Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə2/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   2   3   4   5   6   7   8   9   ...   90

 

dirmə göstərişlərindən, mükafat və cəzadan xəbərdar olmaq başa 
düşülür. Bir sözlə, itirilmiş qüdrətin geri qaytarılması üçün mü-
səlmanların möhtac olduqları hər bir şeyi əldə etmələri Quranı 
öyrənməkdən asılıdır”. 
Quranı Müsəlman Şərqindəki geriliyin əsas “baiskar”ı kimi 
təqdim edənlərə mərhum Ustadın cavabı tutarlı olmaqla yanaşı, 
həm də mövcud müsəlman reallığını çox gözəl əks etdirir: “Qu-
ran şəxsiyyət yetişdirir, xalqları tərbiyə edir, mədəniyyət qurur, – 
budur onun qüdrəti, budur onun ülviyyəti! Əgər bir insan yan-
maqda olan qəndilin işığını görmürsə, deməli, gözləri qapalıdır. 
Problem işıqdan faydalanmaq istəməyən qapalı gözlərdədir, qən-
dildə deyil!” 
Öz kitabında Şeyx Qəzali Qurana münasibətin formallı-
ğından söz açır, onun təbərrük və ibadət kitabı halına gətirilmə-
sindən şikayətlənir, ondakı sosial qanunauyğunluqların öyrənil-
məsini müsəlmanlardan tələb edir. Bir sözlə, müəllif müsəlman-
lara bir şeyi təlqin etməyə çalışır: onlar Quranı şüurlu surətdə öy-
rənib, onu qarelərin oxuduğu “musiqi” kitabından həyatın bütün 
sahələrinə stimul verən universal kitab halına gətirməlidirlər. Bəli, 
bu çox vacibdir: “Düşünmək, ibrət çıxarmaq ona görə lazımdır ki, 
bu ümmətə nələrin lazım olduğunu dərk edək, bəşəriyyətə yeni-
dən böyüklük edib xeyrə yol açsın deyə itirilmiş əvvəlki mövqe-
yini ona qaytaraq... Təəssüf ki, Quranımızı, demək olar ki, itir-
mişik. Ona böyük qarelərin tilavətində musiqi kimi qulaq asırıq. 
Oxuyanda da mənasını başa düşmədən, kor-koranə oxuyuruq. 
Çünki ah-vah etməyə, gözəl tilavət dinləməyə öyrəşmişik, bunun-
la da işimizi bitmiş sanırıq”.  
Kitabının sonunda Ustad Qəzali yazır: “Əvvəlki qüdrəti-
mizi geri qaytarmaq üçün kitabımıza sahib çıxmalıyıq; ruhumuzu 


 

Quranla qidalandırıb ona bələd olduqdan sonra hərəkətə keç-
məliyik”.  
Bəli, Quranımızı öyrənməliyik! Bu işdə bizə “Qurana mü-
nasibətimiz necə olmalıdır?” kitabı kömək ola bilər.  
Əziz oxucu! Müqəddəs kitabımıza münasibəti dəyişdirmə-
yin vaxtı çatıb. Bu kitabı oxu, onda görəcəksən ki, ilk baxışdan 
haqlı görünən ənənəvi baxışların ciddi redaktəyə ehtiyac vardır. 
Peyğəmbərimiz demişkən: “Məgər cəhalətin şəfası soruşub-öy-
rənməkdə deyil?!”  
   
 
 
Elvüsal Məmmədov 
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun 
əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
ÖN SÖZ 
 
 
urani-Kərim bu dünyada qalan yeganə vəhydir. O, bati-
lin sirayət etmədiyi ilahi kitabdır:  
“Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsi-
nə) heç bir şəkkşübhə olmayan Kitabdır” (əl-Bəqərə, 2). 
Nazil edildiyi vaxtdan bu günədək onu nə bir naqislik ləkə-
ləmiş, nə də bir artıqlıq çulğalamışdır. Çünki Allah onu insanların 
nəfsi istəklərindən, cinlərin də vəsvəsəsindən hifz edir, qoruyur! 
Quranın
 
həyatda
 
qalmağı
 
əvvəlki peyğəmbərlik irsinin itib-
batmağı müqabilində yeganə təsəllidir. Axı Quran bu irsin qay-
mağı və xülasəsidir: 
“Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda 
mövcuddur. İbrahimin və Musanın kitablarında!” (əl-Əla, 18-
19). 
Sonrakı nəsillər bu kitabla tanış olduqları zaman əvvəlki 
peyğəmbərlərin deyimlərini şüurla qavramış, iman və əməldə sə-
ma karvanına qoşulmuşlar.  
Şərəf-izzət tapdıqları Qurana müsəlmanların münasibəti 
necə də heyrət doğurur! Əsrlərdir ki, Quranın çağırışı “donduru-
lub”, islamın risaləsi də suyu çəkilmiş çaya, şöləsi keçmiş parıltıya 
çevrilib! 
Allahın seçdiyi ümmət Qurana elə münasibət bəsləyir ki, 
susmaq, danışmamaq mümkün deyil. Cahiliyyət ərəbləri də Qu-
ranı eşitməsinlər deyə qulaqlarını əlləri ilə tıxayar, oxunduğu yer-
lərdə səs-küy qoparar, Peyğəmbəri də yalan danışmaqda açıq-aş-



 

kar ittiham edərdilər. Nəticədə o da öz rəbbinə bu nankorluğu şi-
kayət etmiş və demişdi:  
“Ey rəbbim! Həqiqətən, qövmüm  bu  Qurana  etinasız  ya-
naşır!” (əl-Fürqan, 30). 
Sonrakı müsəlmanlar Quranı dinlədikləri zaman ya ah-uf 
edir, ya da sakitləşirlər. Ancaq beyinlər dumanlı, hisslər də dalğın-
dır. Fərdlər, toplumlar sanki özgə aləmdədirlər. Sanki müsəlman-
lara Qurandan deyil, uzaq bir aləmdən səslənirlər! 
Bəli, özünü Qurana mənsub bilən ümmət yadlaşıb, özgələ-
şib. Quranın bina etdiyi mədəniyyət həqiqi oğullara möhtacdır. 
O oğullara ki, öz məharətləri ilə bu mədəniyyətin cizgilərini 
müəyyənləşdirsinlər, zəkaları ilə yolunu bəlirləsinlər, qara qəpiyə 
dəyməyən malları, daha açıq desək puç məzhəbləri reklam edən 
aldadıcı plakatlarla dolu “bazar”da ümmətə bir “dükan” açsınlar.  
Haqq tərəfdarları, sayəsində şərəf-izzət tapdıqları haqqa 
beləmi münasibət bəsləməlidirlər?! 
Professor Ömər Übeyd Həsənə ilə söhbətlərimin birində 
bu vəziyyətdən şikayətləndiyimdə mənə bildirdi ki, problemin 
səthi baxışla dərk edilməyəcək tərəfləri vardır. Bəlkə də problem 
ənənəvi mədəniyyətimizin köhnəlmiş qalıqları ilə qarışaraq daha 
da qəlizləşib. Professor ciddi bir tədqiqatın mövzusu hesab edilə 
biləcək problemdən danışırdı. Çoxlu sayda misallar gətirdikdən 
sonra bu haqda bir əsər yazmağımı xahiş etdi. Ona kədərlə bildir-
dim ki, xəstəliyim üzündən bu günlərdə yazmağa heç taqətim qal-
mayıb. Dedi: “Onda gəl problemi birlikdə araşdıraq. İzahları və 
üslubu şəxsən mən öz boynuma götürürəm”. Gördüm ki, bütün 
yükü öz üzərinə götürür. Odur ki, ilham verib yolumuzu açıq et-
sin deyə Allaha dua edərək razılaşdım. 
Məhəmməd əl-Qəzali  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə