Microsoft Word Qismet-esas-redakteli-son-son doc



Yüklə 2,11 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix26.09.2017
ölçüsü2,11 Kb.
#1684
1   2   3   4   5   6   7   8   9   ...   17

 
30
 
 
 
 
 
 
 
 
 
 
12. Qadın  və  onun  qərarı 
 
Qadın.  
Kirayə  ev. 
Və  pəncərəsi... 
Yenə  dirsəklənib  boylanır  yola. 
Küçədə  cütləşən  itlərin  səsi
Otaqda  oyanmış  şirin  bir  bala. 
 
Bomboşdur   qadının  baxdığı  səki, 
Çəkdiyi  “ah”lardan   tərləyib  şüşə. 
Tilov gözlərini  yola atıb  ki, 
Bəlkə, gözlərinə bir  ümid  düşə... 
 
Birdən  ağlamağa  başlayar  uşaq, 
Qadın diksinərək ətrafa baxar. 
Dartıb  küçədəki  tilov gözləri, 


 
31
Tələsik  o  saat  yerinə  taxar. 
Gedər  qucağına  alar  uşağı, 
Qışqırıb deyər ki:  sus, səsini kəs! 
Nə  tənbeh, nə  isti  ana  qucağı 
Qarnı ac  körpənin  səsini  kəsməz. 
 
Qadın  söyər, söyər  öz  körpəsinə 
Gedər  itlərəcən  söyüş  xətləri. 
İtlər  susmayanda  insan  səsinə, 
Qadın  itə  dönüb  söyər  itləri... 
 
Bir  söz  də  saxlamaz  qadın  sabaha, 
Sabah  lazım  olar  söyərəm  deyə. 
İtlərdən  qurtarıb  keçər  Allaha
Başlayar  Allaha  qarğış  deməyə... 
 
İtlər hürüşdükcə  körpə  ağlayar, 
Ağlayar, az  qalar  gözləri  çıxsın... 
Qadınsa  Allahı  belə  qarğıyar: 
“Allah, bu Allahın  evini  yıxsın!“ 
 
Əsəbdən itirər  qadın  özünü, 
Axar  dodağına  içindən  keçən. 
İtlər  eşidəndə  “Allah”  sözünü, 
Qorxudan  susarlar  axirətəcən... 
 
Boşalar  qadının  qəzəb  kisəsi, 


 
32
Min  dəfə  təkləşər  o  tək  otaqda. 
Küçədə  kəsilər  itlərin  səsi, 
İtlər  susan  kimi  susar  uşaq  da... 
 
Allah  qəzəbindən  sıxar  dişini, 
Şimşəyin səsilə  qışqırıb, gedər 
İtlərin yarımçıq qalan işini, 
O  gecə qadına tapşırıb, gedər... 
 
 


 
33
 
 
 
 
 
 
 
 
 
 
13. Şəhərin ən qoca  fahişəsinə 
 
Görmüsən dünyanın min cür üzünü, 
Hansıdı qardaşın, atan, gözəlçə? 
Bir qarın çörəkçün hər gün özünü, 
Qucaqdan-qucağa atan gözəlçə – 
Tulla o qədəhi, saxla gülməyi 
Gülmə ağlamağı, ağla gülməyi... 
 
Hardandı boyalı dodaqlarında, 
Bu oğraş qəhqəhə, fahişə gülüş? 
Sırğa olmayıbmı qulaqlarında, 
Sərxoş kişilərin söydüyü söyüş? 
 
Bəlkə, nə vaxtsa sən də sevmisən,  
Səni də yandıran odun olubdu, 
Yaxının olubdu, yadın olubdu? 


 
34
Nikotin qoxulu, şampan köpüklü 
Gümüş bilərzikli, qızıl üzüklü 
Sənintək, bəlkə də, milyonlarca qız, 
Ana yox, birbaşa “qadın“ olubdu. 
 
Çirkli  çarpayıda ləkəli işıq... 
Sənin dünyandakı həsrət başqadı. 
Təcrübəqarışıq, şəhvətqarışıq 
Müştəri başqadı, qiymət başqadı. 
 
Üzüyü kim taxıb o barmağına? 
Əmidi, yoxsa ki, dayı, bilinmir. 
Açarı pul olan “eşq otağına”, 
Girib-çıxanların sayı, bilinmir. 
 
Gəlib müştərilər yüz cür biçimdə, 
Lənət həm ağına, həm qarasına... 
Kişi ah-ufları sənin içində, 
Qarışıb çarpayı cırıltısına.   
 
Ölsən deyəcəklər günahı çoxdu, 
Qadınsan, özünü diri satırsan. 
Sən namus satmırsan xəbərin yoxdu, 
Dünyaya gəldiyin yeri satırsan... 
 
Saqqızın şirindi, dilinsə zəhər, 
Canınla görürsən gördüyün işi. 


 
35
Min kişi dadmısan indiyə qədər, 
Bananlı, vişnəli, almalı kişi... 
 
Küçələr  tökülür danışığından, 
Küçələr dilinə qurdtək daraşıb. 
Nikotin, alkoqol qarışığından, 
Səsin kişiləşib, üzün qırışıb 
Keçmiş zamandasan qoca Fahişə. 
Hər gecə bir kişi altında qalan, 
Döşəmə Fahişə, xalça Fahişə. 
 
Adamlar üstünə çıxıblar, ancaq 
Kədərinə ortaq  çıxmayıb heç kim. 
Çılpaq bədəninə baxıblar, ancaq 
Dərdli gözlərinə baxmayıb heç kim. 
 
Gözəl gözlərini yorğun eləyib
Quduz kişilərə yoldaş səkilər. 
Axxx! Bilsən kimləri pozğun eləyib, 
Bu qəddar səkilər, oğraş səkilər... 
 
Ümid öldürmüsən, sevgi boğmusan, 
Əzbər öyrənmisən tənha qalmağı. 
Bütün səkilərdə ölü doğmusan
Qismətin olmayan ANA olmağı. 
 
 


 
36
Səkinin bacısı, küçənin qızı 
Gündoğmaz ölkənin sönmüş ulduzu, 
Hər gecə başına uçulur damlar. 
 
Göyərmiş üzündə, al  yanağında, 
Yaşıl boyadığın dodaqlarında – 
Üçrəngli bayrağı “öpür” adamlar. 
 
Çoxundan  millisən azəri qızı... 
 


 
37
 
 
 
 
 
 
 
 
 
 
14. Bakı üçün elegiya 
 
Bakıya toxundum... əsdi ürəyim, 
Toxunmaz  olaydım,  Bakı  dəyişib. 
Geyinib  əyninə  dekolte  geyim, 
Burnu  kiçilibdir,  dodağı  şişib... 
 
Burdan  milyardlarla  qonaq  ötürüb, 
İndi  öz-özünə qonaq şəhərim. 
Röyadan  plastik  burun  götürüb
Aygündən silikon  dodaq, şəhərim. 
 
Açıb  yarıyacan  öz  sinəsini, 
Biabır   eləyib məni  bu  şəhər. 
Kəsib, qayçılayıb  gödəkcəsini 
Geyinib  əyninə  mini, bu  şəhər. 
 


Yüklə 2,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə