Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə89/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   82   83   84   85   86   87   88   89   90

 
350 
Birinci
: Kainatdakı qüvvələri üzə çıxarmışlar. Çünki onlar 
sizin “təsxir” qanunauyğunluğu adlandırdığınız təcrübə, müşahi-
də və induksiya metodlarını bizdən mənimsəmiş, özlərini inkişaf 
etdirmişlər.  
İkinci
: Humanitar elmlərin metod və vasitələri bizdə “do-
nuqlaşmış”, onlarda isə inkişaf etdirilmişdir. Ağıllı insanlar ortaq 
prinsiplərə xidmət edib onlardan faydalanmaq məqsədilə daha 
üstün metodlar axtarışında olurlar. Biz məşvərət metodunu – şu-
ranı Bəni-Saidə altıaçıqlığında dondurduq
1
. Həmçinin, dövlət 
başçısının nazirlərlə, digər dövlət adamları ilə, ağıllı kəslərlə məs-
ləhətləşməsi bizdə qeyri-mümkün hala gəlib. Ancaq onlar şuranı 
bizdən fərqli olaraq bir sistem halına gətirmişlər. Bəli, onların va-
sitə və metodları bizimkindən daha yaxşı çıxıb.  
Keçmiş qüsurlara “ilişib” qalmaq doğru deyildir. Çünki 
“müdriklik möminin daima axtardığı şeydir”. Bəli, müsəlmanlar 
başqalarının sahib olduğu üstün vasitələrin münasib olanından 
ortaq məqsədlər üçün istifadə etməlidirlər. Çünki insanlar sövqi-
təbii (instinktiv) olaraq razılaşırlar ki, elmdə, məsləhətləşmədə, 
ədalətdə, sülhdə... fayda var. Əgər başqaları zəhmət çəkib üstün 
metodlar, vasitələr qoymuşlarsa, bu məqamda müsəlmanlar Pey-
                                                 
1
 Şuranın vasitə və metod olduğu nəzərdən qaçırılmamalı, müəyyən şərait və 
ya situasiyanın şərtləri altında başqa metodla əvəzlənə biləcəyi unudulma-
malıdır. Odur ki, müəllifin Bəni-Saqifə altıaçıqlığında şura metodundan is-
tifadə edilməmə faktını bu anlayışa vurulan zərbə kimi xarakterizə etməsi, 
fikrimizcə, yerinə düşmür. Çünki həmin vaxt mövcud vəziyyət qısa müddət 
ərzində qəti addımların atılmasını tələb edirdi. Bu səbəbdən xəlifənin şura 
əsasında deyil, fərdin bey`əti ilə seçilməsini təbii hesab etmək lazımdır. Biz 
bu qaydanın – vəziyyətə görə metodların, vasitələrin fərqlənməsinin obyek-
tivliyini sonrakı raşidi xəlifələrinin Həzrəti Ömər, Osman və Əlinin xəlifəliyə 
seçilmələri zamanı əyani surətdə şahidi oluruq – tərcüməçinin qeydi.  


 
351 
ğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) etdiyini 
etməlidirlər. O Peyğəmbər ki, belə demişdi: “Abdullah ibn 
Cüd`anın evində bir anlaşmanın şahidi oldum. İslamda da eyni-
sinə çağırılsam, gedərəm”
1

Madam ki, onlar (qərblilər) Birləşmiş Millətlər Təşkilatını 
quraraq bu təşkilatı mənafeləri və hiylələrinə alət etmişlər, onda 
biz də ona üzv olmaqla ondan sülhün bərqərar olmağı üçün fay-
dalana bilərik. Burada bir qəbahət yoxdur. 
Qərbdə insanlar dövlət başçısına asanlıqla “Sən kimsən, 
bunu nə üçün edirsən?” – deyə bilirlər. Onlar bu səviyyəyə sis-
temlər vasitəsilə çatmışlar. Məsələn, bir dəfə tələbə bir qız Fransa 
prezidenti Mitterana demişdi: “Sizi mən seçmişəm. Görsəm ki, 
verdiyiniz vədləri tutmursunuz, gələn dəfə səsimi sizə verməyə-
cəyəm”. Bu, Mitteranın xoşuna gəlmiş, qıza belə qarşılıq vermiş-
di: “Sən ehtirama layiqsən”. 
Qərbdə insanlara verilən bu azadlıq formasına erkən islam 
dövründə rast gəlirik. Məsələn, bir dəfə səhabələrdən Salman əl-
Farisi
2
 xəlifə Ömərə demişdi: “Görürəm, paltarın bizim paltarı-
                                                 
1
 Söhbət Hilfi-Füzul anlaşmasından gedir. Hədisi Təlhə ibn Abdullah  ibn 
Övf əz-Zühriyə istinadən Beyhəqi rəvayət edib. Həmçinin, Süfyan  Ab-
dullah ibn Əbubəkr istinadı ilə hədisi “Müsnəd” kitabında Hümeydi, o cüm-
lədən Haris  ibn əbu Üsamə rəvayət etmişlər. Bax: Təlxis əl-Həbir, cild III
səh. 118.  
2
 Salman əl-Farisi: Məşhur səhabələrdəndir. Özünü “İslamın Salmanı” ad-
landırırdı. Əsli İsfahan atəşpərəstlərindəndir. Uzun ömür yaşamışdır. Deyi-
lənə görə, Ceyan kəndində böyüyüb boya-başa çatmış, sonra Şama, Mosula, 
Nəsibeyn və Ümuriyyəyə səyahət etmiş, fars, bizans və yəhudi kitablarını 
oxumuşdu. Daha sonra Ərəbistana getmiş, Bəni-Kəlb qəbiləsi onu özünə kö-
lə etmişdir. Daha sonra onu kölə bazarında satmışdılar. Bəni-Qüreyzə yəhu-
dilərindən biri onu satın almış, Mədinəyə gətirmişdi. İslamdan xəbər tut-


 
352 
mızdan uzundur. Bu, necə ola bilər axı: boyun bizdən uzundur
qənimət payın (payına düşən parça) da azdır! Bunu izah etmə-
dikcə, sənə nə tabe olar, nə də qulaq asarıq.” Xəlifə, oğlu Abdul-
laha səsləndi: “Ey Ömərin oğlu Abdullah, ona cavab ver”. Abdul-
lah da bildirdi ki, öz payına düşən parçanı atasına verib.  
Bu, islam prinsiplərinin düzgün tətbiq edildiyi bir dövrdə 
baş verən hadisədir. Ancaq sonralar belə olmadı. Azadlıq öz yeri-
ni müstəbidliyə haqq qazandıran zehniyyətə verdi.  
Vaxtı ilə Həzrəti Ömərin (Allah ondan razı qalsın!) xalqa 
verdiyi bu azadlıqdan indi də Avropa insanı faydalanır. Bu da onu 
göstərir ki, söhbət gözəl və yaxşı şeydən gedir. İndiki dövrdə biz 
onların vasitələrindən yararlanmaqla ətalət, zəiflik və tənəzzül 
mərhələsini adlamalıyıq. Odur ki, digər millətləri – tarixlərini, əx-
laq normalarını, adət-ənənələrini öyrənməliyik. Onu da araşdır-
malıyıq ki, hansı millətlər Allaha inanır, hansıları inkar edirlər; bu 
iman və inkarın hansı səbəbləri vardır? Sekulyaristlərin kimlər ol-
duğunu, hakimiyyətə necə yiyələndiklərini də tədqiqata cəlb et-
məliyik. Daha sonra bütün bunlar haqda Qurana və peyğəmbər-
lik irsinə – Sünnəyə əsaslanaraq mühakimə yürütməliyik. Bu za-
man “zəif” hədislərdən, eləcə də ibadətlə bağlı hədislərdən istifa-
də doğru olmazdı. Çünki “zəif” hədislər mötəbər mənbə sayılmır, 
ibadətlə bağlı hədislərdə də düşüncəyə, ictihada geniş yer ve-
rilməyib. Peyğəmbərin yaxşıca başa düşməyimiz tələb olunan di-
                                                                                                                   
duğu zaman Peyğəmbərin yanına gəlmiş, onun danışdıqlarına qulaq asmış-
dı. Müsəlmanlar ona özünü satın alıb köləlikdən xilas olmaqda köməklik 
göstərmişdilər. Bundan sonra müsəlman olduğunu elan etmişdi. Fiziki ba-
xımdan güclü idi. İti ağlı vardı. Xəndək döyüşü zamanı müsəlmanlara Mədi-
nənin ətrafına xəndək qazmağı o məsləhət görmüşdü. Mədinəyə vali təyin 
edilmiş və 656-cı ildə vəfat edənədək bu vəzifədə qalmışdı.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə