346
TARİXƏ VƏ MƏDƏNİYYƏTƏ ŞAHİDLİK
əsənə
:
Qurani-Kərim
qissələr
vasitəsilə
Həzrəti Adəm-
dən (Ona salam olsun!) Sonuncu Peyğəmbərədək
(Ona Allahın xeyir-duası və salamı olsun!) keçən za-
man müddətində bəşəri təcrübədən danışır. Biz bu reallığı “tarixə
şahidlik” adlandıra bilərik. Yəni, İslam ümməti bəşəriyyətin tarixi
şahidi qismində təqdim edilir. Bununla da Quran istəyir ki, dini
liderliyi miras alan Müsəlman ümməti keçmişdən (tarixdən) dərs
çıxarsın, tarix üzrə bina olunsun. Bunu mədəniyyətə şahidlik və
ya mədəni nümunəvilik adlandırmaq mümkündür.
Quran əvvəlki səmavi kitabları təsdiqləyir, onlara “böyük-
lük” edir. Quran müsəlmanları keçmiş xalqların tarixini nəzərdən
keçirməyə, onların təcrübələrindən, başlarına gələnlərdən ibrət
çıxarmağa səsləyir. Səsləyir ki, həyat davam etsin. Quran heç vaxt
razı olmaz ki, müsəlman yalnız öz tarixi ilə kifayətlənsin. Əksinə,
bu müqəddəs kitab ona bütün bəşəriyyətin tarixini yaxşıca öyrən-
mək çağırışı edir. Çünki onun (Quranın – mütərcim) mesajı
ümumdünya xarakteri daşıyır.
Qəzali
: Bəli, Quranın xitabı universaldır, mesajı da son
mesajdır. Quran həm keçmişi, həm indini, həm də gələcəyi əhatə
edən bir kitabdır. Quran bütün coğrafiyaların kitabıdır. Odur ki,
müsəlman şəxs Quranın mesajını çatdırmaq istədiyi xalqları, “xa-
rakterlər”ini formalaşdıran tarixlərini öyrənməlidir. Müsəlmanın
baxışı bütün dünyanı əhatə etməlidir. Dünyanın keçmişi və indi-
sini diqqətlə öyrənməlidir ki, mədəni nümunəyə çevrilsin. Biz bu-
H
347
nu insanlara şahidlik edib onların liderinə çevrilmək də adlandıra
bilərik.
Quran müsəlmanlardan tarixə səyahət edib cəmiyyətlərin
tərəqqi və tənəzzül qanunauyğunluqlarını öyrənməyi tələb et-
məklə yanaşı, onları həm də kainatı, daxili və xarici aləmdəki
(mikro və makrokosmosdakı – mütərcim) qanunauyğunluqları
araşdırmağa çağırır. Çünki kainatdan, makrokosmosdakı ilahi qa-
nunauyğunluqlardan bixəbər qalmaq, onlardan istifadə etməmək
müsəlmanda natamam dünyagörüşü formalaşdırar ki, bu da bəşə-
riyyətə mədəni nümunə olmaq vəzifəsinin icrasını əngəlləyər.
Bu deyilənlərdən aşağıdakı nəticə də hasil olur: müsəl-
manda müdriklik duyğusunu formalaşdırmaq üçün Quran keç-
miş millətlərdən, mədəniyyətlərindən, təcrübə və dinlərindən,
ideologiyalarından, siyasi və əxlaq sistemlərindən gen-bol söhbət
açır. Məhz müdriklik insana imkan verir ki, başqalarının təcrübə-
lərindən faydalansın.
Həsənə
: Yəni, mədəni mübadilə zəruridir və biz başqaları-
nın islam dəyərləri ilə səsləşən biliklərindən istifadə edə bilərik?
Bu gün külli miqdarda bəşəri təcrübə (dəyər deyil!) mövcuddur.
Quranın göstərişlərinə əsaslanmaqla dünyanın müxtəlif mədəniy-
yətlərinə hansı dərəcədə təmas edə bilərik? Düşünürəm ki, mədə-
ni qəsbkarlıq başqa şeydir, mədəni mübadilə bir başqa şey.
Qəzali
: “Beş mehvər” adlı kitabımda Şövqinin aşağıdakı
misralarını iqtibas gətirmişdim:
Tarixini unudan millət
Ya məhəllədə özünə nəsil arayan –
ata-anası bilinməyən uşağa bənzər,
348
Ya da keçmişini düzgün xatırlamayan
Dağınıq xatirəli, yaddaşsız birinə.
Qissələr Quranda geniş yer tutur. Çünki insanlığın keçmi-
şini əks etdirir. Məsələn, birisi yaddaşını itirərsə, əvvəlcə yarım-
dəli olar, axırda da tam dəliyə çevrilir. İslama görə, müsbət və
mənfi tərəfləri ilə tarix bəşəriyyətin zəkasını təşkil edir. Quranda
keçmiş mədəniyyətlərdən, əvvəlki xalqlardan, tərəqqi və tənəzzül
səbəblərindən danışılır və insanlara bu cür xitab edilir:
“...Ey bəsirət sahibləri! İbrət alın!” (əl-Həşr, 2).
Bəli, biz tarixə bütövlükdə nəzər salmalıyıq. Bu zaman ta-
rixin bizimki və ya başqalarınınkı olmağı fərq etməz.
Quran əmr edir ki, yer üzünü dolaşaq. İstəyir ki, dünyagö-
rüşümüz artsın, yaşadığımız dövrdən faydalanan praktik ağla sa-
hib olaq. Bu üzdən ayələrdə yer üzünü çoxluca dolaşmaq çağırışı-
na rast gəlirik:
“Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər)
yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət göz-
ləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin
sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş üm-
mətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də,
qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar)” (əl-Həcc,
46).
Bəli, ağıl (idrak) yer üzünü gəzməklə formalaşır:
“Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən
əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlar-
dan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər
idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan
(Allahın əzabından) qoruyan bir kimsə tapılmadı” (Ğafir, 21).
349
Dünyaya açıq olmaq lazımdır. Keçmişə açıldıq. Quranla,
tariximizlə açıldıq. İndiki dövrə də, indinin dünyasına da açıq ol-
malıyıq. Özü də Quran və öhdəliklərinə sarılmaqla! İndiki za-
manda dünyaya qapalı qalmağımızın nəticəsi göz qabağındadır, –
bu, utandırıcı haldır.
Bu məqamda təəssüflə bildirməliyəm ki, ərəblər Quranın
yalnız özlərinə aid olduğunu zənn etmişlər. Bu üzdən onun uni-
versallığını dünyaya lazımınca tanıtmamış, bu işin öhdəsindən la-
yiqi ilə gələ bilməmişdilər. Bu vəzifənin öhdəsindən bəzi tacirlər,
səyyah və abidlər gəlmişdir. Qurana ümumdünya müstəvisində
xidməti rəsmilər deyil, xalq göstərmişdir! Əslində bu, əksinə ol-
malı idi. Hökumət səviyyəsində buraxılan növbəti səhv ondan
ibarətdir ki, İslam ümməti özününkünü başqalarına “ixrac” et-
məkdən qabaq onlarda olanı özünə “idxal” etdi. Təbii ki, bu, səhv
addım idi! Müsəlmanlar yunanlara və romalılara islamın təlimlə-
rini xülasə halında öyrətməli, ən azından onlara ərəb dilini öyrə-
dən müəllimlər göndərməli idilər. Bax bu, islamın cahanşümul-
luğuna xidmət olardı!
Quran bütün insanlığın kitabı olmalıdır. Bu, Quranın üzə-
rimizdəki haqqıdır. Bunun üçün iki yoldan biri seçilməlidir: ya is-
lamın təlimləri başqa dillərə tərcümə edilməlidir, ya da xalqlara
ərəb dili öyrədilməlidir. Təəssüf ki, biz hər iki vasitəyə də etinasız
yanaşmışıq.
Quranın göstərişlərindən xəbərsiz xalqlar da insandır. On-
lar da öz istəklərini başqalarına çatdırmaqdan xoşlanırlar. Bu
xalqlar zəhmət çəkmiş, əxlaq nəzəriyyələri, bəşəri qanunlar yarat-
mış, elmi araşdırmalar aparmış, kəşflərə imza atmışlar. Biz bunları
inkar edə bilmərik. Onlar bizə bəzi sahələrdə üstün gələ biliblər.
Və ya deyim ki, onlar iki məsələdə bizə üstün gəliblər:
Dostları ilə paylaş: |