”, “Kitablar və şəxsiyyətlər”, “Tikanlar”, “İslam və mədəniyyət 
problemləri”, “Gələcək – bu dinindir”, “Quranın kölgəsində”, “Yoldakı işa-
rələr” və s.   
İ 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə