Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə6/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   2   3   4   5   6   7   8   9   ...   90

 
23 
real həyat bu ayələrin məzmununu əks etdirirdi. Və bu həyat im-
kan verirdi ki, səhabələr həmin ayələr barədə düşünsünlər. Axı, 
müxtəlif hadisə və real faktlar ayələri izah edirdi. Bununla yanaşı, 
Quranın dili o dövrün dilinə yaxın idi. Deməli, həmin dövrdə 
ayələrin məzmununu əks etdirən praktik abı-hava mövcud ol-
muşdur. O dövrün uşaqları da bu cür abı-havada yetişirdilər. Bu 
gün istifadə edilən ərəb dili isə Quranın dilindən uzaqlaşıb. Qu-
ranın əksər göstərişləri müsəlmanların həyatında tətbiq edilmir. 
Elə isə Quranın məzmununun şagird və uşaqlara başa düşə bilə-
cəkləri ümumi formada çatdırılması, ayələrin (həm də ayələrdəki 
sözlərin) mənasını araşdırmaq bacarığının onlara aşılanması üs-
lubu mütəmadi olaraq araşdırılmalıdır. Bu barədə nə deyə bilərsi-
niz?  
Qəzali
: Dedikləriniz doğrudur. Bu səbəbdən məlumdur 
ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) in-
sanlara surələri təlim etdiyi kimi, döyüşləri də onlara öyrədirdi. 
Uhud məğlubiyyətindən sonra bu haqda surə nazil olduğu zaman 
qızlı-oğlanlı, kişili-qadınlı hamı həmin surənin mənasını lazımın-
ca başa düşürdü. Çünki həmin vaxt ayələr həyatın bir hissəsini, 
real faktı əks etdirirdi. Düşünmürəm ki, səhabələrin (Allah onlar-
dan razı qalsın!) arasında Quranı əzbər bilənlər çox olub. Bəlkə 
də yüzdə neçə isə hissəni təşkil edirmişlər. Hafiz və vəhyi yazan-
ların çoxluğuna rəğmən, bəlkə də, səhabələr üçün ən əhəmiyyətli 
məsələ ayələrin məzmununu real həyata tətbiq etmək olmuşdur...  
Yəmamə döyüşündə çoxlu sayda səhabə şəhid olur. Bu dö-
yüşdə şəhid olanların arasında Hüzeyfənin (Allah ondan razı qal-
sın!) qulamı Salim də var idi. Quranı lazımınca başa düşmüş bu 
böyük insana yoldaşları “Özünü qoru, ey Salim! Səndən qabaq 
qoy biz ölək!” – dedikləri zaman onlara belə qarşılıq vermişdi: 


 
24 
“Əgər siz məndən qabaq şəhid olsanız, mən Quranın necə də ya-
ramaz övladı (daşıyıcısı) olaram!” Yoldaşlarının sözü Salimə ağır 
gəlmiş, düşmənin səflərini yararaq irəliləmiş və şəhid olmuşdu. 
Mürtədlərin hücumu qarşısında sarsılmamışdı. Çünki o, Quranı 
layiqincə başa düşmüş nümunəvi şəxsiyyət idi.  
Hər şeyə rəğmən, bildirirəm ki, mövzunu yenidən işləmək 
lazımdır. Quranın əzbərlənməsi və gələcək nəsillərə çatdırılması 
metodu da yenidən araşdırılmalıdır. Bunun üçün xüsusi təlim-
tərbiyə üsuluna ehtiyac vardır. O təlim-tərbiyə üsuluna ki, Quranı 
başa düşməyimizi, onunla və onun üçün yaşamağımızı təmin 
edəcəkdir. Əks təqdirdə, yalnız və yalnız sözlərdən ibarət Quran 
kasetlərindən fərqimiz olmayacaqdır.  
 
 


 
25 
 
 
ƏZBƏRLƏMƏ TEXNİKASI VƏ QURANI  
DAVAMLIOXUMA ZƏRURƏTİ 
 
 
əsənə
: Mənə elə gəlir ki, asanlıqla yadda saxlama, çap, 
qeydəalma, pozma və bərpaetmə əməliyyatlarına im-
kan verən texnologiyaların inkişafı insan yaddaşını 
ikinci plana keçirib. Artıq bu texnologiyalar insan yaddaşını əvəz 
edir. Keçmişdə insan yaddaşı Quranı əzbərləməyin, davamlı oxu-
mağın yeganə vasitəsi sayılırdı. Ancaq indi Quranı kasetlərdə, dis-
ketlərdə, disklərdə və digər yaddaş qurğularında saxlaya bilirik. 
Belə olan halda Quran ayələri üzərində düşünmək, məzmununu 
araşdırmaq onları əzbərləməkdən daha əhəmiyyətlidir. Düzdür, 
əzbərləməyin özünəməxsus üstünlüyü vardır. Məsələn, əzbər 
uşaqların yaddaşında bir mənbə olur, onlarda Quranın üslubuna 
və sözlərinə alışqanlıq yaradır, dil bacarığını inkişaf etdirir. Bu-
nunla yanaşı, Quranı əzbərləmək, əzbərdən oxumaq bir ibadətdir. 
Bir də ki heç bir yaddasaxlama mexanizmi Quranın insan yad-
daşında həkk edilməsinin yerini tuta bilmir... 
Qəzali
: Bəli, Quran tilavətini qoruyub saxlamaq lazımdır. 
Çünki Quran digər səmavi kitablardan öz orijinallığını qoruyub 
saxlaması ilə fərqlənir. Axı hafizlər nəsli fasilə vermədən bu kitabı 
oxumuş, dildən-dilə ötürmüşlər. Yazıya köçürülmə ilə yanaşı, da-
vamlı əzbərləmə və oxuma Quranın mətnini qoruyub-saxlamış, 
həyatda qalmağını təmin etmişdir. Yadımdadır, bir dəfə Məkkədə 
ikən namazlarımda ardıcıllıqla Quran surələrini oxuyurdum. “Fa-
tir” surəsində bir səhvə yol verdim. Orta səflərdəki bir nəfər səh-



 
26 
vimi düzəltdi. Olduqca sevindim. Sevindim ki, adi insanların da 
arasında Quranı əzbərləyənlər var.  
Bir daha deyirəm: Quranı davamlı oxumaq lazımdır, – bu, 
müsəlman ümmətinin daşıdığı missiyanın bir hissəsidir.  
 
 


 
27 
 
 
QURANI ÖYRƏNMƏDƏ TƏFSİR  
METODLARININ ROLU 
 
 
əsənə
: Müxtəlif təfsir məktəbləri, daha dəqiq desək, 
Quranı başa düşmədə fərqli metodlar mövcuddur. Bü-
tün bu məktəblər, ümumilikdə əvvəlki nəsillərin Qura-
na münasibətini, onu necə başa düşmələrini əks etdirir. Məqsəd-
ləri baxımından həmin məktəbləri linqvistik-ritorik, fiqhi, kəlam, 
sufi, fəlsəfi, tərbiyəvi... növlərə ayırmaq olar. Biz burada onlardan 
danışmayacağıq.
 
Bugünkü
 
gündə
 
həmin
 
məktəblərdən
 
necə 
faydalana bilərik? Məsələn, üsulşünas

 alimlərin qanunvericilik 
hökmləri çıxarmaq üçün istifadə etdikləri metodları (“nəzər” 
(mühakimə),
 
“istinbat”
 
(deduksiya),
 
sözlərin
 
semantikasının 
araşdırılması və sair) Quranın müxtəlif tərəflərini başa düşmədə 
hərtərəfli metodika hesab etmək mümkündürmü? Yəni, üsulşü-
nasların metodikası konstitusiya və idarəçilik hüququnu, kainat-
da nəyin insanın ixtiyarına verildiyini, millətlərin inkişafı və tə-
nəzzülü şərtlərini, dindarlığın psixoloji və sosial səbəblərinin 
müəyyənləşdirilməsini, Qurandakı əhvalatların reallaşacaq məq-
sədlərini öyrədən universal metod sayıla bilərmi?  
                                                 

 Üsulşünas: Fiqhin ana prinsipləri elmi (üsul əl-fiqh) ilə məşğul olan mü-
təxəssis; islam şəriətinin ehkamlarına: doğru əqidəyə, dürüst dini əməllərə, 
üstün əxlaq dəyərlərinə riayət edən, bu və ya digər problemə dinin 
münasibətini açıqlamaq üçün dəlillər əsasında hökm çıxaran kəs  – 
tərcüməçinin qeydi




Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə