Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə4/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   2   3   4   5   6   7   8   9   ...   90

 
14 
və salamı olsun!) Quran abı-havasında yaşayır, davranışlarında 
onun dəyərlərini əsas tuturdu. Söhbət Allahdan gedəndə fikri-zik-
ri Allahda olardı. Kainat, ondakı güc və əsrarəngizliklər haqda 
ayələr nazil olanda kainata xəyalən səyahət edər, Allahın qanuna-
uyğunluqlarını düşünərdi. Quran qissələrini oxuduğunda keçmiş 
qövmləri xəyalında canlandırar, başlarına gələn müsibətlərdən, 
əhvalatlardan ibrət çıxarardı. Axirət cəzasını təsvir edən ayələr isə 
onun düşüncələrini o dünyaya, cənnət və cəhənnəmə yönəldərdi. 
Bir sözlə, Allahın rəsulu Quranla nəfəs alırdı. Quran onun həyatı 
idi. Bu səbəbdən İmam Şafei (Allah rəhmət etsin!) demişdi: 
“Sünnə Peyğəmbərin Quranı başa düşmə formasıdır. O, həyatı 
boyu aşkarda da, gizlində də Qurana bağlı olmuşdur”. 
Quranın nazil olub formalaşdırdığı ümmət bir möcüzədir. 
Bu möcüzə göstərir ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və 
salamı olsun!) sağlam nəsillər yetişdirmiş, ən gözəl şəkildə onları 
tərbiyələndirmişdi. Məhz bu nəsillər bəşəriyyətə Quran mədəniy-
yətini bəxş etmişdilər. Ərəblər Quranı oxudular və nəticədə şura-
ya “hə”, istibdada “yox” deyən ümmətə çevrildilər. Bu ümmət so-
sial ədaləti əldə bayrağa çevirib, sinfi bərabərsizliyi (təbəqələş-
məni) tarixin arxivinə atmağı bacardı; irqi bərabərsizlikdən üz 
çevirib, təkəbbür mərəzinə tutulmadı, başqa xalqlara yuxarıdan 
aşağı nəzər salmadı. Sasani sərkərdəsinə: “Allah bizləri ona görə 
göndərib ki, bəndəni bəndəyə köləlikdən qurtarıb Allaha ibadətə 
yönəldək. İnsanları dünyanın darlığından dünya və axirət geniş-
liyinə, dinlərin cövründən də islamın ədalətinə qovuşduraq” – 
sözlərini söyləyən Rəb`i ibn Amir (Allah ondan razı qalsın!) 
məhz bu ümmətin yetirməsi idi. Bəli, onlar dünyanın yeni fateh-
ləri olub, insanlığı canlandıra, məqamına məqam qatan mədəniy-
yətin baniləri idilər. Çünki Quranın səviyyəsinə qalxa bilmişdilər. 


 
15 
İslam mədəniyyətini quranlar Quranın yetişdirdiyi nəsillər idi. Bu 
səbəbdən fars ədəbi fikrinin, yunan fəlsəfi təlimlərinin psixoloji-
ideoloji təsiri öz gücünü itirməyə başladı. Axı Quran yeni bir şey 
gətirmişdi; nəzəri, mücərrəd söz (yunan, bizans və fars ideoloji-
fəlsəfi və sosial-dini fikri üçün xarakterikdir) konkret əmələ çev-
rilmişdi. Varlığa şüurlu ehtiram, onun qanunauyğunluqlarını öy-
rənmə, yer üzünü abadlaşdırıb mədəniyyət qurmaq üçün dünya-
ya real münasibət – bütün bunlar islamın bəşəriyyətə ərməğanı 
idi.  
Qədim yunan fikri mücərrəd təbiətə malik idi. Materiya 
əhəmiyyətsiz şey sayılırdı. Materiya üzərində üstünlük mənəviy-
yat demək idi. Quranın bu məsələdəki mövqeyi isə elmi-prak-
tikdir. Quran materiyaya əhəmiyyət verir. Hətta materiyanı yara-
dan Allah ona and içir. Ona görə and içir ki, Öz sirlərini kainata 
əmanət edib. Özü də əzəmətinin sirlərini əmanət edib! Uca sifət-
lərinə dəlalət edən əlamətləri də bu kainatda yerləşdirib. Elə isə 
Qüdrətli və Böyük Allahın haqqıdır ki, kainatı dolduran ulduz-
lara, göy cisimlərinə, insana, doğana, doğulana, küləklərə, “şə-
fəq”ə, “gecəyə və (gecənin) qoynuna aldıqları”na, “bədirlənmək-
də olan ay”a and içsin. Kainatın ecazkarlığı Quranda açıq-aşkar 
göstərilib. 
 
 
 
 
 
 
 
 


 
16 
 
 
QURANI KƏNARA ATMAĞIN AQİBƏTİ 
 
 
üsəlman ümməti Quranı tərk etdiyi və ya onu dini 
himn kimi oxumağa başladığı zaman dünya ilə əlaqə-
sini itirdi. Nəticədə bu kainatı, dünyanı başqaları öy-
rəndi. Öyrəndiklərini də mövqelərini, prinsiplərini, ateist və “üç 
üqnüm” (Ata, Oğul və Müqəddəs Ruh) zehniyyətini möhkəm-
ləndirmək üçün istifadə etdilər. Biz isə... Düşüncə kitabı olma-
ğına, – bu məqamda Əqqadın “Düşünmək Quranın vacib bildiyi 
əmrdir” sözünü xatırlayıram – kainatla, dünya ilə səsləşməyinə 
baxmayaraq, Quranımızı tərk etdik. Nə idi buna səbəb? Nə idi bi-
zi kainatı, dünyanı öyrənməkdən tutub-saxlayan? Cavab gün kimi 
aydındır: Quranımızı lazımınca başa düşə, ona layiqli davamçı 
ola bilmədik, ona tələb olunan münasibəti bəsləmədik; onu oxu-
duq, səhvi yalnız və yalnız təcvid qaydalarına əməl etməyənlərdə 
tutduq! Düzdür, bu cür səhvlərə qarşı çıxmaq Qurana olan qay-
ğını, sevgini göstərir. Ancaq bu, eyni zamanda əsas diqqəti Qura-
nın məzmunundan, mahiyyətindən uzaqlaşdırır, – problem elə 
burasındadır. Ayələrin məğzini tuta bilmək, hikmətini anlamaq, 
məzmuna bələd olmaqla əməli müstəviyə adlamaq – bütün bun-
lardan uzaq qaldıq! 
Quran barəsində hər dəfə danışmağa başlayanda mütləq 
və mütləq bu məqama diqqəti cəlb etməliyik. Əks təqdirdə dini-
mizdən, onun çeşməsindən – Qurandan özümüzü təcrid etmiş 
olarıq! 



 
17 
Quran şəxsiyyət yetişdirir, xalqları tərbiyə edir, mədəniy-
yət qurur, – budur onun qüdrəti, budur onun ülviyyəti! Əgər bir 
insan yanmaqda olan qəndilin işığını görmürsə, deməli, gözləri 
qapalıdır. Problem işıqdan faydalanmaq istəməyən qapalı gözlər-
dədir, qəndildə deyil! Uca Allah buyurur: 
“Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdi-
yiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb 
üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəm-
bərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir 
Kitab (Quran) gəldi. 
Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran 
vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz izni 
ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (əl-
Maidə, 15-16). 
Bəli, biz Allahın istədiyini etmədik, islamın yolu ilə addım-
lamadıq. Dünyaya islamı, beş qitəyə də Quranı bəyan edə bilmə-
dik... Beş milyard insan Quranın nurundan xəbərsizdir, bundan 
heç xəbərləri də yoxdur. Bilirsiniz nə üçün? Çünki biz müsəlman-
lar özümüz bu nurdan xəbərsizik. Bir şeyi itirmişiksə, onu başqa-
larına necə verə bilərik?!  
 
 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə