Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə10/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   6   7   8   9   10   11   12   13   ...   90

 
38 
 
 
KAİNAT HAQQINDA  
AYƏLƏR VƏ TƏFƏKKÜR 
 
 
ir dəfə təyyarə ilə səfər edərkən illüminatordan çölə ba-
xırdım. Dağları andıran bulud topası gördüm. Bu mən-
zərə məni düşündürdü. Öz-özümə sual verdim ki, görə-
sən, bu buludlar harada yaranıb, haraya gedir, haraya yağacaq, 
hansı bitkilərə həyat verəcək? Düşüncə və xəyallarım məni uzaq-
lara apardı; kim bilir, bəlkə də bu buludlar getdiyim ölkəyə yağ-
mur yağdıracaq və mən də orada həmin bu yağışın yetişdirdiyi 
portağalın şirəsini içəcəyəm.  
Quran insanlara kompleks düşünməyi öyrədir. Onlara ele-
mentləri bir-biri ilə əlaqədə olan universal metod bəxş edir. Bu 
metod həyata bağlı metoddur, ona zidd deyildir; elmi imanla, 
ideyanı materiya ilə (fizikanı metafizika ilə), gizli instinktləri aş-
kar duyğularla əlaqələndirir, onları əlahiddə nəzərdən keçirmir.  
Bu səbəbdən düşünürəm ki, yaşadığımız Qərb həyat tər-
zinə münasibətdə insaflı olmalıyıq. Qərb mədəniyyəti kainata eh-
tiram bəsləyərək onu öyrənməyə, tədqiq etməyə başladı. Əslində, 
bu, islamın əsaslarından biridir. Bəlkə də Qərb mədəniyyəti insan 
fitrətinin müəyyən tərəflərinə bizdən daha çox yaxındır. Biz isə 
yolumuza məhdudiyyətlər düzən bir çox axmaq adətlərin yeyib-
dağıtdığı bir ümmətik. Məsələn, bizim cəmiyyətlərdə ailə qurmaq 
istəyən şəxs nə islamın asanlaşdırıcı və fitrətlə səsləşən prinsipləri 
çərçivəsində, nə də ki Avropada mövcud olan qaydalar əsasında 
evlənir. Əksinə, o, hətta dini dəyərləri tapdalayıb keçən, cəmiy-



 
39 
yətdə hökm sürən bir sıra axmaq adət-ənənələrə uyaraq evlənmə-
yi üstün tutur. Məhz bu cür adət-ənənələrin “sayəsində” bizdə ev-
lilik həyatı məsrəflərin çoxluğu səbəbi ilə belimizi qırıb, evimizi 
də başımıza yıxan təsisat halına gəlib.  
Qərb mədəniyyətinin dünyaya, kainata baxışı, təbii qanu-
nauyğunluqları üzə çıxarması məni belə deməyə sövq edir: bu, elə 
bizim kitabımızın istədiyi şeydir! Qərblilərin bəxti onda qara gə-
tirib ki, Quran onlara çatmayıb, vaxtında bu kitabdan xəbər tut-
mayıblar. Elə zənn ediblər ki, din inkişafa mane olur. Bəlkə də bu-
nun səbəbi onların nəzərində formalaşmış əngəlçi din təsəvvürü-
dür.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
40 
 
 
QURANI ÖYRƏNMƏ METODİKASININ 
QƏLİZLƏŞDİRİLMƏSİ 
 
 
llah təala Məhəmməd peyğəmbərə xitabən buyurur: 
“(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın 
hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mü-
kafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən 
də deyiləm! (Özümdən nə isə bir şey gətirib onu çətinləşdirənlər-
dən də deyiləm)” (Sad, 86). 
Biz isə dini çətinləşdirdik. Bəli, gözəl və fitrətə uyğun ol-
maq əvəzinə, ona qəlizlik qatdıq. Həqiqəti əsil keyfiyyətindən 
uzaqlaşdırmaq necə də böyük zülmdür! Din fitrətdir: 
“(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapı-
naraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri 
olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini 
(Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək 
olmaz...” (ər-Rum, 30).  
Kainat Allahın yaratdığı həmin kainat, fitrət də Onun xəlq 
etdiyi həmin fitrətdir. Həm kainatı, həm də fitrəti Allah yaradıb. 
Mən onlardan bir şeyi dəyişmirəm, bu mənə lazım da deyil. Mən 
yaradılan şeylərə müvafiqəm... Küfr, şirk, allahsızlıq – bütün bun-
lar fitrətdən sapmadır, ağlın kainatla toqquşub ona üsyan etməyi-
dir... İstəyirəm ki, dinə Qurandakı bu sağlam və doğru məzmun 
əsasında tərif verilsin. İstəmirəm ki, dinin tərifi Quranda Allahın 
yolundan uzaqlaşdırma kimi xarakterizə edilmiş rahiblik ənənə-
sindən çıxarılsın. Rahiblərin vəzifəsi, əslində insanları Allaha qay-



 
41 
tarmaqdır. Ancaq reallıqda onlar insanları Rəbbin yolundan 
uzaqlaşdırmışlar. Quranda oxuyuruq: 
“...(Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən ço-
xu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolun-
dan döndərirlər...” (ət-Tövbə, 34). 
Quranın insan fitrəti ilə səsləşən baxışından xəbərsiz bir sı-
ra dindarlar, din mənsubları özlərinin dini təbliğ vasitələri ilə in-
sanları Allahın yolundan döndərirlər. Bununla da onlar dinin fit-
rətindən, onun rasional-dini mənbələrindən uzaq qalırlar. Pak və 
Uca Allah bəyan edir ki, hər yerdə – xarici və daxili aləmdə möv-
cud olan ilahi əlamətlər üzərində düşünmək dinin mahiyyətini tə-
cəlli etdirir: 
“Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli 
olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə 
(üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların 
öz daxilində mütləq göstərəcəyik...” (Fussilət, 53).  
Biz hara, kosmosu öyrənərək ilahi əlamətləri üzə çıxarmaq 
hara! Quranda göstərilmiş meyarlar çərçivəsində özümüzü lazımı 
formada öyrənmək, ilahi əlamət və qanunauyğunluqları araşdır-
maq bizlik deyil!  
Psixologiyanın hərtərəfli şəkildə öyrənilməsi yalnız və yal-
nız yunan fəlsəfəsinin təsirindən xilas olduqdan sonra mümkün 
hala gəldi. Bundan sonra psixologiya insanın daxili aləminə nüfuz 
edən, onun psixikasını, halətlərini öyrənən elmə çevrildi.  
Əgər bizdəki təsəvvüf islam əxlaqına və şəriət normalarına 
əməl edib xristian asketizminin yolu ilə getməsəydi, töhfəsi çox 
və səmərəli olardı. Haris əl-Mühasibi və İmam Qəzali insan nəfsi-
nin dərinliklərinə varmış, onu lazımınca öyrənmiş şəxsiyyətlər ol-
muşlar. Onların nəfslə bağlı tədqiqatları tələblərə cavab verəcək 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə