Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə86/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   82   83   84   85   86   87   88   89   90

 
337 
manla məhdudlaşdırmaq məntiqli deyildir. Çünki bu, Quranın 
ölməzliyi və cahanşümulluğu ilə ziddiyyət əmələ gətirir.  
Qəzali
: İslam donuqluq və məhdudlaşdırmağa yox deyir. 
Ancaq genişlənmənin, açılmanın da öz qaydaları, meyar və ölçü-
ləri olmalıdır. Biz “Fil sümüyü qülləsi” ədəbiyyatından deyil, real 
həyatdan, bəşəri gerçəklikdən danışırıq. Quran hər bir zaman və 
coğrafiyaya münasib dindir. Ancaq onu da deyim ki, bəli, Quran 
ərəbcə bir kitabdır; ərəb dilinin xüsusiyyətləri: cümlələr, sözlər, 
söz birləşmələri gözlənilməli, üstündən xətt çəkilməməlidir.  
Həsənə
: Erkən dövr müsəlmanlarının Quranı başadüşmə 
tərzindən faydalanmaq lazımdır. Bunun üçün biliklərin yekunlaş-
dırılması olduqca zəruridir.  
Qəzali
: Unutmayaq ki, yekunlaşdırma ilə əlaqəsi olmayan 
işlərə də təsadüf edilir. Düzdür, namaz fərz ibadət növlərindən bi-
ridir. Ancaq bununla yanaşı, kainatı, həyat və insanı öyrənən elm 
sahələri vardır. Biz bu sahələrdə erkən müsəlman nəsli ilə müqa-
yisədə daha bilikli olmalıyıq. Çünki ilk nəsil bir şeyin hüdudunda 
dayanmış, növbəti nəsillər də yeni elmi nailiyyətlərə imza atmış-
dır. Quran iki dəfə gələcəkdən söz salır: 
“Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişa-
nələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəb-
bin etdiyiniz əməllərdən (Məkkə müşrikləri və kafirlərin gördüyü 
işlərdən) əsla xəbərsiz deyildir!” (ən-Nəml, 93); 
“Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli 
olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə 
(üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların 
öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəb-
binin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) ki-
fayət deyilmi?!” (Fussilət, 53). 


 
338 
Xarici və daxili aləmdə (təbiət və insanda) ilahi əlamətlə-
rin təzahürü keçmişdə deyil, gələcəkdə baş verəcəkdir. Allah Qu-
ranı təfsir edib onun kainatla bağlı kəşflərə uyğunluğunu açıqla-
yanlara bu həqiqəti göstərəcəkdir.   
 
 
 


 
339 
 
 
QURAN VƏ ELM 
 
 
uran elmlərə məktəblərdə tədris edildiyi şəkildə yanaş-
mır. Quran insanı və onun doğru yola istiqamətləndiril-
məsi məsələsini öyrənir. Bəli, insan Quranın öyrəndiyi 
obyektdir. Elm isə insanın öyrəndiyi, Allahın yolgöstəriciliyi sayə-
sində kəsb etdiyi şeydir. Elə elmi həqiqətlər vardır ki, düşünək de-
yə Quran onlara işarə etmişdir. Bu elmi həqiqətlər vasitəsi ilə Qu-
ran insanları düşünməyə, öyrənməyə, araşdırmağa, müşahidəyə, 
təcrübə aparmağa, qanunları və qanunauyğunluqları aşkarlamağa 
çağırır. Bu zaman Quran problemi bu cür qoyur: Yer üzünü 
abadlaşdırıb Allahın yerdəki varisi olmağa imkan verən təbiəti 
təhkim (təsxir) qanunlarını necə öyrənmək olar?  
Doğrusunu Allah bilir, amma mənə elə gəlir ki, Quranın 
bütün zamanların kitabı olmağının sirri onun bir elm kitabı olma-
mağı ilə əlaqədardır. Çünki elm, daha doğrusu dəqiq, təcrübi – 
empirik elm daima inkişaf edir, nəzəriyyələri puça çıxarır, həqi-
qətləri təsdiqləyir. Bütün bunlar insanın vəzifəsidir. Quranın vəzi-
fəsi isə şəxsiyyət formalaşdırmaqdan, insanı elmi yaradıcılıq üçün 
lazımi vasitələrlə: hiss, ağıl və idrakla təmin etməkdən, ona sağ-
lam elmi şərait yaratmaqdan ibarətdir. Məhz bu səbəbdən biz el-
mi həqiqətlərlə ayələrin məzmunu arasında heç bir əksliyə rast 
gəlmirik. Ancaq biz meydanı boş qoysaq, bəziləri elmi təfsir adı 
altında ağızlarına gələni danışarlar. Ancaq dəqiq elmi həqiqətlər 
onların bu “təfsirlər”ini heçə çıxarar; bu şəxslərin özlərindən qon-



 
340 
dardıqları elmi “ecazkarlıq”lar, ayələrə “yapışdırdıqları” mənalar 
elmi həqiqətlər qarşısında “əriyib” gedəcəkdir.  
Hər şeydən qabaq qəbul edək ki, Quran bu və ya digər el-
mi öyrənən texniki-bədii kitab deyildir. Quran insanı formalaşdı-
ran, onu doğru yola istiqamətləndirən kitabdır. Buna baxmaya-
raq, kainat və insan haqda Quranda deyilənlər elmə uyğundur. 
Çünki elmin obyekti də insan və kainatdır. Deməli, Quran və el-
min öyrəndiyi obyekt birdir.  
Şeyx Nədim əl-Cisrin “Fəlsəfə, elm və Qurana görə iman” 
adlı kitabı vardır. Çox qiymətli kitabdır.  
Elm və Quranın eyni obyekti öyrənməsi faktından çıxış 
edən bəzi müəlliflər ondakı ecazkarlığın elmi xarakterindən söh-
bət açırlar. Elm hər nə qədər inkişaf etsə də, Quranda deyilənləri 
təkzib edə bilməz.   
Bundan qabaq dedik ki, Uca və Böyük Allah Quranı kai-
nata bənzədir. Quranı tərəzinin bir gözünə, kainatı da digərinə 
qoysaq, heç biri ağır basmaz. Rəbbimiz bərəkət və nemət bollu-
ğundan söz açarkən bir dəfə Quranı, digərində də kainatı xatırla-
dır:  
- “Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər 
ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!” (əl-Mülk, 1); 
- “Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxut-
maq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Mə-
həmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! 
(Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və dai-
midir!)” (əl-Fürqan, 1). 
Allah özünün tərifə, şükür və həmdi-sənaya layiq olduğu-
nu bu cür təsvir edir: 


 
341 
“Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru 
yaradan Allaha həmd (şükür və tərif) olsun! (Bu qüdrəti gördük-
dən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar” 
(əl-Ənam, 1); 
- “Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və 
sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermə-
dən Öz bəndəsinə (Məhəmmədə) nazil etdi!” (əl-Kəhf, 1).  
Kainat və Quran arasındakı bu tarazlıq Qiyamətədək da-
vam edəcək, biri digərini təsdiqləyəcəkdir.  
 
 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə