330
Həsənə
: Hər bir nəsil bu ayələri oxumuş, öz bilik səviyyə-
lərinə uyğun şəkildə onları başa düşmüş, əvvəlki nəsillərə məlum
olmayan tərəflərini üzə çıxarmışdır. “Quran müəyyən bir nəsil tə-
rəfindən bütövlükdə dərk edilib” – deyənlərlə razılaşmaq olmaz.
Əks təqdirdə Quranın əzəməti və əbədiliyini müəyyən bir dövrlə,
bir qrup insanla məhdudlaşdırmış olarıq!
Elmi nailiyyətlərlə (yeniliklərlə) ayaqlaşan Quran hər bir
dövrün tələblərinə cavab verən kitabdır. Bəlkə də elmi nailiyyət
və yeniliklər ayələri və onlardakı məramı daha dəqiq başa düşmə-
yə imkan verir; hər bir əsrdə Quranı lazımınca başa düşənlər öz
problemlərinə əlac tapırlar...
Qəzali
: Müsəlmanlar yekdilliklə razılaşırlar ki, Quran
“uzunluq” baxımından bütün zamanları əhatə edən, hətta onun
fövqünə çıxan bir kitabdır. Peyğəmbər (Ona Allahın xeyir-duası
və salamı olsun!) deyib: “(Axirətdə) Quran dostuna deyilər:
“Oxu və ucal, dünyada oxuduğun kimi oxu. Məqamın oxuduğun
sonuncu ayənin olduğu yerdədir”
1
.
Göründüyü kimi, Quran bu həyatın sərhədlərini aşır, axi-
rətdə də oxunur.
Eni baxımından isə Quran bütün irqlərdən olan insanları
əhatə edir. Hicri XV əsrdə yaşayırıq, ancaq yenə də insanların dü-
şüncələri və elmi səviyyələri müxtəlifdir. Quran hər növ irqdən
olan insana xitab edir, onunla ünsiyyət qurur, nə demək istədiyini
ona başa salır.
1
Hədisi Abdullah ibn Əmr ibn Asa (Allah ondan razı qalsın!) istinadən Tir-
mizi (“Sünən” kitabı, “Quranın üstün keyfiyyətləri” fəsli, “Qurandan bir hər
oxuyan və ona yazılan savab barədə deyilənlər” bölümü) rəvayət etmiş və
demişdir: “Hədis “həsən-səhihdir”.
331
Qurandakı ifadələr harmonikdir: müxtəlif mənalar ifadə
edə bilir. Həzrəti Əli (Allah ondan razı qalsın!) bunu başa düş-
müş, xaricilərlə mübahisəyə yollanan İbn Abbasa demişdi: “On-
larla Qurana əsaslanıb mübahisə etmə. Çünki Quran müxtəlif va-
riantları ifadə edən kitabdır”. Həzrəti Əlinin “müxtəlif variantları
ifadə edən” sözü Quranın özünəməxsus üslubundan xəbər verir.
Bu cür harmonik üslub Quranı bütün dövrlərin kitabına çevirib.
Bu üslub elə açıq-aşkardır ki, Quran tarix barədə söz etdiyi və ya
bir yerin təsvirini verdiyi zaman həm istedadlı şəxslər ayələri də-
rindən başa düşürlər, həm də adi insanlar ayələrin ilkin məzmu-
nunu dərk edirlər. Bu Quranın xüsusiyyətlərindən biridir. Quran-
la məşğul olan hər bir kəs bu xüsusiyyətlərə bələddir. Ustad Mə-
həmməd Draz
1
bu haqda “Böyük xəbər” adlı kitab yazmışdır.
Bütün zamanların kitabı olub müxtəlif zehniyyətlərə, kö-
nüllərə xitab etməsi üçün Quranın bu cür harmonik üslubda nazil
edilməsi lazım idi. Bu üslub fərqli-fərqli insanları razı salır, onla-
rın Qurandan həzz almalarına imkan yaradır.
Dövrümüzdə, xüsusən də son əlli ildə dünyada elmi sıçra-
yış baş verib, elm görünməmiş dərəcədə inkişaf edib. Ancaq elmi
sıçrayış, kəşflər və nailiyyətlər Qurana zərər verməyib, onun
müqəddəsliyinə, toxunulmazlığına xələl gətirməyib. Əgər
Eynşteyn Quranı oxusaydı, onun elmə əks olmadığını görərdi.
Onu da görərdi ki, tədqiqatlarında bu kainatın yaradıcısı hesab
1
Məhəmməd Abdullah Draz (vəfatı - 1958): Misirli alimdir. Əzhəri-Şərifi
bitirmiş, Sarabonna universitetində “La marale du Koran” adlı doktorluq
dissertasiyasını müdafiə etmişdir. Dissertasiya Əzhəri-Şərifin İdarə heyəti tə-
rəfindən 1950-ci ildə nəşr edilmişdir. Dissertasiyasını 1941-ci ildə yazmağa
başlamış, 1947-ci ildə də müdafiə etmişdir. Dissertasiya belə adlanırdı: “Qu-
randa əxlaq sistemi: nəzəri Quran əxlaqının müqayisəli tədqiqi”. Digər əsər-
ləri: “İslama baxış”, “Böyük xəbər”, “Qurani-Kərimə giriş” və s.
332
etdiyi varlıq Quranı göndərən varlıqdır. Belə olsaydı, kainata dair
tədqiqatları Eynşteynə Quranda hər şeyin bilicisi, hər şeydən əzə-
mətli və hikmət sahibi kimi təqdim edilən varlığın haqq olduğunu
öyrədərdi.
Quranı oxuyan istedadlı şəxslər (sosioloqlar, astronom-
lar...) görəcəklər ki, kainatı yaradan və Quranı göndərən mənbə
eynidir. Bu Quranın özünəməxsusluğudur. Quranı oxuyan insana
elə gəlir ki, sanki ayələri ona nəzarət edən birisindən əxz edir, qu-
lağına da hökmdar səsinə bənzər səs gəlir. Bəli, Quranı oxuyanlar
bunu hiss edirlər. Ancaq səmaya aid edilən digər kitabları oxu-
duqda insan görür ki, onlarda ülvilik yoxdur və istəyir ki, əlinə
qırmızı qələm alıb onlarda bəzi düzəlişlər aparsın. Məsələn, digər
səmavi kitablarda Süleyman peyğəmbər barədə yazılanları oxu-
duqda dəhşətə gəlirəm. Tanıdığım açıq-saçıq janr yazıçılarından
heç biri bu kitablarda olduğu qədər açıq-saçıq mövzular qələmə
almağa cəsarət etmirlər. Bu göstərir ki, həmin kitablarda deyilən-
lər normal insanın qələmindən çıxmadığı kimi, onun səviyyəsinə
də uyğun deyildir.
Quranı oxuduğumuz zaman qarşımıza bu ayə çıxır:
“Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsi-
nə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxan-
lara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”
(əl-Bəqərə, 2).
Anlayırıq ki, Quranda şübhəyə heç yer yoxdur. Digər sə-
mavi kitabların başına gələnləri – insanların onları necə təhrif et-
diklərini öyrənib Quranın da dəyişilmədən günümüzə necə gəlib
çatdığını gördüyümdə xatircəm oluram. Xatircəm oluram ona gö-
rə ki, Allahın yer üzündə Qurandan savayı vəhyi qalmayıb, Quran
yeganə vəhydir!
Dostları ilə paylaş: |