Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə82/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   78   79   80   81   82   83   84   85   ...   90

 
323 
mə kompleks yanaşmaq lazımdır. Ancaq bir məsələni qeyd etmək 
istəyirəm. “Gözəl əxlaq” Cəmiyyətinin sədri, Misir Şəriət Quru-
munun müdir müavini Məhəmməd Əhməd Osman Peyğəmbərə 
sehr edildiyi haqda bizə gəlib çatmış hədisin istinadının mübahi-
səli olduğunu bildirmişdi. Bu şəxsə görə, istinaddakı bir ravinin 
atası “zəif”dir. Bir sözlə, iddia etmişdir ki, İmam Buxarinin rəva-
yət etdiyi bu hədisin istinadında “zəiflik” var. Əvvəl-əvvəl mən bu 
şəxsin istinad barədə dedikləri xüsusunda şübhəyə düşdüm. Nə-
hayət, bu il əlimə Quran və Sünnə üzrə ixtisaslaşmış, Sünnə barə-
də yazılar qələmə alan mərakeşli Qimari camaatının (Əhməd və 
Siddiq əl-Qimari) bir kitabı düşdü. Kitabda istinadlar haqda diq-
qətimi çəkən məlumata rast gəldim. Belə yazılmışdı:  
“Habis əl-Ə`vər bizə görə şiəlikdə təqsirləndirilir. Bu sə-
bəbdən onu “zəif” ravi sayır, nəql etdiyi hədisləri məqbul bilmi-
rik. O, Ə`məşin
1
 tənqid etdiyi şəxslərdən biridir. Ə`məş isə yalan-
çıdır. Çünki Əməvilərin xeyrinə çalışmışdır. Habis isə üstünlüyü 
Həzrəti Əliyə vermiş, ancaq şiə olmamışdır. Heç kəs də onun ya-
lançı olduğunu iddia etməmişdir...”.  
Həmçinin, kitabda yazılırdı ki, Habis İmam Buxarinin əsas 
götürdüyü rəvayətçilərin bir neçəsindən üstündür. Çünki hədis 
uydurmaqda, yalançılıqda ittiham edilməyib. Kitabda bəzi rəva-
yətçilərin adları çəkilmiş, kimin yalançı, kimin də hədis uydurdu-
ğu haqda söhbət açılmışdı. Kitabda yazılanlardan dəhşətə gəldim. 
Ancaq heç kəsə bir şey söyləmədim. Nəhayət hədis alimi Şeyx 
Əbdülfəttah Əbu Qüddə ilə görüşdüyümdə oxuduqlarımı ona da-
                                                 
1
 Süleyman ibn Mehran əl-Əsədi əbu Məhəmməd əl-Ə`məş (681-768)
Tabein nəslinə mənsubdur, məşhurdur. Əsli-kökü Reydəndir. Kufədə boya-
başa çatmış, elə orada da vəfat etmişdir. Kufə üləmasından sayılır. Quran və 
Sünnə alimidir. Təxminən 1300 hədis rəvayət etmişdir.   


 
324 
nışdım, fikrini öyrənmək istədim. Ona bildirdim ki: “Zəhəbi
1
 
“Kim mənim dostlarımdan birinə düşmənçilik edərsə, ona savaş 
açaram” hədisini
2
 oxuduğu zaman belə deyibmiş: “Bu hədis barə-
də ürəyimə nə isə damıb. Amma Hafiz əbu Abdullah Buxarinin
3
 
böyüklüyü üzündən hədisi təkzib edə bilmirəm”. Düzdür, Zəhəbi 
bu hədisin mübahisəli olduğunu demək istəmir, amma Buxarinin 
ravilərini ittiham edənlər də var”.  
Daha sonra ona yuxarıda adı çəkilmiş kitabda göstərilənlər 
də daxil olmaqla bəzi ravilərin adlarını sadaladım. Bir qədər susdu 
və dedi: “Adları çəkilmiş ravilər barədə bəzi şübhələr yaransa da, 
əhəmiyyətsiz olduğundan (alimlər bu şübhələrə) fikir verməyib-
                                                 
1
  Məhəmməd ibn Əhməd ibn Osman ibn Qaymaz əbu Abdullah Şəm-
səddin əz-Zəhəbi (hicri 673-748):
 Dəməşq türkmənlərindəndir. Dövrü-
nün mühəddisi, imamı, hafiz və tarixçisidir. Məzhəbcə şafeidir. Dəməşq, 
Bəəlbək, Nablus və Məkkədə tanınırdı. Hədis elmlərinin dərin bilicisi idi. 
Hənbəli fiqhindən də təsirlənmişdir. Əsərləri: “Böyük günahlar”, “İslam ta-
rixi” (21 cilddə), “Peyğəmbərin hədislərinə dair dürüst qaydaların qoyul-
ması” və s.  
2
 Hədisi Əbu Hüreyrəyə (Allah ondan razı qalsın!) istinadən İmam Buxari 
(“Came əs-Səhih” kitabı, “Qəlb mənəviyyatı” fəsli, “Təvazökarlıq” bölümü) 
rəvayət etmişdir.  
3
  Məhəmməd ibn İsmayıl ibn İbrahim əbu Abdullah əl-Buxari (hicri 
194-256)
: İslam alimi, böyük mühəddis və hafizdir. Buxarada doğulmuş, 
yetim böyümüşdür. İti zəkaya və möhkəm yaddaşa sahib idi. Hədis elmini 
öyrənmək üçün müxtəlif ölkələrə səfər etmiş, Xorasan, Şam, Misir, Hicaz və 
başqa ölkələrdə təxminən min alimdən hədis dinləmişdir. Altı yüz min hədis 
toplamış, səhih hesab etdiyi hədislərə dair “Came əs-Səhih” (Səhih hədisləri 
toplayan kitab) kitabını yazmışdır. Sözügedən kitab İslam dünyasının ən 
mötəbər hədis kitabıdır. Buxarinin digər əsərləri də vardır. Məsələn, “Tarix”, 
“Zəif hədislər”, “Yüksək ədəb-ərkan” və s.  


 
325 
lər”. Ona baxdım və dedim: “Necə ola bilər ki, hədis uydurmaqda 
ittiham edilən şəxslər barədə yaranmış şübhələr nəzərə alınmır?!” 
Fikrimcə, İmam Buxarinin bəzi rəvayətçiləri haqda deyi-
lənlər boş deyildir. Buxari və Müslimin
1
 “Səhihlər”indəki bəzi hə-
disləri məqbul hesab etməyənləri üzrlü saymaq olar. Demək olar 
ki, bütün qarelərə, müshəflərə görə, “ən-Nas” və “əl-Fələq” surə-
ləri Məkkə surələridir. Buxari isə bildirib ki, bu surələr Mədinədə 
nazil olan son surələrdir.  
Ümmətin və şəriətin savadsızlığı ilə yanaşı, bədəvilik mər-
hələsinin davamlılığında inadkarlıq da qəbuledilməzdir.  
Qurana sahib olan ümmətin savadsızlığı elə onunla başa 
çatmalıdır. Quran müasir məntiq və Avropa mədəniyyəti əsasın-
da duran bilik sisteminin mənbələrinə işarə edirsə, onda nə üçün 
ümmət savadsız qalmalıdır?! Bu qəbuledilməzdir. 
Həsənə
: Quran təkcə ərəblərə endirilməyib. Müəyyən za-
man kəsiyi üçün də nazil olmayıb. O, bütün dövrlərin əbədi kita-
bıdır. Quranın savadsızlara xitabən gələn kitab olduğunu qəbul 
etsək, elmli insanlar, elmi nailiyyət sahibləri ondan necə faydala-
na bilərlər axı?! Qəribədir ki, şəriətin məqsədlərini müəyyənləşdi-
rəcək qabiliyyətə sahib Şatibi kimi böyük şəxsiyyət belə bir fikir 
irəli sürüb.  
                                                 
1
 Müslim ibn əl-Həccac ibn Müslim əl-Qüşeyri (hicri 204-261): Böyük 
hədis imamlarındandır. Nişapurda doğulmuşdur. Hədis elmini öyrənmək 
üçün Şama, Misirə, İraqa səfər etmişdir. İmam Əhməd ibn Hənbəldən hədis 
öyrənmişdir. İmam Buxarinin yanında uzun müddət qalmış, onun davamçısı 
olmuşdur. Ən məşhur kitabı “Səhihi-Müslim”dir. Eşitdiyi üç yüz min hə-
disin on iki minini bu kitabda toplamışdır. “Səhihi-Müslim” İmam Buxarinin 
“Came əs-Səhih”indən sonra ikinci ən mötəbər hədis kitabıdır. Digər əsər-
ləri: “Böyük müsnəd”, “Səbəblər”, “Əhmədin sualları”, “Hədisçilərin təxəy-
yülləri” və s.   


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə