Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə5/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   2   3   4   5   6   7   8   9   ...   90

 
18 
 
 
QURANA QAYIDIŞ 
 
 
üşünürəm ki, Quranı yenidən öyrənməliyik. Quranı 
doğru-dürüst oxumaq da lazımdır. Çünki Quranı doğ-
ru-dürüst oxumaq islamda vəhyin qorunub-saxlanıl-
ması məqsədini güdən ibadət halıdır. Axı əvvəlki səmavi kitablar 
etinasızlıq, tərcümə əlavələri və bir çox digər amillər üzündən 
təhrif edilmiş, itirilmişdi... Bəli, bizə Quranı oxumaq əmr edilib. 
Ancaq dediyim kimi, bu zaman mənanı formadan ayırmaq yol-
verilməzdir. Bu məqama Qurandakı tilavət ayələrinin özündə də 
rast gəlmək mümkündür: 
“(Ya Rəsulum! Səndən əvvəl peyğəmbərlər göndərdiyimiz 
kimi) səni də özündən əvvəl çoxlu ümmətlər gəlib-getmiş bir üm-
mətə Peyğəmbər göndərdik ki, onlar Rəhmanı (Allahı) inkar et-
dikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara oxuyasan. De: 
“O (Rəhman) mənim rəbbimdir. Ondan başqa heç bir tanrı yox-
dur. Mən ancaq Ona təvəkkül etdim. Axır dönüşüm (və ya töv-
bəm) də yalnız Onadır!” (ər-Rəd, 30).  
Quran bildirir ki, bu ayədə tilavət təvəkkülün, üz tutmağın, 
psixoloji formalaşmağın əsasıdır. Ola bilsin ki, xalqlar Quran mö-
cüzəsini deyil, digər möcüzələri, məsələn, ölülərin danışmağını, 
dağların hərəkətə gətirilməsini, insanların başqa cür hərəkət et-
mələrini arzulasınlar. Eynilə Quranda dedikləri kimi:  
“Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parça-
lansa və ya ölülər danışsaydılar...” (ər-Rəd, 31). 



 
19 
Ancaq xeyr! Çünki Quran tərbiyə alsınlar deyə insanlarla, 
tələblərini ödəmək məqsədilə dirilərlə, şüurlarına istiqamət ver-
mək üçün ağıl sahibləri ilə danışan kitabdır. Bununla da Quran 
onlardan ilahi missiyanı (risalət) daşıya biləcək ümmət yaradır. 
Həqiqətən də, ümmət bu missiyanı öz boynuna götürdü. Çünki 
sonuncu möcüzənin göndərilmə səbəbini başa düşmüş, meyarla-
rını anlamış, məğzi üzərində dərindən düşünmüşdü. Başa düş-
müşdü ki, Quranın göndərilmə məqsədi qabiliyyətlərin bərpası, 
enerjinin səmərəli istifadəsi və zehniyyətin yenidən formalaşdırıl-
ması ilə əlaqəli yaradıcı insan möcüzəsini insanın özünə isbatla-
maqdır.  
 
 


 
20 
 
 
ŞƏXSİ TƏCRÜBƏM NƏ DEYİR? 
 
 
rtıq on yaşımda ikən Quranı əzbərləmişdim. Açığı, onu 
başa düşmədən əzbərləmişdim. Əzbərlədiyim zaman qə-
ribə şeylər də baş verirdi. Yaxşı xatırlayıram, “Biz hər bir 
insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün 
əməllərini) açıq kitab kimi qarşısına qoyarıq” ayəsini
1
 əzbərləyir-
dim. Elə başa düşdüm ki, ayədə insanın boğazından asılı qalacaq 
göyərçin, qarğa kimi bir şeydən danışılır... Qəribədir ki, Quranın 
sözlərini bu cür əzbərləmək çox vaxt ondakı mənaları başa düş-
məyimə əngəl olurdu. Sözlərin üstündən keçir, mənasını anlamır-
dım. İllər keçir və mən böyüyürdüm. Quranı oxuyurdum. Amma 
mənasını başa düşmədən ayələri əzbərlədiyim üçün çox vaxt məz-
mundan bixəbər qalırdım. Dediyim kimi, əzbərçilik qavrayıb dü-
şünməyimə, şüurlu surətdə ayələri mənimsəməyimə mane olur-
du. Əzbərləmə mərhələsinin bu xoşagəlməz adətini ayələrin mə-
nası haqda düşünməyə başladığımda tərgitdim. Mənə elə gəlir ki, 
bəzi ibtidai məktəblərdə Qurana yaxşılıq əvəzinə pislik edilib. Be-
lə ki, bu məktəblərdə Quran kasetə yazdırılırmış kimi uşaqlara əz-
bərlədilmiş, ayələrin mənasını, məzmununu başa düşən kadrlar 
yetişdirilməmişdir. Elə isə hesab edirəm ki, bu problemə yenidən 
nəzər salmaq olduqca zəruridir.  
Daha sonra bu məsələ barədə düşündüm. Öz-özümə de-
dim: azyaşlı uşaqların Quranı əzbərləmələrinin heç bir mənası 
yoxdur. Ancaq bu mövzunun hərtərəfli müzakirəsi naminə tək-
                                                 
1
 “əl-İsra” surəsi, 13-cü ayə.  



 
21 
başına hökm çıxarmaq istəmirəm. İstəyirəm ki, başqaları da öz fi-
kirlərini bildirsinlər. Televizora baxıram. Bütün tərəfləri ilə öyrə-
nilməsi tələb olunan uşaq verilişləri göstərilir. Görürəm ki, bu ve-
rilişlər düşündürücü deyil. Görürəm ki, kukla teatrları uşaqlarda 
düşünmə qabiliyyətini inkişaf etdirmir. Bu verilişlər uşaqlara sa-
dəcə və sadəcə ağlabatmaz təxəyyüldən başqa bir şey qazandır-
mır. Sanki qarşıya qoyulan vəzifə insanın xəyal aləmini “doydur-
maq”dan ibarətdir! Bu səbəbdən düşünürəm ki: əgər müasir tər-
biyə ağlı bir kənara atıb, yalnız xəyal aləminə əhəmiyyət verirsə, 
bu cür səhnələrlə uşaqları əyləndirirsə, onda qoy onlar sözləri əz-
bərləsinlər. Amma ağlıma başqa fikir gəlir: əgər sözlərlə məhdud-
laşacağıqsa və cəmiyyətə xoşavazlı, ya da adi əzbərçi olan “tutu-
quşular” bəxş edəcəyiksə, onda əzbərçiliyin nə faydası var?! Əz-
bərləmə ilə iş bitsəydi, nə vardı ki! 
Fikrimcə, bu problem uşaq tərbiyəsi və psixologiyası mü-
təxəssisləri tərəfindən müzakirəyə çıxarılmalı, təhlil edilməlidir. 
Sözün açığı, insanlara əzbərçiliyi öyrədən, amma fayda verməyən 
Quran kasetlərindən mənim heç xoşum gəlmir. Ancaq eyni za-
manda da Quranın davamlı oxunmasının, əzbərlənməsinin tərəf-
darıyam. Nə olardı, şagirdlərə həm Qurandan bir hissə əzbərlət-
dirilər, həm də onun mənası öyrədilərdi. Məgər bu, mümkün de-
yil?! 


 
22 
 
 
ƏZBƏRLƏMƏ PROSESİ VƏ UŞAQLIQ  
DÖVRÜNÜN SƏMƏRƏLİLİYİ 
 
 
əsənə
: Diqqətəlayiqdir ki, on yaşdan aşağı uşaqların 
hafizəsi Quranın asan əzbərlənməsinə imkan verir. 
Yaş ötdükcə əzbərləmə qabiliyyəti zəifləyir, fəhm, yəni 
təhlil, müqayisə, ümumiləşdirmə... bacarığı inkişaf edir. Quranı 
əzbərləmədə bu yaş dövründən səmərəli istifadə etsək, əzbərləmə 
ilə yanaşı, uşağa nəyisə başa sala bilsək, sonralar onun başa düş-
mədən Quran oxumağı problemini, bəlkə də, həll etmiş olarıq. 
Düşünürəm ki, uşaq verilişləri düşünmə qabiliyyətinin inkişafına 
heç də mütləq formada mane olmur. Bu verilişlərdə uşaq ağlına 
münasib tərəflər mövcuddur. Uşaqlarda zəngin elmi təxəyyül ba-
carığını formalaşdıran tərəflərə də üstünlük verilir. Bu verilişlərdə 
təxəyyülü gücləndirmək qarşıya bir məqsəd kimi qoyulub. Heç 
bir qayəyə xidmət etməyən təxəyyüldən söz gedə bilməz... 
Qəzali
: Baxdığım verilişlər uşaqlarda düşünmə qabiliy-
yətini qətiyyən formalaşdırmır. Onlar başdan-ayağa təxəyyülün 
məhsuludur... 
Öz-özümə soruşuram: Quranı dinləyən səhabələr gənc 
idilər. Aralarında onu əzbərləyən uşaqlar da var idi. Ancaq unut-
mayaq ki, o dövrkü ərəb şüuru və yaxud danışıq dili Quranın üs-
lubuna yaxın idi. Odur ki, ərəblər onu açıq-aşkar başa düşür-
dülər... 
Həsənə
: Hesab etmirsinizmi ki, səhabələrin əzbərlədiyi 
ayələrin mənası onların real həyatları ilə üst-üstə düşürdü? Çünki 



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə